Məhkumları şərti olaraq vaxtından əvvəl azad etmə institutu tətbiq olunur


Digərləri 01 Dek 2016 21:13:00 46 0

Məhkumları şərti olaraq vaxtından əvvəl azad etmə institutu tətbiq olunur

Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı üzrə aparılan islahatlar çərçivəsində penitensiar sistem xeyli təkmilləşdirilib, cəza-icra siyasəti humanistləşdirilib, məhkumların hüquq və imtiyazları genişləndirilib, tibbi təminatı, saxlanma şəraiti və infrastruktur onların sosial reabilitasiyası məqsədilə yaxşılaşdırılıb.

Virtualaz.org Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, eyni zamanda, humanizm prinsiplərinin səmərəli tətbiqi məhkumların islah olunaraq cəmiyyətə yenidən inteqrasiyasına xidmət edir. Bu sahədə, həmçinin müasir işlək mexanizmlər, o cümlədən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və yüngül rejimli müəssisəyə keçirilmə institutu geniş tətbiq olunur.

Bu prosesdə kollegiallığın, obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən tərkibi nazirliyin, o cümlədən Penitensiar xidmətin məsul işçilərindən, eləcə də ictimaiyyətin nümayəndələrindən və hüquq-müdafiəçilərdən ibarət xüsusi Komissiya yaradılıb. Artıq dörd ilə yaxındır səmərəli fəaliyyəti göstərən Komissiya tərəfindən mütəmadi olaraq bütün cəzaçəkmə müəssisələrinə baş çəkilir, məhkumların işləri öyrənilərək, onların islah prosesinə qədəm qoyması, o cümlədən davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti ətraflı araşdırılır, fərdi qaydada söhbətlər aparılır. Həmçinin, məhkumlarla zərərçəkmiş şəxslər arasında barışığa nail olunması, onların sosial adaptasiyası məsələlərinin həllində vətəndaş cəmiyyətinin nümayəndələri ilə birgə əməli köməklik göstərilir.

Komissiyanın fəaliyyətində şəffaflıq maksimum təmin olunaraq onun iclaslarına məhkumların valideynlərinin və yaxınlarının dəvət olunması təcrübəsindən də istifadə olunur.

Bu ilin noyabr ayında Komissiyanın Penitensiar xidmətin müxtəlif cəzaçəkmə müəssisələrində məhkumlarla görüşləri olub, 400-dən çox məhkumun şəxsi işi və digər aidiyyəti sənədlər hərtərəfli araşdırılıb, vaxtından əvvəl şərti azad etmə institutunun tətbiqi ilə bağlı məhkəmə qarşısında müvafiq vəsatətlər qaldırılıb.

Eyni zamanda, məhkum kollektivləri ilə tərbiyəvi-maarifləndirmə tədbirləri keçirilərək, dövlətimizin humanizm siyasəti, əfv və amnistiya aktlarının əhəmiyyəti barədə ətraflı məlumat verilib, şərti azadetmə institutunun mahiyyəti, bu sahədə Komissiyanın rolu və məqsədləri haqqında geniş söhbət aparılıb. Tədbirlərdə hər bir məhkumun rejim qaydalarına dönmədən riayət etməklə, islah prosesinə, ictimai tədbirlərə fəal qatılmaqla, davranışı, təhsilə və əməyə münasibəti, faydalı işlə məşğulluğu ilə müsbət xarakterizə olunmaqla vaxtından əvvəl azad olunmağa layiq bilinməsi qeyd olunub.

Təsadüfi deyil ki, Komissiyanın şəffaf və obyektiv fəaliyyətinin, apardığı tərbiyəvi işin və həqiqi islah olunan məhkumların azad olunmağa tövsiyə etməsinin nəticəsidir ki, ötən dövrdə 6.500-ə yaxın məhkum vaxtından əvvəl şərti azad olunmağa və ya daha yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və artıq məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib və həmin şəxslər arasında təkrar cinayətlərin sayı xeyli azalıb.

Həmçinin, törətdiyi cinayət əməli ilə zərərçəkmiş şəxslərə və dövlət büdcəsinə ziyan vurmuş məhkumlar tərəfindən bir milyon manata yaxın vəsaitin ödətdirilməsinə nail olunub.

Məhkumların sosial reabilitasiyasına böyük töhfə verən belə bir qaydada humanist institutun tətbiqi onların ailələrinə və yaxınlarına yüksək sevinc hissləri bəxş etməklə yanaşı, həmçinin cəza çəkən digər məhkumların səmərəli islah olunmasına öz müsbət həvəsləndirici təsirini göstərərək, onları qanunazidd hərəkətlərdən çəkinməyə sövq edir, haqqa, ədalətə inamını daha da artırır.

loading...
Baş ağrısından bircə dəqiqəyə qurtulun - like
  • 01 Dek 21:10  
Digərləri Baş ağrısından bircə dəqiqəyə qurtulun -

İnsan bədənini rahatlaşdırmaq üçün çox sayda masaj texnikası var. Bunl

arrow Ətraflı
Neftin qiyməti sürətlə bahalaşır like
  • 01 Dek 21:09  
Dünya Neftin qiyməti sürətlə bahalaşır

Dünya bazarlarında “qara qızıl”ın qiyməti bahalaşmaqda davam edir.

arrow Ətraflı
Bakıda Rumıniyanın milli bayramı qeyd olunub like
  • 01 Dek 21:08  
Siyasət Bakıda Rumıniyanın milli bayramı qeyd olunub

Rumıniyanın Milli Birlik günü münasibəti ilə Bakıda tədbir keçirilib.

arrow Ətraflı
Şəki sakini traktor qoşqusunun altında ödlü like
  • 01 Dek 21:06  
Digərləri Şəki sakini traktor qoşqusunun altında ödlü

54 yaşlı Şəki sakini Asim Mustafazadə traktor qoşqusunun altında qalıb.

arrow Ətraflı
“Charlie Hebdo” Merkelin karikaturası ilə çıxdı - FOTO like
  • 01 Dek 20:57  
Dünya “Charlie Hebdo” Merkelin karikaturası ilə çıxdı - FOTO

Fransanın "Charlie Hebdo" satirik həftəliyi ilk dəfə alman dilind

arrow Ətraflı
1 gecəyə prostatı məhv edəcək like
  • 01 Dek 20:55  
Digərləri 1 gecəyə prostatı məhv edəcək

E vitaminindən əlavə qoz müxtəlif faydalı vitamin və mikroelementlər var

arrow Ətraflı
Türkiyədə dollar və avrodan rekord göstərici like
  • 01 Dek 20:52  
Dünya Türkiyədə dollar və avrodan rekord göstərici

Türkiyədə günə 3.4220 səviyyəsində başlayan dollar/TL xaricdə və ölk

arrow Ətraflı
FED-dən kritik faiz açıqlaması like
  • 01 Dek 20:51  
Digərləri FED-dən kritik faiz açıqlaması

ABŞ Mərkəzi Bankının (FED) İdarə Heyətinin üzvü Jerome Powell bankın

arrow Ətraflı
Cici vücudu ilə heyran etdi - FOTO like
  • 01 Dek 20:50  
Digərləri Cici vücudu ilə heyran etdi - FOTO

Dünyaca məşhur "Victoria's Secret" brendinin Parisdə keçirdiy

arrow Ətraflı
"Lufthansa" Bakıdan uçuşları dayandırdı like
  • 01 Dek 20:49  
Digərləri "Lufthansa" Bakıdan uçuşları dayandırdı

Almaniyanın "Lufthansa" aviaşirkətinin 6 gündür tətil edən pilotları bu

arrow Ətraflı
Yumruğunuzu 90 saniyə sıxın... like
  • 01 Dek 20:45  
Digərləri Yumruğunuzu 90 saniyə sıxın...

Milli.A saqlamheyat.az-a istinadən bildirir ki, Amerikalı psixoloqlar, sağ y

arrow Ətraflı
Torpaq sahələrinin qanunsuz zəbti ilə mübarizə gücləndirilir like
  • 01 Dek 20:44  
Digərləri Torpaq sahələrinin qanunsuz zəbti ilə mübarizə gücləndirilir

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tari

arrow Ətraflı
Qəssab Həsənin sonuncu mesajı: "Dükanı bağladım..." like
  • 01 Dek 20:44  
Digərləri Qəssab Həsənin sonuncu mesajı: "Dükanı bağladım..."

"İki ət dükanım var. Heyvanı birbaşa Bərdənin heyvan bazarından alıram

arrow Ətraflı
Qarabağda döyüşlər: bir erməni əsgəri öldürüldü, doqquzu yaralandı like
  • 01 Dek 20:44  
Digərləri Qarabağda döyüşlər: bir erməni əsgəri öldürüldü, doqquzu yaralandı

İşğal edilmiş Dağlıq Qarabağdakı erməni ordusunun üçüncü müdafiə

arrow Ətraflı
İŞİD 15 uşaq öldürdü like
  • 01 Dek 20:42  
Dünya İŞİD 15 uşaq öldürdü

“İslam Dövləti” (İŞİD) terror qruplaşması Mosuldan qaçmağa cəhd e

arrow Ətraflı