At cəmdəkləri və bir tondan artıq yararsız ət aşkarlandı - FOTO


Digərləri 01 Dek 2016 19:14:02 38 0

At cəmdəkləri və bir tondan artıq yararsız ət aşkarlandı - FOTO

Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində reydlər keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) Son.az-a verilən məlumata görə, 27, 28 və 29 noyabr tarixlərində qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumatlar əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində fəaliyyət göstərən heyvan kəsimi, ət qəbulu, saxlaması və satışı məntəqələrində reydlər keçirilib.

27 noyabrda Yevlaxda reyd zamanı Aşağı Bucaq kənd sakini Kərimov Nizami Paşa oğluna məxsus evin həyətinə baxış keçirilərkən qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 12 kvadrat metr sahəsi olan soyuducu kamera aşkar edilib.

Evin həyətində olan Nizami Kərimova məxsus 06 "Jiquli" markalı 10-KF-181 dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinə baxış keçirilərkən mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, antisanitar şəraitdə avtomobilin yük yerinə yığılmış, üfunətli iy verən, çəkisi 170 kq olan hissələrə bölünmüş (3 ədəd bud və 3 ədəd qol qabırğalarla birlikdə) heyvan cəmdəyi, eləcə də həyətdə olan soyuducu kamerada 8 ədəd heyvan dərisi aşkar olunub.

Aşkar olunan hissələrə bölünmüş heyvan cəmdəklərinin qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Həmçinin həmin gün Aşağı Bucaq kənd sakini Rəsulov Telman Ağəli oğluna məxsus evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 4 kvadrat metr sahəsi olan soyuducu kamera aşkar olunub.

Soyuducu kamerada ümumi çəkisi 181 kq olan hissələrə bölünmüş heyvan cəmdəkləri (5 ədəd heyvanın bud əti və 5 ədəd heyvanın qol əti qabırğa ilə birlikdə), 1 ədəd heyvanın daxili orqanı (içalat), 2 ədəd iribuynuzlu heyvan başı və 8 ədəd heyvanın ayağı müəyyən edilmişdir. Eləcə də həyətdə olan 05 "Jiquli" markalı 10-RH-638 dövlət qeydiyyat nişanlı furqonlu avtomobildə 5 ədəd iribuynuzlu heyvan dərisi aşkar edilib.

Aşkar olunmuş heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığına, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğurduğuna görə ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

27 noyabr 2016-ci il tarixində keçirilən reyd Bərdə rayonunda da davam etdirilib. Reyd zamanı Bərdə şəhəri, Səməd Vurğun küçəsi 15 nömrəli evin sahibi Məmmədov Əli Xanış oğlunun həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası aşkar olunmuşdur. Həyətdəki sallaqxananın yanında olan təkərli arabada təzə kəsilmiş 6 ədəd at dərisi, 4 ədəd atın arxa və qabaq ayaqları, 4 ədəd sümükdən ayrılmış at skeletləri, mötəviyyatla dolu qarın və bağırsaqları, eləcə də ağacdan asılmış 1 baş kəsilən atın tam formalaşmamış balası (dölü) və kəsilmiş atların qalıq tullantıları aşkar edilib.

Təzə kəsilmiş atların arabada aşkar olunan məhsullarından (dəri, ayaq, skelet, qarın, bağırsaqlar və tam formalaşmamış döldən) nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmiş, yerdə qalan atların qalıq tullantıları maddi sübut kimi müvəqqəti saxlamaq üçün Bərdə zona Baytarlıq Laboratoriyasına təhvil verilib.

Bərdədə keçirilən reyd zamanı Məmmədov Vəli Xanış oğluna məxsus Səməd Vurğun küçəsi 8 nömrəli, onun oğlu Məmmədov Alim Vəli oğluna məxsus Səməd Vurğun küçəsi 11 nömrəli və Novruzov Seyfəddin Vəliyəddin oğluna məxsus Səməd Vurğun küçəsi 9 nömrəli evlərin həyətlərinə baxış keçirərkən həyətlərdə qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançaları (sallaqxana) və meydançaların ətrafında çoxlu miqdarda qan gölməçələri aşkar edilib.

28 noyabr 2016-ci il tarixində qida təhlükəsizliyi ilə əlaqədar reyd Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən Abbasov Azər Abbasqulu oğlunun rəhbərlik etdiyi ət kombinatında davam etdirilib.

Reyd zamanı kombinatın 1 nömrəli soyuducu kamerasında ümumilikdə 480 kq çəkidə olan hər birinin çəkisi 20 kq, 24 ədəd karton qutuda hissələrə bölünmüş, dondurulmuş ət ( o cümlədən 9 qutu qoyun əti, 3 qutu malın bel əti, 7 qutu malın can əti, 5 qutu malın ağ və qaraciyərləri), 2 nömrəli soyuducu kamerada ümumi çəkisi 360 kq olan 4 ədəd iki hissəyə bölünmüş heyvan cəmdəyi, 2 ədəd heyvanın bud əti, 1 ədəd qol əti qabırğa ilə birlikdə, 1 yeşik sümükdən ayrılmış can əti və mal ətinin bel nahiyəsi, 3 nömrəli soyuducu kamerada isə ümumi çəkisi 1920 kq olan 28 ədəd iki hissəyə bölünmüş dondurulmuş heyvan cəmdəyi, 3 ədəd bud əti, 3 ədəd qol əti qabırğa ilə birlikdə 3 yeşik sümükdən ayrılmış ətlər aşkar olunub.

Kombinatın ətin sümükdən ayrılan şöbəsinə baxış keçirərkən orqanoleptik göstəriciləri qida üçün şübhə doğuran və baytarlıq müayinəsindən keçməyən çəkisi 120 kq olan 8 hissə təzə kəsilmiş heyvan ətləri, yuyucu sexin yanında xeyli miqdarda ətdən ayrılmış heyvan skeletləri və kəllə sümükləri aşkar oluub.

Ət kombinatında fəaliyyət göstərən istehsalat laboratoriyasına baxış keçirərkən 2 ədəd istifadəyə yararsız işıq mikroskopu, 1 ədəd soyuducu və 1 ədəd sentrifuqa müəyyən edilmişdir. Laboratoriyada müayinələrin aparılması üçün heç bir reaktiv və ləvazimatlar aşkar olunmayıb.

Kombinatda kəsimə gedən və kombinata daxil olan heyvan cəmdəklərinə müəssisə rəhbəri tərəfindən baytar həkimi vəzifəsinə təyin edilmiş Hüseynov Allahverdi Qardaşxan oğlunun heç bir müayinə aparmadan cəmdəklərə möhür vurması müəyyən edilib.

Aparılan araşdırma zamanı müəyyən olunub ki, istehsalat laboratoriyasında diri heyvanların qəbulu üçün axırıncı dəfə baytarlıq şəhadətnaməsi (Forma 1) 16 may 2016-cı ildə, hazır məsulların məxarici üçün isə baytarlıq şəhadətnaməsi (Forma 2) 25 may 2016-cı ildə olmuşdur. Ümumiyyətlə, istehsalat laboratoriyasında kombinata daxil olan heyvanların, ətlərin, aparılan müayinələrin və hazır məhsulların məxarici barədə jurnallarda heç bir qeydiyyat aparılmayıb.

Kombinatda aşkar olunan ət və ət məhsullarının çox hicssəsinin mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmadığı üçün istehsalat laboratoriyasında baytar həkimi Allahverdi Hüseynov tərəfindən heç bir müayinə aparılmadığı, eləcə də vizual baxış zamanı heyvan ətinin orqanoleptik göstəriciləri qida üçün şübhə doğurduğu üçün ümumilikdə 56 ədəd nümunə götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Məlumat əsasında 29 noyabr 2016-ci il tarixdə Bakı şəhəri, Heydər Əliyev prospekti 6-cı köndələn 2 ünvanında yerləşən "Azərət-süd İcarə Topdansatış Birliyi"nin soyuducu anbarlarına baxış keçirilib. Baxış zamanı birliyin anbarının 505 nömrəli soyuducu kamerasında saxlanılan Ağcabədi rayonunun Xocavənd kədi ərazisində yerləşən Abbasov Azər Abbasqulu oğlunun rəhbərlik etdiyi ət kombinatının 8581 kq sümüksüz heyvan əti, 2000 kq qoyun əti (qutularda qablaşdırılmış), Gəncliyə yardım fonduna məxsus 9450 kq dondurulmuş mal əti, 300 kq qoyun cəmdəkləridən müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Digər 301 nömrəli soyuducu kamerada istifadə müddəti bitmiş Çin mənşəli 7000 kq-a yaxın ağ balıq (beluqa), 302 nömrəli soyuducu kamerada isə istifadə müddəti bitmiş Estoniya (Tallin şəhəri) mənşəli 15000 kq miqdarında çapaq (leş) balığı aşkar edilmiş və onlardan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində keçirilən reydlər zamanı götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərarlar qəbul edilərək tədbirlər görüləcək.

loading...

Xəbərə aid fotolar

Azərbaycanda vaxtından əvvəl azad edilən məhkumların sayı artır like
  • 01 Dek 19:10  
Digərləri Azərbaycanda vaxtından əvvəl azad edilən məhkumların sayı artır

Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişaf

arrow Ətraflı
Günahlar şəhəri: orada bütün qadınlar fahişədir - FOTO like
  • 01 Dek 19:04  
Dünya Günahlar şəhəri: orada bütün qadınlar fahişədir - FOTO

Hər il milyonlarla turistin ziyarət etdiyi Taylandın Banqkok və Pattaya kimi

arrow Ətraflı
“Nazirin müşavirinin 30-40 milyonlarla pulunu mən saxlayırdım” like
  • 01 Dek 19:04  
Digərləri “Nazirin müşavirinin 30-40 milyonlarla pulunu mən saxlayırdım”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirl

arrow Ətraflı
SOCAR Yunanıstan şirkətini özəlləşdirilməkdən imtina etdi like
  • 01 Dek 19:02  
Digərləri SOCAR Yunanıstan şirkətini özəlləşdirilməkdən imtina etdi

SOCAR DESFA-nın özəlləşdirilməsi barədə tenderə xitam verilməsi ilə b

arrow Ətraflı
"Lufthansa"nın Bakı uçuşları daxil olmaqla, 4500 reysi təxirə düşüb like
  • 01 Dek 19:01  
Dünya "Lufthansa"nın Bakı uçuşları daxil olmaqla, 4500 reysi təxirə düşüb

Almaniyanın "Lufthansa" aviaşirkətinin 6 gündür tətil edən pilo

arrow Ətraflı
Ölkədə torpaqların qanunsuz zəbt edilməsinə qarşı mübarizə gücləndirilir like
  • 01 Dek 18:54  
Digərləri Ölkədə torpaqların qanunsuz zəbt edilməsinə qarşı mübarizə gücləndirilir

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 n

arrow Ətraflı
Türkiyədə dollar və avrodan rekord göstərici like
  • 01 Dek 18:53  
Dünya Türkiyədə dollar və avrodan rekord göstərici

Dünya birjasında dollar bahalaşmaqda davam edir.

arrow Ətraflı
Çavuşoğlu Azərbaycana gəlir like
  • 01 Dek 18:50  
Siyasət Çavuşoğlu Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə günü Azərbay

arrow Ətraflı
1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə gününə həsr olunmuş tədbir keçirilib - FOTO like
  • 01 Dek 18:45  
Digərləri 1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Noyabrın 30-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşk

arrow Ətraflı
İlham Əliyev BƏƏ və Laos prezidentlərini təbrik edib like
  • 01 Dek 18:44  
Siyasət İlham Əliyev BƏƏ və Laos prezidentlərini təbrik edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti

arrow Ətraflı
Mövlud Çavuşoğlu Bakıya gəlir like
  • 01 Dek 18:41  
Digərləri Mövlud Çavuşoğlu Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə g

arrow Ətraflı
17 yaşlı qızı "zorlayan": "Özü gedib qucağında oturdu" - FOTO like
  • 01 Dek 18:37  
Dünya 17 yaşlı qızı "zorlayan": "Özü gedib qucağında oturdu" - FOTO

Antaliyanın Manavqat qəsəbəsində otelə istirahət üçün gələn 17 yaşl

arrow Ətraflı