Mübariz Qurbanlı: "Azərbaycanın tolerantlıq modeli dünyanın 28 universitetində öyrənilir"


Digərləri 01 Dek 2016 10:58:00 54 0

Mübariz Qurbanlı: "Azərbaycanın tolerantlıq modeli dünyanın 28 universitetində öyrənilir"

"Bu gün Azərbaycanın tolerantlıq modeli dünyanın 28 universitetində öyrənilir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" beynəlxalq konfrans zamanı çıxışında deyib.

M.Qurbanlı bildirib ki, Qafqaz xalqlarını birləşdirən dəyər tolerantlıqdan irəli gələn dəyərdir: "Azərbaycan xalqının ənənəsində də tolerantlıq var. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasətdə tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb".

Komitə sədri vurğulayıb ki, bu gün dünyanın 40 ölkəsində münaqişələr mövcuddur: "Bu gün Azərbaycan da Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkir. Bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan didərgin düşüb. BMT, ATƏT və digər beynəlxalq təşkilatlar bu günə qədər bu problemin qarşısını ala bilməyib".

O bildirib ki, münaqişələrə qarşı ən yaxşı mübarizə fobiyaların aradan qaldırılmasıdır: "Dinlər birgə mübarizə aparmalıdır. Böyük müharibələrə yol verməmək üçün ilk növbədə kiçik münaqişələrin aradan qaldırılması lazımdır. Əminəm ki, bu konfransda söylənilən fikirlər sülhə, tolerantlığa öz töhfəsini verəcək".

Qeyd edək ki, bu gün Bakıda "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans keçirilir. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən tədbirdə Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav Kilsəsi və Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri, bir sıra ölkələrin səfirləri və digər şəxslər iştirak edirlər.

Tədbirdə öncə Azərbaycan prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub. Sonra Azərbaycanda multikulturalizmə həsr olunmuş videoçarx nümayiş olunub.

loading...
"Xezerxeber.com"un domeni niyə qəsb olundu? like
  • 01 Dek 10:46  
Digərləri "Xezerxeber.com"un domeni niyə qəsb olundu?

Xəzər xəbərin rəsmi saytı olan xezerxeber.com başqaları tərəfindən sa

arrow Ətraflı
Azərbaycan-ABŞ biznes forumu keçirilir like
  • 01 Dek 10:44  
Digərləri Azərbaycan-ABŞ biznes forumu keçirilir

Bu gün ADA Universiteti və Amerika Ticarət Palatasının (AmCham) təşkilat

arrow Ətraflı
“Qəbələ”nin seriyası 202-də qırıldı like
  • 01 Dek 10:44  
İdman “Qəbələ”nin seriyası 202-də qırıldı

“Qəbələ”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Futbolxeber

arrow Ətraflı
Türkiyəli müğənnini güllələdilər - FOTO like
  • 01 Dek 10:43  
Dünya Türkiyəli müğənnini güllələdilər - FOTO

Sosial şəbəkələrin ən çox danışılan ismi Kerimcan Durmazın dünən ax

arrow Ətraflı
Yunanıstanda özəlləşdirmə dayandırılıb like
  • 01 Dek 10:37  
Dünya Yunanıstanda özəlləşdirmə dayandırılıb

Yunanıstan hökuməti Dövlət Əmlakının İdarə edilməsi üzrə Fondu (HRA

arrow Ətraflı
Kriminal aləmin "Qoca"sı 3 ailə üzvü ilə birgə tutuldu - FOTO like
  • 01 Dek 10:34  
Digərləri Kriminal aləmin "Qoca"sı 3 ailə üzvü ilə birgə tutuldu - FOTO

Bərdə rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul ol

arrow Ətraflı
“Qarabağ” “Neftçi”nin rekordunun iki addımlığında like
  • 01 Dek 10:30  
İdman “Qarabağ” “Neftçi”nin rekordunun iki addımlığında

Ağdamın “Qarabağ” klubunun ev oyunlarındakı üç uğurlu seriyasından

arrow Ətraflı
Bakıda model səhnəyə sərxoş çıxdı - VİDEO like
  • 01 Dek 10:29  
Şou-biznes Bakıda model səhnəyə sərxoş çıxdı - VİDEO

Model Rüstəm Cəbrayılov mükafatlandırma mərasimində gözlənilməz hər

arrow Ətraflı
Bakıda dini tolerantlıq ənənələri mövzusunda beynəlxalq konfrans keçirilir like
  • 01 Dek 10:24  
Digərləri Bakıda dini tolerantlıq ənənələri mövzusunda beynəlxalq konfrans keçirilir

Dekabrın 1-də Bakıda Qafqaz Xalqları Ali Dini Şurası (QXADŞ) “Qafqa

arrow Ətraflı
Aktyor film təklifini rədd etmə səbəbini AÇIQLADI - VİDEO - FOTO like
  • 01 Dek 10:19  
Dünya Aktyor film təklifini rədd etmə səbəbini AÇIQLADI - VİDEO - FOTO

"Romantik komedi" filmində Sinem Kobal, Sedef Avcı, Cemal Hünal, Gürgen Öz

arrow Ətraflı
Bu gündən elektrik enerjisi və təbii qazın yeni tariflərinin tətbiqinə başlanılır like
  • 01 Dek 10:15  
Digərləri Bu gündən elektrik enerjisi və təbii qazın yeni tariflərinin tətbiqinə başlanılır

Bu gündən Tarif Şurasının elektrik enerjisinin qiymətlərinin diferensiall

arrow Ətraflı
Bəzi siqaretlərin qiyməti artırıldı like
  • 01 Dek 10:13  
İqtisadiyyat Bəzi siqaretlərin qiyməti artırıldı

Azərbaycanda bəzi siqaretlərin qiyməti artırılıb.

arrow Ətraflı
Bakıda ev yandı like
  • 01 Dek 10:08  
Digərləri Bakıda ev yandı

Bakıda yaşayış evi yanıb.

arrow Ətraflı