DSK sədrinin oğlunu öldürən şəxsin məhkəməsi başladı


Kriminal 11 Yan 2017 18:45:00 95 0

DSK sədrinin oğlunu öldürən şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüqar Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

V.Rüstəmov ittihamda özünü təqsirli bilib və ifadə verib. O bildirib ki, fəhləliklə məşğul olub və öldürdüyü şəxsin evində elektrik xəttlərinin çəkilməsində iştirak edib:

"Mənə gördüyüm işə görə gündəlik 15 manat pul verirdi. İşlərim bitdikdən sonra da biz mütəmadi görüşürdük. Bir gün o mənə dedi ki, Rusiyadan və Ukraynadan it gətirməkdə ona kömək edim. Çünki mən Rusiya vətəndaşı idim. Mən də bu barədə Rusiyadakı dostlarımla əlaqə saxladım və bu işə başladıq. Əldə olunan gəliri yarı bölməli idik. Hadisə olan gün mən yenə "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında fəhlə kimi dayanmışdım. O məni zəng edib öz evinə çağırdı. Evdə biraz spirtli içki qəbul etdik. Qəfildən məni təhqir etdi. Bundan sonra aramızda əlbəyaxa dava başladı. Mən nə qədər yalvardım ki, məni buraxsın. O isə yenə məni döyməyə başladı. Məndən fiziki cəhətdən güclü idi. Məni yerə yıxıb vuranda əlimə şüşə külqabı gəldi və mən külqabı ilə başına bir neçə zərbə vurdum. Sonra onun əlini və ağzını yapışqanla bağlamışam".

Prosesdə qətlə yetirilən şəxsin atası Vahid Abbasov da ifadə verib. O bildirib ki, V.Rüstəmov soyğunçuluq məqsədilə qəsdən oğlunu qətlə yetirib: "Çünki evə hazırlıqlı gəlmişdi. Çantasında yapışqan, kəndir və beşbarmaq var idi. Bu adam cinayəti tamah məqsədilə törədib. Məhkəmədən oğlumun qatilinə ən ağır cəza istəyirəm".

Məhkəmə prosesi yanvarın 18-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il yanvarın 7-də Fərid Abbasovun üzərində zorakılıq əlamətləri (döyülmə üçün xarakterik olan) və qolları bağlı vəziyyətdə olan meyiti kirayədə yaşadığı Nizami rayonu R.Rüstəmov küçəsindəki mənzildə tapılıb. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin Lerik rayon sakini Vüqar Zülfü oğlu Rüstəmov olduğu müəyyən edilib və o həbs edilib.

Qeyd edək ki, qətlə yetirilən Fərid Abbasov 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının sədri Vahid Abbasovun oğludur.

loading...
Ermənilərin növbəti musiqi oğurluğu like
  • 11 Yan 18:44  
Digərləri Ermənilərin növbəti musiqi oğurluğu

Müəllif Hüquqları Agentliyi (MHA) ermənilərin növbəti əqli

arrow Ətraflı
"Bomj"lar məhkəməyə çıxarıldı like
  • 11 Yan 18:40  
Kriminal "Bomj"lar məhkəməyə çıxarıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən

arrow Ətraflı
ADNSU ilə Frasanın Strasburq və Ren 1 universitetləri arasında müqavilə imzalanıb like
  • 11 Yan 18:39  
Sosial ADNSU ilə Frasanın Strasburq və Ren 1 universitetləri arasında müqavilə imzalanıb

UFAZ-ın strukturunun yaradılmasının müzakirəsi üçün konkret vaxt müəy

arrow Ətraflı
La Liqa klubundan 2 yeni müqavilə like
  • 11 Yan 18:38  
İdman La Liqa klubundan 2 yeni müqavilə

"Villarreal" iki futbolçusu ilə müqavilə yeniləyib. Goal.az xəb

arrow Ətraflı
Bakıda siqaret kötüyü yanğına səbəb oldu  VİDEO like
  • 11 Yan 18:37  
Digərləri Bakıda siqaret kötüyü yanğına səbəb oldu VİDEO

Son.az-ın baku.ws-ə istinadən məlumatın görə, hadisə Xan Şuşinski kü

arrow Ətraflı
Qripdən 5 nəfər öldü like
  • 11 Yan 18:33  
Dünya Qripdən 5 nəfər öldü

Rusiyada qrip epidemiyası başlayandan bəri 5 nəfər həyatını itirib.

arrow Ətraflı
Oynadığı filmdəki kimi qıza işgəncə verdi like
  • 11 Yan 18:26  
Dünya Oynadığı filmdəki kimi qıza işgəncə verdi

Evində 3 gün boyunca zorla saxladığı 20 yaşlı qızı zorlayan məşhur i

arrow Ətraflı
Mərkəzi Bank "qara bazar"ı tamamilə məhv etdi like
  • 11 Yan 18:24  
Digərləri Mərkəzi Bank "qara bazar"ı tamamilə məhv etdi

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhb

arrow Ətraflı
"Ermənistan havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında saxlayır" like
  • 11 Yan 18:20  
Siyasət "Ermənistan havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında saxlayır"

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üz

arrow Ətraflı
"Kimsə futbolu, kimsə də pulu sevir" like
  • 11 Yan 18:17  
İdman "Kimsə futbolu, kimsə də pulu sevir"

Yaya Turenin agenti Smitri Selyuk bir müddət əvvəl Çindən əlver

arrow Ətraflı
SOCAR-da müsabiqədən müvəffəqiyyətlə keçən vətəndaşlarla görüş keçirilib like
  • 11 Yan 18:12  
İqtisadiyyat SOCAR-da müsabiqədən müvəffəqiyyətlə keçən vətəndaşlarla görüş keçirilib

SOCAR-ın Kadr Ehtiyatı Bazasına daxil edilmiş növbəti 3 nəfərə iş tək

arrow Ətraflı
Libası Hadisəni pis vəziyyətdə qoydu  FOTO like
  • 11 Yan 18:11  
Kriminal Libası Hadisəni pis vəziyyətdə qoydu FOTO

Hadisə "O səs Türkiyə"də geyindiyi libasla gündəm olub.

arrow Ətraflı
Sarkisyanın BadenBadendə Yeni İl keyfi like
  • 11 Yan 18:04  
Dünya Sarkisyanın BadenBadendə Yeni İl keyfi

Ermənistanın siyasi elitası Yeni il bayramını xaricdə keçirməyə üstün

arrow Ətraflı
Məşhur psixoloq öldürüldü like
  • 11 Yan 18:00  
Dünya Məşhur psixoloq öldürüldü

Məşhur psixoloq Alper Engeler dünən gecə evinin yaxınlığında bıçaql

arrow Ətraflı