Azərbaycanda vaxtından əvvəl azad edilən məhkumların sayı artır


Digərləri 01 Dek 2016 19:10:00 37 0

Azərbaycanda vaxtından əvvəl azad edilən məhkumların sayı artır

Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı üzrə aparılan islahatlar çərçivəsində penitensiar sistem xeyli təkmilləşdirilib, cəza-icra siyasəti humanistləşdirilib, məhkumların hüquq və imtiyazları genişləndirilib, tibbi təminatı, saxlanma şəraiti və infrastruktur onların sosial reabilitasiyası məqsədilə yaxşılaşdırılıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, eyni zamanda, humanizm prinsiplərinin səmərəli tətbiqi məhkumların islah olunaraq cəmiyyətə yenidən inteqrasiyasına xidmət edir. Bu sahədə, həmçinin müasir işlək mexanizmlər, o cümlədən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və yüngül rejimli müəssisəyə keçirilmə institutu geniş tətbiq olunur.

Bu prosesdə kollegiallığın, obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən tərkibi nazirliyin, o cümlədən Penitensiar xidmətin məsul işçilərindən, eləcə də ictimaiyyətin nümayəndələrindən və hüquq-müdafiəçilərdən ibarət xüsusi Komissiya yaradılıb. Artıq dörd ilə yaxındır səmərəli fəaliyyəti göstərən Komissiya tərəfindən mütəmadi olaraq bütün cəzaçəkmə müəssisələrinə baş çəkilir, məhkumların işləri öyrənilərək, onların islah prosesinə qədəm qoyması, o cümlədən davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti ətraflı araşdırılır, fərdi qaydada söhbətlər aparılır. Həmçinin, məhkumlarla zərərçəkmiş şəxslər arasında barışığa nail olunması, onların sosial adaptasiyası məsələlərinin həllində vətəndaş cəmiyyətinin nümayəndələri ilə birgə əməli köməklik göstərilir.

Komissiyanın fəaliyyətində şəffaflıq maksimum təmin olunaraq onun iclaslarına məhkumların valideynlərinin və yaxınlarının dəvət olunması təcrübəsindən də istifadə olunur.

Bu ilin noyabr ayında Komissiyanın Penitensiar xidmətin müxtəlif cəzaçəkmə müəssisələrində məhkumlarla görüşləri olub, 400-dən çox məhkumun şəxsi işi və digər aidiyyəti sənədlər hərtərəfli araşdırılıb, vaxtından əvvəl şərti azad etmə institutunun tətbiqi ilə bağlı məhkəmə qarşısında müvafiq vəsatətlər qaldırılıb.

Eyni zamanda, məhkum kollektivləri ilə tərbiyəvi-maarifləndirmə tədbirləri keçirilərək, dövlətimizin humanizm siyasəti, əfv və amnistiya aktlarının əhəmiyyəti barədə ətraflı məlumat verilib, şərti azadetmə institutunun mahiyyəti, bu sahədə Komissiyanın rolu və məqsədləri haqqında geniş söhbət aparılıb. Tədbirlərdə hər bir məhkumun rejim qaydalarına dönmədən riayət etməklə, islah prosesinə, ictimai tədbirlərə fəal qatılmaqla, davranışı, təhsilə və əməyə münasibəti, faydalı işlə məşğulluğu ilə müsbət xarakterizə olunmaqla vaxtından əvvəl azad olunmağa layiq bilinməsi qeyd olunub.

Təsadüfi deyil ki, Komissiyanın şəffaf və obyektiv fəaliyyətinin, apardığı tərbiyəvi işin və həqiqi islah olunan məhkumların azad olunmağa tövsiyə etməsinin nəticəsidir ki, ötən dövrdə 6500-ə yaxın məhkum vaxtından əvvəl şərti azad olunmağa və ya daha yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və artıq məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib və həmin şəxslər arasında təkrar cinayətlərin sayı xeyli azalıb. Həmçinin, törətdiyi cinayət əməli ilə zərərçəkmiş şəxslərə və dövlət büdcəsinə ziyan vurmuş məhkumlar tərəfindən bir milyon manata yaxın vəsaitin ödətdirilməsinə nail olunub.

Məhkumların sosial reabilitasiyasına böyük töhfə verən belə bir qaydada humanist institutun tətbiqi onların ailələrinə və yaxınlarına yüksək sevinc hissləri bəxş etməklə yanaşı, həmçinin cəza çəkən digər məhkumların səmərəli islah olunmasına öz müsbət həvəsləndirici təsirini göstərərək, onları qanunazidd hərəkətlərdən çəkinməyə sövq edir, haqqa, ədalətə inamını daha da artırır. Son.az

loading...
Günahlar şəhəri: orada bütün qadınlar fahişədir - FOTO like
  • 01 Dek 19:04  
Dünya Günahlar şəhəri: orada bütün qadınlar fahişədir - FOTO

Hər il milyonlarla turistin ziyarət etdiyi Taylandın Banqkok və Pattaya kimi

arrow Ətraflı
“Nazirin müşavirinin 30-40 milyonlarla pulunu mən saxlayırdım” like
  • 01 Dek 19:04  
Digərləri “Nazirin müşavirinin 30-40 milyonlarla pulunu mən saxlayırdım”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirl

arrow Ətraflı
SOCAR Yunanıstan şirkətini özəlləşdirilməkdən imtina etdi like
  • 01 Dek 19:02  
Digərləri SOCAR Yunanıstan şirkətini özəlləşdirilməkdən imtina etdi

SOCAR DESFA-nın özəlləşdirilməsi barədə tenderə xitam verilməsi ilə b

arrow Ətraflı
"Lufthansa"nın Bakı uçuşları daxil olmaqla, 4500 reysi təxirə düşüb like
  • 01 Dek 19:01  
Dünya "Lufthansa"nın Bakı uçuşları daxil olmaqla, 4500 reysi təxirə düşüb

Almaniyanın "Lufthansa" aviaşirkətinin 6 gündür tətil edən pilo

arrow Ətraflı
Ölkədə torpaqların qanunsuz zəbt edilməsinə qarşı mübarizə gücləndirilir like
  • 01 Dek 18:54  
Digərləri Ölkədə torpaqların qanunsuz zəbt edilməsinə qarşı mübarizə gücləndirilir

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 n

arrow Ətraflı
Türkiyədə dollar və avrodan rekord göstərici like
  • 01 Dek 18:53  
Dünya Türkiyədə dollar və avrodan rekord göstərici

Dünya birjasında dollar bahalaşmaqda davam edir.

arrow Ətraflı
Çavuşoğlu Azərbaycana gəlir like
  • 01 Dek 18:50  
Siyasət Çavuşoğlu Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə günü Azərbay

arrow Ətraflı
1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə gününə həsr olunmuş tədbir keçirilib - FOTO like
  • 01 Dek 18:45  
Digərləri 1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Noyabrın 30-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşk

arrow Ətraflı
İlham Əliyev BƏƏ və Laos prezidentlərini təbrik edib like
  • 01 Dek 18:44  
Siyasət İlham Əliyev BƏƏ və Laos prezidentlərini təbrik edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti

arrow Ətraflı
Mövlud Çavuşoğlu Bakıya gəlir like
  • 01 Dek 18:41  
Digərləri Mövlud Çavuşoğlu Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə g

arrow Ətraflı
17 yaşlı qızı "zorlayan": "Özü gedib qucağında oturdu" - FOTO like
  • 01 Dek 18:37  
Dünya 17 yaşlı qızı "zorlayan": "Özü gedib qucağında oturdu" - FOTO

Antaliyanın Manavqat qəsəbəsində otelə istirahət üçün gələn 17 yaşl

arrow Ətraflı
Kiyevdə azərbaycanlılar etnik xalqlar üçün onlayn mərkəzi yaradır like
  • 01 Dek 18:29  
Digərləri Kiyevdə azərbaycanlılar etnik xalqlar üçün onlayn mərkəzi yaradır

Ukraynanın paytaxtı Kiyevdə dünyadakı etnik xalqlara məxsus diaspor t

arrow Ətraflı