Elmin və sinə genişliyinin nə kimi əlaqəsi var?


Digərləri 01 Yan 2017 18:45:00 65 0

Elmin və sinə genişliyinin nə kimi əlaqəsi var?

İmam Sadiq (ə) buyurur: "Elm nurdur ki, Allah hər kimin qəlbinə istəsə, salar".

Hədisin şərhi. O zaman ki, bu ayə nazil olur: "Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar". ("Ənam" 125) Son.az deyerler.org-a istinadən bildirir ki, Peyğəmbərin (s) səhabələri bu ayə ilə bağlı Həzrətə (s) suallar verirlər. Ondan istəyirlər ki, şərhi-sədri (sinə genişliyini) izah etsin. (Həvzəh) Həzrət (s) də sinə genişliyini belə izah edir ki, yuxarıdakı hədislə oxşardır. Həzrət (s) buyurur: "Şərhi-sədr bir nurdur ki, Allah onu möminlərin qəlbinə salar və sinəsini genişləndirər". Həzrətə (s) sual verirlər ki, bəs bu İlahi hədiyyənin nişanəsi nədir? Həzrət (s) buyurur: "Cavidan evə üz döndərmək və dünyanın aldadıcı evindən qopmaq, ölüm gəlməzdən əvvəl (ona) hazır olmaqdır". Bu hədislərə istinadə edərək demək olar ki, İmam Sadiqin (ə) buyurduğu elm - elə həmin sinə genişliyi, yəni şərhi-sədrdir. Buna əsasən bu elm, insanın diqqətini axirətə qarşı artırar və dünyaya olan bağlılığını azaldar.