Birinci xanım Mehriban Əliyeva: "Son illər Azərbaycan ilə Fransa arasında humanitar sahədə əlaqələr yeni səviyyəyə çatıb" FOTO


Siyasət 11 Yan 2017 17:39:00 94 0

Birinci xanım Mehriban Əliyeva: "Son illər Azərbaycan ilə Fransa arasında humanitar sahədə əlaqələr yeni səviyyəyə çatıb"  FOTO

Yanvarın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qonaqları Azərbaycanda salamlayan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu səfərin Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Mehriban Əliyeva bu gün Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və bir çox sahələri əhatə etdiyini böyük məmnunluqla bildirdi. Azərbaycanın birinci xanımı dedi ki, informasiya texnologiyaları, kosmos və digər sahələrdə yaxşı əməkdaşlıq qurulub, Fransa şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər.

Heydər Əliyev Fondunun prezidenti humanitar sahədəki əlaqələri xüsusi qeyd etdi, son illər Azərbaycan ilə Fransa arasında bu sahədəki əlaqələrin yeni səviyyəyə çatdığını dedi. Ölkələrimiz arasında təhsil sahəsində son illərin ən böyük nailiyyətlərindən biri kimi Bakıda Fransız Liseyinin və Fransız-Azərbaycan Universitetinin - UFAZ-ın fəaliyyətə başlamasını qeyd edən birinci xanım Mehriban Əliyeva 4 ixtisas üzrə qəbulun həyata keçirildiyi universitetdə 5-ci ixtisasın da tədris olunacağını məmnunluqla bildirdi.

Son illər Azərbaycan ilə Fransanın şəhərləri və regionları arasında qardaşlaşma haqqında 12 sazişin imzalandığını deyən Heydər Əliyev Fondunun prezidenti bunun həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələrin inkişafına xidmət edəcəyini vurğuladı. Azərbaycanın birinci xanımı ölkələrimiz arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu söylədi. Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri kimi Mehriban Əliyeva bu sahədə daha sıx əməkdaşlığın qurulmasının mümkünlüyünə əminliyini bildirdi. Mehriban Əliyeva Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətindən danışdı, bu assosiasiyanın ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyini qeyd etdi.

Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guen Heydər Əliyev Fondunun prezidentinin fəaliyyətini yüksək qiymətləndirdi, bu fəaliyyətin həm də Fransa ilə dostluq və əməkdaşlıq əlaqələrinə töhfə olduğunu söylədi. Qonaq Bakıda Fransız-Azərbaycan Universitetinin fəaliyyətə başlamasında Mehriban Əliyevanın rolunu və dəstəyini xüsusi qeyd etdi.

loading...

Xəbərə aid fotolar

Çexiya Senatı sədrinin Azərbaycana səfəri gözlənilir like
  • 11 Yan 17:36  
Siyasət Çexiya Senatı sədrinin Azərbaycana səfəri gözlənilir

Çexiya Senatının sədri Milan Ştex yaxın vaxtlarda Azərbaycana səfər etm

arrow Ətraflı
Dilarə Əliyeva: "Oktay mənə meydan verir"  FOTO like
  • 11 Yan 17:35  
Kriminal Dilarə Əliyeva: "Oktay mənə meydan verir" FOTO

Son.az əməkdar artist Dilarə Əliyevanın qafqazinfo-ya müsahibəsini təqdi

arrow Ətraflı
Azərbaycan Premyer Liqası tez yekunlaşacaq like
  • 11 Yan 17:32  
İdman Azərbaycan Premyer Liqası tez yekunlaşacaq

FİFA ölkə çempionatları ilə bağlı yeni qərar qəbul e

arrow Ətraflı
Azərbaycan banklarının xarici öhdəlikləri bir ayda 13% artıb like
  • 11 Yan 17:29  
İqtisadiyyat Azərbaycan banklarının xarici öhdəlikləri bir ayda 13% artıb

Artım əsasən manatın ucuzlaşması ilə əlaqələndirilir

arrow Ətraflı
Azərbaycan Premyer Liqası gələn mövsüm də tez yekunlaşacaq like
  • 11 Yan 17:25  
Digərləri Azərbaycan Premyer Liqası gələn mövsüm də tez yekunlaşacaq

FİFA ölkə çempionatları ilə bağlı yeni qərar qəbul edib.

arrow Ətraflı
Azərbaycan Dövlət Komissiyasının Ermənistandan TƏLƏBİ like
  • 11 Yan 17:23  
Siyasət Azərbaycan Dövlət Komissiyasının Ermənistandan TƏLƏBİ

Ermənistan azərbaycanlı əsgərin meyitini qaytarmamasını heç bir məntiq

arrow Ətraflı
Bakıda şirkət rəhbərinə qarşı 700 min manatlıq like
  • 11 Yan 17:21  
Digərləri Bakıda şirkət rəhbərinə qarşı 700 min manatlıq

Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edilib.

arrow Ətraflı
"Emre Çolak: Adra kimi futbolçu olacaq" like
  • 11 Yan 17:16  
İdman "Emre Çolak: Adra kimi futbolçu olacaq"

"Galatasaray"ın eks futbolçusu Yekta Kurtuluş "sarı qırmızı" camiə

arrow Ətraflı
"İslam həmrəyliyi Azərbaycan üçün həm din, həm də dövlətçilik məsələsidir" like
  • 11 Yan 17:16  
Digərləri "İslam həmrəyliyi Azərbaycan üçün həm din, həm də dövlətçilik məsələsidir"

"Bəzi şəxslər Azərbaycanda da məzhəb zəminində hansısa ixtilaf, qarş

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 11 Yan 17:14  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Mərkəzi Bankdan Son.az-a verilən məlumata görə, 12.01.2017-ci il tarixinə

arrow Ətraflı
Donald Tramp: "Rusiya heç vaxt mənə qarşı təzyiq vasitələrindən istifadəyə cəhd etməyib" like
  • 11 Yan 17:12  
Dünya Donald Tramp: "Rusiya heç vaxt mənə qarşı təzyiq vasitələrindən istifadəyə cəhd etməyib"

"Rusiya ilə heç bir əlaqəm yoxdur - nə anlaşma var, nə də kredit götür

arrow Ətraflı