OPEC-in qərarı kimlərə üstünlük gətirəcək?


Digərləri 01 Dek 2016 20:36:00 40 0

OPEC-in qərarı kimlərə üstünlük gətirəcək?

Neftin qiymətinin artması Aramconun 5%-nin özəlləşdirilməsini asanlaşdıracaq

OPEC-in gündəlik hasilatı 1,2 mln. barel azaltmaq barədə verdiyi qərar Səudiyyə Ərəbitanının və ABŞ-ın neft istehsalçılarına üstünlük gətirə bilər.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə açıqlama Londonda yerləşən müstəqil araşdırma təşkilatı olan Capital Economics"in Orta Şərq üzrə mütəxəssisi Ceyson Tüvey (Jason Tuvey) tərəfindən verilib. Onun sözlərinə görə Səudiyyə Ərəbistanı gündəlik neft hasilatındakı 1,2 mln. barelllik azalmanın 486 min barellik ən böyük hissəsini üzərinə götürüb. Bununla Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 10 mln. barelə enəcək. Lakin, bu, 2015-ci il orta günlük neft hasilatı ilə 100 min barel və ya 1% az, amma 2014-cü illə müqayisədə isə 300 min barel və ya 3% çox olacaq. Nəticədə Səudiyyə Ərəbistanının ÜDM-i illik 0,75-1% azalmaya məruz qalacaq. Ancaq neftin qiymətindəki artımın bu azalmanı kompensasiya edəcəyi gözlənilir. Bununla yanaşı, Səudiyyə Ərəbistanı yüksələn neft qiymətlərindən 2017-ci ildə dövlət neft şirkəti "Aramco"nun səhmlərinin satışında faydalanacaq. Şirkətin səhmləri daha baha qiymətə satıla bilər. Qeyd edək ki, "Aramco"nun səhmlərinin 5%-nin satışından Səudiyyə Ərəbistanı 2 trln. ABŞ dolları gəlir gözləyir. Hyuston Universitetinin Energetika sahəsi üzrə iqtisadçı professoru Ed Hirsin fikrincə, ABŞ-da neft hasilatının artacağı gözlənilir. O, neftin qiymətinin 50 dollar/bareldən yüksək olması halında ABŞ-da hazırda 8,7 mln. barel/gün olan neft hasilatının yaxın aylarda 9 mln. səviyyəsini keçəcəyini bildirib. E.Hirs neftin qiymətinin 50 dollar/bareli dayanıqlı şəkildə keçməsi durumunda ABŞ-da bir çox qazma quyusunun yenidən fəaliyyətə başlayacağını xatırladıb.

loading...
"Nokia" yeni smartfonlarını təqdim edəcək like
  • 01 Dek 20:34  
Digərləri "Nokia" yeni smartfonlarını təqdim edəcək

HMD şirkəti 10 il ərzində onun brendini istifadə etmək üçün Nokia ilə

arrow Ətraflı
“Azəriqaz” “ASAN” xidmət "statistika"sını acıqladı like
  • 01 Dek 20:32  
Digərləri “Azəriqaz” “ASAN” xidmət "statistika"sını acıqladı

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən noyabr ayı ə

arrow Ətraflı
ABŞ konqresi "Rusiyanın gizli təsiri" ilə mübarizəyə başlayıb like
  • 01 Dek 20:31  
Dünya ABŞ konqresi "Rusiyanın gizli təsiri" ilə mübarizəyə başlayıb

ABŞ konqresinin nümayəndələr palatası Rusiyanın "digər ölkələrin

arrow Ətraflı
Nəfslə mübarizə aparmağın 2 əsas yolu like
  • 01 Dek 20:30  
Digərləri Nəfslə mübarizə aparmağın 2 əsas yolu

Havayi-nəfslə mübarizə aparmağın iki yolu vardır: biri şəhvəti tərk e

arrow Ətraflı
Qəhvəyi yumurta yoxsa ağ yumurta? like
  • 01 Dek 20:25  
Digərləri Qəhvəyi yumurta yoxsa ağ yumurta?

Fərqi biləndə çox təəccüblənəcəksiniz

arrow Ətraflı
Ukraynada raketli təlimlər başlayıb like
  • 01 Dek 20:22  
Dünya Ukraynada raketli təlimlər başlayıb

Ukrayna hərbiyyəsinin nümayəndəsi qeyd edib ki, məşqlər beynəlxalq qanu

arrow Ətraflı
Rusiya Türkiyənin təkidindən narahatdır like
  • 01 Dek 20:21  
Dünya Rusiya Türkiyənin təkidindən narahatdır

Rusiya Xarici İşlər Nazirliyi, Türkiyənin Suriyada "rejim dəyişikliyi" il

arrow Ətraflı
Dünyanın ən məşhur kunq-fu ustası - VİDEO - FOTO like
  • 01 Dek 20:20  
Digərləri Dünyanın ən məşhur kunq-fu ustası - VİDEO - FOTO

Çinli Şi Vin Yu dünyanən ən sərt məşqlər edən, ən məşhur kunq-fu us

arrow Ətraflı
Gülnarə Kərimovanın oğlu: "Bizi öldürmək istəyirlər" - FOTO like
  • 01 Dek 20:17  
Dünya Gülnarə Kərimovanın oğlu: "Bizi öldürmək istəyirlər" - FOTO

“Həyatımdan qorxduğuma görə Özbəkistana gedə bilmirəm”.

arrow Ətraflı
Ermənistan Avropada ən çox silahlanmış ölkədir like
  • 01 Dek 20:14  
Dünya Ermənistan Avropada ən çox silahlanmış ölkədir

Ermənistan dördüncü ildir ki, Avropada ən çox silahlanmış ölkə hesab o

arrow Ətraflı
Bir stəkanı düz... like
  • 01 Dek 20:10  
Digərləri Bir stəkanı düz...

Bir stəkanı düz bir həftə bütün xəstəliklərdən qoruyur! Xərçəngin

arrow Ətraflı
Azərbaycan şou-biznesi İnstagram-da - FOTO like
  • 01 Dek 20:08  
Şou-biznes Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

Tanınmış simalar ən yeni şəkillərini İnstaqram sosial şəbəkəsində p

arrow Ətraflı
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi like
  • 01 Dek 20:07  
Digərləri Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhk

arrow Ətraflı