Tibbi sığortanın qiymət cədvəli hazırdır RƏSMİ


Digərləri 27 Dek 2016 19:41:00 112 0

Tibbi sığortanın qiymət cədvəli hazırdır  RƏSMİ

İcbari tibbi sığortanın baza zərfi ilə yanaşı vahid qiymət cədvəli də hazırlanıb və vahid qiymət cədvəli iki hissədən ibarət olacaq.

Son.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov lent.az-a müsahibəsində deyib. V.Qurbanov bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən baza zərfinə daxil edilən tibbi xidmətlərin qiymətləri, baza zərfi ilə əhatə olunmayan yəni sığorta təminatına alınmayan xidmətlərin qiymətləri hazırlanıb və təsdiq üçün hökumətə təqdim edilib.

V.Qurbanov onu da qeyd edib ki, sığorta haqqının ümumrespublika üzrə toplanma qaydası da artıq hazırlanıb və təsdiq üçün Prezident Aparatına təqdim olunub: "Sığorta haqqının yığılma qaydası fərqli ola bilər. Yəni sığorta haqqının bir hissəsi bəzi əhali təbəqəsi üçün dövlət tərəfindən qarşılanacaq. Bura 18 yaşına çatmamış uşaqlar, işləməyən pensiyaçılar, hamilə qadınlar, əyani təhsil alan tələbələr daxildir ki, həmin şəxslərin sığorta haqları dövlət tərəfindən maliyyələşdiriləcək. İşləyən əhali üzrə icbari qaydada müəyyən faizlər müəyyən olunub. Həmin faizlər üzərindən həm işə götürən həm də işçi tərəfindən sığorta haqqı ödəniləcək. Sığorta haqqını ödəməli olan insanlar sığorta haqqını sərbəst şəkildə agentliyin təyin etdiyi ödəmə məntəqələrində sərbəst şəkildə ödəyə biləcəklər".

Şöbə müdiri onu da əlavə edib ki, icbari tibbi sığorta üzrə baza zərfində dərman təminatı tam şəkildə əhatə olunacaq: "Stasionar müalicə və müayinə, təcili tibbi yardım, ilkin səhiyyə xidməti ilə bağlı lazım olacaq bütün dərmanların təminatı əhatə olunacaq.

Konkret olaraq hansısa dərmanların adı baza zərfinə daxil edilməyib. Xəstəxanada aparılan müalicə, həkim təyinatı əsasında lazım olan dərmanlar baza zərfinə daxil ediləcək. Onlar vasitəsilə sığorta olunan şəxslərə yardım ediləcək".

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı