Sevinc Fətəliyeva: Virtual məkanda zərərli informasiyaya çıxış çox təhlükəli faktordur


Digərləri 01 Dek 2016 22:17:00 45 0

Sevinc Fətəliyeva: Virtual məkanda zərərli informasiyaya çıxış çox təhlükəli faktordur

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə Alt Komitəsinin sədri Sevinc Fətəliyeva İtaliyada səfərdədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, deputatımız Florensiya şəhərində keçirilən sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında və komitənin nəzdində fəaliyyət göstərən Uşaqlar Əleyhinə Zorakılığın Dayandırılması Şəbəkəsinin toplantısında iştirak edir. Tədbirlərdə uşaqlara qarşı cinsi zorakılıqla, uşaq əməyinin istismarı ilə, onlara qarşı sosial ədalətsizliklə mübarizə metodları, quruma üzv dövlətlərin Dünya Səhiyyə Təşkilatı ilə əlaqələrinin gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılır.

Dekabrın 1-də iclasda Sevinc Fətəliyeva "Virtual məkanda uşaqlara qarşı zorakılıq və digər çağırışlar" mövzusunda çıxış edib.

"Hazırda virtual məkan gündəlik həyatımızın bir parçasına çevrilib. Həm böyüklər, həm də uşaqlar smartfonlar və digər rəqəmsal texnologiyalardan istifadə edir, internet, sosial şəbəkələr vasitəsilə ünsiyyət qururlar. Ona görə də internetin müsbət və mənfi təsirlərini bilmək və uşaqlara internetdən səmərəli və təhlükəsiz istifadə qaydalarını öyrətmək olduqca önəmlidir",- deyə deputat bildirib.

S.Fətəliyeva qeyd edib ki, virtual məkanda ünsiyyətin uşaqlar üzərində ən qabarıq təsirlərindən biri onların şifahi nitq qabiliyyətlərinin zəifləməsi, özlərini ifadə etməkdə çətinliklərin yaranmasıdır. Bəzən isə virtual məkanda vebsaytlardan, sosial şəbəkələrdən, yaxud onlayn oyunlardan qaynaqlanan zorakılıq riski real həyatdakı zorakılıqdan daha təhlükəli ola bilir. Zərərli informasiyaya çıxış çox təhlükəli faktordur. Zorakılığın təbliği, radikalizm, dini dözümsüzlük, terrorizm və ekstremizm uşaqların yaşadığı ailə, icma və cəmiyyət dəyərlərindən uzaqlaşmasına səbəb olur.

Bir sıra ölkələrin üzləşdiyi digər bir təhlükənin isə uşaqların terror təşkilatlarının onlayn təbliğat toruna düşməsi olduğunu vurğulayan S.Fətəliyeva deyib: "Cinayətkar qüvvələr internet vasitəsilə ən müxtəlif yaş, etnik və mədəni mənsubluğu olan şəxslərə təsir göstərə bilirlər. Uşaqların cinsi istismarına yalnız təcavüz deyil, qeyri-münasib çatlar, intim söhbətlər, yazışmalar, hətta şəkillərə edilən müəyyən şərhlər də daxildir. Yeniyetmələrin diqqət mərkəzində olmaq və ünsiyyət dairəsini genişləndirmək istəyi onların yad insanlarla münasibətlər qurmasına səbəb olur. Bu, real ünsiyyətdən heç də az təhlükəli deyil. Virtual məkanda uşaqlar həm nəzarətsiz, həm də çox həssasdırlar. Bu vəziyyət müxtəlif dövlət strukturlarının bir-birilə əlaqəli fəaliyyətini özündə əks etdirən kompleks yanaşma tələb edir".

Deputat atılması vacib olan addımlardan danışaraq bildirib ki, maarifləndirici kampaniyalar aparmaq, "internetdən təhlükəsiz istifadə" proqramları həyata keçirmək lazimdır. Həmçinin bələdiyyələr və QHT-lərin iştirakı ilə regional seminarlar təşkil etmək və nəsillər arasında "texnoloji (rəqəmsal) boşluğu" kiçiltmək vacibdir. Uşaqlarının yaşadığı mühiti daha yaxşı başa düşmələri üçün valideynlər internetdən istifadənin təməl prinsiplərini bilməlidirlər. Uşaqların internetdən istifadəsi ilə bağlı sərhədlər qoyulmalıdır. Hər bir istifadəçi və vətəndaş bilməlidir ki, virtual məkanda aqressiv davranış və başqalarının hüquqlarını pozan digər hərəkətlər barədə müvafiq qurumlara xəbər verilməlidir və buna nə qədər çox əməl olunarsa, internetdən istifadə hər birimiz üçün bir o qədər təhlükəsiz olacaq.

Qeyd edilib ki, bir çox ölkələrdə internetdən təhlükəsiz istifadə ilə bağlı problemlərlə məşğul olan təşkilatlar mövcuddur. Belə təşkilatların fəaliyyətini dəstəkləmək və maarifləndirmə işlərində onlara yardım etmək çox vacibdir.

loading...
Rusiya kosmik gəmisini itirdi - VİDEO like
  • 01 Dek 22:16  
Dünya Rusiya kosmik gəmisini itirdi - VİDEO

Rusiya "Proqress MS-04" kosmik nəqliyyat-yük gəmisini (NYG) itirib.

arrow Ətraflı
Fidel Kastro son mənzilə sovet maşınında yola salındı like
  • 01 Dek 22:15  
Digərləri Fidel Kastro son mənzilə sovet maşınında yola salındı

Kuba inqilabının lideri Fidel Kastro son mənzilə əfsanəvi sovet "yolsuzluq

arrow Ətraflı
İmam Həsən Müctəba (ə) Müqəddəs Kitabımız barədə like
  • 01 Dek 22:15  
Digərləri İmam Həsən Müctəba (ə) Müqəddəs Kitabımız barədə

Məsum İmamların (ə) ən mühüm vəzifələrindən biri - dini, əhkamı və

arrow Ətraflı
Bu toy o toydan deyil - VİDEO like
  • 01 Dek 22:10  
Digərləri Bu toy o toydan deyil - VİDEO

UNİCEF dünyada 700 milyondan çox qızın 18 yaşını tamamlamadan evləndiyi

arrow Ətraflı
"Gooligan” virusu milyondan çox Android-li like
  • 01 Dek 22:08  
Digərləri "Gooligan” virusu milyondan çox Android-li

Virusdan yalnız sistemin yenidən qurulması yolu ilə qurtulmaq olar

arrow Ətraflı
Uşaq anasının xəyanət anını çəkdi və atasına göstərdi - FOTO like
  • 01 Dek 22:03  
Digərləri Uşaq anasının xəyanət anını çəkdi və atasına göstərdi - FOTO

Türkiyəli biznesmen Mehmet Birgenin həyat yoldaşı Dilek Birgendən təcili

arrow Ətraflı
Məşhur model makiyajsız belə görünür - FOTO like
  • 01 Dek 22:02  
Digərləri Məşhur model makiyajsız belə görünür - FOTO

Model Kendal Cenerin makiyajsız halı görənlərini heyrətləndirib.

arrow Ətraflı
Bu binadan dünya dinlənir - FOTO like
  • 01 Dek 22:01  
Digərləri Bu binadan dünya dinlənir - FOTO

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi departamenti qlobal mi

arrow Ətraflı
Burcu Biriciyin yataq otağından fotosu yayıldı - FOTO like
  • 01 Dek 21:59  
Digərləri Burcu Biriciyin yataq otağından fotosu yayıldı - FOTO

Aktrisa Burcu Biriciyin sosial şəbəkədə yataq otağından şəkli yayılıb

arrow Ətraflı
"Brent" markalı neftin qiyməti 54 dolları ötdü like
  • 01 Dek 21:57  
Digərləri "Brent" markalı neftin qiyməti 54 dolları ötdü

Londonun İCE birjasında keçirilən hərraclar zamanı "Brent" markalı

arrow Ətraflı
Qış hansı xəstəlik barәdә xəbər verir? like
  • 01 Dek 21:55  
Digərləri Qış hansı xəstəlik barәdә xəbər verir?

Qış mövsümü, soyuq hava və ətraf mühitimizi əhatə edən bəyaz qardan

arrow Ətraflı
Kosmetoloqun kişilərə məsləhəti like
  • 01 Dek 21:50  
Digərləri Kosmetoloqun kişilərə məsləhəti

Adətən kişilər üzlərinə qadınlardan az qulluq edirlər. Bu təbiidir. B

arrow Ətraflı
İmam Rzaya (ə) niyə qərib deyirlər? like
  • 01 Dek 21:45  
Digərləri İmam Rzaya (ə) niyə qərib deyirlər?

Lüğətdə vətənindən uzaq düşmüş insana qərib deyirlər. Həzrət Əli

arrow Ətraflı
Kitab oxumağın 6 faydası like
  • 01 Dek 21:40  
Digərləri Kitab oxumağın 6 faydası

1. Stress və depressiya əlamətlərini aradan qaldırır. Aparılan araşdır

arrow Ətraflı
Traktorçu qoşqunun altında qalıb öldü like
  • 01 Dek 21:38  
Digərləri Traktorçu qoşqunun altında qalıb öldü

Şəkidə 54 yaşlı kişi traktor qoşqusunun altında qalaraq ölüb.

arrow Ətraflı