Azərbaycana hər cür hərbi dəstək verəcəyini deyən yeganə ölkə -


Siyasət 01 Dek 2016 07:14:00 56 0

Azərbaycana hər cür hərbi dəstək verəcəyini deyən yeganə ölkə -

"Azərbaycanın Pakistanla hərbi və hərbi-texniki sahədə əməkdaşlığı dərinləşdirməsinə ehtiyac var".

Azərbaycan bir sıra ölkələrlə hərbi və hərbi-texniki sıx əməkdaşlıq edir. Lakin bir neçə ölkə var ki, onların arasında xüsusi fərqlənir. Onlardan biri də Pakistandır. Son illərdə isə iki ölkə arasında qeyd edilən sahədə əməkdaşlığın səviyyəsı getdikcə yüksəlir, onun inkişafına xüsusi diqqət yetirilir.

Bəs hazırda Azərbaycanla Pakistan arasında hərbi və hərbi-texniki əməkdaşlığın əsas komponentlərini nələr təşkil edir və bu, Bakı ilə İslamabada nə üçün lazımdır?

Məsələ ilə bağlı Son.az-ın sorğusunu cavablandıran "Azeri Defence" hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanov bildirib ki, Pakistan Azərbaycan üçün həm hərbi, həm də siyasi cəhətdən xüsusi əhəmiyyət kəsb edən ölkədir:

"Azərbaycan və Pakistan arasında hərbi əlaqələr hələ 1992-ci ildə yaradılıb. Həmin dövrdən Azərbaycan Silahlı Qüvvələrinin və digər hərbi qurumların nümayəndələri mütəmadi olaraq Pakistanda keçirilən təlimlərdə iştirak edirlər. Xüsusilə də Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələrinin və xüsusi təyinatlıların Pakistanda təkmilləşdirmə kursları və təlimlərdə iştirakı diqqəti cəlb edir. Hər il Silahlı Qüvvələrin müxtəlif strukturlarının nümayəndələrinin də daxil olduğu Azərbaycan-Pakistan İşçi Qrupunun görüşü keçirilir və növbəti il üçün iş planları tərtib olunur.

Pakistan Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının hazırlanmasında yaxından iştirak edən ölkələrdəndir. Bundan başqa, qeyd edə bilərəm ki, hər il ölkələrin silahlı qüvvələrinin rəhbərlərinin qarşılıqlı səfərləri reallaşır.

Pakistan bu gün faktiki olaraq Ermənistanı dövlət olaraq tanımayan iki ölkədən biri və Azərbaycana hər cür hərbi dəstək verə biləcəyini açıq şəkildə ifadə edən yeganə ölkədir. Azərbaycan da Kəşmir məsələsində Pakistanın mövqeyini müdafiə edir, bu ölkədə bir sıra sosial layihələr həyata keçirir. Onu da qeyd edim ki, Pakistan 1992-ci ildə Azərbaycana ilk hərbi yardım göstərən ölkələrdən olub".

Ekspert qeyd edib ki, 2008-ci ildən iki ölkə arasında müdafiə sənayesi sektorunda da əməkdaşlığa start verilib: "2008-ci ilin sonlarında Azərbaycan istehsalı olan bir neçə silah Pakistanda keçirilən hərbi sərgidə nümayiş olunub. Hazırda iki ölkə arasında müdafiə sənayesi sektorunda əməkdaşlığa dair memorandumun hazırlanması üzərində işlər gedir.

Cari ildə Azərbaycan-Pakistan hərbi-texniki əlaqələrində dinamizm müşahidə olunub. İlin əvvəlində Pakistanın aparıcı müdafiə sənayesi müəssisələrindən olan GİDS-in nümayəndələri bir neçə dəfə Bakıda olublar. Aprel ayında İslamabadda keçirilmiş hökumətlərarası komissiyanın  iclasında müdafiə sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. May ayında isə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisə rəhbərlərindən ibarət heyət Pakistana səfər edərək bu ölkənin hərbi sənaye obyektlərində olub, əməkdaşlıq imkanlarını araşdırıb.

Onu da qeyd edim ki, sentyabr ayında Pakistanın müdafiə sənayesi sektorunda fəaliyyət göstərən əsas dövlət müəssisələrindən POF və Pakistan Aeronautical Complex Bakıda keçirilən sərgidə təmsil olunub. Pakistanın müdafiə sənayesi naziri və baş naziri Azərbaycanda səfərdə olub. Eyni zamanda ötən həftə baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə sənayesi naziri Yavər Camalov Pakistanda keçirilən hərbi sərgiyə qatılıb, görüşlər keçiriblər".

Baş redaktor qeyd edib ki, Pakistan hərbi sənaye yetkililərinin sözlərinə görə, hazırda iki ölkə arasında bir sıra yeni layihələr müzakirə olunur: "Bunların arasında bir sıra məhsulların Azərbaycana ixracı və texnologiya transferi də var. Bu məhsullar sırasında uzun mənzilli raketlər, JF-17 "Thunder" döyüş, "Super Mushshak" təlim təyyarəsi də var. 2014-cü ilin sonunda Pakistana səfər edən müdafiə naziri Zakir Həsənov PAC zavoduna baş çəkərək təyyarənin imkanları ilə tanış olub. Artıq Pakistan tərəfi döyüş təyyarələrinin Azərbaycana ixracına mane olan iki problemin aradan qaldırıldığını ifadə edir. Pakistan prezidenti Məmnun Hüseyn də təyyarənin tezliklə ixrac olunacağını deyib".

R.Süleymanovun fikrincə, ümumiyyətlə, Azərbaycanın Pakistanla hərbi və hərbi-texniki sahədə əməkdaşlığı dərinləşdirməsinə ehtiyac vardır: "Birincisi, Pakistan müdafiə sənayesi bir sıra sahələrdə önə çıxıb. Məsələn, orta və uzaq mənzilli raketlərin yaradılmasında, tank mərmilərinin, partladıcı döyüş başlıqlarının istehsalında, tank modernizasiyasında Pakistanın imkanlarından yararlanmaq olar.

Eyni zamanda Pakistan Ordusu dünyanın ən böyük ordularındandır və Azərbaycan özü Pakistandan idxal etdiyi kimi, bəzi məhsulları, xüsusilə də zirehli maşınların, snayper tüfənglərinin, qumbaraatanların, digər atıcı silahların Pakistana ixracını gerçəkləşdirə bilər. Silahlı Qüvvələrin təlim potensialının təkmilləşdirilməsində Pakistanda keçirilən tədbirlərin böyük əhəmiyyətinin ola biləcəyini düşünürəm. Xüsusən də SAT/SAS və dağ-komando təlimlərində Pakistanın kifayət qədər təcrübəsi var. Məndə olan məlumata görə, İDEAS-2016 sərgisi çərçivəsində ölkələr arasında hərbi sahədə bəzi anlaşmalar əldə olunub. Bu istiqamətdəki bəzi məsələlər 2017-ci ildə reallaşacaq".

İlkin İzzət

loading...
Smartfonun işləmə vaxtını 7 günədək artıracaq like
  • 01 Dek 07:11  
Digərləri Smartfonun işləmə vaxtını 7 günədək artıracaq

ABŞ alimləri smartfonlar üçün tam yeni batareya yaradıblar. Bir neçə san

arrow Ətraflı
Balqabaq piroqu like
  • 01 Dek 07:00  
Digərləri Balqabaq piroqu

Milli.Az balqabaq piroqunun hazırlanma qaydasını təqdim edir

arrow Ətraflı
Hollivud təpələrində ğir ev - FOTO like
  • 01 Dek 06:30  
Digərləri Hollivud təpələrində ğir ev - FOTO

"Arshia architects" bürosu bu evin layihə müəllifidir. Son.az bil

arrow Ətraflı
Məşhur müğənni yeni obrazda - FOTO like
  • 01 Dek 05:30  
Digərləri Məşhur müğənni yeni obrazda - FOTO

Müğənni Alişa Kis "Elle Magazine" üçün fotosessiyaya çəkilib.

arrow Ətraflı
Dalanda, 6 nəfər üçün... - FOTO like
  • 01 Dek 04:30  
Digərləri Dalanda, 6 nəfər üçün... - FOTO

Pekindəki BLUE bürosu şəhərin tarixi səmti olan Xutun rayonunda unikal evi

arrow Ətraflı
Portuqaliya vadisində ev - FOTO like
  • 01 Dek 03:30  
Digərləri Portuqaliya vadisində ev - FOTO

Porrtuqaliyadakı "ColectivArquitectura" bürosu Qrandola vadisindəki

arrow Ətraflı
Sofiya çimərlik paltarında - FOTO like
  • 01 Dek 02:30  
Digərləri Sofiya çimərlik paltarında - FOTO

Supermodel Sofiya Miloşeviç "Esquire Mexico" üçün fotosessiyaya

arrow Ətraflı
Hollivud ulduzu və əfsanəvi fotoqraf - FOTO like
  • 01 Dek 01:30  
Digərləri Hollivud ulduzu və əfsanəvi fotoqraf - FOTO

Hollivud ulduzu Cennifer Lourens "Vanity Fair" üçün fotosessiyaya

arrow Ətraflı
Rayonlarda analoq yayım dayandırıldı like
  • 01 Dek 01:14  
Digərləri Rayonlarda analoq yayım dayandırıldı

Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda

arrow Ətraflı
Tarif Şurasının elektrik enerjisinin qiyməti ilə bağlı qərarı qüvvəyə minib like
  • 01 Dek 00:05  
Digərləri Tarif Şurasının elektrik enerjisinin qiyməti ilə bağlı qərarı qüvvəyə minib

Bu gündən Tarif Şurasının elektrik enerjisinin qiymətinin diferensiall

arrow Ətraflı
Rayonlarda analoq yayım dayandırıldı like
  • 01 Dek 00:05  
Digərləri Rayonlarda analoq yayım dayandırıldı

Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq

arrow Ətraflı
Günün qoroskopu: uzaqdan maraqlı məlumat gələ bilər like
  • 01 Dek 00:01  
Digərləri Günün qoroskopu: uzaqdan maraqlı məlumat gələ bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Çəkmələrinizə belə qulluq edin like
  • 30 Noy 23:57  
Digərləri Çəkmələrinizə belə qulluq edin

Bütün yayı bağlı yerdə qalan qış ayaqqabılarınızı təkrar geyinməd

arrow Ətraflı
Paltardakı ləkələri təmizləmək üçün... - like
  • 30 Noy 23:52  
Digərləri Paltardakı ləkələri təmizləmək üçün... -

Evdar xanımlar hər zaman ideal iş görmək arzusundadırlar. Son.az lent.az-

arrow Ətraflı