Ən möhkəm rabitələrin qırıldığı gün


Digərləri 01 Dek 2016 08:35:00 62 0

Ən möhkəm rabitələrin qırıldığı gün

İlahi vədələrdən biri də budur ki, Qiyamət günü bütün insanlar məhşur olacaqlar və onlardan bir nəfər belə qalmayacaqdır. Ona görə də Qiyamət günü Həzrət Adəmin (ə) zamanından tutmuş bəşərin son anına qədər dünyaya gələn insanların hamısı mütləq məhşur olacaqlar.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu qədər cəmiyyətin içində bir insanın sərgərdan olması və nigaran olması ona bənzəyir ki, dərin bir okeanda qərq olmuşdur. Xilas olmağından savayı bir şeyi düşünə bilməz. Qiyamət günü - hesab günüdür. O gün insana o çox ağır keçəcəkdir və insanlar öz aqibətlərini və əməllərini düşünəcəklər. Özündən başqasını düşünə bilməzlər. Quran buyurur: "O gün hər bir insanı özü ilə məşğul edəcək işi-gücü olacaqdır". ("Əbəsə" 37). Dünya həyatından fərqli olaraq, insan Qiyamət günü öz əməl və aqibətinə diqqət edəcəkdir, əhəmiyyət verəcəkdir. Axirətdə vəziyyət tamamilə dəyişər. İnsan üçün mühüm olan tək şey - hesab verdikdən sonrakı taleyidir. Bu günü insan hətta ən yaxın insanları olan atasını, anasını, bacısını, qardaşını, övladlarını... unudar. "O gün insan qaçar öz qardaşından; Anasından və atasından; Zövcəsindən və oğullarından". ("Əbəsə" 34-36). Bu ayələr onu göstərir ki, Qiyamət gününün dəhşəti o qədər böyükdür ki, insan bütün rabitələrindən qırılar. Bəziləri deyir ki, bu qaçış bəlkə ona görədir ki, onlar imana gəlməyiblər və onun taleyinə təsir qoya bilərlər. Bəziləri isə belə düşünür ki, məbada bu insanların onun üzərində haqları olsun. Ondan həmin haqqı tələb etsinlər. Həzrət Peyğəmbər (s) buyurur: "Üç yerdə heç bir kəs başqasını düşünməz: tərəzi zamanı ki, görsün tərəzisi ağırdır, yoxsa yüngül. Sirat zamanı ki, görsün ondan keçə biləcəkdir, yoxsa yox. Əməl dəftərini alan zaman ki, görsün sağ əlinə verəcəklər, yoxsa sol əlinə. Bu üç halda heç kəs insan ən səmimi dostunu və ya sevdiyini və ya yaxınını və ya övladını, valideynini... düşünməz. Qiyamətin qorxulu səhnələrinə görə bu hadisə baş verəcəkdir". Qurani-Kərimdə oxuyuruq: "Və o (əcəl sona yetişən və Qiyamət) gəlib çatan zaman Onun izni olmadan heç kəs danışmaz. Beləliklə, onlardan bəzisi bədbəxtdir (öz vücudunun bütün xeyirlərini puç edib) və bəzisi xoşbəxt (öz vücudunun bütün xeyirlərini əldə edib). Bədbəxt olanlara gəlincə, onlar od içərisindədirlər, orada nalələri və (uzunqulaqların anqırtısına bənzər) nəfəs alıb-vermələri vardır. Orada (axirət aləminin) göylər(i) və yer(i) durduqca əbədi qalacaqlar, Rəbbinin istədiyi şey (əbədiliyi dəyişdirmək istəməsi) istisna olmaqla (hərçənd ki, şübhəsiz, O da bunu dəyişdirməyəcəkdir). Şübhəsiz sənin Rəbbin istədiyi şeyi qüdrətlə yerinə yetirəndir". ("Hud" 105-107). İmam Sadiq (ə) buyurur: "Qiyamət günü ən peşman olan kəs odur ki, insanlar üçün ədalətdən danışsın, ancaq özü başqalarına ədaləti rəva bilməsin".

loading...
"Facebook Messenger"də like
  • 01 Dek 08:31  
Digərləri "Facebook Messenger"də

"Facebook Messenger" mobil əlavəsi daxilində oyun oynamaq xidməti

arrow Ətraflı
Kiprdə elekrik stansiyasında güclü yanğın like
  • 01 Dek 08:30  
Dünya Kiprdə elekrik stansiyasında güclü yanğın

Kiprdə “Vasiliko” elektrik stansiyasında güclü yanğın baş verib.

arrow Ətraflı
Qonşularımızın qarşısında 4 vəzifəmiz like
  • 01 Dek 08:25  
Digərləri Qonşularımızın qarşısında 4 vəzifəmiz

İslam dini hər bir müsəlman üçün dünya və axirət səadətini təmin ed

arrow Ətraflı
Neftin qiyməti kəskin bahalaşdı like
  • 01 Dek 08:23  
Dünya Neftin qiyməti kəskin bahalaşdı

Dünya bazarlarında neftin qiyməti 9% qədər bahalaşıb.

arrow Ətraflı
Moskvada 5G internet şəbəkəsi işə salınacaq like
  • 01 Dek 08:21  
Digərləri Moskvada 5G internet şəbəkəsi işə salınacaq

Yaxın günlərdə Rusiyada 5G yüksək sürətli internetin tətbiqi planlaşd

arrow Ətraflı
Kosta-Rikada zəlzələ baş verib like
  • 01 Dek 08:20  
Dünya Kosta-Rikada zəlzələ baş verib

Kosta-Rikanın mərkəzi bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
“Xəzər Dəniz Gəmiçiliyi”nin xarici ölkələrdəki nümayəndəlikləri like
  • 01 Dek 08:18  
Digərləri “Xəzər Dəniz Gəmiçiliyi”nin xarici ölkələrdəki nümayəndəlikləri

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin T

arrow Ətraflı
Sələmi necə aradan aparmaq olar? like
  • 01 Dek 08:15  
Digərləri Sələmi necə aradan aparmaq olar?

"Allah sələmi məhv edir (sələmlə qazanılmış malın bərəkətini a

arrow Ətraflı
Azərbaycan Berlin Təhlükəsizlik Konfransında iştirak edib like
  • 01 Dek 08:13  
Siyasət Azərbaycan Berlin Təhlükəsizlik Konfransında iştirak edib

Noyabrın 29-30-da Almaniyanın paytaxtında 15-ci Berlin Təhlükəsizlik Konfr

arrow Ətraflı
“YouTube” Rusiyadan gedə bilər like
  • 01 Dek 08:11  
Digərləri “YouTube” Rusiyadan gedə bilər

Rusiyada online kinoteatrların fəaliyyətini məhdudlaşdıran qanun layihəsi

arrow Ətraflı
296 nəfər Mursi tərəfdarına həbs cəzası verildi like
  • 01 Dek 08:10  
Dünya 296 nəfər Mursi tərəfdarına həbs cəzası verildi

Misirin hərbi məhkəməsi sabiq prezident Məhəmməd Mursinin 296 tərəfdar

arrow Ətraflı
Polşada mədəndə uçqun: 8 nəfər ölü like
  • 01 Dek 08:08  
Dünya Polşada mədəndə uçqun: 8 nəfər ölü

Polşanın Polkovitse şəhərində kömür mədənində baş verən uçqun nət

arrow Ətraflı
Allah bizi bəzən nemət vasitəsilə imtahana çəkər like
  • 01 Dek 08:05  
Digərləri Allah bizi bəzən nemət vasitəsilə imtahana çəkər

İlahi imtahan həmişə xoşagəlməz hadisələr vasitəsilə olmaz. Bəzən A

arrow Ətraflı
Azərbaycanlı və erməni ictimai fəalların müraciəti Bolqar mətbuatında like
  • 01 Dek 08:03  
Siyasət Azərbaycanlı və erməni ictimai fəalların müraciəti Bolqar mətbuatında

Cari ilin 30 noyabr tarixində Bolqarıstanın iki aparıcı qəzetlərindən ol

arrow Ətraflı