Taksi dayanacaqları pasportlaşdırılır: hansı problemlər həll ediləcək?


Digərləri 02 Dek 2016 08:22:00 42 0

Taksi dayanacaqları pasportlaşdırılır: hansı problemlər həll ediləcək?

Ən böyük problem taksilərin dayanma, durma qadağan olunan yerlərdə park etməsi, müştəri gözləməsidir

Ən böyük problem taksilərin dayanma, durma qadağan olunan yerlərdə park etməsi, müştəri gözləməsidir

Taksi sürücüləri adətən əhalinin gur olduğu ticarət mərkəzləri və digər obyektlərin qarşısında dayanmaqla daha çox müştəri cəlb edə bilirlər. Bu proses tıxacların, təhlükəli vəziyyətlərin yaranmasına gətirib çıxarır. Lakin xüsusi taksi dayanacaqların yaradılması bu problemi aradan qaldırmağa xidmət edəcək.

Son.az bildirir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbirlərə başlayıb. BNA-dan "Ekspress"ə verilən məlumata görə, məqsəd taksi fəaliyyəti ilə məşğul olan sürücülərə onların hüquq və vəzifələri barədə məlumatların verilməsidir. Hazırda paytaxt yollarında taksilərlə bağlı müşahidə edilən ən narahatedici məqam onların dayanma və durma qaydalarının tələbini pozaraq nəzərdə tutulmayan yerlərdə, xüsusən də avtobus dayanacaqlarında park etmələridir. Bu hal isə küçə və prospektlərdə digər hərəkət iştirakçılarına mane olmaqla avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur. BNA məsələnin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu çərçivədə ilk olaraq Bakı şəhərində taksi dayanacaqlarının pasportlaşdırılmasına başlanılıb. Agentliyin xüsusi ekspert qrupu paytaxtın bütün küçə və prospektlərində, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə bununla bağlı təhlillər aparır. Bunun nəticəsində yerləşdiyi ərazidə avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane yaratmayan dayanacaqlar pasportlaşdırılır. Artıq 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib.

Yol hərəkəti qaydaları və təhlükəsizliyi üzrə ekspert Azər Allahverənovun bildirdiyinə görə, taksi dayanacaqlarının pasportlaşdırılması zəruri addımdır: "Biz zaman-zaman bu taksilərin qeyri-qanuni dayanma, durma məsələləri ilə bağlı münasibət bildirir və bunu yol təhlükəsizliyinin təmin olunmasına maneçilik törədən bir amil kimi göstərməyə çalışmışıq",- deyən müsahibimiz bildirib ki, eyni zamanda, bu insanlara sərnişin daşıma xidmətlərini həyata keçirməsi üçün müəyyən şəraitin yaradılmasına ehtiyac var. Onun sözlərinə görə, paytaxt küçələrində xidmət göstərən taksilər, taksi xidməti göstərən nəqliyyat vasitələri çox vaxt qadağan olunan yerlərdə nəqliyyat vasitələrini saxlayıb müştəri gözləyirlər ki, bu da yol təhlükəsizliyinin təmin olunmasına maneçilik törədir.

A.Allahverənov qeyd edib ki, dünyanın əksər inkişaf etmiş ölkələrinin meqapolislərində olduğu kimi bizdə də xüsusi taksi dayanacaqlarının yaradılıb istifadəyə verilməsinə ehtiyac var: "Taksilər taksi dayanacaqlarında müştəriləri gözləməli və ya sifariş aldıqda təyinat ünvanına getməlidirlər. Bu, idealda belə olmalıdır".

Onun sözlərinə görə, Bakıda bu kimi taksi dayanacaqları üçün yerlərin ayrılması mümkündürsə, bu yerlər ayrılmalı və pasportlaşdırılması həyata keçirilməlidir: "Lakin bu cür taksi dayanacaqlarına istənilən taksi yanaşa bilər. Bu da dayanacaq ətrafında artıq o ərazidən istifadə edən taksi sürücüləri arasında müəyyən mübahisələrin yaşanmasına gətirib çıxaracaq. Bu səbəbdən də mütləq taksi dayanacaqlarında hansı taksilərin dayana biləcəyi dəqiqləşdirilməlidir".

Ekspert bildirib ki, taksiçilik fəaliyyəti ilə bağlı ən böyük problem taksilərin dayanma, durma qadağan olunan yerlərdə park etmə, müştəri gözləmə məsələsidir: "Eyni zamanda, ciddi problem taksilərin müxtəlif yol kəsişmələrində, döngələrdə saxlamasıdır. Hansı ki, bu, qanunla qadağan olunan haldır. Nəticə etibarilə döngələrdə çoxsaylı nəqliyyat vasitələrinin durması, birinci, görünüşü məhdudlaşdırır, ikinci, qəza şəraitinin yaranmasına səbəb olur. Söhbət açdığımız taksi dayancaqlarının yaradılması bu problemi də aradan qaldırar".

Taksilərin yalnız taksi dayanacaqlarında durması onlardan istifadənin çətinləşməsinə gətirib çıxaracağı barədə deyilənlərə gəlincə, həmsöhbətimiz bununla razılaşmır: "Əslində bu dayancaqların olması ona görə də vacibdir ki, konkret hər bir müştəri onun evinə yaxın yerdə taksi dayanacağının fəaliyyət göstərdiyini bilsin. Yaxınlıqda olan taksi dayanacağına gələrək taksi sifariş edərək rahat təyinat ünvanına getsin. Həm də bizdə "online" və ya zənglə sifariş əsasında çoxsaylı taksiçilik fəaliyyətini təklif edən şirkətlər fəaliyyət göstərir. Müştərilərin əksəriyyəti məhz həmin şirkətlərin xidmətlərindən yararlanmış olur. Belə olduğu halda onların taksi dayancağına getməyə ehtiyacları yoxdur. Ola bilsin ki, şəhərə gələn qonaqlar bu şirkətlər haqqında məlumatlı olmasınlar. Belə olduğu halda onlar təbii ki, taksi dayancaqlarına üz tutmağa məcbur olacaqlar".

loading...
Avtomobil yanıb like
  • 02 Dek 08:19  
Digərləri Avtomobil yanıb

Hacıqabul rayonun Padar kəndində vətəndaşa məxsus "Chevrolet"

arrow Ətraflı
Avtobus gölə düşüb: 18 ölü, 2 yaralı like
  • 02 Dek 08:18  
Dünya Avtobus gölə düşüb: 18 ölü, 2 yaralı

Çinin Erçjou şəhərində avtobus gölə düşüb.

arrow Ətraflı
Bakıda 3 otaqlı ev yanıb like
  • 02 Dek 08:17  
Digərləri Bakıda 3 otaqlı ev yanıb

Bakı şəhəri Suraxanı rayonunda sahibi məlum olmayan ümumi sahəsi 40 m2

arrow Ətraflı
Kərəm Bürsinin yeni serialından ilk FOTOlar like
  • 02 Dek 08:16  
Digərləri Kərəm Bürsinin yeni serialından ilk FOTOlar

"Bu Şehir Arkandan Gelecek" serialının çəkilişləri başlayıb.

arrow Ətraflı
Müasir ailə modeli: Lider kimdir: kişi, yoxsa qadın? like
  • 02 Dek 08:09  
Digərləri Müasir ailə modeli: Lider kimdir: kişi, yoxsa qadın?

Hacı Surxay: Qadının nə qədər hökmü olsa da, kişinin hüququndan üstü

arrow Ətraflı
Məhəmməd Əli və Pelenin əşyaları hərraca çıxarıldı - FOTO like
  • 02 Dek 08:02  
Digərləri Məhəmməd Əli və Pelenin əşyaları hərraca çıxarıldı - FOTO

Məşhur idmançılar, bokçu Məhəmməd Əli və futbolçu Pelenin əşyaları

arrow Ətraflı
Torpaq alarkən nəyə fikir verməli? like
  • 02 Dek 07:55  
Digərləri Torpaq alarkən nəyə fikir verməli?

Çıxarışı olmayan torpaq sahələrini almaq kifayət qədər riskli addımd

arrow Ətraflı
Aktrisa tək qaldı - FOTO like
  • 02 Dek 07:48  
Digərləri Aktrisa tək qaldı - FOTO

29 yaşlı aktrisa və müğənni Hilari Daff sevgilisindən ayrılıb.

arrow Ətraflı
Dünyada qəbul olunan KİŞİ ANLAYIŞI - FOTO like
  • 02 Dek 07:21  
Digərləri Dünyada qəbul olunan KİŞİ ANLAYIŞI - FOTO

Dünya ölkələrində kişilərin yaraşıqlı olması ilə bağlı müxtəlif

arrow Ətraflı
Yuliya pozalar verdi - FOTO like
  • 02 Dek 07:14  
Digərləri Yuliya pozalar verdi - FOTO

Supermodel Yuliya Terentyeva "Grazia Italy" üçün fotosessiyaya çə

arrow Ətraflı
Tatar salatı like
  • 02 Dek 07:00  
Digərləri Tatar salatı

Milli.Az tatar salatının hazırlanma qaydasını təqdim edir

arrow Ətraflı