İlham Əliyev: "Azərbaycan etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına xüsusi önəm verir"


Siyasət 01 Dek 2016 10:08:00 57 0

İlham Əliyev: "Azərbaycan etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına xüsusi önəm verir"

Azərbaycan Prezident İlham Əliyev Bakıda keçirilən "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" beynəlxalq konfransının iştirakçılarına müraciət edib.

Son.az trend-ə istinadən xəbər verir ki, müraciətdə deyilir: "Hörmətli konfrans iştirakçıları. Sizi - Qafqaz Xalqları Ali Dini Şurasının beynəlxalq konfransının iştirakçılarını ürəkdən salamlayır, ən səmimi arzu və diləklərimi yetirirəm. Bölgəmizdə tarixən müxtəlif xalqlar arasında möhkəm tolerant ənənələr, qarşılıqlı hörmət və etimada əsaslanan mehriban qonşuluq, dostluq və əməkdaşlıq mövcud olub. Belə münasibətlərin təşəkkülündə və inkişafında ümumbəşəri dəyərlərin daşıyıcısı kimi İslam dini müstəsna rol oynamışdır".

Dövlət başçısı qeyd edib ki, hazırda qloballaşan dünyada mürəkkəb ictimai-siyasi proseslər yaşanır, etnik-dini zəmində münaqişələr, irqi ayrı-seçkilik, dini ekstremizim və islamofobiya kimi arzuolunmaz təzahürlər müşahidə edilir:

"Beynəlxalq təhlükəsizliyi və insanların əmin-amanlığını təhdid edən bu cür hallara qarşı səmavi dinlərin, sülh, mərhəmət, şəfqət və həmrəylik çağırışlarına, sivilizasiyalararası dialoqa və əməkdaşlığa ciddi ehtiyac var. Bu baxımdan dünyada örnək model kimi qəbul edilən Azəbaycan multikulturalizm və tolerantlıq ənənələri ilə bağlı mövzuların konfransda müzakirəsi böyük elmi, ictimai və siyasi məna daşıyır. Biz Azərbaycanda tarixi-mənəvi irsin, etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə dövlət siyasəti səviyyəsində xüsusi önəm verir, dövlət-din münasibətlərinin tənzimlənməsində milli tarixi ənənələr və beynəlxalq hüquqi normalara əsaslanırıq. Sizlər də təmsil etdiyiniz respublikalarda eyni fəaliyyəti fədakarlıqla həyata keçirirsiniz".

İlham Əliyev bildirib ki, ümumi və doğma evimiz olan Qafqazda davamlı sülhün, əmin-amanlığın bərqərar olmasında, bəşəri dəyərlərin, İslam dininin əsl mahiyyətinin təbliği və təşviqində, yad dini cərəyanların və zərərli təsirlərin vaxtında qarşısının alınmasında sizin kimi din xadimlərinin rolu böyükdür:

"Qafqaz Xalqları Ali Dini Şurası üzvlərininin ümumi məqsədlər naminə mənəvi tellərlə bir qurumda birləşməsinin günümüz üçün xüsusi əhəmiyyəti vardır. Bu işdə əməyi olan hər bir şəxsin, qurumun rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi sədrinin fəaliyyətini tədqirəlayiq hesab etmək olar. Əmin olduğumu bildirirəm ki, zəruri və aktual bir mövzuya həsr olunmuş beynəlxalq toplantınız anlaşma və həmrəylik ruhunda keçəcək, xalqlarımız, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir. Bu nəcib işinizdə sizə uğurlar, cansağlığı, səadət arzulayıram".

loading...
Erməni təxribatı ara vermir like
  • 01 Dek 10:00  
Digərləri Erməni təxribatı ara vermir

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində

arrow Ətraflı
Dekabrın ilk gününə manatın MƏZƏNNƏSİ like
  • 01 Dek 09:58  
Digərləri Dekabrın ilk gününə manatın MƏZƏNNƏSİ

Mərkəzi Bankdan Son.az-a verilən məlumata görə, dekabrın 1-nə olan rəsm

arrow Ətraflı
Halit Ergenç Tubayla çəkildiyi filmdə açıq-saçıq səhnədən İMTİNA ETDİ like
  • 01 Dek 09:56  
Dünya Halit Ergenç Tubayla çəkildiyi filmdə açıq-saçıq səhnədən İMTİNA ETDİ

Halit Ergenç Tuba Büyüküstün ilə birlikdə rol aldığı "İstanbul Kırm

arrow Ətraflı
Qırğızıstan prezidenti postunu tərk edəcək like
  • 01 Dek 09:53  
Dünya Qırğızıstan prezidenti postunu tərk edəcək

Qırğızıstan prezidenti bir ildən sonra postunu tərk edəcək.

arrow Ətraflı
Azərbaycanlı bi-boy Naqoyada - FOTO like
  • 01 Dek 09:49  
Digərləri Azərbaycanlı bi-boy Naqoyada - FOTO

Azərbaycanlı bi-boy BC One tacı uğrunda mübarizə üçün Naqoyaya getdi

arrow Ətraflı
Futbolçuların öldüyü təyyarə qəzasının səbəbi bəlli oldu - FOTO like
  • 01 Dek 09:44  
Dünya Futbolçuların öldüyü təyyarə qəzasının səbəbi bəlli oldu - FOTO

Braziliyanın "Şapekoense" klubunun futbolçularını daşıyan təyyarənin q

arrow Ətraflı
Nəhayət taxta çıxdı - FOTO like
  • 01 Dek 09:40  
Dünya Nəhayət taxta çıxdı - FOTO

Tailandın yeni kralı Maha Vajiralongkorn taxta çıxıb.

arrow Ətraflı
Kürdəmirdə DƏHŞƏTLİ QƏZA: ölən var like
  • 01 Dek 09:36  
Digərləri Kürdəmirdə DƏHŞƏTLİ QƏZA: ölən var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
"Victoria's Secret" möhtəşəm şou keçirdi - FOTO like
  • 01 Dek 09:33  
Digərləri "Victoria's Secret" möhtəşəm şou keçirdi - FOTO

Dünən Parisdə dünyanın ən məşhur və maraqlı moda şoularından sayıla

arrow Ətraflı
Kamran Ağayev ciddi zədələndi like
  • 01 Dek 09:30  
Digərləri Kamran Ağayev ciddi zədələndi

Portuqaliyanın "Boavista" klubunun heyətində çıxış edən millimizin qapı

arrow Ətraflı
Azərbaycanlı aparıcı ata oldu like
  • 01 Dek 09:26  
Digərləri Azərbaycanlı aparıcı ata oldu

106.3 FM-in aparıcısı Raqif Raufoğlu ata olub.

arrow Ətraflı
Niderland Belçikaya 3 hektar torpaq verib, əvəzində... like
  • 01 Dek 09:22  
Dünya Niderland Belçikaya 3 hektar torpaq verib, əvəzində...

Belçika və Niderland öz aralarındakı sərhədləri sadələşdirmək üçü

arrow Ətraflı
ABŞ-da Rusiya diplomatlarının hərəkətlərini məhdudlaşdıran qanun layihəsi qəbul edilib like
  • 01 Dek 09:17  
Dünya ABŞ-da Rusiya diplomatlarının hərəkətlərini məhdudlaşdıran qanun layihəsi qəbul edilib

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya diplomatlarının hərəkətl

arrow Ətraflı
Türkiyəli nazir BTQ-nin istismara veriləcəyi tarixi açıqlayıb like
  • 01 Dek 09:13  
Digərləri Türkiyəli nazir BTQ-nin istismara veriləcəyi tarixi açıqlayıb

"Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun birinci xəttinin 2017-ci ili

arrow Ətraflı