"Nəvələrimin üzünə həsrət qalmışam" - Xalq artisti


Digərləri 01 Dek 2016 17:48:00 65 0

"Nəvələrimin üzünə həsrət qalmışam" - Xalq artisti

"O tamaşa hələ Azərbayacanda səhnəyə qoyulmayıb"

Son.az xəbər verir ki, azvision.az-ın həmsöhbəti xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini Hacı İsmayılovdur. 

- Hacı müəllim, ilk olaraq əhvalınızı soruşmaq istərdim.

- Adam daima sevdiyi işlə məşğul olanda əhvalı yaxşı olur. Teatrda hər gün məşqlərim olur. Repertuarda olan altı-yeddi tamaşada iştirak edirəm. Desəm ki, evdən səhər çıxıb, bir də axşam qayıdıram, yəqin, inanmarsınız. Buna baxmayaraq, hər şey gözəldir. 

Çatışmayan bir şey varsa, o da vaxtdır. Vaxt azlığından əziyyət çəkirəm. Həm Akademik Milli Dram Teatrında işləyirəm, həm də Azərbayacan Teatr Xadimləri İttifaqında Azərpaşa Nemətovun yaradıclıq üzrə müaviniyəm. Burada da tədbirlərimiz, yubileylərimiz olur. Eyni zamanda "Azdrama"da "Stullar" tamaşası hazırlanır. O tamaşa Azərbayacanda hələ səhnəyə qoyulmayıb. Çox maraqlı və çətin tamaşadır. İnşallah bu yaxında daxili baxış olduqdan sonra tamaşaçılar ona baxa biləcəklər. 

- Bir müddət tamaşalarla yanaşı seriallara da çəkilirdiniz. İndi sizi nədənsə seriallarda görmürük. 

- Seriallara keçən il çəkilirdim. Çəkilişlər artıq bitib. Daha çəkilmirəm. Dəvət etsələr belə, vaxtım olmayacaq. İşim o dərəcədə çoxdur. Hazırda teatrda məşqlər gedir. Cəlil Məmmədquluzadənin "Ölülər" tamaşasını təhvil verdik, dekabrın 16-17-də isə Cəfər Cabbarlının "Almaz" tamaşasını təhvil verəcəyik. Onun məşqləri gedir. 

- Bu qədər işi bir araya sığışdırmaq həm fiziki cəhətdən, həm də psixoloji baxımdan asan deyil. 

- İldə bir dəfə mütləq istirahət edirəm. Məzuniyyət vaxtı bir həftə ya Azərbayacanda, ya da ölkədən kənarda dincəlirəm. İstirahət mənə bir il kifayət edir ki, belə işgüzar olum. 

- Gününüzün çox hissəsini oynadğınız rolların məşqinə sərf edirsiniz. Nəvələrinizə, ailənizə vaxt ayıra bilirsinizmi?

- Üç nəvəm var, Ülkər, Azər, Nigar. İnanın ki, iki aydır nəvələrimin üzünü görə bilmirəm. Uşaqlar mənim üzümə həsrət qalıblar. Amma imkan olan kimi telefonla danışırıq. Şəkillərimə baxırlar, mən onların şəkillərinə baxıram. 

O gün kiçik nəvəmin yanına getmişdim. Məni görüb, çox sevindi. Ancaq məşqim olduğuna görə onu çox oynada bilmədim. Qapıdan çıxanda dedim, " babaya əl et". Uşaq getdiyimi görəndə pis oldu.

- Yeri gəlmişkən, nəvələriniz üçün hansısa rolu canlandırmısınızmı? 

- Onlar üçün elə bir rol oynanamışm. Azər və Ülkər məni aktyor kimi tanıyır. Nigar hələ kiçikdir, anlaya bilmir ki, bunun babası nə işlə məşğuldur. Məni ancaq baba kimi tanıyır.

loading...
Türkiyədə idarəçilik forması dəyişəcəkmi? like
  • 01 Dek 17:45  
Dünya Türkiyədə idarəçilik forması dəyişəcəkmi?

Türkiyədə prezident idarəçilik formasına keçidi nəzərdə tutan konstitu

arrow Ətraflı
FTB dünyada kompüter və telefonlara giriş icazəsi alıb like
  • 01 Dek 17:42  
Dünya FTB dünyada kompüter və telefonlara giriş icazəsi alıb

ABŞ Ali Məhkəməsi federal cinayət-prosessual məcəlləsinin 41-ci maddəsi

arrow Ətraflı
Hava limanında polis qadını soyundurdu - FOTO like
  • 01 Dek 17:39  
Dünya Hava limanında polis qadını soyundurdu - FOTO

Yəqin ki, çoxlarınız xarici ölkələrə üz tutarkən hava nəqliyyatından

arrow Ətraflı
37 yaşlı keçmiş məhkum üzərinə benzin tökərək özünü yandırıb like
  • 01 Dek 17:38  
Digərləri 37 yaşlı keçmiş məhkum üzərinə benzin tökərək özünü yandırıb

Bakıda 37 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

arrow Ətraflı
Rüfət Səfərovun apellyasiya şikayətinə baxılıb like
  • 01 Dek 17:36  
Digərləri Rüfət Səfərovun apellyasiya şikayətinə baxılıb

Şirvan Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilərək 9

arrow Ətraflı
İki dəfə zorlanan aktrisadan GÖZLƏNİLMƏZ ADDIM - FOTO like
  • 01 Dek 17:25  
Digərləri İki dəfə zorlanan aktrisadan GÖZLƏNİLMƏZ ADDIM - FOTO

'Westworld' serialının 29 yaşlı ulduzu Evan Raçel Vood iki dəfə təcavü

arrow Ətraflı
Ərdoğan: “Suriyadakı əməliyyatın məqsədi Əsədi devirmək deyil” like
  • 01 Dek 17:24  
Digərləri Ərdoğan: “Suriyadakı əməliyyatın məqsədi Əsədi devirmək deyil”

Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatının

arrow Ətraflı
"Multikulturalizm" jurnalının üçüncü nömrəsi çap olundu like
  • 01 Dek 17:21  
Digərləri "Multikulturalizm" jurnalının üçüncü nömrəsi çap olundu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiy

arrow Ətraflı
Azərbaycan və Almaniya parlamentlərarası əməkdaşlığı möhkəmləndirir like
  • 01 Dek 17:15  
Siyasət Azərbaycan və Almaniya parlamentlərarası əməkdaşlığı möhkəmləndirir

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovla Bundestaqın Cənubi Qafq

arrow Ətraflı
Manat bir az da ucuzlaşdı like
  • 01 Dek 17:12  
İqtisadiyyat Manat bir az da ucuzlaşdı

Dekabrın 2-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Canlı yayımda BİABIRÇILIQ: iki qız bir-birini... - VİDEO like
  • 01 Dek 17:12  
Dünya Canlı yayımda BİABIRÇILIQ: iki qız bir-birini... - VİDEO

Tamaşaçılar ABŞ-da basketbol qarşılaşmasının ardından canlı yayım 

arrow Ətraflı
Peru Azərbaycanda səfirlik açmaq istəyir like
  • 01 Dek 17:10  
Siyasət Peru Azərbaycanda səfirlik açmaq istəyir

Peru Azərbaycanda səfirlik açmaq niyyətindədir.

arrow Ətraflı
22 manatlıq dekorderlər niyə satışda yoxdur? like
  • 01 Dek 17:09  
Digərləri 22 manatlıq dekorderlər niyə satışda yoxdur?

Ölkədə analoq yayımın dayandırılması və rəqəmsal yayıma keçidin tə

arrow Ətraflı
Qapıçının qarşısına top əvəzinə qağayı düşdü - VİDEO like
  • 01 Dek 17:07  
Digərləri Qapıçının qarşısına top əvəzinə qağayı düşdü - VİDEO

Avstraliyanın "Sidney" futbol klubunun qapıçısı Denni Vukoviç meydana dü

arrow Ətraflı
Nalbandyan: "Məmmədyarovla görüşü istisna etmirəm" like
  • 01 Dek 17:06  
Siyasət Nalbandyan: "Məmmədyarovla görüşü istisna etmirəm"

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Almaniyanın Hamburq şəhə

arrow Ətraflı