Sələmi necə aradan aparmaq olar?


Digərləri 01 Dek 2016 08:15:00 69 0

Sələmi necə aradan aparmaq olar?

"Allah sələmi məhv edir (sələmlə qazanılmış malın bərəkətini aradan aparır) və sədəqələri(n bərəkətini) artırır. Allah heç bir günahkar nankoru sevmir. Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar". "Bəqərə" 276-277).

Son.az deyerler.org-a istinadən bildirir ki, sələm yığan insanların adətən əlində olan sərvət - zəhmətkeş təbəqənin alın təridir. Bəzən bu yolla onların həyatlarına son verər və ən azı onların ürəyinə kin və düşmənçilik toxumu səpərlər. Halbuki, möminlər ixtiyarlarında olan mal və dövləti həm özləri xərcləyir və həm də infaq edirlər. Nəticədə isə ümumi insanların sevgisi ilə qarşılaşırlar. Onların sərmayəsi təhlükə altında olmaz, əskinə təbii şəkildə inkişaf edər və artar. Bu qanun hər bir cəmiyyətdə eynidir. Yəni, əgər cəmiyyətdə infaq olarsa, sələm almağa heç kəsin ehtiyacı olmaz. O cəmiyyətdə ki, infaq zəifdir, zəhmətkeş təbəqə öz ehtiyaclarını ödəmək üçün rəzil insanlara və ya faizli banklara üz tutur və nəticədə də bədbəxt olurlar. Bu ayə onu demək istəyir ki, sələm alan öz sərvətini çoxatlmaq məqsədilə insanlardan sələm yığmasına baxmayaraq, Allah həmin malın bərəkətini ondan alar. Həmin malın məhv olması şərt deyildir, bəlkə sərvəti çoxaltmaq hədəfi puça çıxar. Sələm alınan cəmiyyətdə səadət, məhəbbət və təhlükəsizlik olmaz. Çox sayda zəngin insan vardır ki, həyatlarında nə səadətləri vardır və nə də təhlükəsizlikləri. Lakin o cəmiyyətdə ki, infaq olar, sədəqə olar, insanlar bir-birinə borc verməyə adət edər - bu cəmiyyətin bərəkəti də çox olar. Bu cəmiyyətdə yaşayan yoxsullar məyus olmaz. Ehtiyacı olanlar oğuluq etməyi və ya kimisə öldürməyə düşünməz. Bu cəmiyyətdə sevgi və ülfət olar. O zaman ki, sələm alan insan sevgi və ədaləti özündə məhv edər, özü və mal-dövləti yoxsulların nifrininə səbəb olar. İntiqam, oğurluq qorxusu hər an onu hədələyər. Bu, həmin ayədə adı çəkilən məhv olmaqdır. İnsanlar dörd dəstədirlər: 1. O dəstə ki, iman gətirmiş və saleh əməl görərlər - onlar möminlərdir. 2. O dəstə ki, nə iman gətirib və nə də yaxşı iş görərlər - onlar kafirlərdir. 3. O dəstə ki, iman gətirib, ancaq saleh əməl görməzlər - onlar fasiqlərdir. 4. O dəstə ki, iman gətirməyib, ancaq iman gətirdiklərini iddia edərlər. Zahirdə yaxşı işlər görməyə çalışarlar - onlar münafiqlərdir. Bəli, sələm alan insanlar həmin kafirlərdir ki, yuxarıdakı ayə də bunu təsdiq edir. Kafir o insana deyilir ki, naşükür və çoxlu küfr edəndir. O kəsdir ki, çoxlu günaha batar. Ayədən çıxartdığımız nəticələr: - İslam dini insanın fərdi və ibadət məsələlərinə dqqət etdiyi kimi, iqtisadi məsələlərinə də diqqət edir. - Namazla zəkat ona görə saleh əməldən sonra bəyan olunub ki, yaxşı işlərin arasında bu ikisinin hesabı başqadır. - Yaxşı əməl sahibləri pis əməl sahiblərindən sonra təşviq olunur və bu, bir tərbiyəvi yoldur. - Aqil insan gərək təkcə bu gün əlində olanlara diqqət etməsin, bəlkə Allahın yanında olan gələcək sərmayəsini də düşünsün. (Yəni, infaqı). - Allah Təala saleh əməl, namaz və zəkat əhli olan möminlərə xüsusi diqqət edir. - Həqiqi hüzur Allaha olan imanın və saleh əməlin sayəsində olar. - Hüzur amilləri: iman, saleh əməl, namaz və zəkatdır.

loading...
Azərbaycan Berlin Təhlükəsizlik Konfransında iştirak edib like
  • 01 Dek 08:13  
Siyasət Azərbaycan Berlin Təhlükəsizlik Konfransında iştirak edib

Noyabrın 29-30-da Almaniyanın paytaxtında 15-ci Berlin Təhlükəsizlik Konfr

arrow Ətraflı
“YouTube” Rusiyadan gedə bilər like
  • 01 Dek 08:11  
Digərləri “YouTube” Rusiyadan gedə bilər

Rusiyada online kinoteatrların fəaliyyətini məhdudlaşdıran qanun layihəsi

arrow Ətraflı
296 nəfər Mursi tərəfdarına həbs cəzası verildi like
  • 01 Dek 08:10  
Dünya 296 nəfər Mursi tərəfdarına həbs cəzası verildi

Misirin hərbi məhkəməsi sabiq prezident Məhəmməd Mursinin 296 tərəfdar

arrow Ətraflı
Polşada mədəndə uçqun: 8 nəfər ölü like
  • 01 Dek 08:08  
Dünya Polşada mədəndə uçqun: 8 nəfər ölü

Polşanın Polkovitse şəhərində kömür mədənində baş verən uçqun nət

arrow Ətraflı
Allah bizi bəzən nemət vasitəsilə imtahana çəkər like
  • 01 Dek 08:05  
Digərləri Allah bizi bəzən nemət vasitəsilə imtahana çəkər

İlahi imtahan həmişə xoşagəlməz hadisələr vasitəsilə olmaz. Bəzən A

arrow Ətraflı
Azərbaycanlı və erməni ictimai fəalların müraciəti Bolqar mətbuatında like
  • 01 Dek 08:03  
Siyasət Azərbaycanlı və erməni ictimai fəalların müraciəti Bolqar mətbuatında

Cari ilin 30 noyabr tarixində Bolqarıstanın iki aparıcı qəzetlərindən ol

arrow Ətraflı
"Ağıllı" saat smartfonu əvəz edəcək like
  • 01 Dek 08:01  
Digərləri "Ağıllı" saat smartfonu əvəz edəcək

Satışda olan əksər "ağıllı" saatların hamısının tam gücü

arrow Ətraflı
Rusiyada qaz partlaması: 2 ölü, 5 yaralı like
  • 01 Dek 07:56  
Dünya Rusiyada qaz partlaması: 2 ölü, 5 yaralı

Rusiyanın Rostov vilayətində baş vermiş qaz partlaması nəticəsində 2

arrow Ətraflı
Bədəni soyudan parça hazırlanıb like
  • 01 Dek 07:51  
Digərləri Bədəni soyudan parça hazırlanıb

Stenford Universitetinin alimləri tərəfindən innovativ materialdan köynək

arrow Ətraflı
Proqramlar üçün “microSD” hazırlandı like
  • 01 Dek 07:41  
Digərləri Proqramlar üçün “microSD” hazırlandı

"SD Card Association" qeyri-kommersiya təşkilatı smartfon və plan

arrow Ətraflı
Bu il ən çox pul qazanan müğənnilər - like
  • 01 Dek 07:36  
Digərləri Bu il ən çox pul qazanan müğənnilər -

“Forbes” jurnalı 2016-cı ildə ən çox gəlir əldə edən müğənnilər

arrow Ətraflı
"3D" protez icad edilib like
  • 01 Dek 07:31  
Digərləri "3D" protez icad edilib

Alim Uilyam Rud protezləşdirmədə əsl inqilaba səbəb ola biləcək yeni in

arrow Ətraflı
Nyu-Yorkda fərqli yaşayış kompleksi - FOTO like
  • 01 Dek 07:30  
Digərləri Nyu-Yorkda fərqli yaşayış kompleksi - FOTO

"Via Verde" Nyu-Yorkun Cənubi Bronks səmtində yaşayış kompleksid

arrow Ətraflı
Hadisələrin sonrası neyronlar görəcək like
  • 01 Dek 07:22  
Digərləri Hadisələrin sonrası neyronlar görəcək

Massaçusets Texnologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Kompü

arrow Ətraflı
Azərbaycana hər cür hərbi dəstək verəcəyini deyən yeganə ölkə - like
  • 01 Dek 07:14  
Siyasət Azərbaycana hər cür hərbi dəstək verəcəyini deyən yeganə ölkə -

"Azərbaycanın Pakistanla hərbi və hərbi-texniki sahədə əməkdaşlı

arrow Ətraflı