Qəssab Həsənin sonuncu mesajı: "Dükanı bağladım..."


Digərləri 01 Dek 2016 20:44:00 61 0

Qəssab Həsənin sonuncu mesajı: "Dükanı bağladım..."

"İki ət dükanım var. Heyvanı birbaşa Bərdənin heyvan bazarından alıram. Bu dəfə əliboş qayıtdım

"İki ət dükanım var. Heyvanı birbaşa Bərdənin heyvan bazarından alıram. Bu dəfə əliboş qayıtdım". Bunu Sumqayıtda qəssablıqla məşğul olan, müştərilərinin "Qəssab Həsən" kimi tanıdıqları Həsən Canıyev deyir.

Onun dediyinə görə, son 10 gündə ticarəti "ölüb". Səbəbsə daimi müştərisi olduğu heyvan bazarında qiymətlərin az qala ikiqat artmasıdır:"100 kilo təmiz əti çıxan heyvanı 500 manata alırdım, indi 850-900 manata olub. Baxırsan ki, istər iribuynuzlu, istər xırdabuynuzlu heyvan elə əvvəlki qədər çoxdur. Ancaq qiymət çox bahadır. Ora alıcılar Bakıdan, Sumqayıtdan, başqa rayonlardan gəlirlər, qiymətləri eşidib qaçırlar. Sonuncu dəfə gedəndə bazarda əməlli-başlı müştəri qıtlığı gördüm".

Son.az azadliq.org-a istinadən bildirir ki,sonuncu dəfə 86 kiloluq dananı 870 manata alıb. Deyir, haqq-hesab edəndə, kilosu ona 8 manat 70 qəpikdən də baha düşür. Bir dərdi də indiyədək başına yığdığı müştəriləridir. Ət alanlar yarıbayarı azalıb: "Gətirdim kəsdim, kilosunu 9 manatdan satışa çıxartdım. Müştərilər qaçdı. Üstəlik də dedilər, 'sən də bahalaşmadan yararlanıb ətin qiymətini qaldırırsan'. Gəl indi müştəriyə xırdala ki, qoyduğum qiymət bu dananı Bərdə bazarından daşıyıb gətirib satmağın heç yolpulu da eləmir. Hələ mən bunun vergisini, baytarlığın, 'sanepidemstansiya'nın, sahə müvəkkilinin, fövqəladə hallarının, işıq idarəsinin, əlində kitab-dəftərlə hər gün qapıda peyda olanların xərcini demirəm... Bax, vəziyyət budur".

Bərdənin heyvan bazarı yalnız həftənin cümə günləri işləyir. Bərdəylə yanaşı Ağdam, Yevlax, Ağcabədi, Beyləqan, Tərtər və başqa rayonlardan da mal-heyvan gətirib satırlar. Müştərilərsə, əsasən, Bakıdan, Sumqayıtdan, Gəncədən və başqa şəhərlərdən olur.

Qəssab Həsənin daimi müştərisi olduğu satıcı İsa Bədəlov deyir, heyvanlar bazara, adətən, gecəyarıdan çıxarılır. İndiyədək onun gecəyarı bazara çıxardığı iribuynuzlu heyvanlara səhərədək müştəri çıxırmış:"Ağlım kəsəndən heyvandarlıqla məşğul oluram. Hava işıqlananda artıq mal-qaramı satıb evimə qayıdırdım. İki cümədir ki, danaları necə aparıramsa, eləcə qabağıma qatıb geri qaytarıram. Müştəri deyir, 'qiyməti qaldırma'. Yemin qiyməti ilyarımda 2 manatdan 4 manat 50 qəpiyə qalxıb. Keçən həftəyə qədər 4 manata aldığım yem indi 4 manat 50 qəpiyə satılır. Qiymətlər həftəylə, günlə yox, saatla qalxır. Mal-qara saxlamaq asan gəlməsin. Bu danadır, gündə bir qab yeyib geri çəkilmir, gərək günboyu yemini kəsməyəsən. Mən bu dananı neçəyə satım ki, onun saxlanmasına xərclədiyim pulu çıxarım? İkinci həftədir alver yoxdur, bizimsə dolanışığımız mal-qara satmaqdan çıxır. Mən də istəyərəm ki, malımı satım, dolanışığım olsun".

Günün sonunda qəssab Həsəndən sonuncu mesaj gəlib: "Dükanı bağladım".

Qəssab Həsən bundan sonra nə işlə məşğul olacağını bilmir..

loading...
İŞİD 15 uşaq öldürdü like
  • 01 Dek 20:42  
Dünya İŞİD 15 uşaq öldürdü

“İslam Dövləti” (İŞİD) terror qruplaşması Mosuldan qaçmağa cəhd e

arrow Ətraflı
Hindistanda zavodda partlayış: 18 nəfər ölü like
  • 01 Dek 20:41  
Dünya Hindistanda zavodda partlayış: 18 nəfər ölü

Hindistanın cənubunda fəaliyyət göstərən partladıcı maddə istehsalı m

arrow Ətraflı
Marketdə qarşıdurma: "Əl vurma mallarıma! Vurma!" - VİDEO like
  • 01 Dek 20:40  
Digərləri Marketdə qarşıdurma: "Əl vurma mallarıma! Vurma!" - VİDEO

Rusiyanın Surqut şəhərində ticarət müəsssiələrində satışda olan ər

arrow Ətraflı
OPEC-in qərarı kimlərə üstünlük gətirəcək? like
  • 01 Dek 20:36  
Digərləri OPEC-in qərarı kimlərə üstünlük gətirəcək?

Neftin qiymətinin artması Aramconun 5%-nin özəlləşdirilməsini asanlaşdı

arrow Ətraflı
"Nokia" yeni smartfonlarını təqdim edəcək like
  • 01 Dek 20:34  
Digərləri "Nokia" yeni smartfonlarını təqdim edəcək

HMD şirkəti 10 il ərzində onun brendini istifadə etmək üçün Nokia ilə

arrow Ətraflı
“Azəriqaz” “ASAN” xidmət "statistika"sını acıqladı like
  • 01 Dek 20:32  
Digərləri “Azəriqaz” “ASAN” xidmət "statistika"sını acıqladı

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən noyabr ayı ə

arrow Ətraflı
ABŞ konqresi "Rusiyanın gizli təsiri" ilə mübarizəyə başlayıb like
  • 01 Dek 20:31  
Dünya ABŞ konqresi "Rusiyanın gizli təsiri" ilə mübarizəyə başlayıb

ABŞ konqresinin nümayəndələr palatası Rusiyanın "digər ölkələrin

arrow Ətraflı
Nəfslə mübarizə aparmağın 2 əsas yolu like
  • 01 Dek 20:30  
Digərləri Nəfslə mübarizə aparmağın 2 əsas yolu

Havayi-nəfslə mübarizə aparmağın iki yolu vardır: biri şəhvəti tərk e

arrow Ətraflı
Qəhvəyi yumurta yoxsa ağ yumurta? like
  • 01 Dek 20:25  
Digərləri Qəhvəyi yumurta yoxsa ağ yumurta?

Fərqi biləndə çox təəccüblənəcəksiniz

arrow Ətraflı
Ukraynada raketli təlimlər başlayıb like
  • 01 Dek 20:22  
Dünya Ukraynada raketli təlimlər başlayıb

Ukrayna hərbiyyəsinin nümayəndəsi qeyd edib ki, məşqlər beynəlxalq qanu

arrow Ətraflı
Rusiya Türkiyənin təkidindən narahatdır like
  • 01 Dek 20:21  
Dünya Rusiya Türkiyənin təkidindən narahatdır

Rusiya Xarici İşlər Nazirliyi, Türkiyənin Suriyada "rejim dəyişikliyi" il

arrow Ətraflı
Dünyanın ən məşhur kunq-fu ustası - VİDEO - FOTO like
  • 01 Dek 20:20  
Digərləri Dünyanın ən məşhur kunq-fu ustası - VİDEO - FOTO

Çinli Şi Vin Yu dünyanən ən sərt məşqlər edən, ən məşhur kunq-fu us

arrow Ətraflı
Gülnarə Kərimovanın oğlu: "Bizi öldürmək istəyirlər" - FOTO like
  • 01 Dek 20:17  
Dünya Gülnarə Kərimovanın oğlu: "Bizi öldürmək istəyirlər" - FOTO

“Həyatımdan qorxduğuma görə Özbəkistana gedə bilmirəm”.

arrow Ətraflı
Ermənistan Avropada ən çox silahlanmış ölkədir like
  • 01 Dek 20:14  
Dünya Ermənistan Avropada ən çox silahlanmış ölkədir

Ermənistan dördüncü ildir ki, Avropada ən çox silahlanmış ölkə hesab o

arrow Ətraflı