Gülnarə Kərimovanın oğlu: "Bizi öldürmək istəyirlər" - FOTO


Dünya 01 Dek 2016 20:17:00 62 0

Gülnarə Kərimovanın oğlu: "Bizi öldürmək istəyirlər" - FOTO

“Həyatımdan qorxduğuma görə Özbəkistana gedə bilmirəm”.

"Həyatımdan qorxduğuma görə Özbəkistana gedə bilmirəm".

Bunu keçmiş Özbəkistan prezidenti İslam Kərimovun eyni adlı nəvəsi babasının ölümündən 3 ay sonra BBC radiosunun Özbəkistan xidmətinə müsahibəsində deyib.

İslam deyir ki, anası Gülnarə Kərimova Daşkəntdə hələ də ev dustağıdır və babasının ölümündən sonra ona təzyiqlər daha da artıb.

Onun sözlərinə görə, xüsusi xidmət məsələni başqa cür qələmə vermək üçün zahirən anasına bənzər bir qadını, onun kimi geyindirərək maşınla şəhərdə gəzdirir.

"Çox güman ki, onu zəhərləmək istəyirlər..."

"Anama hazırda Yəhya Qulamova küçəsindəki evdə saxlayırlar. Onun xaricə getməsi və ya şəhərdə gəzməsi barədə söz-söhbətlər yalandır. Anamı ev dustaqlığında saxlayanlar nənəmin adamlarıdır.

Onlar anamın azadlığa çıxmasını istəmirlər, çünki onda hər şey açılacaq və onlar bir çox məsələlərə cavab verməli olacaqlar. Heç kim bizim və ətrafımızdakıların başına gələnlərə cavab tapa bilmir. Heç bir qanuni ittiham yoxdur", deyə İslam bildirir.

İslam deyir ki, sentyabrın 2-də babasının ölümündən sonra sosial şəbəkələrdə anası Gülnarə Kərimovanın adından peyda olan hesabların hamısı saxtadır.

"Tvitter və İnstaqramda anamın adından yaradılan bütün səhifələr , orda anamın adından çəkilən qollar və şəkillər saxtadır, bütün şəkillər fotoşop yolu ilə dəyişdirilir".

"Onunla birbaşa əlaqəm yoxdur"

İslam deyir ki, anası Gülnarə Kərimova ətraf aləmdən tam təcrid olunub. Evə yaxınlaşmaq, onu görmək istəyən admsa dərhal həbs olunaraq milli təhlükəsizlik idarəsinin təcridxanasına aparılır.

İslam deyir ki, anası ilə birbaşa əlaqəsi yoxdur, onu yalnız ayda bir dəfə, 18 yaşlı bacısı İman görə bilir.

"Bacım hazırda "Türkistan" hotelində yaşayır.Fevralda onu anamdan ayırıb ora aparıblar. O sərbəst gəzə bilsə də yatanda mütləq bu hotelə dönməlidir, anamsız heç yana gedə bilməz. Onu ölkədən buraxmaq istəyirlər, amma bacım anamsız heçara getmək istəmir. Çünki getsə və anım başına bir iş gəlsə, şahid olmayacaq. Mənim anamla əlaqəm yoxdur və əgər onun başına bir iş gəlsə, bunu yalnız bacım biləcək", deyə islam bildirir.

"Dağdan yıxılaraq ölüblər"

İslam deyir ki, təhlükəyə görə babasının dəfninə getməyib.

"Mənim babam, anam və bacımdan başqa yaxın adamım olmayıb. Amma başa düşürdüm ki, getsəm, hamımızı məhv edəcəklər. 2-3 dəfə insanlar, təhlükəsizlik xidmətinin əməkdaşları və ailə üzvlərindən eşitmişəm ki, getsəm üçümüzü də aradan götürəcəklər. Anamla bacıma ona görə dəymirlər ki, mən burdayam .Əgər üçümüz də orda olsaq, yoxa çıxardıq və 5-6 ildən sonra məsələn deyərdilər ki, dağdan yıxılıblar", İslam deyir.

Xatırladaq ki, Özbəkistanın baş prokurorluğu iki il əvvəl prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya qarşı korrupsiya, mütəşəkkil cinayətkarlıq və fırıldaqçılıqla bağlı rəsmi ittihamlar irəli sürüb.

Bundan sonra o, ev dustağı edilib və son ildə onun taleyi barədə heç bir məlumat verilməyib.

Bu cinayət işi, AzadlıqRadiosu Özbəkistan xidmətinin də iştirak etdiyi jurnalist araşdırmalarından sonra başlanıb və işin bir uçu İsveçrə, İsveç, Fransa, Niderland və Birləşmiş Ştatlara gedib çıxıb.

Bu ölkələr də Gülnarə Kərimovanı iri telekommunikasiya şirkətlərindən milyard dollardan artıq rüşvət götürməkdə ittiham edirlər.

Hazırda müxtəlif ölkələrdə Gülnarə Kərimovaya məxsus milyard dollardan artıq vəsait dondurulub.

loading...

Xəbərə aid fotolar

Ermənistan Avropada ən çox silahlanmış ölkədir like
  • 01 Dek 20:14  
Dünya Ermənistan Avropada ən çox silahlanmış ölkədir

Ermənistan dördüncü ildir ki, Avropada ən çox silahlanmış ölkə hesab o

arrow Ətraflı
Bir stəkanı düz... like
  • 01 Dek 20:10  
Digərləri Bir stəkanı düz...

Bir stəkanı düz bir həftə bütün xəstəliklərdən qoruyur! Xərçəngin

arrow Ətraflı
Azərbaycan şou-biznesi İnstagram-da - FOTO like
  • 01 Dek 20:08  
Şou-biznes Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

Tanınmış simalar ən yeni şəkillərini İnstaqram sosial şəbəkəsində p

arrow Ətraflı
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi like
  • 01 Dek 20:07  
Digərləri Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhk

arrow Ətraflı
Ağcabədi sakinləri Qazaxda 25 qoyun oğurladılar like
  • 01 Dek 19:56  
Kriminal Ağcabədi sakinləri Qazaxda 25 qoyun oğurladılar

Qazaxda mal-qara oğurluğu ilə məşğul olan qrupun daha iki üzvü saxlanıl

arrow Ətraflı
Rusiya Qarabağ münaqişəsinin həllini özünün prioriteti adlandırdı like
  • 01 Dek 19:56  
Digərləri Rusiya Qarabağ münaqişəsinin həllini özünün prioriteti adlandırdı

"Rusiya post-sovet məkanında münaqişələrin siyasi və diplomatik həll

arrow Ətraflı
Aktrisa barda hər kəsin gözü önündə öpüşdü - FOTO like
  • 01 Dek 19:45  
Digərləri Aktrisa barda hər kəsin gözü önündə öpüşdü - FOTO

Ötən gecə model aktrisa Hande Subaşı sevgilisi Altuğ Leblebici ilə "

arrow Ətraflı
İlham Əliyev bu rabitə işçilərini təltif etdi like
  • 01 Dek 19:44  
Digərləri İlham Əliyev bu rabitə işçilərini təltif etdi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında rabitə və informasiya t

arrow Ətraflı
Trampın milyonçu və milyarderlərdən ibarət administrasiyası - like
  • 01 Dek 19:37  
Siyasət Trampın milyonçu və milyarderlərdən ibarət administrasiyası -

ABŞ-ın 45-ci prezidenti Donald Tramp ölkə tarixində ən zəngin insanlardan

arrow Ətraflı
Dəniz quldurları rus dənizçilərini girov götürdülər like
  • 01 Dek 19:32  
Dünya Dəniz quldurları rus dənizçilərini girov götürdülər

Rusiyanın Nigeriyadakı səfirliyi 3 rusiyalı dənizçinin nigeryalı piratlar

arrow Ətraflı
Qəssab Həsənin sonuncu mesajı: "Dükanı bağladım..." like
  • 01 Dek 19:21  
Digərləri Qəssab Həsənin sonuncu mesajı: "Dükanı bağladım..."

"İki ət dükanım var. Heyvanı birbaşa Bərdənin heyvan bazarından al

arrow Ətraflı
At cəmdəkləri və bir tondan artıq yararsız ət aşkarlandı - FOTO like
  • 01 Dek 19:14  
Digərləri At cəmdəkləri və bir tondan artıq yararsız ət aşkarlandı - FOTO

Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Bərdə, Ağcabədi rayonlarında

arrow Ətraflı