Sabahın hava proqnozu açıqlandı


Sosial 23 Noy 2015 21:42:02 199 0

Sabahın hava proqnozu açıqlandı

Noyabrın 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən axar.az-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 14-17, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında noyabrın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskin olacaq. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu Aran rayonlarında gecə 3-8, gündüz 15-20, dağlarda gecə 2-7 isti, gündüz 13-18 dərəcə isti olacaq.