Vergidə "Yaşıl dəhliz" - Yeni idarələr yaradıldı


Digərləri 01 Dek 2016 15:55:00 50 0

Vergidə  "Yaşıl dəhliz" - Yeni idarələr yaradıldı

Vergi ödəyiciləri üçün "Yaşıl dəhliz" layihəsinə start verilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən son.az-a verilən məlumata görə, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi çərçivəsində aparılan işlər nəticəsində hazırda vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı 65-ə çatdırılıb, vergi orqanlarına göndərilən bəyannamələrin 97%-i isə elektron formada təqdim olunur. Bununla yanaşı, ölkənin müxtəlif regionlarında 57 müasir xidmət mərkəzi vergi ödəyicilərinin ixtiyarına verilib. Bu istiqamətdə aparılan genişmiqyaslı islahatlar ölkə ərazisində könüllü əməletmənin səviyyəsinin artımına və vergi ödəyicilərinin vergi orqanları ilə münasibətlərinin partnyorluq müstəvisinə keçirilməsinə böyük töhfə verib.

Ölkə prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi  inzibatçılığının təkmilləşdirilməsi  haqqında" Sərəncamı vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə 11 və aparılacaq islahatlar üzrə 21 istiqaməti müəyyən edib. Bu islahatların mühüm istiqamətləri çərçivəsində vergi orqanları ilə vergi ödəyiciləri arasında partnyorluq münasibətlərinin daha da genişləndirilməsi və şəffaflığının artırılması, eləcə də intizamlı vergi ödəyiciləri ilə münasibətlərin daha yüksək səviyyəyə çatdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, hazırda "Könüllü vergi açıqlaması" (Voluntary tax disclosnre), "vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması" (Advance tax ruling) və s. kimi müasir institutların vergi qanunvericiliyinə gətirilməsi üzrə işlər aparılır.

Sərəncamdan irəli gələn tapşırıqların icrası, intizamlı vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin yeni səviyyəyə qaldırılması, eləcə də vergi orqanları tərəfindən onlara çevik və şəffaf xidmətlərin göstərilməsi, vergitutma sahəsində fəaliyyətinin uçotda olduqları vahid struktur tərəfindən əlaqələndirilməsinin təmin edilməsi məqsədilə vergi xidmətində "Yaşıl dəhliz" prinsipi ilə çalışan yeni strukturlar yaradılıb.  

Vergilər nazirinin müvafiq əmri ilə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində yaradılan "Şəffaf Vergi Partnyorluğu" idarələri artıq bu gündən vergi ödəyicilərinə xidmətə başlayıb.

Şəffaf vergi partnyorluğu idarələrinin xidmət göstərəcəkləri vergi ödəyicilərinə vergi uçotunu şəffaf qaydada aparan, vergi öhdəliklərini vaxtında və tam şəkildə icra edən, riskli əməliyyatlarla bağlı vergi orqanları ilə qarşılıqlı şəkildə məsələlərin həlli istiqamətində tədbirlər görən ödəyicilər aid ediləcəkdir. Bu günə Bakı şəhəri üzrə belə intizamlı vergi ödəyicilərinin sayı 430-dan yuxarıdır.

Həmin strukturlar qeyd olunan ödəyicilərin vergitutma ilə bağlı müraciətlərinin qısa müddət ərzində cavablandırılması, onların təqdim etdikləri bəyannamələrlə bağlı hər hansı uyğunsuzluq və ya sual yaradan məqam olduğu halda həmin vergi ödəyicilərinin və ya onların nümayəndələrinin iştirakı ilə belə halların qısa müddətdə aradan qaldırılması, onlara ünvanlı xidmətlərin göstərilməsi, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərlə bağlı məlumatlandırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin müzakirə edilməsi və digər istiqamətlərdə vəzifələri həyata keçirəcəkdir.

Bundan başqa, şəffaf vergi partnyorluğu strukturları tərəfindən xidmət edilən vergi ödəyicilərinin fəaliyyəti üzrə vergi xidmətinin digər strukturları tərəfindən aparılan vergi nəzarəti tədbirlərinin həmin idarələrlə razılaşdırılması və əlaqələndirilməsi təmin ediləcəkdir.

İntizamlı vergi ödəyiciləri üçün yaradılan bu şərait onların vaxtlarına qənaət etməsinə, vergi öhdəliklərini rahat və qısa zaman kəsiyində həyata keçirməsinə, yarana biləcək çətinlikləri və problemləri vergi orqanları ilə birgə dərhal aradan qaldırmasına imkan verəcək və digər vergi ödəyicilərini də vergi öhdəliklərini vaxtında həyata keçirməyə və intizamlı ödəyicilər sırasına qatılmasını stimullaşdıracaqdır.

Bütün bunlar vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin daha şəffaf qurulmasına, vergi ödəyicilərinin hüquqlarının genişlənməsinə, tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə əhəmiyyətli dərəcədə müsbət təsir edəcəkdir.

Son.az

loading...
İŞİD-in yeni təhdidi: xaosu genişləndirmək planı like
  • 01 Dek 15:50  
Dünya İŞİD-in yeni təhdidi: xaosu genişləndirmək planı

Mosula hücumun sərhədləri genişləndikcə terror öz amansız simasını da

arrow Ətraflı
Belarus prezidenti İsfəndiyar Vahabzadəni qəbul edib like
  • 01 Dek 15:48  
Digərləri Belarus prezidenti İsfəndiyar Vahabzadəni qəbul edib

"Belarus və Azərbaycan arasında güclü, fundamental əlaqələr yaradılıb"

arrow Ətraflı
"Rusiya-ABŞ dialoqu bütün dünyanın marağına cavab verir" like
  • 01 Dek 15:41  
Dünya "Rusiya-ABŞ dialoqu bütün dünyanın marağına cavab verir"

Rusiya ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlıq etməyə hazırdır.

arrow Ətraflı
Afinada PARTLAYIŞ - like
  • 01 Dek 15:39  
Dünya Afinada PARTLAYIŞ -

Yunanıstanın paytaxtı Afinada partlayış olub.

arrow Ətraflı
"Məqsədim həndbol ənənələrini Azərbaycana qaytarmaqdır" like
  • 01 Dek 15:37  
İdman "Məqsədim həndbol ənənələrini Azərbaycana qaytarmaqdır"

"Gənclik illərindən daim idmana çox böyük həvəs göstərmişəm. Sevinir

arrow Ətraflı
"Royal Bank"-ın Rza Zərrabla əlaqələri olubmu? like
  • 01 Dek 15:36  
Kriminal "Royal Bank"-ın Rza Zərrabla əlaqələri olubmu?

ABŞ-da həbs edilən Güney Azərbaycan əsilli iş adamı Rza Zərrab yenidən

arrow Ətraflı
ABŞ-da 3 milyon səs təkrar sayılacaq like
  • 01 Dek 15:33  
Dünya ABŞ-da 3 milyon səs təkrar sayılacaq

ABŞ-da prezident seçkilərindən sonra Viskonsin ştatında səslər yenidən

arrow Ətraflı
Metroda milli sərgi - FOTO like
  • 01 Dek 15:32  
Digərləri Metroda milli sərgi - FOTO

Bu gün metronun "Nəriman Nərimanov" stansiyasının keçidlərində

arrow Ətraflı
İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib like
  • 01 Dek 15:30  
Digərləri İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib

Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə yenidən Milli Olimpiya Komit

arrow Ətraflı
Çavuşoğlu: "Türkiyənin Suriya ilə bağlı hədəfi..." like
  • 01 Dek 15:26  
Dünya Çavuşoğlu: "Türkiyənin Suriya ilə bağlı hədəfi..."

"Türkiyə Suriyanın İŞİD terror təşkilatından tamamilə təmizlənm

arrow Ətraflı
Bıçaqlanan sürücü xəstəxana yolunda qəzaya düşdü like
  • 01 Dek 15:25  
Digərləri Bıçaqlanan sürücü xəstəxana yolunda qəzaya düşdü

Bakının Xəzər rayonununda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycana 750 ədəd "partladan" keçirmək istədilər - FOTO like
  • 01 Dek 15:23  
Digərləri Azərbaycana 750 ədəd "partladan" keçirmək istədilər - FOTO

Gömrükdə 750 ədəd petarda tipli pirotexnika məmulatı aşkar olunub.

arrow Ətraflı