Birinci xanım Mehriban Əliyeva: “Son illər Azərbaycan ilə Fransa arasında humanitar sahədə əlaqələr yeni səviyyəyə çatıb”


Siyasət 11 Yan 2017 17:43:59 61 0

Birinci xanım Mehriban Əliyeva: “Son illər Azərbaycan ilə Fransa arasında humanitar sahədə əlaqələr yeni səviyyəyə çatıb”

UFAZ-da 5-ci ixtisas da tədris olunacaq

Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report”un xəbərinə görə, qonaqları Azərbaycanda salamlayan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu səfərin Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Mehriban Əliyeva bu gün Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və bir çox sahələri əhatə etdiyini böyük məmnunluqla bildirib. Azərbaycanın birinci xanımı deyib ki, informasiya texnologiyaları, kosmos və digər sahələrdə yaxşı əməkdaşlıq qurulub, Fransa şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər.

Heydər Əliyev Fondunun prezidenti humanitar sahədəki əlaqələri xüsusi qeyd edib, son illər Azərbaycan ilə Fransa arasında bu sahədəki əlaqələrin yeni səviyyəyə çatdığını deyib. İki ölkə arasında təhsil sahəsində son illərin ən böyük nailiyyətlərindən biri kimi Bakıda Fransız Liseyinin və Fransız-Azərbaycan Universitetinin - UFAZ-ın fəaliyyətə başlamasını qeyd edən birinci xanım Mehriban Əliyeva 4 ixtisas üzrə qəbulun həyata keçirildiyi universitetdə 5-ci ixtisasın da tədris olunacağını məmnunluqla bildirib.

Son illər Azərbaycan ilə Fransanın şəhərləri və regionları arasında qardaşlaşma haqqında 12 sazişin imzalandığını deyən Heydər Əliyev Fondunun prezidenti bunun həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələrin inkişafına xidmət edəcəyini vurğulayıb. Azərbaycanın birinci xanımı ölkələrimiz arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri kimi Mehriban Əliyeva bu sahədə daha sıx əməkdaşlığın qurulmasının mümkünlüyünə əminliyini bildirib. Mehriban Əliyeva Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətindən danışıb, bu assosiasiyanın ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyini qeyd edib.

Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guen Heydər Əliyev Fondunun prezidentinin fəaliyyətini yüksək qiymətləndirib, bu fəaliyyətin həm də Fransa ilə dostluq və əməkdaşlıq əlaqələrinə töhfə olduğunu söyləyib. Qonaq Bakıda Fransız-Azərbaycan Universitetinin fəaliyyətə başlamasında Mehriban Əliyevanın rolunu və dəstəyini xüsusi qeyd edib.

loading...
Beynəlxalq Bankda sağlamlaşdırma proqramı like
  • 11 Yan 17:43  
Digərləri Beynəlxalq Bankda sağlamlaşdırma proqramı

“Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin sonuna qədər sağlamlaşd

arrow Ətraflı
Azərbaycanda nağd pul kütləsinin həcmi artır like
  • 11 Yan 17:42  
İqtisadiyyat Azərbaycanda nağd pul kütləsinin həcmi artır

Proqnoz: Nağd pul kütləsinin 6-6,5 mlrd. manat səviyyəsində sabitləşəc

arrow Ətraflı
Kibariye: "Tatlısesin corablarını yumuşam" like
  • 11 Yan 17:40  
Şou-biznes Kibariye: "Tatlısesin corablarını yumuşam"

Müğənni Kibariye illər sonra ilginc bir etiraf edib.

arrow Ətraflı
Çexiya Senatı sədrinin Azərbaycana səfəri gözlənilir like
  • 11 Yan 17:36  
Siyasət Çexiya Senatı sədrinin Azərbaycana səfəri gözlənilir

Çexiya Senatının sədri Milan Ştex yaxın vaxtlarda Azərbaycana səfər etm

arrow Ətraflı
Dilarə Əliyeva: "Oktay mənə meydan verir"  FOTO like
  • 11 Yan 17:35  
Kriminal Dilarə Əliyeva: "Oktay mənə meydan verir" FOTO

Son.az əməkdar artist Dilarə Əliyevanın qafqazinfo-ya müsahibəsini təqdi

arrow Ətraflı
Azərbaycan Premyer Liqası tez yekunlaşacaq like
  • 11 Yan 17:32  
İdman Azərbaycan Premyer Liqası tez yekunlaşacaq

FİFA ölkə çempionatları ilə bağlı yeni qərar qəbul e

arrow Ətraflı
Azərbaycan banklarının xarici öhdəlikləri bir ayda 13% artıb like
  • 11 Yan 17:29  
İqtisadiyyat Azərbaycan banklarının xarici öhdəlikləri bir ayda 13% artıb

Artım əsasən manatın ucuzlaşması ilə əlaqələndirilir

arrow Ətraflı
Azərbaycan Premyer Liqası gələn mövsüm də tez yekunlaşacaq like
  • 11 Yan 17:25  
Digərləri Azərbaycan Premyer Liqası gələn mövsüm də tez yekunlaşacaq

FİFA ölkə çempionatları ilə bağlı yeni qərar qəbul edib.

arrow Ətraflı
Azərbaycan Dövlət Komissiyasının Ermənistandan TƏLƏBİ like
  • 11 Yan 17:23  
Siyasət Azərbaycan Dövlət Komissiyasının Ermənistandan TƏLƏBİ

Ermənistan azərbaycanlı əsgərin meyitini qaytarmamasını heç bir məntiq

arrow Ətraflı
Bakıda şirkət rəhbərinə qarşı 700 min manatlıq like
  • 11 Yan 17:21  
Digərləri Bakıda şirkət rəhbərinə qarşı 700 min manatlıq

Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edilib.

arrow Ətraflı