"Ölkədə 500 min sənədsiz ev var"


Digərləri 02 Dek 2016 15:24:00 63 0

"Ölkədə 500 min sənədsiz ev var"

Sevindirici haldır ki, gələn ilin büdcəsində rəqəmlər dəyişsə də, onun sosial yönümlülüyü saxlanılıb. Bu insan hüquq və azadlıqları baxımından çox önəmlidir. Büdcə insanların sosial rifahının yüksəldilməsinə xidmət edəcək.

Son.az azvision.az-a istinadən xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Milli Məclisin komitələrində büdcə müzakirələri zamanı deyib. Ombudsman bildirib ki, sənədsiz ev sahibi olan vətəndaşların hüquqları təmin edilməlidir: "Bununla bağlı qanun layihəsi qəbul edilməlidir. Bu cür evlərin sayı rəsmi şəkildə 500 mindir. Bu problemin həll edilməsi nəticəsində yığılan vergi və dövlət rüsümları hesabına büdcəyə əlavə vəsaitlər gələ bilər. Bu, böyük məbləğdir. Mənzil probleminin həlli istiqamətində ölkə başçısının tapşırığına əsasən, sosial mənzillərin regionlarda da tikilməsi üçün vəsait artırıla bilər. Bu evlərin tikilişini daha da sürətləndirə və regionlarda yaşayan mənzilsiz və ya qəzalı vəziyyətdə yaşayan vətəndaşların problemini həll edə bilər. Sosial infrastruktura ayrılan vəsait artırılmalıdır.

Azərbaycanın "Gələcəyə baxış: 2020-ci il" konsepsiyasında regionlarda da sağlamlığı məhdud olan uşaqlar üçün mərkəzlər yaradıla və onlar üçün inkülziv təhsil üzrə proqramların keçirilməsinə vəsaitlər ayrıla bilər".

E.Süleymanova təhsilə cəlb olunmuş əlil insanlara xüsusi yardımların edilməsinin vacibliyini söyləyib: "Bundan başqa sağlamlığı məhdud olan, lakin dövlət və ya özəl ali məktəblərdə ödənişli təhsil alan tələbələr var ki, onların da vəziyyəti narahatlıq yaradır. Onlar bir çox hallarda imtahanları uğurla verir, lakin ödənişi ödəyə bilmirlər. 

Bundan başqa ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə həlak olan hərbi qulluçuların ailə üzvlərinə və əlil olan şəxslərə sığorta məbləğinin ödənilməsi və həmin ödənişlərin qısa müddətdə müəyyən edilməsi ilə bağlı problemlər var. Bu problemlər həllin tapsa, yaxşı olar. Hərbi xidmət illərində istifadə edilməyən məzuniyyət üzrə borclarımız çoxdur. Nəhayət, hərbi qulluqçuların müvəqqəti mənzil əldə etməsi üçün pul kompensasiyası ilə bağlı rəqəmlər köhnədir. Lakin bu hal ailəli hərbi qulluqçular üçün böyük problemlər yaradır".

Ombudsman çıxışı zamanı məhkumların əməyə cəlb edilməsindən də söz açıb: "Məhkumların əməyə cəlb edilməsi məsələsi əsas məqamlardandır. Sərhədyanı rayonlarda problemlər mövcuddur. Belə ki həmin ərazilərdə tibbi, psixoloji sosial xidmətlərin yaradılması, aztəminatlı vətəndaşların imkanları nəzərə alınmaqla, Bakıda, rayonlarda və böyük şəhərlərdə dövlət büdcəsindən maliyyələşən ödənişsiz xidmət göstərən hüququ məsləhətxanalara böyük ehtiyac var. İnanıram ki, bu məsələlərə Maliyyə Nazirliyi tərəfindən baxılacaq, tədricən bu təklif həyata keçiriləcək. Və bir çox narazılıqlar aradan qaldırılacaq".

loading...
Prokuror Maşallah Əhmədova 9 illik həbs cəzası istədi like
  • 02 Dek 15:22  
Digərləri Prokuror Maşallah Əhmədova 9 illik həbs cəzası istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndir

arrow Ətraflı
Alsu Leyla Əliyevanın şeirinə mahnı oxudu like
  • 02 Dek 15:18  
Digərləri Alsu Leyla Əliyevanın şeirinə mahnı oxudu

Rusiyalı müğənni Alsu Azərbaycan prezidenti İlham Əliyevin qızı, Heydə

arrow Ətraflı
Daha bir azərbaycanlı beynəlxalq axtarışa verildi like
  • 02 Dek 15:15  
Kriminal Daha bir azərbaycanlı beynəlxalq axtarışa verildi

Daha bir azərbaycanlı beynəlxalq axtarışa verilib.

arrow Ətraflı
Ermənistan Müdafiə Nazirliyi: “İçimizdə Azərbaycana kömək edənlər var” like
  • 02 Dek 15:10  
Digərləri Ermənistan Müdafiə Nazirliyi: “İçimizdə Azərbaycana kömək edənlər var”

Ermənistan Müdafiə Nazirliyi təmas xəttinin Xocavənd istiqamətində b

arrow Ətraflı
Dollar rekord təzələdi - Türkiyədə like
  • 02 Dek 15:10  
Dünya Dollar rekord təzələdi - Türkiyədə

Türkiyədə ABŞ dollarının məzənnəsi yeni tarixi rekord səviyyəyə yük

arrow Ətraflı
Aşıq Samirənin yeni FOTOları like
  • 02 Dek 15:05  
Şou-biznes Aşıq Samirənin yeni FOTOları

Aşıq Samirə Əliyeva "Number one" mükafatlandırma gecəsində fotokameramı

arrow Ətraflı
Müəllim şagirdlərə əqrəb yedirtdi - VİDEO like
  • 02 Dek 15:02  
Dünya Müəllim şagirdlərə əqrəb yedirtdi - VİDEO

Türkiyənin Kahramanmaraş bölgəsində müəllimin şagirdlərə etdiyi zül

arrow Ətraflı
Dövlət Neft Fondu hərracda 301,5 milyon ABŞ dolları satdı like
  • 02 Dek 14:59  
Digərləri Dövlət Neft Fondu hərracda 301,5 milyon ABŞ dolları satdı

Azərbaycan Respublikası Dövlət Neft Fondundan Son.az-a verilən məlumata g

arrow Ətraflı
Xaricə getmədən pulla saxta diplom alanlar var like
  • 02 Dek 14:57  
Digərləri Xaricə getmədən pulla saxta diplom alanlar var

“Təhsil Nazirliyi xaricdə təhsillə məşğul olan hansısa müəss

arrow Ətraflı
Universitetdə KÜTLƏVİ DAVA: Çevik polis alayı cəlb edildi - VİDEO like
  • 02 Dek 14:52  
Dünya Universitetdə KÜTLƏVİ DAVA: Çevik polis alayı cəlb edildi - VİDEO

Antalyada Akdeniz Universitetinin girişində iki tələbə arasında düşən d

arrow Ətraflı
Futbolçuların öldüyü təyyarə qəzasının like
  • 02 Dek 14:49  
Dünya Futbolçuların öldüyü təyyarə qəzasının

Bu həftənin əvvəlində Kolumbiyanın Medelyin şəhəri yaxınlarında dağ

arrow Ətraflı
Nazir qaz və işıq pulu ilə bağlı deputatın təklifinə "yox" dedi like
  • 02 Dek 14:45  
Digərləri Nazir qaz və işıq pulu ilə bağlı deputatın təklifinə "yox" dedi

Maliyyə naziri Samir Şərifov millət vəkili Fəzail Ağamalının qaz və el

arrow Ətraflı
İstanbulda yanacaqdaşıyan maşın partlayıb: like
  • 02 Dek 14:43  
Dünya İstanbulda yanacaqdaşıyan maşın partlayıb:

İstanbulun Böyükçəkməcə bölgəsində maye yanacaqdaşıyan maşın partl

arrow Ətraflı