Avropa Azərbaycana qapıları açır


Digərləri 01 Dek 2016 12:35:00 70 0

Avropa Azərbaycana qapıları açır

“Global Risk Insights” saytı Avropa İttifaqı (Aİ) ilə Azərbaycanın münasibətlərinin yeni yönündən, bu yönün dəyişməsi səbəblərindən yazıb.

Xəbər verildiyi kimi noyabrın 14-də Aİ Azərbaycanla daha yaxın əlaqələr haqda təzə «hərtərəfli saziş»in hazırlanmasına qərar verib. Ai xarici işlər nazirlərinin Avropa Komissiyasına göstərişinə əsasən, Azərbaycanla tərəfdaşlıq və əməkdaşlıq razılaşmasına yenidən baxılmalı, 1996-cı ilə təsdiqlənmiş sənəd təzəsiylə əvəzlənməlidir.

 «Global Risk Insights» yazır ki, Ai müttəfiqlərini itirdiyindən özünə yeni dostlar axtarmağa, Azərbaycan kimi ölkələrə yaşıl işıq yandırmağa başlayıb. “Britaniya Aİ-n tərk edir, Rusiya ona hər addımda əngəl olur, Moldova və Bolqarıstan son seçkilərdən sonra Rusiyaya doğru meyl edib. ABŞ isə xarici siyasətinə Donald Tramp administrasiyası iş başına keçəndən sonra baxacaq. Avropa bu amillərin təsiri altında Azərbaycana doğru jest edərək, Bakı-Brüssel münasibətlərinin möhkəmlənməsinə marağının artdığını göstərir”-məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, yeni razılaşma tərəflərin ATƏT daxilində narazılıqlara son qoymasına, diqqəti iqtisadi əlaqələrin güclənməsinə toplamasına səbəb olacaq. Azərbaycanla Aİ beynəlxalq ticarətdə bir-birinə üstün ölkə statusu verməyə razı olub, bu isə növbəti müqavilələrin– daha geniş iqtisadi inteqrasiyanın bünövrəsi, avropalıların Azərbaycanda, azərbaycanlılarınsa Avropada yeni biznes imkanları qazanması deməkdir.

Müəllif hesab edir ki, fürsətdən yararlanan Azərbaycan banklarının Avropa maliyyə bazarlarına daxil olması şərtlərinin müzakirəsinə də cəhd göstərəcək. Məqalədə manatın dəyərsizləşməsi, ölkə iqtisadiyyatının durumu xatırladılır, Azərbaycanın avro kimi xarici valyutaya asanlıqla yol tapmasının zəruriliyi vurğulanır. “Azərbaycan banklarının ödəmə qabiliyyətlərini xarici ehtiyatlar və daha müxtəlif aktivlər hesabına möhkəmlətməyə ehtiyacı var”, -məqalədə eyilir.

Saytın yazdığına görə Azərbaycanın danışıqlardan yararlanacaq ölkənin özəl banklarını banklararası münasibətlərə cəlb etməyə çalışacaq. Bildirilir ki,  Avropa Azərbaycan hökumətini insan haqlarının durumuna görə uzun müddətdir qınayır. «Amma Aİ siyasətçiləri eyni zamanda reallığı dərk edir, Azərbaycanın Avropa xalqlarına strateji və iqtisadi təklifindən yan keçə bilmirlər. Azərbaycan da Avropa üçün əhəmiyyətini, Rusiyaya alternativ olduğunu, Avropanın Rusiyanın enerji resurslarından asılılığını azaltdığını yaxşı dərk edir»- “Global Risk Insights” belə yazır.

Yazıda vurğulanır ki, hazırda Azərbaycanın neft və qaz ixracının 45%-i Avropadakı istehlakçılara gedir, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələri tezliklə gerçəkləşəcək, Azərbaycanın təbii qazının daha çox hissəsi 2018-ci ildən Avropaya daşınacaq.Amma Avropanın qaza tələbatı bununla ödənməyəcək. “Yeni razılaşma, görünür, Aİ ilə Azərbaycan arasında sonrakı enerji sövdələşmələrininözülünü qoyacaq”.

Sayt Aİ-nin Rusiyayla yanaşı, OPEC-in də dominantlığına qarşı dayana bilmək Azərbaycana üz  çevrdiyini vurğulayır. Noyabrın 30-da OPEC, eləcə də kartelə üzv olmayan Rusiya neft hasilatını azaltmaq barədə qərar qəbul edəndən sonra yanacağın qiyməti artıb, neft bir gündə 10 faizdən çox bahalaşıb. Bu halda, Avropa ölkələri daha yaxşı variant kimi Azərbaycana tərəf baxmağa başlayıb.

“Global Risk Insights” Azərbaycanın AB-dən ötrü təkcə yanacağa görə deyil, başqa istiqamətlərdə də əhəmiyyətini vurğulayır. Hazırda Qərbin daxili limitləri keçməyə, ixracat hədəflərini genişləndirməyə çalışdığını bildirən sayt bu baxımdan Azərbaycanın AB iqtisadiyyatında mühüm rol oynayacaq kiçik dövlətlərdən birincisi ola biləcəyini yazır. (“Azadlıq” radiosunun xülasəsi əsasında)

loading...
Azərbaycan Avropa Şurasının konvensiyasına qoşuldu - FOTO like
  • 01 Dek 12:33  
Siyasət Azərbaycan Avropa Şurasının konvensiyasına qoşuldu - FOTO

Macarıstanın Budapeşt şəhərində keçirilmiş  Avropa Şurasının İdman

arrow Ətraflı
4 ayın gəlininə qarşı DƏHŞƏTLİ CİNAYƏT - FOTO like
  • 01 Dek 12:31  
Dünya 4 ayın gəlininə qarşı DƏHŞƏTLİ CİNAYƏT - FOTO

Türkiyənin Aydın bölgəsində inanılmaz hadisə baş verib.

arrow Ətraflı
17 il əvvəl çökmə baş verən mədəndən sağ tapıldı - FOTO like
  • 01 Dek 12:28  
Dünya 17 il əvvəl çökmə baş verən mədəndən sağ tapıldı - FOTO

Dünya mətbuatında 17 il yer altında sağ qalan insanın 2014-cü ildə xilas

arrow Ətraflı
Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirilib like
  • 01 Dek 12:25  
Siyasət Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirilib

Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti iclası keçir

arrow Ətraflı
İlham Əliyev ABŞ Ticarət Nazirliyinin nümayəndələrini qəbul edib like
  • 01 Dek 12:24  
Digərləri İlham Əliyev ABŞ Ticarət Nazirliyinin nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də ABŞ tic

arrow Ətraflı
"Nifrət edirəm, inşallah, ölər" sözləri məşhuru özündən çıxartdı - FOTO like
  • 01 Dek 12:22  
Dünya "Nifrət edirəm, inşallah, ölər" sözləri məşhuru özündən çıxartdı - FOTO

"İşte benim stilim" yarışında münsif kürsüsündə əyləşən

arrow Ətraflı
İlhamə Qasımovanın bahalı avtomobili - FOTO like
  • 01 Dek 12:19  
Şou-biznes İlhamə Qasımovanın bahalı avtomobili - FOTO

"Number one" mükafatlandırma gecəsinə qatılan müğənni İlhamə

arrow Ətraflı
Azərbaycan iqtisadiyyatına 10 milyard dollar yatıran ölkə like
  • 01 Dek 12:16  
Digərləri Azərbaycan iqtisadiyyatına 10 milyard dollar yatıran ölkə

"ABŞ Azərbaycan iqtisadiyyatına 10 milyard dollar investisiya qoyub"

arrow Ətraflı
Yaşayış minimumu gələn ildən artırılacaq like
  • 01 Dek 12:12  
Digərləri Yaşayış minimumu gələn ildən artırılacaq

Gələn il üçün yaşayış minimumu 14% və ya 19 manat artır

arrow Ətraflı
Dəm qazı bəlası: ölən var like
  • 01 Dek 12:10  
Digərləri Dəm qazı bəlası: ölən var

Paytaxt sakini dəm qazından zəhərlənib.

arrow Ətraflı
Yaşayış minimumu artırılır like
  • 01 Dek 12:09  
Digərləri Yaşayış minimumu artırılır

Gələn il üçün yaşayış minimumu 14% və ya 19 manat artırılır.

arrow Ətraflı
Mark Zukerberqdən qəfil qərar: like
  • 01 Dek 12:08  
Digərləri Mark Zukerberqdən qəfil qərar:

Dünyanın ən populyar sosial şəbəkəsi Facebook-un banisi və sahibi Mark Z

arrow Ətraflı
ABŞ-da etiraz aksiyası: saxlanılanlar var like
  • 01 Dek 12:06  
Dünya ABŞ-da etiraz aksiyası: saxlanılanlar var

ABŞ-ın Şarlott şəhərinin sakinləri etiraz aksiyası keçiriblər.

arrow Ətraflı
14 milyon insan bu virusun daşıyıcısı olmasından xəbərsizdir like
  • 01 Dek 12:04  
Dünya 14 milyon insan bu virusun daşıyıcısı olmasından xəbərsizdir

Dünyada İİV infeksiyasının daşıyıcısı olan insanların təxminən 40 f

arrow Ətraflı