Nağd pul ən çirkli gündəlik əşya hesab olunur


Digərləri 01 Dek 2016 08:41:00 39 0

Nağd pul ən çirkli gündəlik əşya hesab olunur

"Mastercard" şirkəti tərəfindən aparılan araşdırma onu göstərib ki, insanlar nağd pulu - əsginasları və qəpikləri natəmiz və çirkli hesab etsələr də, avropalıların yalnız beşindən biri pula toxunduqdan sonra əllərini yuyur.

Son.az lent.az-a istinadən xəbər verir ki, Avropanın 12 ölkəsindən olan 9 000 istehlakçı arasında aparılan araşdırmanın nəticələrinə əsasən, nağd pulun ictimai nəqliyyatda əl tutacaqlarından və barda sifariş olunan fındıq kimi ümumi qidadan daha çirkli olmasına baxmayaraq, avropalılar çirkli pul xərcləmə vərdişindən vaz keçməkdə çətinlik çəkirlər.   Tədqiqat çərçivəsində aparılan sorğuda iştirak edənlərin ¾ hissəsi etiraf edib ki, nağd pulun mikroblar daşıdığını nəzərə alaraq, onu istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Buna baxmayaraq, araşdırma göstərir ki, insanlar heyvanlara toxunduqdan (46%) və ya ictimai nəqliyyatdan istifadə etdikdən sonra (36%) əllərini yumağa daha çox meyllidirlər.   "Mastercard" və Oksford Universiteti tərəfindən birgə aparılan araşdırmanın nəticələrinə əsasən, bir Avropa əsginası özündə təxminən 26 000 bakteriya daşıyır. Hətta ən yeni və təmiz əsginasda mövcud olan bakteriyaların sayı 2 400-ə çatır ki, bu da insan sağlamlığı üçün potensial təhlükədir. Bunu nəzərə alaraq, insanlar anlamalıdır ki, tualet qapısının dəstəyinə, ümumi ərzaq məhsullarına və eskalatorun sürahisinə toxunmaq və digər fəaliyyət növləri kimi nağd pulla təmas da potensial təhlükə rolunu oynayır. Mövsumü qrip və digər xəstəliklərin geniş yayıldığı dövrdə nağd pulla təmas barədə qəbul edilmiş rəsmi beynəlxalq təlimatların olmamasına baxmayaraq, gigiyena baxımından bu dövrdə nağdsız hesablaşmalara keçmək daha məqsədəuyğundur.   Tədqiqat onu da göstərib ki, hər 10 avropalıdan 4-nün (37%) iddiasına görə, daha gigiyenik həyat tərzinə keçid etmək üçün gündəlik həyatlarında ən azı bir kiçik dəyişiklik etməyə hazırdırlar. Bu məqsədlə əksəriyyət nağd pulla müqayisədə kartla və ya nağdsız ödənişə üstünlük verdiklərini bildirib.   "Builki araşdırmanın nəticələrindən daha çox aydın olur ki, nağd pulun gigiyenik problemlərə yol açdığını anlamalarına baxmayaraq, avropalılar onun istifadəsi ilə bağlı vərdişi buraxmaqda çətinlik çəkirlər. Kontaktsız ödənişlər - innovativ pulköçürmə üsulu olmaqla yanaşı, həm də əskinas və qəpiklərdən istifadə zamanı keçə biləcək mikrob və bakteriyaların təsirini minimuma endirir", - deyə "Mastercard Europe" şirkətinin kontaktsız ödənişlər üzrə rəhbəri Kris Kenqas (Chris Kangas) bildirib.

loading...
Britaniyanın ən yaşlı kişi sakini 108 yaşında vəfat edib like
  • 01 Dek 08:40  
Digərləri Britaniyanın ən yaşlı kişi sakini 108 yaşında vəfat edib

Böyük Britaniyanın ən yaşlı kişi sakini Con Mensfild 108 yaşında vəfa

arrow Ətraflı
OPEC-in yeni prezidenti bilindi like
  • 01 Dek 08:38  
Dünya OPEC-in yeni prezidenti bilindi

2017-ci ildə Neft ixrac edən ölkələrin təşkilatına (OPEC) Səudiyyə Ər

arrow Ətraflı
Ən möhkəm rabitələrin qırıldığı gün like
  • 01 Dek 08:35  
Digərləri Ən möhkəm rabitələrin qırıldığı gün

İlahi vədələrdən biri də budur ki, Qiyamət günü bütün insanlar məhş

arrow Ətraflı
"Facebook Messenger"də like
  • 01 Dek 08:31  
Digərləri "Facebook Messenger"də

"Facebook Messenger" mobil əlavəsi daxilində oyun oynamaq xidməti

arrow Ətraflı
Kiprdə elekrik stansiyasında güclü yanğın like
  • 01 Dek 08:30  
Dünya Kiprdə elekrik stansiyasında güclü yanğın

Kiprdə “Vasiliko” elektrik stansiyasında güclü yanğın baş verib.

arrow Ətraflı
Qonşularımızın qarşısında 4 vəzifəmiz like
  • 01 Dek 08:25  
Digərləri Qonşularımızın qarşısında 4 vəzifəmiz

İslam dini hər bir müsəlman üçün dünya və axirət səadətini təmin ed

arrow Ətraflı
Neftin qiyməti kəskin bahalaşdı like
  • 01 Dek 08:23  
Dünya Neftin qiyməti kəskin bahalaşdı

Dünya bazarlarında neftin qiyməti 9% qədər bahalaşıb.

arrow Ətraflı
Moskvada 5G internet şəbəkəsi işə salınacaq like
  • 01 Dek 08:21  
Digərləri Moskvada 5G internet şəbəkəsi işə salınacaq

Yaxın günlərdə Rusiyada 5G yüksək sürətli internetin tətbiqi planlaşd

arrow Ətraflı
Kosta-Rikada zəlzələ baş verib like
  • 01 Dek 08:20  
Dünya Kosta-Rikada zəlzələ baş verib

Kosta-Rikanın mərkəzi bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
“Xəzər Dəniz Gəmiçiliyi”nin xarici ölkələrdəki nümayəndəlikləri like
  • 01 Dek 08:18  
Digərləri “Xəzər Dəniz Gəmiçiliyi”nin xarici ölkələrdəki nümayəndəlikləri

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin T

arrow Ətraflı
Sələmi necə aradan aparmaq olar? like
  • 01 Dek 08:15  
Digərləri Sələmi necə aradan aparmaq olar?

"Allah sələmi məhv edir (sələmlə qazanılmış malın bərəkətini a

arrow Ətraflı
Azərbaycan Berlin Təhlükəsizlik Konfransında iştirak edib like
  • 01 Dek 08:13  
Siyasət Azərbaycan Berlin Təhlükəsizlik Konfransında iştirak edib

Noyabrın 29-30-da Almaniyanın paytaxtında 15-ci Berlin Təhlükəsizlik Konfr

arrow Ətraflı
“YouTube” Rusiyadan gedə bilər like
  • 01 Dek 08:11  
Digərləri “YouTube” Rusiyadan gedə bilər

Rusiyada online kinoteatrların fəaliyyətini məhdudlaşdıran qanun layihəsi

arrow Ətraflı
296 nəfər Mursi tərəfdarına həbs cəzası verildi like
  • 01 Dek 08:10  
Dünya 296 nəfər Mursi tərəfdarına həbs cəzası verildi

Misirin hərbi məhkəməsi sabiq prezident Məhəmməd Mursinin 296 tərəfdar

arrow Ətraflı