Donald Tramp Türkiyəyə keçi ovlamağa gəldi


Digərləri 01 Dek 2016 12:48:00 60 0

Donald Tramp Türkiyəyə keçi ovlamağa gəldi

ABŞ prezidenti seçilmiş Donald Trampın oğlu, 38 yaşlı Donald Tramp (junior) bu həftə Türkiyədə keçi ovuna çıxıb. 

Konqres, Ağ Ev və Amerika siyasətindən yazan “The Hill” qəzeti diqqəti belə bir məqama çəkir ki, oğul Trampın Türkiyəyə səfəri ata Trampın Ankara hökuməti ilə ilk təmasları ilə eyni vaxta təsadüf edir.

Türkiyənin “Doğan” xəbər agentliyinin məlumatına görə oğul Tramp kurort şəhəri Antalya yaxınlığındakı dağlarda çərşənbə günü ov edirmiş. Xəbər verilir ki, bir neçə mühafizəçi ilə müşayiət olunan Tramp iki dağ keçisi vurub. O uğurlu ovdan sonra Almaniyaya yollanıb.

“The Hill” yazır ki, oğul Trump və onun qardaşı Erik mahir ovçudurlar, lakin seçki zamanı özlərinin ov şəkillərini sosial mediada yaydıqdan sonra qalmaqala səbəb olmuşdular. Bu fotolarda iki qardaş ovlanmış fil və vəhşi camışın cəsədlərini nümayiş etidirirdilər. Məqalədə deyilir ki, bu ov səfəri Türkiyə hökuməti və Tramp administrasiyası arasında açılımın başlanğıcı kimi də qiymətləndirilə bilər.

“The Hill” xatırladır ki, Ərdoğan  və Barak Obama arasında münasibətlər Ankaranın Suriya siyasəti ilə bağlı gərgindir. Türkiyə hökuməti həm də inanır ki, Tramp Türkiyəni insan haqlarının vəziyyətinə görə bir elə tənqid etməyəcək.

“Mən düşünürəm ki, vətəndaş azadlıqlarına gəldikdə bizim ölkəmizin özünün çoxlu problemləri var və bizim üçün başqa ölkələrin işinə qarışmaq çətin olar…” –Tramp iyul ayında The New York Times qəzetinə müsahibəsində demişdi. “Bizə müttəfiqlər lazımdır, - deyə o əlavə etmişdi, - Mən düşünmürəm ki, bizim kiməsə mühazirə oxumaq haqqımız var”.

“The Hill” yazır ki, Donald Trampın milli təhlükəsizlik müşaviri kimi seçimi olan general-leytenant Maykl Filinn Fətullah Gülənin Ankaraya ekstradisiya olunması ideyasını müdafiə edir. “Biz dünyaya Türkiyənin gözləri ilə baxmalıyıq, Təsəvvür edin ki, biz 11 sentyabrdan dərhal sonra Osama bin Ladenin Türkiyə kurortlarından birindəki gözəl bir villada yaşadığını eşitsək necə olardı?..”-Filin bildirmişdi.

Belə görünür ki, bu yanaşma Erdoğanın ürəyindəndir, beləki o, əvvəllər respublikaçı namizədi antimüsəlman bəyanatlarına görə tənqid etməsinə baxmayaraq, indi Trampın seçilməsinin tənqid olunmasını “demokratiyaya hörmətsizlik” adlandırmışdı. (“Azadlıq” radiosu)

loading...
SOCAR yunan qaz şirkətini alası olmadı: “Danışıqlar bitdi” like
  • 01 Dek 12:43  
İqtisadiyyat SOCAR yunan qaz şirkətini alası olmadı: “Danışıqlar bitdi”

Yunanıstan ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA şirk

arrow Ətraflı
"Yun paltar geyinənədək lüt gəzərəm!" - like
  • 01 Dek 12:43  
Digərləri "Yun paltar geyinənədək lüt gəzərəm!" -

Populyar amerikalı aktrisa, Hollivud ulduzu Alisiya Silverstoun "İnsanla

arrow Ətraflı
"...Qurban əmimin oyunlarına çox baxmışam" like
  • 01 Dek 12:43  
İdman "...Qurban əmimin oyunlarına çox baxmışam"

“Əmilərim kimi futbolçu olmaq üçün çox çalışmalıyam. Etiraf edim ki

arrow Ətraflı
Türkiyədə fahişəlik edən 6 azərbaycanlı saxlanıldı like
  • 01 Dek 12:40  
Digərləri Türkiyədə fahişəlik edən 6 azərbaycanlı saxlanıldı

Türkiyənin Mersin şəhərində əyləncə məkanlarında polisin ke&ccedi

arrow Ətraflı
Qardaşını bıçaqlayan şəxsə hökm oxunub like
  • 01 Dek 12:40  
Digərləri Qardaşını bıçaqlayan şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamaqda t

arrow Ətraflı
2017-ci ildə "Şahdəniz" platformasında qaz hasilatı dayandırılacaq like
  • 01 Dek 12:35  
Digərləri 2017-ci ildə "Şahdəniz" platformasında qaz hasilatı dayandırılacaq

"BP-Azərbaycan şirkəti 2017-ci ildə Səngəçal terminalında aparılac

arrow Ətraflı
Avropa Azərbaycana qapıları açır like
  • 01 Dek 12:35  
Digərləri Avropa Azərbaycana qapıları açır

“Global Risk Insights” saytı Avropa İttifaqı (Aİ)

arrow Ətraflı
Azərbaycan Avropa Şurasının konvensiyasına qoşuldu - FOTO like
  • 01 Dek 12:33  
Siyasət Azərbaycan Avropa Şurasının konvensiyasına qoşuldu - FOTO

Macarıstanın Budapeşt şəhərində keçirilmiş  Avropa Şurasının İdman

arrow Ətraflı
4 ayın gəlininə qarşı DƏHŞƏTLİ CİNAYƏT - FOTO like
  • 01 Dek 12:31  
Dünya 4 ayın gəlininə qarşı DƏHŞƏTLİ CİNAYƏT - FOTO

Türkiyənin Aydın bölgəsində inanılmaz hadisə baş verib.

arrow Ətraflı
17 il əvvəl çökmə baş verən mədəndən sağ tapıldı - FOTO like
  • 01 Dek 12:28  
Dünya 17 il əvvəl çökmə baş verən mədəndən sağ tapıldı - FOTO

Dünya mətbuatında 17 il yer altında sağ qalan insanın 2014-cü ildə xilas

arrow Ətraflı
Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirilib like
  • 01 Dek 12:25  
Siyasət Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirilib

Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti iclası keçir

arrow Ətraflı
İlham Əliyev ABŞ Ticarət Nazirliyinin nümayəndələrini qəbul edib like
  • 01 Dek 12:24  
Digərləri İlham Əliyev ABŞ Ticarət Nazirliyinin nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də ABŞ tic

arrow Ətraflı
"Nifrət edirəm, inşallah, ölər" sözləri məşhuru özündən çıxartdı - FOTO like
  • 01 Dek 12:22  
Dünya "Nifrət edirəm, inşallah, ölər" sözləri məşhuru özündən çıxartdı - FOTO

"İşte benim stilim" yarışında münsif kürsüsündə əyləşən

arrow Ətraflı