Azərbaycan mağara təfəkkürlü insanla danışıqlar aparır


Siyasət 02 Dek 2016 11:55:00 50 0

Azərbaycan mağara təfəkkürlü insanla danışıqlar aparır

Ermənistanı daha ağır formalı növbəti "aprel" gözləyir

Serj Sarkisyanın Azərbaycanın ünvanına hədə dolu bəyanat səsləndirməsi özünü və hakimiyyətini rəsmən ifşa etməsi deməkdir. Bu gün Azərbaycan yalnız ərazisi üzərində suverenliyini bərpa etməsi məsələsini qaldırırsa, Ermənistan qonşu dövlətin paytaxtını tuta biləcəyini bəyan edir. Bu, orta əsrlər dövrünə, hətta ondan öncəki dövrə məxsus mağara təfəkkürüdür. Bu, Ermənistanın artıq açıq-aşkar dünyanın qəbul edilmiş hüquq normalarını və qaydalarını inkar etmək etməsi deməkdir. Bu adam üçün artıq sivil dünya, beynəlxalq hüquq normaları, BMT-nin nizamnaməsi və qərarları anlayışları yoxdur. İndi görün Azərbaycan prezidenti Ermənistanı idarə edən bu cür insanla üzbəüz qalıb onunla Qarabağ probleminin həllinə dair danışıqlar aparmalıdır.

Bunu son.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, digər tərəfdən, Sarkisyanın hədə-qorxu bəyanatını həyata keçirə bilməyəcəyini əslində Ermənistan ictimaiyyəti özü çox yaxşı bilir: "Aprel ayında Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşıdurmada açıq-aşkar məğlubiyyətə uğradı və iki min hektar mürəkkəb coğrafiyası olan ərazi işğalçılardan azad edildi. Ermənistan ordusunda böyük təşviş var idi və ali baş komandan olan Serj Sarkisyanın özü həmin günlərdə Azərbaycanla danışıqlara hazır olmasına dair bəyanatlar verir və beynəlxalq birliyi hərbi əməliyyatları dayandırmaq üçün vasitəçi olmağa çağırırdı. Bu gün isə onun hərbi ritorika ilə çıxış etməsi gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Bu gün Ermənistan hakimiyyəti seçkilərdə seçici qarşısına hər hansı bir uğuru ilə çıxa bilmir. İnsanların həyat şəraitinin aşağı düşməsi, gələcəyə inamın olmaması, müstəqilliyini digər dövlətlərə satması kimi məsələlər seçicidə başqa bir alternativ axtarmaq meyli yaradır. O baxımdan baş nazir dəyişildi, indi isə diqqəti daxili məsələlərdən hərbi ritorika ilə Qarabağ məsələsinə yönəltməyə çalışır. Bu yaxınlarda hökumət əhaliyə satılan təbii qazın qiymətini aşağı saldı. Halbuki bu, Ermənistan büdcəsinə böyük zərbə vurur. Seçkidən sonra isə həmin qiymətlər yenidən asanlıqla qaldırılacaq".

A.Mirzəzadə hesab edir ki, Sarkisyan bu cür bəyanatlarla nə Azərbaycanı qorxuda, nə də beynəlxalq ictimaiyyəti aldada biləcək: "Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək əzmindədir və öz Silahlı Qüvvələrini daim gücləndirir. Ölkəmizin hər bir vətəndaşı torpaq uğrunda mübarizə aparmağa, döyüşməyə və hətta ölməyə hazırdır. Əgər Ermənistan danışıqlarda qeyri-konstruktuv mövqe göstərəcəksə, onu növbəti "aprel hadisələri", özü da daha ağır formasında gözləyir".

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 26-da İrəvanda Respublika Partiyasının 16-cı qurultayında danışıqlar prosesini sual altına qoyan, eləcə də Azərbaycanın ünvanına hədələrlə dolu bəyanatla çıxış edib: "Biz qarşımıza Bakını tutmaq və onu kapitulyasiyaya məcbur etmək kimi hərbi-siyasi məqsəd qoymamışıq, amma eyni zamanda yaxşı anlayırıq ki, düşmənə sarsıdıcı zərbə vura bilərik: fikrimcə, əlavə detallara ehtiyac yoxdur".

Erməni "fürer" bununla kifayətlənməyərək aprel hadisələrinə görə Azərbaycanı ittiham edib, eləcə də rəsmi Bakının mövcud vəziyyəti və qüvvələr balansını real qiymətləndirmədiyini deyib. Onun fikrincə, Qarabağ problemi yalnız Qarabağ xalqının (?) öz müqəddəratını azad təyin etməsi (?) yolu ilə həll edilə bilər, bütün digər məsələlər isə buna paralel olaraq həllini tapacaq.


loading...
DİN-in rəsmi məlumatında virtualaz.org-un xəbəri təsdiqləndi like
  • 02 Dek 11:53  
Digərləri DİN-in rəsmi məlumatında virtualaz.org-un xəbəri təsdiqləndi

Daxili İşlər Nazirliyi Salyanda baş vermiş qətllə bağlı məlumat yayıb

arrow Ətraflı
Ermənistanda qızıl mədənində atışma: like
  • 02 Dek 11:52  
Dünya Ermənistanda qızıl mədənində atışma:

Ermənistanda qızıl mədənində atışma olub. 

arrow Ətraflı
Mövlud Çavuşoğlu bu gün Bakıya gəlir like
  • 02 Dek 11:49  
Siyasət Mövlud Çavuşoğlu bu gün Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana gə

arrow Ətraflı
Səfir: "Türkiyədə erməni və kürd terrorçularına ucaldılan abidə söküləcək" like
  • 02 Dek 11:46  
Siyasət Səfir: "Türkiyədə erməni və kürd terrorçularına ucaldılan abidə söküləcək"

"Türkiyənin Tunceli vilayətinin Nazimiye bölgəsində erməni və kürd terr

arrow Ətraflı
Azərbaycanda ata 18 yaşlı qızını niyə öldürdü? - MÜƏMMALI QƏTL like
  • 02 Dek 11:43  
Digərləri Azərbaycanda ata 18 yaşlı qızını niyə öldürdü? - MÜƏMMALI QƏTL

Dünən Salyan rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqam

arrow Ətraflı
Türkiyədən QARA XƏBƏR: like
  • 02 Dek 11:40  
Dünya Türkiyədən QARA XƏBƏR:

Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda təhlükəsizlik qüvvələ

arrow Ətraflı
FİFA bütün çempionatlarda sükut elan edib like
  • 02 Dek 11:37  
Dünya FİFA bütün çempionatlarda sükut elan edib

Kolumbiyadakı təyyarə qəzasında həyatlarını itirən Braziliyanın "Şape

arrow Ətraflı
Prezident İlham Əliyev Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib - FOTO like
  • 02 Dek 11:35  
Siyasət Prezident İlham Əliyev Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib - FOTO

Azertag xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye

arrow Ətraflı
"Azərbaycanda Rektorlar Şurası yaradılacaq" like
  • 02 Dek 11:34  
Digərləri "Azərbaycanda Rektorlar Şurası yaradılacaq"

"Azərbaycanda Rektorlar Şurasının yaradılması nəzərdə tutulur".

arrow Ətraflı
Formula-1 “Azərbaycan Qran-Prisi”nin biletləri satışa çıxarılır like
  • 02 Dek 11:32  
Digərləri Formula-1 “Azərbaycan Qran-Prisi”nin biletləri satışa çıxarılır

2017-ci ildə Bakıda keçiriləcək Formula 1 üzrə “Azərbaycan Qran-Prisi

arrow Ətraflı
Arda Turanla bağlı ŞOK İDDİA like
  • 02 Dek 11:31  
Dünya Arda Turanla bağlı ŞOK İDDİA

Türkiyə millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Tur

arrow Ətraflı
Almaniyanın qlobal kibermafiyaya qarşı əməliyyatı: Azərbaycanda da həbs olunan var like
  • 02 Dek 11:25  
İqtisadiyyat Almaniyanın qlobal kibermafiyaya qarşı əməliyyatı: Azərbaycanda da həbs olunan var

Almaniyanın hüquq mühafizə orqanları qlobal kibercinayətkarlar şəbəkəs

arrow Ətraflı
Məşhur cütlüyün ikinci övladı doğuldu - FOTO like
  • 02 Dek 11:24  
Dünya Məşhur cütlüyün ikinci övladı doğuldu - FOTO

Aktrisa Mila Kunis və aktyor Eşton Katçer ikinci dəfə valideyn olacaq.

arrow Ətraflı
Formula 1 üzrə Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb like
  • 02 Dek 11:22  
İdman Formula 1 üzrə Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb

2017-ci ildə Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisinin

arrow Ətraflı