Azərbaycan Dövlət Komissiyasının Ermənistandan TƏLƏBİ


Siyasət 11 Yan 2017 17:23:23 91 0

Azərbaycan Dövlət Komissiyasının Ermənistandan TƏLƏBİ

Ermənistan azərbaycanlı əsgərin meyitini qaytarmamasını heç bir məntiqə sığmayan səbəblərlə əsaslandırmağa cəhd edir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumatda deyilir.

Qeyd olunur ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 29 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini yüksək qiymətləndirir.

Bildirilir ki, son günlərdə Ermənistan kütləvi informasiya vasitələrində bu ölkənin rəsmi dairələrinə istinadən yayılmış məlumatlarda qarşı tərəf meyiti qaytarmamasını heç bir məntiqə sığmayan səbəblərlə əsaslandırmağa cəhd edir. Halbuki Ermənistanın da qoşulduğu və ondan irəli gələn tələblərin yerinə yetirilməsini öhdəlik kimi üzərinə götürdüyü 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları meyitlərin saxlanmasının hər hansı səbəbdən uzadılmasını qadağan edir.

Əvvəllər də belə hallara yol verildiyini və meyitləri uzun müddət saxlamaq kimi qeyri-humanist hərəkətin bu ölkə tərəfindən artıq tendensiyaya çevrildiyini nəzərə alaraq, Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları bu cür halların qarşısının alınmasına və Cenevrə Konvensiyalarına əməl olunmasını Ermənistandan ciddi şəkildə tələb etməyə çağırır.

loading...
Bakıda şirkət rəhbərinə qarşı 700 min manatlıq like
  • 11 Yan 17:21  
Digərləri Bakıda şirkət rəhbərinə qarşı 700 min manatlıq

Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edilib.

arrow Ətraflı
"Emre Çolak: Adra kimi futbolçu olacaq" like
  • 11 Yan 17:16  
İdman "Emre Çolak: Adra kimi futbolçu olacaq"

"Galatasaray"ın eks futbolçusu Yekta Kurtuluş "sarı qırmızı" camiə

arrow Ətraflı
"İslam həmrəyliyi Azərbaycan üçün həm din, həm də dövlətçilik məsələsidir" like
  • 11 Yan 17:16  
Digərləri "İslam həmrəyliyi Azərbaycan üçün həm din, həm də dövlətçilik məsələsidir"

"Bəzi şəxslər Azərbaycanda da məzhəb zəminində hansısa ixtilaf, qarş

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 11 Yan 17:14  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Mərkəzi Bankdan Son.az-a verilən məlumata görə, 12.01.2017-ci il tarixinə

arrow Ətraflı
Donald Tramp: "Rusiya heç vaxt mənə qarşı təzyiq vasitələrindən istifadəyə cəhd etməyib" like
  • 11 Yan 17:12  
Dünya Donald Tramp: "Rusiya heç vaxt mənə qarşı təzyiq vasitələrindən istifadəyə cəhd etməyib"

"Rusiya ilə heç bir əlaqəm yoxdur - nə anlaşma var, nə də kredit götür

arrow Ətraflı
Azərbaycanda hər il təxminən 1700 körpə ölür like
  • 11 Yan 17:12  
Digərləri Azərbaycanda hər il təxminən 1700 körpə ölür

Hər il Azərbaycanda 170 min körpə doğulursa, onun təxminən 1700-ü vəfat

arrow Ətraflı
Yeni sədr: "ABB bu il sağlamlaşdırılacaq" like
  • 11 Yan 17:07  
Digərləri Yeni sədr: "ABB bu il sağlamlaşdırılacaq"

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin sonuna qədər sağlamlaşdırma pr

arrow Ətraflı
"Nar" yeni "3-ü 1-də aylıq" tarif paketini təqdim edib like
  • 11 Yan 17:06  
İqtisadiyyat "Nar" yeni "3-ü 1-də aylıq" tarif paketini təqdim edib

Tarifə qoşulmaq üçün "3in1" yazıb 777 qısa nömrəsinə mesaj göndərmə

arrow Ətraflı
Mütəşəkkil dəstəyə hökm oxundu like
  • 11 Yan 17:03  
Digərləri Mütəşəkkil dəstəyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndir

arrow Ətraflı
Şeyxin müavini: "Bu gün İslam ölkələri atəşin içərisinə atılıb" like
  • 11 Yan 16:58  
Digərləri Şeyxin müavini: "Bu gün İslam ölkələri atəşin içərisinə atılıb"

Bu ilin Azərbaycanda "İslam həmrəyliyi ili" elan edilməsi təqdir

arrow Ətraflı