Akkreditasiyası aparılan universitetlərin adları açıqlandı - SİYAHI


Digərləri 01 Dek 2016 14:48:00 61 0

Akkreditasiyası aparılan universitetlərin adları açıqlandı - SİYAHI

2016-2017-ci tədris ili üçün qrafik üzrə ali təhsil müəssisələrinin akkreditasiya prosesi həyata keçirilir.

Son.az xəbər verir ki, Təhsil Nazirliyinin  Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəhbəri Samir Vəliyev lent.az-a açıqlamasında deyib ki, hazırda akkreditasiya prosesi davam etdiyindən nəticələr bəlli deyil: "Cari tədris ili üçün Naxçıvan Dövlət Universiteti və  Naxçıvan Özəl Universitetinin, Bakı Biznes Universitetinin akkreditasiyası keçirilib. Hazırda Azərbaycan Tibb Universiteti, Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının  akkreditasiya prosesi keçirilir".

S. Vəliyev bildirib ki, ötən 2015-16-cı tədris ilində 4 ali təhsil müəssisəsi akkreditasiyadan keçirilib: "Ötən tədris ilində Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin akkreditasiyası keçirilib. Hazırda akkreditasiyanın nəticələri akkreditasiya şurasına təqdim olunub, yaxın müddət ərzində müvafiq arayışa uyğun olaraq qərar qəbul olunacaq".   Akkreditasiyadan keçmək üçün xüsusi keyfiyyət meyarları və standartların olduğuna diqqət çəkən S.Vəliyev deyib ki, həmin meyarlara təhsil müəssisəsinin maddi-texniki, normativ hüquqi sənədlər bazası, professor-müəllim heyətinin tərkibi, təhsilalanların biliyinin qiymətləndirilməsi daxildir ki, bu və digər meyarlar əsasında akkreditasiya komissiyası faktları yerində araşdırır: "Faktları araşdırdıqdan sonra tələbələrin biliklərinin qiymətləndirilməsi həyata keçirilir, sonda həmin göstəricilər əsasında təhsil müəssisəsinin, onun hazırladığı kadrların dövlət təhsil standartlarına uyğun olub-olmaması müəyyənləşdirilir və bundan sonra həmin ixtisas üzrə kadr hazırlığının davamlığına icazə verilib verilməməsi ilə bağlı qərar çıxarılır".   "Akkreditasiya 4 ildə bir dəfə keçirilir. Azərbaycanda hazırda akkreditasiya şəhadətnaməsi qüvvədə olan təhsil müəssisələri var. 2016-2017-ci il tədris ili ərzində akkreditasiya o təhsil müəssisələrində keçirilir ki, onların artıq akkreditasiya şəhadətnaməsinin müddəti bitib. Təhsil müəssisəsi akkreditasiyadan keçdiyi zaman akkreditasiyadan keçməsi haqda  müvafiq rəsmi dövlət sənədi veriləcək və təhsil müəssisəsi həmin ixtisas üzrə və həmin statusda öz fəaliyyətini davam etdirə biləcək. Keçməyənlər isə akkreditasiya keçirilmiş ixtisas üzrə kadr hazırlığından məhrum olacaqlar. Hazırda akkreditasiyanın nəticələri müzakirə mərhələsindədir" - deyə, S. Vəliyev əlavə edib.  

loading...
“Zirə”dən üç yubiley, ikisinin də ərəfəsində like
  • 01 Dek 14:46  
İdman “Zirə”dən üç yubiley, ikisinin də ərəfəsində

“Zirə” Topaz Premyer Liqasının XIII turunda 3 yubiley qeyd edib. Futbol

arrow Ətraflı
Məşhur pleyboydan QALMAQALLI PAYLAŞIM: "3 qızı döydüm, öpüşdüm" - FOTO like
  • 01 Dek 14:44  
Dünya Məşhur pleyboydan QALMAQALLI PAYLAŞIM: "3 qızı döydüm, öpüşdüm" - FOTO

Türkiyənin məşhur pleyboyu Taha Özer qalmaqallı paylaşımı ilə hər kə

arrow Ətraflı
Türkiyədə media-holdinqin nümayəndəsi tutuldu like
  • 01 Dek 14:41  
Dünya Türkiyədə media-holdinqin nümayəndəsi tutuldu

Ankarada Türkiyənin "Doğan" media-holdinqinin nümayəndəsi Barbaros Murado

arrow Ətraflı
Sorğu: Avropa İttifaqı sürətlə populyarlığını itirir like
  • 01 Dek 14:40  
Dünya Sorğu: Avropa İttifaqı sürətlə populyarlığını itirir

Sputnik.Rəy sorğusunun nəticələrinə görə, Avropa əhalisinin xeyli hiss

arrow Ətraflı
Masazırın yolları niyə bu vəziyyətdədir? like
  • 01 Dek 14:38  
Digərləri Masazırın yolları niyə bu vəziyyətdədir?

“Novxanıdan Sumqayıt və əks istiqamətə gedən yol müvəqqəti bağlanan

arrow Ətraflı
MTN generalının işindəki zərərçəkənlə bağlı - like
  • 01 Dek 14:38  
Digərləri MTN generalının işindəki zərərçəkənlə bağlı -

"MTN işi" ilə bağlı hər gün yeni cinayətlərin, yeni məlumatların üzə

arrow Ətraflı
Jurnalistlər boykot etdilər, Röya siyahıdan çıxarıldı like
  • 01 Dek 14:35  
Digərləri Jurnalistlər boykot etdilər, Röya siyahıdan çıxarıldı

31 dekabrda Olimpiya kompleksində keçiriləcək "Ən Yeni il" gecəsi ilə ba

arrow Ətraflı
Qadınların təsnifatı: Kişilərin ehtiyatda saxladığı qadınlar like
  • 01 Dek 14:32  
Digərləri Qadınların təsnifatı: Kişilərin ehtiyatda saxladığı qadınlar

Elə bilirsiniz, ancaq qadınlar kişiləri təsnifatlaşdırır, qadınlar ehti

arrow Ətraflı
Azərbaycan avstriyalı jurnalisti əfv etdi like
  • 01 Dek 14:29  
Siyasət Azərbaycan avstriyalı jurnalisti əfv etdi

Avstriyanın "Profil" jurnalının əməkdaşı Martin Ştaudinqer Azərbaycan

arrow Ətraflı
2017-ci ildə maaşların artacağı gözlənilir like
  • 01 Dek 14:24  
Digərləri 2017-ci ildə maaşların artacağı gözlənilir

"2017-ci ilin dövlət büdcəsində təqaüd, pensiya və sosial müavinətlər

arrow Ətraflı
Azərbaycan Avropa Şurasının idmanla bağlı konvensiyasına qoşulub like
  • 01 Dek 14:22  
İdman Azərbaycan Avropa Şurasının idmanla bağlı konvensiyasına qoşulub

Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Şurasının İdmana m

arrow Ətraflı
Komitə sədri: "59 inzibati ərazi dairəsində torpaq mübahisələri var" like
  • 01 Dek 14:20  
Digərləri Komitə sədri: "59 inzibati ərazi dairəsində torpaq mübahisələri var"

"Azərbaycanda 59 inzibati ərazi dairəsində torpaq mübahisələri var".

arrow Ətraflı
İnanılmaz: Bacısının başını kəsən qız azadlıqda like
  • 01 Dek 14:19  
Digərləri İnanılmaz: Bacısının başını kəsən qız azadlıqda

2014-cü ilin oktyabr ayında bacısının başını kəsdiyinə görə həbs ol

arrow Ətraflı
11 dövlət səhiyyə müəssisəsi özəlləşdiriləcək like
  • 01 Dek 14:15  
Digərləri 11 dövlət səhiyyə müəssisəsi özəlləşdiriləcək

Azərbaycanda 11 dövlət səhiyyə müəssisəsinin özəlləşdirilməsi nəz

arrow Ətraflı