İlham Əliyev sürüşmə zonalarında təhlükəsizlik tədbirləri ilə bağlı fərman imzaladı


Digərləri 01 Dek 2016 18:55:00 34 0

İlham Əliyev sürüşmə zonalarında təhlükəsizlik tədbirləri ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsi və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin mərkəzi olan qəsəbələrdə tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsinin və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması məqsədi ilə qərara alıb:

- Nazirlər Kabineti Azərbaycan şəhərlərində və rayon inzibati ərazi vahidlərinin mərkəzi olan qəsəbələrində tikinti aparılması üçün yararlı olan torpaq sahələrini müəyyən etmək məqsədi ilə, həmin şəhər və qəsəbələrin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələri kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) bir il müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat versin.

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş torpaq sürüşməsi olan ərazilərin elektron xəritələrinin bir ay müddətində, bu fərmanda nəzərdə tutulan elektron xəritələrin isə həmin xəritələrin təsdiq edilməsindən sonra on gün müddətində öz rəsmi internet səhifələrində (ArcGİS proqramında mdb formatda) yerləşdirilməsini təmin etsinlər.

- Yerli icra hakimiyyəti orqanları Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş torpaq sürüşməsi olan ərazilərin elektron xəritələrinin müvafiq şəhər və rayon inzibati ərazi vahidlərinə aid hissəsinin bir ay müddətində, bu fərmanda nəzərdə tutulan elektron xəritələrin müvafiq şəhər və rayon inzibati ərazi vahidlərinə aid hissəsinin isə həmin xəritələrin təsdiq edilməsindən sonra on gün müddətində öz rəsmi internet səhifələrində (ArcGİS proqramında mdb formatda) yerləşdirilməsini təmin etsinlər.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

loading...
Ölkədə torpaqların qanunsuz zəbt edilməsinə qarşı mübarizə gücləndirilir like
  • 01 Dek 18:54  
Digərləri Ölkədə torpaqların qanunsuz zəbt edilməsinə qarşı mübarizə gücləndirilir

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 n

arrow Ətraflı
Türkiyədə dollar və avrodan rekord göstərici like
  • 01 Dek 18:53  
Dünya Türkiyədə dollar və avrodan rekord göstərici

Dünya birjasında dollar bahalaşmaqda davam edir.

arrow Ətraflı
Çavuşoğlu Azərbaycana gəlir like
  • 01 Dek 18:50  
Siyasət Çavuşoğlu Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə günü Azərbay

arrow Ətraflı
1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə gününə həsr olunmuş tədbir keçirilib - FOTO like
  • 01 Dek 18:45  
Digərləri 1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Noyabrın 30-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşk

arrow Ətraflı
İlham Əliyev BƏƏ və Laos prezidentlərini təbrik edib like
  • 01 Dek 18:44  
Siyasət İlham Əliyev BƏƏ və Laos prezidentlərini təbrik edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti

arrow Ətraflı
Mövlud Çavuşoğlu Bakıya gəlir like
  • 01 Dek 18:41  
Digərləri Mövlud Çavuşoğlu Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə g

arrow Ətraflı
17 yaşlı qızı "zorlayan": "Özü gedib qucağında oturdu" - FOTO like
  • 01 Dek 18:37  
Dünya 17 yaşlı qızı "zorlayan": "Özü gedib qucağında oturdu" - FOTO

Antaliyanın Manavqat qəsəbəsində otelə istirahət üçün gələn 17 yaşl

arrow Ətraflı
Kiyevdə azərbaycanlılar etnik xalqlar üçün onlayn mərkəzi yaradır like
  • 01 Dek 18:29  
Digərləri Kiyevdə azərbaycanlılar etnik xalqlar üçün onlayn mərkəzi yaradır

Ukraynanın paytaxtı Kiyevdə dünyadakı etnik xalqlara məxsus diaspor t

arrow Ətraflı
Prezident rabitə işçilərini təltif etdi - SİYAHI like
  • 01 Dek 18:22  
Digərləri Prezident rabitə işçilərini təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycanda rabitə və informasiya texnologiyaları

arrow Ətraflı
"Aygun City" ticarət mərkəzində "CinemaPlus" kinoteatrı açılacaq like
  • 01 Dek 18:20  
Digərləri "Aygun City" ticarət mərkəzində "CinemaPlus" kinoteatrı açılacaq

Bakı, 01 dekabr: Bakıda Bakıxanov qəsəbəsində, "Aygun City" Tic

arrow Ətraflı
Türkiyədə dolların məzənnəsi daha bir rekorda imza atıb like
  • 01 Dek 18:19  
İqtisadiyyat Türkiyədə dolların məzənnəsi daha bir rekorda imza atıb

Türkiyədə son bir ayda dolların məzənnəsinin 13% artaraq 3,48 TRY/USD

arrow Ətraflı