Məhkumları şərti olaraq vaxtından əvvəl azad etmə institutu tətbiq olunur


Digərləri 01 Dek 2016 22:57:00 38 1

Məhkumları şərti olaraq vaxtından əvvəl azad etmə institutu tətbiq olunur

Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı üzrə aparılan islahatlar çərçivəsində penitensiar sistem xeyli təkmilləşdirilib, cəza-icra siyasəti humanistləşdirilib, məhkumların hüquq və imtiyazları genişləndirilib, tibbi təminatı, saxlanma şəraiti və infrastruktur onların sosial reabilitasiyası məqsədilə yaxşılaşdırılıb.

Son.az Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, eyni zamanda, humanizm prinsiplərinin səmərəli tətbiqi məhkumların islah olunaraq cəmiyyətə yenidən inteqrasiyasına xidmət edir. Bu sahədə, həmçinin müasir işlək mexanizmlər, o cümlədən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və yüngül rejimli müəssisəyə keçirilmə institutu geniş tətbiq olunur.

Bu prosesdə kollegiallığın, obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən tərkibi nazirliyin, o cümlədən Penitensiar xidmətin məsul işçilərindən, eləcə də ictimaiyyətin nümayəndələrindən və hüquq-müdafiəçilərdən ibarət xüsusi Komissiya yaradılıb. Artıq dörd ilə yaxındır səmərəli fəaliyyəti göstərən Komissiya tərəfindən mütəmadi olaraq bütün cəzaçəkmə müəssisələrinə baş çəkilir, məhkumların işləri öyrənilərək, onların islah prosesinə qədəm qoyması, o cümlədən davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti ətraflı araşdırılır, fərdi qaydada söhbətlər aparılır. Həmçinin, məhkumlarla zərərçəkmiş şəxslər arasında barışığa nail olunması, onların sosial adaptasiyası məsələlərinin həllində vətəndaş cəmiyyətinin nümayəndələri ilə birgə əməli köməklik göstərilir.

Komissiyanın fəaliyyətində şəffaflıq maksimum təmin olunaraq onun iclaslarına məhkumların valideynlərinin və yaxınlarının dəvət olunması təcrübəsindən də istifadə olunur.

Bu ilin noyabr ayında Komissiyanın Penitensiar xidmətin müxtəlif cəzaçəkmə müəssisələrində məhkumlarla görüşləri olub, 400-dən çox məhkumun şəxsi işi və digər aidiyyəti sənədlər hərtərəfli araşdırılıb, vaxtından əvvəl şərti azad etmə institutunun tətbiqi ilə bağlı məhkəmə qarşısında müvafiq vəsatətlər qaldırılıb.

Eyni zamanda, məhkum kollektivləri ilə tərbiyəvi-maarifləndirmə tədbirləri keçirilərək, dövlətimizin humanizm siyasəti, əfv və amnistiya aktlarının əhəmiyyəti barədə ətraflı məlumat verilib, şərti azadetmə institutunun mahiyyəti, bu sahədə Komissiyanın rolu və məqsədləri haqqında geniş söhbət aparılıb. Tədbirlərdə hər bir məhkumun rejim qaydalarına dönmədən riayət etməklə, islah prosesinə, ictimai tədbirlərə fəal qatılmaqla, davranışı, təhsilə və əməyə münasibəti, faydalı işlə məşğulluğu ilə müsbət xarakterizə olunmaqla vaxtından əvvəl azad olunmağa layiq bilinməsi qeyd olunub.

Təsadüfi deyil ki, Komissiyanın şəffaf və obyektiv fəaliyyətinin, apardığı tərbiyəvi işin və həqiqi islah olunan məhkumların azad olunmağa tövsiyə etməsinin nəticəsidir ki, ötən dövrdə 6.500-ə yaxın məhkum vaxtından əvvəl şərti azad olunmağa və ya daha yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və artıq məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib və həmin şəxslər arasında təkrar cinayətlərin sayı xeyli azalıb.

Həmçinin, törətdiyi cinayət əməli ilə zərərçəkmiş şəxslərə və dövlət büdcəsinə ziyan vurmuş məhkumlar tərəfindən bir milyon manata yaxın vəsaitin ödətdirilməsinə nail olunub.

Məhkumların sosial reabilitasiyasına böyük töhfə verən belə bir qaydada humanist institutun tətbiqi onların ailələrinə və yaxınlarına yüksək sevinc hissləri bəxş etməklə yanaşı, həmçinin cəza çəkən digər məhkumların səmərəli islah olunmasına öz müsbət həvəsləndirici təsirini göstərərək, onları qanunazidd hərəkətlərdən çəkinməyə sövq edir, haqqa, ədalətə inamını daha da artırır.

loading...
Putin Qərbə bir neçə like
  • 01 Dek 22:56  
Dünya Putin Qərbə bir neçə

Rusiya prezidenti Vladimir Putin ölkəsinin xarici siyasət konsepsiyasını t

arrow Ətraflı
Qərib İmam Rzanın (ə) müsibətli şəhadəti like
  • 01 Dek 22:55  
Digərləri Qərib İmam Rzanın (ə) müsibətli şəhadəti

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir.

arrow Ətraflı
Qadın anasını, qardaşını və üç uşağını qətlə yetirdikdən sonra intihar edib like
  • 01 Dek 22:53  
Dünya Qadın anasını, qardaşını və üç uşağını qətlə yetirdikdən sonra intihar edib

Avstriyada qadın odlu silahdan anasını, qardaşını və 7-10 yaşlarında ol

arrow Ətraflı
Xroniki pankreatitin fəsadları like
  • 01 Dek 22:50  
Digərləri Xroniki pankreatitin fəsadları

Xroniki pankreatitin fəsadları dərman terapiyasının effektliyini azaldır v

arrow Ətraflı
Qanazlığına qarşı yaxşı təsir edən bitkilər like
  • 01 Dek 22:45  
Digərləri Qanazlığına qarşı yaxşı təsir edən bitkilər

Dəmir çatışmazlığı ilə yaranan qanazlığını təbii yollar ilə müali

arrow Ətraflı
İtaliyada neft emalı zavodunda güclü partlayış like
  • 01 Dek 22:42  
Dünya İtaliyada neft emalı zavodunda güclü partlayış

İtaliyanın Sannadzaro-de-Burqondi “Eni” neft-qaz şirkətinin neft

arrow Ətraflı
Xəzləri necə təmizləməli? like
  • 01 Dek 22:40  
Digərləri Xəzləri necə təmizləməli?

Çox çirklənmiş xəzləri ev şəraitində təmizləmək mümkündür. Bunun

arrow Ətraflı
Ermənilər məscidləri, qəbristanlıqları viran qoyublar - FOTO like
  • 01 Dek 22:36  
Digərləri Ermənilər məscidləri, qəbristanlıqları viran qoyublar - FOTO

Baxın, budur özünü dünyaya məzlum kimi tanıdan ermənilərin vəhşi xisl

arrow Ətraflı
Bu maddələr  hamilə qalmaq şansını azaldır like
  • 01 Dek 22:35  
Digərləri Bu maddələr hamilə qalmaq şansını azaldır

Əksərən şəkər tozu, ya qənd yerinə süni dadlandırıcı istifadə etmə

arrow Ətraflı
Çimərlikdə kameralardan qaça bilmədi - FOTO like
  • 01 Dek 22:30  
Digərləri Çimərlikdə kameralardan qaça bilmədi - FOTO

Supermodel Reyqan Laş Mayamidə istirahət edir. Son.az bildirir ki, populyar

arrow Ətraflı
Soyuğa davamsızlıq - like
  • 01 Dek 22:25  
Digərləri Soyuğa davamsızlıq -

Bəzi insanlar hətta isti otaqda olduqda daim üşüyür. Belə insanlardan tez

arrow Ətraflı
Bakıda 48 yaşlı kişinin meyiti tapılıb like
  • 01 Dek 22:23  
Digərləri Bakıda 48 yaşlı kişinin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə

arrow Ətraflı
İtaliyada neft zavodu partladı like
  • 01 Dek 22:22  
Dünya İtaliyada neft zavodu partladı

İtaliyanın Sannadzaro-de-Burqondi “Eni” neft-qaz şirkətinin neft emalı

arrow Ətraflı
Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları. like
  • 01 Dek 22:20  
Digərləri Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları.

Yumurtalıqların inkişaf anomaliyaları aşağıdakı xəstəliklərlə özün

arrow Ətraflı