Qəssab Həsənin sonuncu mesajı: "Dükanı bağladım..."


Digərləri 01 Dek 2016 19:21:00 45 0

Qəssab Həsənin sonuncu mesajı: "Dükanı bağladım..."

"İki ət dükanım var. Heyvanı birbaşa Bərdənin heyvan bazarından alıram. Bu dəfə əliboş qayıtdım”. Bunu Sumqayıtda qəssablıqla məşğul olan, müştərilərinin "Qəssab Həsən" kimi tanıdıqları Həsən Canıyev deyir.

Onun dediyinə görə, son 10 gündə ticarəti “ölüb”. Səbəbsə daimi müştərisi olduğu heyvan bazarında qiymətlərin az qala ikiqat artmasıdır:“100 kilo təmiz əti çıxan heyvanı 500 manata alırdım, indi 850-900 manata olub. Baxırsan ki, istər iribuynuzlu, istər xırdabuynuzlu heyvan elə əvvəlki qədər çoxdur. Ancaq qiymət çox bahadır. Ora alıcılar Bakıdan, Sumqayıtdan, başqa rayonlardan gəlirlər, qiymətləri eşidib qaçırlar. Sonuncu dəfə gedəndə bazarda əməlli-başlı müştəri qıtlığı gördüm”.

Sonuncu dəfə 86 kiloluq dananı 870 manata alıb. Deyir, haqq-hesab edəndə, kilosu ona 8 manat 70 qəpikdən də baha düşür. Bir dərdi də indiyədək başına yığdığı müştəriləridir. Ət alanlar yarıbayarı azalıb: “Gətirdim kəsdim, kilosunu 9 manatdan satışa çıxartdım. Müştərilər qaçdı. Üstəlik də dedilər, ‘sən də bahalaşmadan yararlanıb ətin qiymətini qaldırırsan’. Gəl indi müştəriyə xırdala ki, qoyduğum qiymət bu dananı Bərdə bazarından daşıyıb gətirib satmağın heç yolpulu da eləmir. Hələ mən bunun vergisini, baytarlığın, ‘sanepidemstansiya’nın, sahə müvəkkilinin, fövqəladə hallarının, işıq idarəsinin, əlində kitab-dəftərlə hər gün qapıda peyda olanların xərcini demirəm... Bax, vəziyyət budur”.

Bərdənin heyvan bazarı yalnız həftənin cümə günləri işləyir. Bərdəylə yanaşı Ağdam, Yevlax, Ağcabədi, Beyləqan, Tərtər və başqa rayonlardan da mal-heyvan gətirib satırlar. Müştərilərsə, əsasən, Bakıdan, Sumqayıtdan, Gəncədən və başqa şəhərlərdən olur.

Qəssab Həsənin daimi müştərisi olduğu satıcı İsa Bədəlov deyir, heyvanlar bazara, adətən, gecəyarıdan çıxarılır. İndiyədək onun gecəyarı bazara çıxardığı iribuynuzlu heyvanlara səhərədək müştəri çıxırmış:“Ağlım kəsəndən heyvandarlıqla məşğul oluram. Hava işıqlananda artıq mal-qaramı satıb evimə qayıdırdım. İki cümədir ki, danaları necə aparıramsa, eləcə qabağıma qatıb geri qaytarıram. Müştəri deyir, ‘qiyməti qaldırma’. Yemin qiyməti ilyarımda 2 manatdan 4 manat 50 qəpiyə qalxıb. Keçən həftəyə qədər 4 manata aldığım yem indi 4 manat 50 qəpiyə satılır. Qiymətlər həftəylə, günlə yox, saatla qalxır. Mal-qara saxlamaq asan gəlməsin. Bu danadır, gündə bir qab yeyib geri çəkilmir, gərək günboyu yemini kəsməyəsən. Mən bu dananı neçəyə satım ki, onun saxlanmasına xərclədiyim pulu çıxarım? İkinci həftədir alver yoxdur, bizimsə dolanışığımız mal-qara satmaqdan çıxır. Mən də istəyərəm ki, malımı satım, dolanışığım olsun”.

Günün sonunda qəssab Həsəndən sonuncu mesaj gəlib: “Dükanı bağladım”.

Qəssab Həsən bundan sonra nə işlə məşğul olacağını bilmir...("Azadlıq" radiosu)

loading...
At cəmdəkləri və bir tondan artıq yararsız ət aşkarlandı - FOTO like
  • 01 Dek 19:14  
Digərləri At cəmdəkləri və bir tondan artıq yararsız ət aşkarlandı - FOTO

Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Bərdə, Ağcabədi rayonlarında

arrow Ətraflı
Azərbaycanda vaxtından əvvəl azad edilən məhkumların sayı artır like
  • 01 Dek 19:10  
Digərləri Azərbaycanda vaxtından əvvəl azad edilən məhkumların sayı artır

Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişaf

arrow Ətraflı
Günahlar şəhəri: orada bütün qadınlar fahişədir - FOTO like
  • 01 Dek 19:04  
Dünya Günahlar şəhəri: orada bütün qadınlar fahişədir - FOTO

Hər il milyonlarla turistin ziyarət etdiyi Taylandın Banqkok və Pattaya kimi

arrow Ətraflı
“Nazirin müşavirinin 30-40 milyonlarla pulunu mən saxlayırdım” like
  • 01 Dek 19:04  
Digərləri “Nazirin müşavirinin 30-40 milyonlarla pulunu mən saxlayırdım”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirl

arrow Ətraflı
SOCAR Yunanıstan şirkətini özəlləşdirilməkdən imtina etdi like
  • 01 Dek 19:02  
Digərləri SOCAR Yunanıstan şirkətini özəlləşdirilməkdən imtina etdi

SOCAR DESFA-nın özəlləşdirilməsi barədə tenderə xitam verilməsi ilə b

arrow Ətraflı
"Lufthansa"nın Bakı uçuşları daxil olmaqla, 4500 reysi təxirə düşüb like
  • 01 Dek 19:01  
Dünya "Lufthansa"nın Bakı uçuşları daxil olmaqla, 4500 reysi təxirə düşüb

Almaniyanın "Lufthansa" aviaşirkətinin 6 gündür tətil edən pilo

arrow Ətraflı
Ölkədə torpaqların qanunsuz zəbt edilməsinə qarşı mübarizə gücləndirilir like
  • 01 Dek 18:54  
Digərləri Ölkədə torpaqların qanunsuz zəbt edilməsinə qarşı mübarizə gücləndirilir

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 n

arrow Ətraflı
Türkiyədə dollar və avrodan rekord göstərici like
  • 01 Dek 18:53  
Dünya Türkiyədə dollar və avrodan rekord göstərici

Dünya birjasında dollar bahalaşmaqda davam edir.

arrow Ətraflı
Çavuşoğlu Azərbaycana gəlir like
  • 01 Dek 18:50  
Siyasət Çavuşoğlu Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə günü Azərbay

arrow Ətraflı
1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə gününə həsr olunmuş tədbir keçirilib - FOTO like
  • 01 Dek 18:45  
Digərləri 1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Noyabrın 30-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşk

arrow Ətraflı
İlham Əliyev BƏƏ və Laos prezidentlərini təbrik edib like
  • 01 Dek 18:44  
Siyasət İlham Əliyev BƏƏ və Laos prezidentlərini təbrik edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti

arrow Ətraflı
Mövlud Çavuşoğlu Bakıya gəlir like
  • 01 Dek 18:41  
Digərləri Mövlud Çavuşoğlu Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə g

arrow Ətraflı