SOCAR-da müsabiqədən müvəffəqiyyətlə keçən vətəndaşlarla görüş keçirilib


İqtisadiyyat 11 Yan 2017 18:12:43 87 0

SOCAR-da müsabiqədən müvəffəqiyyətlə keçən vətəndaşlarla görüş keçirilib

SOCAR-ın Kadr Ehtiyatı Bazasına daxil edilmiş növbəti 3 nəfərə iş təklif olunub

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisin İnsan Resursları Departamentində 2017-ci ilin ilk təyinatları - ''Azneft'' İstehsalat birliyi, Neft Kəmərləri İdarəsi, Təhlükəsizlik İdarəsi, “Azəriqaz” İstehsalat Birliyi və “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən elan olunan vakansiyalara müraciət edən və müsabiqədən müvəffəqiyyətlə keçən vətəndaşlarla görüş keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, elan olunmuş “Arxiv müdiri”, “Mühəndis (neftin nəqli üzrə)”, “Hüquq məsləhətçisi”, “Mühasib” (Salyan rayonu), “Usta” (Təmir-bərpa xidməti, Ağsu rayonu), “Qarovul rəisi”, “Boru kəmərləri şöbəsinin mühəndisi” və “Sənaye müəssisələrinin layihələndirilməsi şöbəsinin mühəndisi” vakansiyaları üzrə işə qəbul müsabiqəsindən uğurla keçmiş namizədlərə, o cümlədən, “Usta” (Təmir-bərpa xidməti, Kürdəmir rayonu), “Neft və qazçıxarma üzrə usta”, “Qarovul rəisi” vakansiyaları üzrə əvvəlki müsabiqələrdə SOCAR-ın Kadr Ehtiyatı Bazasına daxil edilmiş növbəti 3 nəfərə iş təklif olunub.

Görüşdə çıxış edən İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli işə yeni qəbul olunanları təbrik edib və bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən uğurlu siyasətin tərkib hissələrindən biri də işə qəbul prosesinin ədalətli, obyektiv, şəffaf və mərkəzləşdirilmiş qaydada, müvafiq qanunvericiliklə təsdiq edilmiş normativ aktların tələblərinə uyğun aparılmasını təmin etməkdir. SOCAR-da tələb olunan bilik və bacarığa malik kadrların işə qəbulu prosesinin şəffaf həyata keçirilməsi istiqamətində lazımi şərait yaradılır. Tədbirdə müsabiqədən müvəffəqiyyətlə keçən vətəndaşlar test, peşə sınaq imtahanı və müsahibə prosesinin şəffaf keçirildiyini, neqativ halların baş vermədiyini bildirərək, yaradılmış şəraitə görə minnətdarlıqlarını ifadə edib, göstərilmiş etimadı doğruldacaqlarını söyləyiblər.

loading...
Libası Hadisəni pis vəziyyətdə qoydu  FOTO like
  • 11 Yan 18:11  
Kriminal Libası Hadisəni pis vəziyyətdə qoydu FOTO

Hadisə "O səs Türkiyə"də geyindiyi libasla gündəm olub.

arrow Ətraflı
Sarkisyanın BadenBadendə Yeni İl keyfi like
  • 11 Yan 18:04  
Dünya Sarkisyanın BadenBadendə Yeni İl keyfi

Ermənistanın siyasi elitası Yeni il bayramını xaricdə keçirməyə üstün

arrow Ətraflı
Məşhur psixoloq öldürüldü like
  • 11 Yan 18:00  
Dünya Məşhur psixoloq öldürüldü

Məşhur psixoloq Alper Engeler dünən gecə evinin yaxınlığında bıçaql

arrow Ətraflı
Yasamalda mağazaya basqın like
  • 11 Yan 17:56  
Digərləri Yasamalda mağazaya basqın

Paytaxtda soyğunçuluq hadisəsi baş verib.

arrow Ətraflı
"Neftçi"nin yeni transferi: "İddialı kluba gəlmək istəyirdim" like
  • 11 Yan 17:52  
İdman "Neftçi"nin yeni transferi: "İddialı kluba gəlmək istəyirdim"

"Hələ bura gəlməmişdən "Neftçi" haqqında məlumat toplamı

arrow Ətraflı
"Reina" terrorçusu METRODA like
  • 11 Yan 17:51  
Dünya "Reina" terrorçusu METRODA

Polisə "Reina" terrorçusunun "Bağçılar" metrosunda oldu

arrow Ətraflı
İnfarktdan ölən qız hamiləymiş  FOTO like
  • 11 Yan 17:49  
Dünya İnfarktdan ölən qız hamiləymiş FOTO

İstanbul Küçükçekmecedə 22 yaşlı qız ötən gün keçirdiyi infarkt nə

arrow Ətraflı
Türkiyə Rusiyanın bu addımını gözləyir like
  • 11 Yan 17:48  
Dünya Türkiyə Rusiyanın bu addımını gözləyir

Ankara Moskva tərəfindən türk vətəndaşları üçün viza rejiminin sadəl

arrow Ətraflı
Aktyor saxta polis vəsiqəsi ilə tutuldu  FOTO like
  • 11 Yan 17:44  
Dünya Aktyor saxta polis vəsiqəsi ilə tutuldu FOTO

Türkiyənin məşhur teatr aktyoru - 24 yaşlı Onur Yaprakçının üzərind

arrow Ətraflı
Beynəlxalq Bankda sağlamlaşdırma proqramı like
  • 11 Yan 17:43  
Digərləri Beynəlxalq Bankda sağlamlaşdırma proqramı

“Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin sonuna qədər sağlamlaşd

arrow Ətraflı
Azərbaycanda nağd pul kütləsinin həcmi artır like
  • 11 Yan 17:42  
İqtisadiyyat Azərbaycanda nağd pul kütləsinin həcmi artır

Proqnoz: Nağd pul kütləsinin 6-6,5 mlrd. manat səviyyəsində sabitləşəc

arrow Ətraflı