"Ermənistan havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında saxlayır"


Siyasət 11 Yan 2017 18:20:00 99 0

"Ermənistan havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında saxlayır"

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Meri Kroftsla görüşüb.

Son.az xəbər verir ki, komitədən Trend-ə verilən məlumata görə, Azərbaycan ilə Böyük Britaniya arasında yaxşı əlaqələrin olduğunu deyən Ə.Həsənov Böyük Britaniyadan olan 150-yə yaxın şirkətin qeyri-neft və neft sektorunda fəaliyyət göstərdiyini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük Britaniyanın beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini dəstəklədiyini yüksək qiymətləndirib.

Baş nazirin müavini eyni zamanda Böyük Britaniya vətəndaşları və şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri və fəaliyyətinin, ölkəmizin işğal edilmiş ərazilərindəki filiz mədənindən qanunsuz çıxarılmış qızılın Ermənistanda emal olunaraq bir çox Avropa ölkələrində, o cümlədən London Fond Birjasında satışa çıxarılmasının yol verilməz olduğunu səfirin diqqətinə çatdırıb və bu cür xoşagəlməz halların qarşısının alınmasının vacibliyini vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verən Ə.Həsənov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı mötəbər beynəlxalq qurumların qəbul etdikləri qərar və qətnamələrin tələblərini Ermənistan hələ də yerinə yetirmir:

"Ermənistan intensiv olaraq danışıqlar prosesini pozur. Ermənistan hakimiyyəti münaqişənin həllini istəmir, havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında saxlayır və qeyri-konstruktiv mövqe tutmaqda davam edir. Dünya birliyi isə işğalçı ölkəyə heç bir təzyiq göstərmir".

Son 20 ildə Ermənistanın heç bir nailiyyət əldə etmədiyini bildirən Baş nazirin müavini Ə.Həsənov vurğulayıb ki, ötən dövrdə bu ölkənin iqtisadi vəziyyəti olduqca pisləşib, işğalçı dövlət Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq və regional layihələrdən kənarda qalıb.

loading...
"Kimsə futbolu, kimsə də pulu sevir" like
  • 11 Yan 18:17  
İdman "Kimsə futbolu, kimsə də pulu sevir"

Yaya Turenin agenti Smitri Selyuk bir müddət əvvəl Çindən əlver

arrow Ətraflı
SOCAR-da müsabiqədən müvəffəqiyyətlə keçən vətəndaşlarla görüş keçirilib like
  • 11 Yan 18:12  
İqtisadiyyat SOCAR-da müsabiqədən müvəffəqiyyətlə keçən vətəndaşlarla görüş keçirilib

SOCAR-ın Kadr Ehtiyatı Bazasına daxil edilmiş növbəti 3 nəfərə iş tək

arrow Ətraflı
Libası Hadisəni pis vəziyyətdə qoydu  FOTO like
  • 11 Yan 18:11  
Kriminal Libası Hadisəni pis vəziyyətdə qoydu FOTO

Hadisə "O səs Türkiyə"də geyindiyi libasla gündəm olub.

arrow Ətraflı
Sarkisyanın BadenBadendə Yeni İl keyfi like
  • 11 Yan 18:04  
Dünya Sarkisyanın BadenBadendə Yeni İl keyfi

Ermənistanın siyasi elitası Yeni il bayramını xaricdə keçirməyə üstün

arrow Ətraflı
Məşhur psixoloq öldürüldü like
  • 11 Yan 18:00  
Dünya Məşhur psixoloq öldürüldü

Məşhur psixoloq Alper Engeler dünən gecə evinin yaxınlığında bıçaql

arrow Ətraflı
Yasamalda mağazaya basqın like
  • 11 Yan 17:56  
Digərləri Yasamalda mağazaya basqın

Paytaxtda soyğunçuluq hadisəsi baş verib.

arrow Ətraflı
"Neftçi"nin yeni transferi: "İddialı kluba gəlmək istəyirdim" like
  • 11 Yan 17:52  
İdman "Neftçi"nin yeni transferi: "İddialı kluba gəlmək istəyirdim"

"Hələ bura gəlməmişdən "Neftçi" haqqında məlumat toplamı

arrow Ətraflı
"Reina" terrorçusu METRODA like
  • 11 Yan 17:51  
Dünya "Reina" terrorçusu METRODA

Polisə "Reina" terrorçusunun "Bağçılar" metrosunda oldu

arrow Ətraflı
İnfarktdan ölən qız hamiləymiş  FOTO like
  • 11 Yan 17:49  
Dünya İnfarktdan ölən qız hamiləymiş FOTO

İstanbul Küçükçekmecedə 22 yaşlı qız ötən gün keçirdiyi infarkt nə

arrow Ətraflı
Türkiyə Rusiyanın bu addımını gözləyir like
  • 11 Yan 17:48  
Dünya Türkiyə Rusiyanın bu addımını gözləyir

Ankara Moskva tərəfindən türk vətəndaşları üçün viza rejiminin sadəl

arrow Ətraflı
Aktyor saxta polis vəsiqəsi ilə tutuldu  FOTO like
  • 11 Yan 17:44  
Dünya Aktyor saxta polis vəsiqəsi ilə tutuldu FOTO

Türkiyənin məşhur teatr aktyoru - 24 yaşlı Onur Yaprakçının üzərind

arrow Ətraflı