MTN generalının işindəki zərərçəkənlə bağlı -


Digərləri 01 Dek 2016 14:38:00 52 0

MTN generalının işindəki zərərçəkənlə bağlı -

"MTN işi" ilə bağlı hər gün yeni cinayətlərin, yeni məlumatların üzə çıxdığı bir məqamda bu qurumun digər qruplaşmasının rəhbəri olan general-mayor Sübahir Qurbanova qarşı irəli sürülən ittihamda qeyd olunan epizodlardan biri ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Son.az xəbər verir ki, S.Qurbanovun sabiq vəkili Valeri Vəliyev qafqazinfo-ya müdafiə etdiyi şəxsin cinayət işində zərərçəkmiş kimi tanınan Cəmşid Novruzovla bağlı maraqlı məqamları açıqlayıb.

İttihama görə, Sübahir Qurbanov vəkili Valeri Vəliyev vasitəsilə C.Novruzova məxsus 4,5 milyon manat dəyərində 3 mərtəbəli tikilini zorla dələduzluq yolu ilə 305 min manata alıb. Həmçinin, MTN generalı onun bağını, maşınını, ailə üzvlərinin bank hesablarındakı pulları da hədə-qorxu ilə ələ keçirib. Həmin əmlakın isə saxta yollarla, öncə "Royalbank"ın sədri Əli Camın adına keçirildiyi, sonra isə saxta hərracla S.Qurbanovun oğlu Erkinə satıldığı qeyd olunub.

C.Novruzov Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin qohumudur.

V.Vəliyev isə zərərçəkən kimi tanınan C.Novruzovun əslində özünün dələduz olduğunu bildirib. O qeyd edib ki, C.Novruzov bundan öncə 2 dəfə həbs olunub. C.Novruzov və atası Şövqi Novruzov Azərbaycan-Rusiya-Türkiyə-Avstraliya "Razvitiye" birgə müəssisəsinin əmlakını saxta sənədlər vasitəsilə ələ keçirdiklərinə görə 1997-ci ildə həbs ediliblər. Ş.Novruzov 4 il həbs cəzası alsa da, C.Novruzov amnistiyaya düşüb. C.Novruzov 2004-cü il sentyabr ayında Əhməd Vəliyevin sahibi olduğu "Muğanbank"ın "Gənclik" filialının müdiri olanda saxta sənədlər vasitəsilə 704 min manat vergidən yayınmaqda təqsirləndirilərək həbs olunub və 8 ay həbsdə qaldıqdan sonra məhkəmə qərarı ilə azadlığa buraxılıb.

Həbsdən çıxan C.Novruzov Əli Camın rəhbəri olduğu "Royalbank"da işə düzəlir. Burada atasının sürücüsünü Tovuz filial mütəxəssisi kimi rəsmiləşdirib onun adına maaş alıb. Bundan başqa, yaxınlarının adına 7 faizlə kənd təsərrüfatı krediti adı ilə 400 min manat ayırıb, həmin pulu təkrar bankda 22 faizlə depozitə qoyub və bu yolla bir hesabdan 76 min manat qazanıb.

Ə.Cam bunlardan xəbər tutduqdan sonra onun bir əməli barədə Tovuz prokurorluğuna müraciət edib. C.Novruzov üçüncü dəfə həbsinin reallaşacağını biləndə qohumu Əhməd Vəliyevə müraciət edib. Ə.Vəliyevin xahişi ilə Ə.Cam şikayətindən imtina edib, lakin C.Novruzovun mənimsədiyi pulları qaytarmasını tələb edib. Buna görə C.Novruzov bankdan götürüb ödəmədiyi kreditlər hesabına Beyləqan filialında anasının adına açdığı depozit hesabdan 476 min manat, qızı Nigarın adına Nərimanov filialında olan hesabdan 80 min manat çıxarıb və illərdir ödəmədiyi kreditlərin bağlanması üçün təkrar banka köçürüb.

C.Novruzovun maşınını isə Sübahir Qurbanov yox, qohumu, Ə.Vəliyevin oğlu Munir Vəliyev əlindən alıb. M.Vəliyev Əli Cama zəng edərək C.Novruzovun ona borclu olduğunu və bu pulların əvəzində maşını ondan götürdüyünü deyib.

4,5 milyonluq əmlakla bağlı isə vəkil V.Vəliyev deyib ki, burada da C.Novruzov saxta sənədlərdən istifadə edib. Onun prokurorluğa təqdim etdiyi sənəddə Zabitlər Evi ilə "Razvitiye" müəssisəsi arasında həmin ərazinin icarəyə verilməsi barədə müqavilə olduğu qeyd olunub. Lakin Müdafiə Nazirliyi rəsmi olaraq belə bir müqavilənin bağlanmadığını bildirib.

Həmçinin, 2009-cu ildə bağlanan müqavilədə Zabitlər Evinin rəisi kimi göstərilən Rəşad Abuzərovun bu vəzifəyə 2014-cü ildə təyin olunduğu qeyd olunub. Həmin ərazi və tikili "Royalbank"ın sahibi Əli Cama məxsus olub və açıq hərracda satılıb.

loading...
Jurnalistlər boykot etdilər, Röya siyahıdan çıxarıldı like
  • 01 Dek 14:35  
Digərləri Jurnalistlər boykot etdilər, Röya siyahıdan çıxarıldı

31 dekabrda Olimpiya kompleksində keçiriləcək "Ən Yeni il" gecəsi ilə ba

arrow Ətraflı
Qadınların təsnifatı: Kişilərin ehtiyatda saxladığı qadınlar like
  • 01 Dek 14:32  
Digərləri Qadınların təsnifatı: Kişilərin ehtiyatda saxladığı qadınlar

Elə bilirsiniz, ancaq qadınlar kişiləri təsnifatlaşdırır, qadınlar ehti

arrow Ətraflı
Azərbaycan avstriyalı jurnalisti əfv etdi like
  • 01 Dek 14:29  
Siyasət Azərbaycan avstriyalı jurnalisti əfv etdi

Avstriyanın "Profil" jurnalının əməkdaşı Martin Ştaudinqer Azərbaycan

arrow Ətraflı
2017-ci ildə maaşların artacağı gözlənilir like
  • 01 Dek 14:24  
Digərləri 2017-ci ildə maaşların artacağı gözlənilir

"2017-ci ilin dövlət büdcəsində təqaüd, pensiya və sosial müavinətlər

arrow Ətraflı
Azərbaycan Avropa Şurasının idmanla bağlı konvensiyasına qoşulub like
  • 01 Dek 14:22  
İdman Azərbaycan Avropa Şurasının idmanla bağlı konvensiyasına qoşulub

Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Şurasının İdmana m

arrow Ətraflı
Komitə sədri: "59 inzibati ərazi dairəsində torpaq mübahisələri var" like
  • 01 Dek 14:20  
Digərləri Komitə sədri: "59 inzibati ərazi dairəsində torpaq mübahisələri var"

"Azərbaycanda 59 inzibati ərazi dairəsində torpaq mübahisələri var".

arrow Ətraflı
İnanılmaz: Bacısının başını kəsən qız azadlıqda like
  • 01 Dek 14:19  
Digərləri İnanılmaz: Bacısının başını kəsən qız azadlıqda

2014-cü ilin oktyabr ayında bacısının başını kəsdiyinə görə həbs ol

arrow Ətraflı
11 dövlət səhiyyə müəssisəsi özəlləşdiriləcək like
  • 01 Dek 14:15  
Digərləri 11 dövlət səhiyyə müəssisəsi özəlləşdiriləcək

Azərbaycanda 11 dövlət səhiyyə müəssisəsinin özəlləşdirilməsi nəz

arrow Ətraflı
Merayya Kerinin yeni sevgilisi var - FOTO like
  • 01 Dek 14:14  
Digərləri Merayya Kerinin yeni sevgilisi var - FOTO

Məşhur amerikalı müğənni Merayya Keri yenə aşiq olub

arrow Ətraflı
Salyan rayonunda 18 yaşlı qız qətlə yetirilib like
  • 01 Dek 14:10  
Digərləri Salyan rayonunda 18 yaşlı qız qətlə yetirilib

Salyan rayonunun Xurşud kəndində 18 yaşlı Fərqanə Rauf qızı Hüseynovan

arrow Ətraflı
Bakı konfransının üzvləri İrana yola düşəcəklər like
  • 01 Dek 14:08  
Siyasət Bakı konfransının üzvləri İrana yola düşəcəklər

"Bu gün Bakıda keçirilən "Qafqazda dini tolerantlıq ənənələri və Azər

arrow Ətraflı
Neslihan Atagül: "Kadir mənə dəlilər kimi aşiqdir..." - FOTO like
  • 01 Dek 14:05  
Digərləri Neslihan Atagül: "Kadir mənə dəlilər kimi aşiqdir..." - FOTO

"Kara Sevda" serialının ulduzu Neslihan Atagül "BeStyle" jurnalının üz qab

arrow Ətraflı
Boşandı və vedrədən tutmuş iynəyədək 12 il əvvəl gətirdiyi cehizlərinin pulunu istədi like
  • 01 Dek 13:55  
Sosial Boşandı və vedrədən tutmuş iynəyədək 12 il əvvəl gətirdiyi cehizlərinin pulunu istədi

Ağdam Rayon Məhkəməsi boşandıqdan sonra cehiz tələbi ilə bağlı iddian

arrow Ətraflı
Ali məktəblərin vergiyə cəlb olunması məsələsinə Samir Şərifovdan reaksiya like
  • 01 Dek 13:55  
Digərləri Ali məktəblərin vergiyə cəlb olunması məsələsinə Samir Şərifovdan reaksiya

Azərbaycanda dövlət ali təhsil müəssisələrinin mənfəət vergisinə cə

arrow Ətraflı