Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirilib


Siyasət 01 Dek 2016 12:25:00 48 0

Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirilib

Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti iclası keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda QXADŞ-ın üzvləri və Azərbaycandakı dini konfessiya rəhbərləri iştirak ediblər.

QXADŞ sədri şeyxülislam Allahşükür Paşazadə son dövrlər həyata keçirilmiş tədbirlər barədə hesabat məruzəsi edib. Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Qafqaz müftilərinə çatdıran A.Paşazadə ümumqafqaz əhəmiyyətli dini-mənəvi məsələlər barədə fikirlərini bölüşüb. A.Paşazadə bu il avqustun 27-də Qroznı şəhərində Çeçenistanın məhrum prezidenti Əhməd Kadırovun anadan olmasının 65 illiyinə həsr olunmuş beynəlxalq konfransda Çeçenistan Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı ilə keçirilən, islam dünyasının tanınmış din xadimləri və alimlərinin iştirak etdiyi, Misir, İordaniya və digər müsəlman ölkələrin nüfuzlu alimlərinin, habelə MDB ölkələrindən ümumən 150-dək qonağın təşrif buyurduğu Beynəlxalq Konfransın işində iştirakı və məruzəsi barədə QXADŞ üzvlərini məlumatlandırıb.

A.Paşazadə oktyabrın 5-də RF Çeçenistanın prezidenti seçilmiş Ramzan Kadırovun andiçmə mərasimində Qafqaz müsəlmanlarının dini lideri kimi iştirakı barədə də məlumat verib. Qafqaz müsəlmanları, o cümlədən Azərbaycan xalqı adından yenidən Çeçenistanın prezidenti seçilmiş R.Kadırovu səmimi qəlbdən təbrik etdiyini bildirən şeyxülislam A.Paşazadə onu sabiq prezident Əhməd Kadırovun siyasi və mənəvi yolunun layiqli davamçısı kimi görməkdən məmnun olduğunu, uğurlarına hər zaman sevindiyini diqqətə çatdırıb. A.Paşazadə Qroznıya səfəri çərçivəsində Şimali Qafqaz Müftilərini Əlaqələndirmə Şurasının sədri Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev və digər müftilərlə görüşünü, orada müzakirə etdikləri məqamları xatırladıb.

QXADŞ sədri bu ilin mart ayında iştirak etdiyi Şimali Osetiya-Alaniya müsəlmanlarının qurultayında, Qaraçay-Çərkəz müsəlmanlarının IX hesabat-seçki qurultayında, Kabardin-Balkar müsəlmanlarının VII qurultaylarını xatırladıb və müfti vəzifəsinə yenidən yekdilliklə seçilmiş Hacımurat Qatsalovu, İsmayıl Berdiyev və Həzrətəli Dzasejevi QXADŞ adından bir daha təbrik edib. A.Paşazadə bu səfərləri çərçivəsində keçirilmiş QXADŞ-ın işçi iclasları barədə də məlumat verib.

QXADŞ sədri Çeçenistanın yeni müftisi Salah Mejiyevin QXADŞ-yə üzv seçilməsi məsələsini səsə qoyub. S.Mejiyev yekdilliklə Şuranın üzvü kimi təsdiqlənib.

A.Paşazadə Rusiya Federasiyasının Qafqazdakı subyekt rəhbərləri ilə ünsiyyət və görüşləri, habelə Moskva və bütün Rusiya patriarxı Kirilin 70 illik yubileyi çərçivəsində Rus Pravoslav Kilsəsi rəhbəri ilə keçirdiyi görüşlər və iştirakçısı olduğu təntənəli mərasimlər, habelə Roma Papası Fransiskin Azərbaycana səfəri zamanı onunla görüşü barədə QXADŞ üzvlərinə məlumat verib. Sonra Şimali Qafqaz müftiləri ilə bərabər görülmüş işlərin hesabatını dinləyib, həyata keçirilməsi qarşıda duran məsələləri müzakirə edib. Bölgədə və dünyada baş verən proseslərin fonunda din xadimlərinin vəzifələri və Şimali Qafqazın din xadimlərinin xalqları və dövlətlərinin mənafeləri naminə üzərlərinə düşən məsuliyyət və vəzifələri ətrafında geniş fikir mübadiləsi aparılıb.

QXADŞ sədri A.Paşazadə Rusiya, İran və Azərbaycan prezidentlərinin bu il Bakıda keçirilmiş üçtərəfli görüşünün regional və qlobal problemlərin həllinə böyük töhfə verdiyini diqqətə çatdıraraq, din xadimlərinin də hər üç ölkədə görüşlər keçirməsinin dost və qonşu xalqlar və dövlətlərin mənafeyinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. Bu xüsusda, A.Paşazadə bu gün Bakıda keçirilən "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" beynəlxalq konfransının davamı olaraq, İran hökümətinin dəvəti ilə 3-6 dekabr tarixlərində bu ölkəyə səfər və orada "Qafqazda İslam" dini konfransının da təşkil edilməsi barədə məlumat verib. O bildirib ki, səfər çərçivəsində QXADŞ üzvlərinin Tehran, Məşhəd və Qum şəhərlərində ali dövlət və din xadimləri ilə görüşləri nəzərdə tutulur.

A.Paşazadə Şura üzvlərinə prezident İlham Əliyevin Azərbaycanda elan etdiyi multikulturalizm ili çərçivəsində Böyük Britaniyaya, İspaniya Krallığına, İsveç Krallığına, İordaniya Haşimilər Krallığına Al əl-Beyt Akademiyasının həqiqi üzvü kimi etdiyi səfərlər barədə də məlumat verib.

İclasda söz alan Şimali Qafqaz Müftilərini Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev Qafqazın dini-mənəvi həyatına dair bütün məsələlərin həllində A.Paşazadənin müdrik ağsaqqal mövqeyinə hər zaman ehtiyac olduğunu xüsusi vurğulayıb. Sonra Şuranın digər üzvləri çıxış ediblər. A.Paşazadənin rəhbərliyi ilə QXADŞ üzvləri Fəxri xiyabanda olub, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.

loading...
İlham Əliyev ABŞ Ticarət Nazirliyinin nümayəndələrini qəbul edib like
  • 01 Dek 12:24  
Digərləri İlham Əliyev ABŞ Ticarət Nazirliyinin nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də ABŞ tic

arrow Ətraflı
"Nifrət edirəm, inşallah, ölər" sözləri məşhuru özündən çıxartdı - FOTO like
  • 01 Dek 12:22  
Dünya "Nifrət edirəm, inşallah, ölər" sözləri məşhuru özündən çıxartdı - FOTO

"İşte benim stilim" yarışında münsif kürsüsündə əyləşən

arrow Ətraflı
İlhamə Qasımovanın bahalı avtomobili - FOTO like
  • 01 Dek 12:19  
Şou-biznes İlhamə Qasımovanın bahalı avtomobili - FOTO

"Number one" mükafatlandırma gecəsinə qatılan müğənni İlhamə

arrow Ətraflı
Azərbaycan iqtisadiyyatına 10 milyard dollar yatıran ölkə like
  • 01 Dek 12:16  
Digərləri Azərbaycan iqtisadiyyatına 10 milyard dollar yatıran ölkə

"ABŞ Azərbaycan iqtisadiyyatına 10 milyard dollar investisiya qoyub"

arrow Ətraflı
Yaşayış minimumu gələn ildən artırılacaq like
  • 01 Dek 12:12  
Digərləri Yaşayış minimumu gələn ildən artırılacaq

Gələn il üçün yaşayış minimumu 14% və ya 19 manat artır

arrow Ətraflı
Dəm qazı bəlası: ölən var like
  • 01 Dek 12:10  
Digərləri Dəm qazı bəlası: ölən var

Paytaxt sakini dəm qazından zəhərlənib.

arrow Ətraflı
Yaşayış minimumu artırılır like
  • 01 Dek 12:09  
Digərləri Yaşayış minimumu artırılır

Gələn il üçün yaşayış minimumu 14% və ya 19 manat artırılır.

arrow Ətraflı
Mark Zukerberqdən qəfil qərar: like
  • 01 Dek 12:08  
Digərləri Mark Zukerberqdən qəfil qərar:

Dünyanın ən populyar sosial şəbəkəsi Facebook-un banisi və sahibi Mark Z

arrow Ətraflı
ABŞ-da etiraz aksiyası: saxlanılanlar var like
  • 01 Dek 12:06  
Dünya ABŞ-da etiraz aksiyası: saxlanılanlar var

ABŞ-ın Şarlott şəhərinin sakinləri etiraz aksiyası keçiriblər.

arrow Ətraflı
14 milyon insan bu virusun daşıyıcısı olmasından xəbərsizdir like
  • 01 Dek 12:04  
Dünya 14 milyon insan bu virusun daşıyıcısı olmasından xəbərsizdir

Dünyada İİV infeksiyasının daşıyıcısı olan insanların təxminən 40 f

arrow Ətraflı
"Zamanla üz-üzə-IV" Beynəlxalq layihə çərçivəsində konsert keçiriləcək like
  • 01 Dek 12:01  
Kriminal "Zamanla üz-üzə-IV" Beynəlxalq layihə çərçivəsində konsert keçiriləcək

9 dekabr 2016-cı il tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyas

arrow Ətraflı
Azərbaycan Həndbol Federasiyasının prezidenti dəyişdi like
  • 01 Dek 12:00  
İdman Azərbaycan Həndbol Federasiyasının prezidenti dəyişdi

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasını

arrow Ətraflı
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - FOTO like
  • 01 Dek 11:59  
Siyasət Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - FOTO

Azertag xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliy

arrow Ətraflı
Bosniya və Herseqovinanın xarici işlər naziri İlham Əliyevin qəbulunda like
  • 01 Dek 11:57  
Siyasət Bosniya və Herseqovinanın xarici işlər naziri İlham Əliyevin qəbulunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Bosniya

arrow Ətraflı
Gədəbəy qızıl yatağı Azərbaycanın elektrik şəbəkəsinə qoşulub like
  • 01 Dek 11:55  
Digərləri Gədəbəy qızıl yatağı Azərbaycanın elektrik şəbəkəsinə qoşulub

Gədəbəy rayonunda yerləşən qızıl yatağının istismarı üçün elektri

arrow Ətraflı