Ombudsman Azərbaycan hərbçisinin meyitinin qaytarılması ilə bağlı BQXK-nın prezidentinə müraciət edib


Siyasət 11 Yan 2017 18:51:23 72 0

Ombudsman Azərbaycan hərbçisinin meyitinin qaytarılması ilə bağlı BQXK-nın prezidentinə müraciət edib

Ermənistan tərəfinin bu addımı beynəlxalq hüquq normalarının, insan hüquqlarının kobud şəkildə pozulmasıdır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova2016-cı il dekabrın29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurerə məktubla müraciət edib.

Ombudsman Aparatından "Report"a daxil olanməktubda deyilir: “2016-cı ilin 29 dekabr tarixində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərib. Təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb və sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

Azərbaycan tərəfi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib. Bununla belə, bizim əsgərimizin meyiti bu günə kimi Azərbaycan tərəfinə qaytarılmayıb.

Hazırda müvafiq qurumlarla, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə hərbi qulluqçumuzun meyitinin Azərbaycan tərəfinə qaytarılması istiqamətdə işlər davam etdirilir. Eyni zamanda, kütləvi informasiya vasitələrindən məlum olduğu kimi Ermənistan tərəfi prosesi süni olaraq uzadır və “istintaqın” aparıldığını bəyan edir. Halbuki, meyitlərin qaytarılması mexanizmi və prosedurası yetərincə bəllidir və bu cür hallarda əvvəllər də tətbiq olunmuşdur və onlar hər iki tərəfə, habelə sizin təşkilatınıza da bəllidir.

Hesab edirik ki, Ermənistan tərəfinin bu addımı beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarının, insan hüquqlarının, həmçinin Ermənistanın özünün də qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Qeyd etmək lazımdır ki, Ermənistan tərəfi 1994-cü ildən etibarən möcud atəşkəsi heçə sayaraq mütəmadi təxribatlar törədir. Bu hadisələrdən biri də 2016-cı ilin aprel ayına təsadüf etmişdir. Belə ki, 2-5 aprel tarixlərində Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı evlər, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə məruz qalmışdır. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olmuş və ağır yaralanmışlar. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub.

Yuxarıda qeyd olunanları, o cümlədən onun ailəsinin və ölkə əhalisinin gözləntilərini nəzərə alaraq, təşkilatınızın mandatı çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun olaraq əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm”.

loading...
Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulacaq like
  • 11 Yan 18:50  
Digərləri Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulacaq

Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulacaq.

arrow Ətraflı
Türkiyədə dollar və avronun məzənnəsi yeni tarixi rekorda çatıb like
  • 11 Yan 18:48  
İqtisadiyyat Türkiyədə dollar və avronun məzənnəsi yeni tarixi rekorda çatıb

Səbəb Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini artıracağı ilə ba

arrow Ətraflı
Azərbaycanın valyuta bazarında hansı dəyişikliklər olacaq? like
  • 11 Yan 18:47  
Digərləri Azərbaycanın valyuta bazarında hansı dəyişikliklər olacaq?

Azərbaycan Mərkəzi Bankı banklar tərəfindən valyuta mübadilə məzənnə

arrow Ətraflı
DSK sədrinin oğlunu öldürən şəxsin məhkəməsi başladı like
  • 11 Yan 18:45  
Kriminal DSK sədrinin oğlunu öldürən şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən

arrow Ətraflı
Ermənilərin növbəti musiqi oğurluğu like
  • 11 Yan 18:44  
Digərləri Ermənilərin növbəti musiqi oğurluğu

Müəllif Hüquqları Agentliyi (MHA) ermənilərin növbəti əqli

arrow Ətraflı
"Bomj"lar məhkəməyə çıxarıldı like
  • 11 Yan 18:40  
Kriminal "Bomj"lar məhkəməyə çıxarıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən

arrow Ətraflı
ADNSU ilə Frasanın Strasburq və Ren 1 universitetləri arasında müqavilə imzalanıb like
  • 11 Yan 18:39  
Sosial ADNSU ilə Frasanın Strasburq və Ren 1 universitetləri arasında müqavilə imzalanıb

UFAZ-ın strukturunun yaradılmasının müzakirəsi üçün konkret vaxt müəy

arrow Ətraflı
La Liqa klubundan 2 yeni müqavilə like
  • 11 Yan 18:38  
İdman La Liqa klubundan 2 yeni müqavilə

"Villarreal" iki futbolçusu ilə müqavilə yeniləyib. Goal.az xəb

arrow Ətraflı
Bakıda siqaret kötüyü yanğına səbəb oldu  VİDEO like
  • 11 Yan 18:37  
Digərləri Bakıda siqaret kötüyü yanğına səbəb oldu VİDEO

Son.az-ın baku.ws-ə istinadən məlumatın görə, hadisə Xan Şuşinski kü

arrow Ətraflı
Qripdən 5 nəfər öldü like
  • 11 Yan 18:33  
Dünya Qripdən 5 nəfər öldü

Rusiyada qrip epidemiyası başlayandan bəri 5 nəfər həyatını itirib.

arrow Ətraflı
Oynadığı filmdəki kimi qıza işgəncə verdi like
  • 11 Yan 18:26  
Dünya Oynadığı filmdəki kimi qıza işgəncə verdi

Evində 3 gün boyunca zorla saxladığı 20 yaşlı qızı zorlayan məşhur i

arrow Ətraflı
Mərkəzi Bank "qara bazar"ı tamamilə məhv etdi like
  • 11 Yan 18:24  
Digərləri Mərkəzi Bank "qara bazar"ı tamamilə məhv etdi

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhb

arrow Ətraflı
"Ermənistan havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında saxlayır" like
  • 11 Yan 18:20  
Siyasət "Ermənistan havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında saxlayır"

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üz

arrow Ətraflı
"Kimsə futbolu, kimsə də pulu sevir" like
  • 11 Yan 18:17  
İdman "Kimsə futbolu, kimsə də pulu sevir"

Yaya Turenin agenti Smitri Selyuk bir müddət əvvəl Çindən əlver

arrow Ətraflı