Allah bizi bəzən nemət vasitəsilə imtahana çəkər


Digərləri 01 Dek 2016 08:05:00 47 0

Allah bizi bəzən nemət vasitəsilə imtahana çəkər

İlahi imtahan həmişə xoşagəlməz hadisələr vasitəsilə olmaz. Bəzən Allah bəndələrini nemət bolluğu və azlığı ilə imtahana çəkər. Belə ki, Quran buyurur: "Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız". ("Ənbiya" 35).

Son.az deyerler.org-a istinadən bildirir ki, Süleyman peyğəmbər (ə) də bu kimi insanlardan idi. Allah Təala onu nemət bolluğu ilə imtahana çəkirdi. "Beləliklə, elə ki, onu öz yanında hazır durmuş gördü, dedi: "Bu (istəyin o saat yerinə yetirilməsi, ya belə bir şəxsin mənim ümmətimdə olması) Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq (naşükürlük)? Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir"". ("Nəml" 40).

Allah Təala bizi ən çox bu vasitələrlə imtahana çəkər: "Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbr edənlərə müjdə ver". ("Bəqərə" 155).

Bəs bu imtahanda necə müvəffəqiyyət qazana bilərik?

İnsan bu imtahanların hər birində qələbə çalmaq üçün xüsusi inayətlərə ehtiyac duyar. Belə ki, düşməndən qorxu imtahanında qələbə çalması üçün təvəkkülə və Allahı yada salmağa ehtiyac duyar. Çatışmamazlıqlarla mübarizə aparmaq üçün səbirə ehtiyac duyar.

Çox zaman bizim bu imtahandan qalib çıxmağımız üçün səbirə ehtiyacımız olar. Ona görə də Allah Quranda dəfərlərlə sabirləri müjdələyir və buyurur: "Allah səbirliləri sevir". ("Ali-İmran" 146).

"Həqiqətən Allah səbir edənlərlədir". ("Bəqərə" 153).

İnsan bu imtahanda qələbə çalmaq üçün gərək unutmasın ki, fani olan dünyada yaşayır. Bir gün onun da ölümü gəlib çatacaqdır. Yəni, bu cümləni unutmayaq: "İnna lillah və inna ileyhi raciun".

İmandan güc almaq və İlahi lütf diləmək də bu imtahanda bizə yardım edə bilən amillərdəndir. Yəni bu yolda mötədil olaq və ruhi rahatlığımızı əldən verməyək. Allah dostlarının həmişə bu həyatda bir proqramları vardır və ona uyğun hərəkət edərlər. Allah da onlara daha çox nuraniyyət verər. "Həqiqətən, Allah yaxşı iş görənlərlədir". ("Ənkəbut" 69).

Keçmişdəkilərin halından ibrət almaq və onların təcrübəsindən bəhrələnmək bu yolda bizə yardım edə bilən başqa bir amildir. Əgər insan bu İlahi imtahanda özünü zəif hesab etsə, keçmişdəkilərin başına gələn imtahanlara nəzər salsın və bu zaman nə qədər çətin imtahana məruz qaldıqlarının şahidi olar.

Belə ki, Allah Peyğəmbərə (s) buyurur: "Şübhəsiz, səndən əvvəlki peyğəmbərlər də istehza və məsxərə olundular. Beləliklə onları məsxərə edən kəslərə məsxərə etdikləri şey (ildırım, zəlzələ və sairə) nazil oldu və onları bürüdü". ("Ənam" 10). Bu dünyada olan hər bir insan imtahan olunar. Lakin müxtəlif vasitəsilərlə. Çünki hər bir insanın imtahanı onun ruhi, fərdi və ictimai vəziyyətinə və mövqeyinə uyğun olar. Ona görə də hər an imtahana hazır olaq və yuxarıda verdiyimiz tövsiyələrdən faydalanaq.

loading...
Azərbaycanlı və erməni ictimai fəalların müraciəti Bolqar mətbuatında like
  • 01 Dek 08:03  
Siyasət Azərbaycanlı və erməni ictimai fəalların müraciəti Bolqar mətbuatında

Cari ilin 30 noyabr tarixində Bolqarıstanın iki aparıcı qəzetlərindən ol

arrow Ətraflı
"Ağıllı" saat smartfonu əvəz edəcək like
  • 01 Dek 08:01  
Digərləri "Ağıllı" saat smartfonu əvəz edəcək

Satışda olan əksər "ağıllı" saatların hamısının tam gücü

arrow Ətraflı
Rusiyada qaz partlaması: 2 ölü, 5 yaralı like
  • 01 Dek 07:56  
Dünya Rusiyada qaz partlaması: 2 ölü, 5 yaralı

Rusiyanın Rostov vilayətində baş vermiş qaz partlaması nəticəsində 2

arrow Ətraflı
Bədəni soyudan parça hazırlanıb like
  • 01 Dek 07:51  
Digərləri Bədəni soyudan parça hazırlanıb

Stenford Universitetinin alimləri tərəfindən innovativ materialdan köynək

arrow Ətraflı
Proqramlar üçün “microSD” hazırlandı like
  • 01 Dek 07:41  
Digərləri Proqramlar üçün “microSD” hazırlandı

"SD Card Association" qeyri-kommersiya təşkilatı smartfon və plan

arrow Ətraflı
Bu il ən çox pul qazanan müğənnilər - like
  • 01 Dek 07:36  
Digərləri Bu il ən çox pul qazanan müğənnilər -

“Forbes” jurnalı 2016-cı ildə ən çox gəlir əldə edən müğənnilər

arrow Ətraflı
"3D" protez icad edilib like
  • 01 Dek 07:31  
Digərləri "3D" protez icad edilib

Alim Uilyam Rud protezləşdirmədə əsl inqilaba səbəb ola biləcək yeni in

arrow Ətraflı
Nyu-Yorkda fərqli yaşayış kompleksi - FOTO like
  • 01 Dek 07:30  
Digərləri Nyu-Yorkda fərqli yaşayış kompleksi - FOTO

"Via Verde" Nyu-Yorkun Cənubi Bronks səmtində yaşayış kompleksid

arrow Ətraflı
Hadisələrin sonrası neyronlar görəcək like
  • 01 Dek 07:22  
Digərləri Hadisələrin sonrası neyronlar görəcək

Massaçusets Texnologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Kompü

arrow Ətraflı
Azərbaycana hər cür hərbi dəstək verəcəyini deyən yeganə ölkə - like
  • 01 Dek 07:14  
Siyasət Azərbaycana hər cür hərbi dəstək verəcəyini deyən yeganə ölkə -

"Azərbaycanın Pakistanla hərbi və hərbi-texniki sahədə əməkdaşlı

arrow Ətraflı
Smartfonun işləmə vaxtını 7 günədək artıracaq like
  • 01 Dek 07:11  
Digərləri Smartfonun işləmə vaxtını 7 günədək artıracaq

ABŞ alimləri smartfonlar üçün tam yeni batareya yaradıblar. Bir neçə san

arrow Ətraflı
Balqabaq piroqu like
  • 01 Dek 07:00  
Digərləri Balqabaq piroqu

Milli.Az balqabaq piroqunun hazırlanma qaydasını təqdim edir

arrow Ətraflı
Hollivud təpələrində ğir ev - FOTO like
  • 01 Dek 06:30  
Digərləri Hollivud təpələrində ğir ev - FOTO

"Arshia architects" bürosu bu evin layihə müəllifidir. Son.az bil

arrow Ətraflı
Məşhur müğənni yeni obrazda - FOTO like
  • 01 Dek 05:30  
Digərləri Məşhur müğənni yeni obrazda - FOTO

Müğənni Alişa Kis "Elle Magazine" üçün fotosessiyaya çəkilib.

arrow Ətraflı
Dalanda, 6 nəfər üçün... - FOTO like
  • 01 Dek 04:30  
Digərləri Dalanda, 6 nəfər üçün... - FOTO

Pekindəki BLUE bürosu şəhərin tarixi səmti olan Xutun rayonunda unikal evi

arrow Ətraflı