“Rabitə işi”: təqsirləndirilən “Aztelekom”un ona borclu olduğunu dedi


Sosial 02 Dek 2016 13:15:00 54 0

“Rabitə işi”: təqsirləndirilən “Aztelekom”un ona borclu olduğunu dedi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin sabiq durektoru Namazali Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Virtualaz.org saytı xəbər verir ki, məhkəmə prosesində "Optik Rabitə və Tikinti Quraşdırma" MMC-nin sabiq direktoru Namazəli Məmmədov ifadə verib. O, ifadəsində 1984-cü ildən rabitə sahəsində müxtəlif vaxtlarda mühəndis, rəis müavini və rəis vəzifələrində çalışdığını, 1997-ci ildən sahibkarlıqla məşğul olduğunu deyib: "Hər zaman qayda-qanunla işləmişəm. Vergi orqanları da hər il yoxlayırdı, ciddi nöqsanlarımız oımayıb. İstintaq bizə ittiham irəli sürüb ki, rəqəmləri şişirtmişik. Mənə ittiham verilib ki, 4 milyon mənimsəmişəm. Halbuki, mənim "Aztelekom"dan 16 milyon alacağım var. Vergini, digər işləri çıxanda 6 milyon yarım qalır. Yenə də mənə 2 milyon yarım borcları qalır".

N.Məmmədov ifadəsinin davamında bu günə qədər niyə həbs olunduğunu bilmədiyini deyib: "Maliyyə nazirliyinin əməkdaşlarının məhkəməyə dəvət olunmasını istəyirəm".

Hakim N.Məmmədova bildirib ki, ona 12 milyon manat mınimsəmə ilə bağlı ittiham irəli sürülüb, 4 milyon yox.

Daha sonra N.Məmmədov dövlət ittihamçısının və tərəflərin suallarını cavablandırıb.

Dövlət ittihamçısının "burada əyləşən təqsirləndirilən şəxlərlə kiminlə münasibətiniz olub?" sualına N.Məmmədov müttəhimlər kürsüsündə əyləşən şəxslərin rabitə sahəsində çalışdıqlarını və onların hər biri ilə normal münasibəti olduğunu, Aparat rəhbəri Vidadi Zeynalovla 2004-cü ildən Şamaxıda bağ qonşusu olduqlarını bildirib.

Bundan sonra təqsirləndirilən "Azintelekom"un baş direktoru, "Rabitə Voleybol Klubu"nun prezidenti Cəlil Cəfərov ifadə verib. O, elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini, heç bir cinayət törətmədiyini bildirib: "Heç bir mütəşəkkil dəstəyə qoşulmamışam, qanuna uyğun işləmişəm. Məqsəd keyfiyyətli danışıqlar aparmaq, kibercinayətkarlıqla mübarizə aparmaq olub".

C.Cəfərov ifadəsində Rabitə Nazirliyi rəhbərliyi tərəfindən "paket" almasını etiraf edib: "Mənə əvvəldən nə pul verilibsə, onu da almışam. Bu pullar voleybol klubu üçün yaranan zəruri xərclərə görə verilib. Nazir deyəndə ki, get pulu Aparat rəhbərindən al, onda gedib Vidadi müəllimdən alırdım. Nazirliyin işçiləri, müavinləri də paket alırdı. Mənim heç bağ evim də yoxdur. Obyekt sahibi deyiləm. Kağız yeyilmir ki, belə şeylərə xərclənir".

C.Cəfərov barəsində bəraət verilməsini istəyib.

Məhkəmə prosesi günün ikinci yarısı davam edəcək.

İnarə Rafiqqızı

loading...
"Bank Standard"la bağlı daha bir QALMAQAL like
  • 02 Dek 13:13  
Digərləri "Bank Standard"la bağlı daha bir QALMAQAL

Ləğv edilmiş "Bank Standard"ın işçilərinə əməkhaqlarının verilməsin

arrow Ətraflı
Türkiyə daha 3 şəhid verdi like
  • 02 Dek 13:11  
Digərləri Türkiyə daha 3 şəhid verdi

Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda təhlükəsiz

arrow Ətraflı
Vəkillər "Nardaran işi"nə gəlmədilər like
  • 02 Dek 13:10  
Digərləri Vəkillər "Nardaran işi"nə gəlmədilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə gör

arrow Ətraflı
Ukrayna hansı raketləri sınaqdan keçirdi ? like
  • 02 Dek 13:07  
Digərləri Ukrayna hansı raketləri sınaqdan keçirdi ?

Xəbər verildiyi kimi Ukrayna silahlı qüvvələri dekabrın 1-də Krım y

arrow Ətraflı
Nazirlik: "Qripin müalicəsi üçün kifayət qədər dərman ehtiyatı var" like
  • 02 Dek 13:07  
Digərləri Nazirlik: "Qripin müalicəsi üçün kifayət qədər dərman ehtiyatı var"

"Azərbaycanda qrip və kəskin respirator xəstəliklərin müalicəsi ü

arrow Ətraflı
Nazir “Aztelekom”a yeni rəhbər təyin etdi like
  • 02 Dek 13:05  
Digərləri Nazir “Aztelekom”a yeni rəhbər təyin etdi

"Aztelekom" MMC-yə baş direktor təyin olunub.

arrow Ətraflı
Sevda: "Mənə çox mane olur" - FOTO like
  • 02 Dek 13:04  
Şou-biznes Sevda: "Mənə çox mane olur" - FOTO

Müğənni Sevda Yahyayeva aktrisalığından bəhs edib

arrow Ətraflı
Bakıda 16 yaşlı qızın mədəsindən iynə çıxarılıb like
  • 02 Dek 13:00  
Digərləri Bakıda 16 yaşlı qızın mədəsindən iynə çıxarılıb

Bir neçə gün əvvəl dişləri arasında saxladığı tikiş iynəsini təsad

arrow Ətraflı
AFFA-nın bayrağı altında keçirilən yarışlarda 1 dəqiqəlik sükut like
  • 02 Dek 13:00  
İdman AFFA-nın bayrağı altında keçirilən yarışlarda 1 dəqiqəlik sükut

Braziliyanın “Chapecoense” klubunun futbolçularının da olduğu təyyarə

arrow Ətraflı
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb - FOTO like
  • 02 Dek 12:55  
Digərləri "AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb - FOTO

Dekabr ayının 2-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri

arrow Ətraflı
Ermənistanda qızıl mədənində atışma like
  • 02 Dek 12:54  
Digərləri Ermənistanda qızıl mədənində atışma

Ermənistanda qızıl mədənində atışma olub.

arrow Ətraflı
Lənkəranskidən Şeyxə keçən obyektlərin adı açıqlandı like
  • 02 Dek 12:52  
Kriminal Lənkəranskidən Şeyxə keçən obyektlərin adı açıqlandı

"Kriminal avtoritetlər"in maliyyə imkanları öz sirliliyi ilə hər

arrow Ətraflı
Deputat Bahar Muradova: “Yaşayışımızı büdcəyə uyğun qurmalıyıq” like
  • 02 Dek 12:50  
Digərləri Deputat Bahar Muradova: “Yaşayışımızı büdcəyə uyğun qurmalıyıq”

2017-ci il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisdə m

arrow Ətraflı
"Aztelekom"a yeni rəhbər təyin edildi like
  • 02 Dek 12:50  
Digərləri "Aztelekom"a yeni rəhbər təyin edildi

"Aztelekom" MMC-yə baş direktor təyin olunub.

arrow Ətraflı