Sevinc Fətəliyeva: "Uşaqların internetdən istifadəsi ilə bağlı sərhədlər qoyulmalıdır"


Digərləri 02 Dek 2016 12:28:00 35 0

Sevinc Fətəliyeva: "Uşaqların internetdən istifadəsi ilə bağlı sərhədlər qoyulmalıdır"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞ PA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə Alt Komitəsinin sədri Sevinc Fətəliyeva İtaliyada səfərdədir.

Son.az trend-ə istinadən xəbər verir ki, deputatımız Florensiya şəhərində keçirilən Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında və komitənin nəzdində fəaliyyət göstərən Uşaqlar Əleyhinə Zorakılığın Dayandırılması Şəbəkəsinin toplantısında iştirak edir. Tədbirlərdə uşaqlara qarşı cinsi zorakılıqla, uşaq əməyinin istismarı ilə, onlara qarşı sosial ədalətsizliklə mübarizə metodları, quruma üzv dövlətlərin Dünya Səhiyyə Təşkilatı ilə əlaqələrinin gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılır.

Dekabrın 1-də iclasda S.Fətəliyeva "Virtual məkanda uşaqlara qarşı zorakılıq və digər çağırışlar" mövzusunda çıxış edib: "Hazırda virtual məkan gündəlik həyatımızın bir parçasına çevrilib. Həm böyüklər, həm də uşaqlar smartfonlar və digər rəqəmsal texnologiyalardan istifadə edir, internet, sosial şəbəkələr vasitəsilə ünsiyyət qururlar. Ona görə də internetin müsbət və mənfi təsirlərini bilmək və uşaqlara internetdən səmərəli və təhlükəsiz istifadə qaydalarını öyrətmək olduqca önəmlidir".

S.Fətəliyeva qeyd edib ki, virtual məkanda ünsiyyətin uşaqlar üzərində ən qabarıq təsirlərindən biri onların şifahi nitq qabiliyyətlərinin zəifləməsi, özlərini ifadə etməkdə çətinliklərin yaranmasıdır. Bəzən isə virtual məkanda veb-saytlardan, sosial şəbəkələrdən, yaxud onlayn oyunlardan qaynaqlanan zorakılıq riski real həyatdakı zorakılıqdan daha təhlükəli ola bilir. Zərərli informasiyaya çıxış çox təhlükəli faktordur. Zorakılığın təbliği, radikalizm, dini dözümsüzlük, terrorizm və ekstremizm uşaqların yaşadığı ailə, icma və cəmiyyət dəyərlərindən uzaqlaşmasına səbəb olur.

Bir sıra ölkələrin üzləşdiyi digər bir təhlükənin isə uşaqların terror təşkilatlarının onlayn təbliğat toruna düşməsi olduğunu vurğulayan S.Fətəliyeva deyib: "Cinayətkar qüvvələr internet vasitəsilə ən müxtəlif yaş, etnik və mədəni mənsubluğu olan şəxslərə təsir göstərə bilirlər. Uşaqların cinsi istismarına yalnız təcavüz deyil, qeyri-münasib çatlar, intim söhbətlər, yazışmalar, hətta şəkillərə edilən müəyyən şərhlər də daxildir. Yeniyetmələrin diqqət mərkəzində olmaq və ünsiyyət dairəsini genişləndirmək istəyi onların yad insanlarla münasibətlər qurmasına səbəb olur. Bu, real ünsiyyətdən heç də az təhlükəli deyil. Virtual məkanda uşaqlar həm nəzarətsiz, həm də çox həssasdırlar. Bu vəziyyət müxtəlif dövlət strukturlarının bir-birilə əlaqəli fəaliyyətini özündə əks etdirən kompleks yanaşma tələb edir".

Deputat atılması vacib olan addımlardan danışaraq bildirib ki, maarifləndirici kampaniyalar aparmaq, "internetdən təhlükəsiz istifadə" proqramları həyata keçirmək lazımdır: "Həmçinin bələdiyyələr və QHT-lərin iştirakı ilə regional seminarlar təşkil etmək və nəsillər arasında "texnoloji (rəqəmsal) boşluğu" kiçiltmək vacibdir. Uşaqlarının yaşadığı mühiti daha yaxşı başa düşmələri üçün valideynlər internetdən istifadənin təməl prinsiplərini bilməlidirlər. Uşaqların internetdən istifadəsi ilə bağlı sərhədlər qoyulmalıdır. Hər bir istifadəçi və vətəndaş bilməlidir ki, virtual məkanda aqressiv davranış və başqalarının hüquqlarını pozan digər hərəkətlər barədə müvafiq qurumlara xəbər verilməlidir və buna nə qədər çox əməl olunarsa, internetdən istifadə hər birimiz üçün bir o qədər təhlükəsiz olacaq".

Qeyd edilib ki, bir çox ölkələrdə internetdən təhlükəsiz istifadə ilə bağlı problemlərlə məşğul olan təşkilatlar mövcuddur. Belə təşkilatların fəaliyyətini dəstəkləmək və maarifləndirmə işlərində onlara yardım etmək çox vacibdir.

loading...
OPEC üzvü olmayan ölkələr gündəlik hasilatı 600 min barel azaldacaq like
  • 02 Dek 12:26  
Digərləri OPEC üzvü olmayan ölkələr gündəlik hasilatı 600 min barel azaldacaq

Rusiya və daha 3 qeyri-OPEC ölkəsinin neft hasilatını 591 min barel/gün az

arrow Ətraflı
Ali məktəblərin yeni akkreditasiya qaydaları hazırlanıb like
  • 02 Dek 12:26  
Digərləri Ali məktəblərin yeni akkreditasiya qaydaları hazırlanıb

"Azərbaycanda ali məktəblərin yeni akkreditasiya qaydaları hazırlanı

arrow Ətraflı
İŞİD-dən görünməmiş vəhşilik: 650 min insan əzabla ölə bilər - FOTO like
  • 02 Dek 12:23  
Dünya İŞİD-dən görünməmiş vəhşilik: 650 min insan əzabla ölə bilər - FOTO

"İraq və Şam İslam Dövləti" (İŞİD) misli görünməmiş qəddarlığı,

arrow Ətraflı
Sabah da Bakıda yağış, rayonlarda qar yağacaq like
  • 02 Dek 12:20  
Digərləri Sabah da Bakıda yağış, rayonlarda qar yağacaq

Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk

arrow Ətraflı
"Gənclik Mall"da həyəcan - FOTO like
  • 02 Dek 12:19  
Digərləri "Gənclik Mall"da həyəcan - FOTO

"Gənclik Mall"da bu dəqiqələrdə təşviş yaranıb.

arrow Ətraflı
Mərkəz direktorunun müavini işdən çıxdı like
  • 02 Dek 12:16  
Digərləri Mərkəz direktorunun müavini işdən çıxdı

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə

arrow Ətraflı
İndoneziya prezidenti Azərbaycana səfər edəcək like
  • 02 Dek 12:15  
Digərləri İndoneziya prezidenti Azərbaycana səfər edəcək

İndoneziya prezidenti Coko Vidodonun Azərbaycana səfəri gözlənilir.

arrow Ətraflı
Məhkəmə "Coca-Cola"nın apellyasiya şikayətini təmin etməyib like
  • 02 Dek 12:13  
Digərləri Məhkəmə "Coca-Cola"nın apellyasiya şikayətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan "Coca-Cola" Bottlers Limited" MM

arrow Ətraflı
Çexiya parlamentinin vitse-spikeri və sənaye naziri Bakıya gələcəklər like
  • 02 Dek 12:10  
Siyasət Çexiya parlamentinin vitse-spikeri və sənaye naziri Bakıya gələcəklər

Çexiya parlamentinin vitse-spikeri Voytex Filip Bakıya gələcək.

arrow Ətraflı
Oksana Rəsulova: "Heç kim risk etmək istəmir" - FOTO like
  • 02 Dek 12:07  
Şou-biznes Oksana Rəsulova: "Heç kim risk etmək istəmir" - FOTO

"Sahibi olduğum "Oksi media" şirkəti "Mələyin öpüşü

arrow Ətraflı
Bakı metrosuna işçilər lazımdır like
  • 02 Dek 12:04  
Digərləri Bakı metrosuna işçilər lazımdır

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Sağlamlıq,

arrow Ətraflı
Bakıda əyləncə mərkəzində 22 yaşlı gənc bıçaqlandı like
  • 02 Dek 12:01  
Digərləri Bakıda əyləncə mərkəzində 22 yaşlı gənc bıçaqlandı

Bakının Xətai rayonunda yerləşən "Luna Park" əyləncə mərkəzində 22 y

arrow Ətraflı
Nazir: "1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılıb" like
  • 02 Dek 12:00  
Digərləri Nazir: "1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılıb"

"Son 13 ildə Azərbaycanda 3000-dən çox məktəb binası tikilib, əsasl

arrow Ətraflı
BP-nin Ali Neft Məktəbinə qiymətli hədiyyəsi like
  • 02 Dek 11:58  
Digərləri BP-nin Ali Neft Məktəbinə qiymətli hədiyyəsi

Bakı Ali Neft Məktəbinin (BANM) kitabxanasına BP tərəfindən kitab kolleks

arrow Ətraflı
Azərbaycan mağara təfəkkürlü insanla danışıqlar aparır like
  • 02 Dek 11:55  
Siyasət Azərbaycan mağara təfəkkürlü insanla danışıqlar aparır

Ermənistanı daha ağır formalı növbəti "aprel" gözləyir

arrow Ətraflı