"Bizə dost lazımdır" -


Siyasət 01 Dek 2016 23:06:00 50 0

"Bizə dost lazımdır" -

Rusiya prezidenti Vladimir Putin Kreml Dövlət Sarayının Georgiyevsk zalında 13-cü dəfə Federal Məclisə illik müraciətini etdi.

Son.az APA-ya istinadən xəbər verir ki, 600-dən çox yerli və xarici KİV nümayəndəsi, 1000 nəfərdən çox qonağın qatıldığı tədbirdən öncə jurnalistlərə Böyük Kreml sarayının "Andreyevski" və "Malaxitovıy" zallarında tədbirə gələn yüksək çinli qonaqlar, senatorlar, deputatlar və nazirlələrlə müsahibə etmək, açıqlama almaq imkanı yaradılmışdı.

Bu ilki müraciət Rusiya prezidentinin daha çox daxili auditoriyaya ünvanlanan, ölkənin iqtisadi inkişafı, korrupsiyaya qarşı mübarizə və sosial problemlərlə bağlı mesajları ilə yadda qaldı. Ötən ilki müraciət isə Putinin Türkiyə üçün söylədiyi "canını pomidorla qurtara bilməyəcək" ifadəsi ilə xatırlanır. Putin çıxışının sonunda son iki il ərzində ölkəsinə qarşı Qərbin tətbiq etdiyi sanksiyalar barədə danışdı. Həmin sanksiyaların Rusiyanı daha da gücləndirdiyini bəyan etdi.

"Sanksiyalar bizi daha da gücləndirdi"

Rusiya prezidenti ölkə iqtisadiyyatının sabitləşdiyini söylədi: "Lakin bu sabitlik o demək deyil ki, iqtisadiyyatımız dayanıqlı yüksəlişə keçib. Əgər biz Rusiya iqtisadiyyatının baza problemlərini həll etməsək, o zaman iqtisadi artım yenə sıfırın ətrafında olacaq.

Rusiyaya qarşı Qərbin sanksiyalarından danışan V. Putin qeyd etdi ki, bu sanksiyalar və onlara qarşı tədbirlər Rusiya kənd təsərrüfatının inkişafına kömək edib: "Lakin bu hal hər zaman davam etməyəcək. İstehlakçılara bazarda rəqabət mühiti lazımdır. Ona görə də bu gün yaranan əlverişli vəziyyətdən tam həcmdə istifadə etmək lazımdır.

Rusiyanın hərbi gücü: Suriyada ordumuz və donanmamız sübut etdi ki, daim dislokasiya olduğu yerlərdən uzaqda belə effektli işləyə bilir

Putin Suriyada beynəlxalq terrora qarşı mübarizə aparan hərbi qulluqçulara təşəkkürünü bildirdi: "Suriyada terrorçulara böyük zərbə endirilib. ordumuz və xüsusi xidmət orqanlarımız böyük işlər görürlər. Lakin itkilərimiz də var. Biz bu işi davam etdirəcəyik"

Tramp administrasiyasına mesaj: Rusiya-ABŞ dialoqu bütün dünyanın marağına cavab verir

Putin bildirdi ki, Rusiya ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlıq etməyə hazırdır: "Münasibətləri bərabərhüquqlu əsasda inkişaf etdirmək vacibdir. Qlobal və regional problemlərin həllində Rusiya-ABŞ dialoqu bütün dünyanın marağına cavab verir".

"Rusiya dünya və regional problemlərin həllində iştirak etməyə hazırdır"

Putin Rusiyanın dünya və regional problemlərin həllində iştirak etməyə hazır olduğunu bəyan etdi. Tək qütblü dünya düzənin sona çatdığını göstərən Putinin bu açıqlaması artıq ABŞ-ın dünya hegemonluğunu Rusiya ilə bölüşmək məcburiyyətində qalacağına güman yaradır.

"Biz öz məsuliyyətimizin həddini anlayırıq və həqiqətən dünya və regional problemlərin həllində iştirak etməyə hazırıq. Əlbəttə ki, həmin problemlərin olduğu yerdə bizim iştirakımız tələb olunursa...",- deyə Rusiya prezidenti qeyd etdi.

Xarici siyasətdə "Şərq trendi"

Dövlət başçısı xarici siyasətdə "Şərq trendi"nin uzunmüddətli tendensiya olduğunu vurğulayaraq, bunun ABŞ-la münasibətlərdən asılı olmadığını bildirdi. O, Çinlə qarşılıqlı faydalı kooperasiya qurduqlarını, Hindistan və Yaponiya ilə əlaqələri möhkəmləndirdiklərini xatırlatdı.

Putin onu da bəyan etdi ki, Rusiya özünə düşmənlər və münaqişələr axtarmır: "Bizə dost lazımdır. Rusiya dayanıqlı beynəlxalq münasibətlər sisteminin yaradılması üçün ciddi dialoqa hazırdır".

"Gələcəyimizi özgələrinin məsləhətləri olmadan quracağıq"

"Son illər bizim üçün adi keçmədi. Bu sınaqlar bizi daha güclü etdi... Atacağımız addımları daha yaxşı və dəqiq müəyyən etməyə kömək etdi", deyə Putin bildirdi.

Prezident qeyd etdi ki, bu gün birinci planda inkişaf durur: "Rusiyanın gələcəyi ancaq bizdən, vətəndaşlarımızın istedadından və əməyindən, məsuliyyətindən və uğurlarından asılıdır. Biz qarşımıza qoyduğumuz bütün məqsədlərə çatacağıq. Bu gün və sabahın tapşırıqlarını yerinə yetirəcəyik ",-deyə, Putin nitqini tamamladı.

Bir saatdan bir az çox davam edən müraciətdə bank sahəsində aparılan islahatlara, korrupsiyaya və kiber hücumlara qarşı mübarizəyə həsr olunan tezislər də vardı. Dövlət başçısı korrupsiyaya qarşı aparılan mübarizənin şou olmadığını qeyd edərək, bu yaxınlarda həbs olunan iqtisadi inkişaf naziri Ulyukayevin cinayət işinə eyham vurmuş oldu.

loading...
O, İnstagram ulduzudur - FOTO like
  • 01 Dek 23:01  
Digərləri O, İnstagram ulduzudur - FOTO

Məşhur fitnes təlimatçısı Liza Morales İnstagram-ın ən populyar fiqurla

arrow Ətraflı
“Real”ın dünya çempionatı üçün sifariş vərəqəsi like
  • 01 Dek 23:00  
İdman “Real”ın dünya çempionatı üçün sifariş vərəqəsi

“Real”ın baş məşqçisi Zinəddin Zidan klublarası dünya çempionatı

arrow Ətraflı
Bakıda bağlı qapı arxasında kişi meyiti tapıldı like
  • 01 Dek 22:59  
Digərləri Bakıda bağlı qapı arxasında kişi meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdar

arrow Ətraflı
Məhkumları şərti olaraq vaxtından əvvəl azad etmə institutu tətbiq olunur like
  • 01 Dek 22:57  
Digərləri Məhkumları şərti olaraq vaxtından əvvəl azad etmə institutu tətbiq olunur

Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişaf

arrow Ətraflı
Putin Qərbə bir neçə like
  • 01 Dek 22:56  
Dünya Putin Qərbə bir neçə

Rusiya prezidenti Vladimir Putin ölkəsinin xarici siyasət konsepsiyasını t

arrow Ətraflı
Qərib İmam Rzanın (ə) müsibətli şəhadəti like
  • 01 Dek 22:55  
Digərləri Qərib İmam Rzanın (ə) müsibətli şəhadəti

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir.

arrow Ətraflı
Qadın anasını, qardaşını və üç uşağını qətlə yetirdikdən sonra intihar edib like
  • 01 Dek 22:53  
Dünya Qadın anasını, qardaşını və üç uşağını qətlə yetirdikdən sonra intihar edib

Avstriyada qadın odlu silahdan anasını, qardaşını və 7-10 yaşlarında ol

arrow Ətraflı
Xroniki pankreatitin fəsadları like
  • 01 Dek 22:50  
Digərləri Xroniki pankreatitin fəsadları

Xroniki pankreatitin fəsadları dərman terapiyasının effektliyini azaldır v

arrow Ətraflı
Qanazlığına qarşı yaxşı təsir edən bitkilər like
  • 01 Dek 22:45  
Digərləri Qanazlığına qarşı yaxşı təsir edən bitkilər

Dəmir çatışmazlığı ilə yaranan qanazlığını təbii yollar ilə müali

arrow Ətraflı
İtaliyada neft emalı zavodunda güclü partlayış like
  • 01 Dek 22:42  
Dünya İtaliyada neft emalı zavodunda güclü partlayış

İtaliyanın Sannadzaro-de-Burqondi “Eni” neft-qaz şirkətinin neft

arrow Ətraflı
Xəzləri necə təmizləməli? like
  • 01 Dek 22:40  
Digərləri Xəzləri necə təmizləməli?

Çox çirklənmiş xəzləri ev şəraitində təmizləmək mümkündür. Bunun

arrow Ətraflı
Ermənilər məscidləri, qəbristanlıqları viran qoyublar - FOTO like
  • 01 Dek 22:36  
Digərləri Ermənilər məscidləri, qəbristanlıqları viran qoyublar - FOTO

Baxın, budur özünü dünyaya məzlum kimi tanıdan ermənilərin vəhşi xisl

arrow Ətraflı
Bu maddələr  hamilə qalmaq şansını azaldır like
  • 01 Dek 22:35  
Digərləri Bu maddələr hamilə qalmaq şansını azaldır

Əksərən şəkər tozu, ya qənd yerinə süni dadlandırıcı istifadə etmə

arrow Ətraflı
Çimərlikdə kameralardan qaça bilmədi - FOTO like
  • 01 Dek 22:30  
Digərləri Çimərlikdə kameralardan qaça bilmədi - FOTO

Supermodel Reyqan Laş Mayamidə istirahət edir. Son.az bildirir ki, populyar

arrow Ətraflı