Digərləri

Meysəm Təmmar – müqavİmət nümunəsİ

2017-10-14 22:10:00

Peyğəmbərin (s) səhabələrindən olan Meysəm Təmmarın atasının adı Yəhyadır. Onlar İraqın Nəhrəvan məntəqəsindən idilər. Meysəmə Əbu-Salim də deyirdilər. Meysəm əvvəlcə Bəni-Əsəd tayfasından olan bir qadının qulamı idi. İmam Əli (ə) onu həmin qadından alıb azad etdi. O, Kufədə xurma satdığı üçün ona "Təmmar", yəni "xurmasatan" ləqəbi verilmişdi.   ŞƏHADƏT XƏBƏRİ   Son.az maide.az-a istinadən bildirir ki, Meysəm öz şəhadət xəbərini mövlası imam Əlidən (ə) eşitmişdi. İmam (ə) Meysəmə demişdi: "Bir gün Bəni-Üməyyənin çirkin oğlu Übeydullah ibn Ziyad mənə lənət söyləməyini tələb edəndə nə edəcəksən?" Meysəm dedi: "And olsun Allaha, heç vaxt belə etmərəm!" İmam (ə) buyurdu: "Bu halda səni dardan asıb öldürəcəklər." Meysəm ərz etdi: "Səbir edərəm. Allah yolunda bu əziyyət çətin deyil."   İmam Əli (ə) bu barədə Meysəm Təmmara bir neçə dəfə xəbər vermişdi. Meysəm də öz növbəsində vəd olunmuş qırmızı milada hazırlaşırdı. Meysəmin öz şəhadətinin incəlikləri haqda da bilməsi onun ruhunun əzəmətindən, böyük tutumundan, dərin imanından danışır.   İmam Əlinin (ə) fəzilətlərindən danışmaq günah hesab edildiyi bir dövrdə Meysəm o həzrətin məqamından danışar, onun buyruqlarını xalqa çatdırardı. Meysəm yaxşı bilirdi ki, mövlasının şəhadətindən sonra onu xurma ağacından asacaqlar. Həzrət (ə) ona bu ağacı da göstərmişdi. Bəzən bu ağacın yanından keçərkən Həzrət ona buyurardı: "Ey Meysəm! Sənin sonralar bu ağacla macəran olacaq. Bu xurma ağacını dörd yerə bölüb dördüncü hissəsindən səni asacaqlar." Meysəm tez-tez bu ağacın yanına gəlib, onun kənarında namaz qılar və deyərdi: "Mübarək olsun, ey xurma! Məni sənin üçün yaradıblar, sən mənim üçün göyərirsən." Meysəm daim bu ağaca tamaşa edərdi. ("Əl-irşad", c.1, s.324.)   İMAM HÜSEYNİN (Ə) SORAĞINDA   Meysəm imam Hüseynin (ə) Məkkəyə doğru hərəkəti xəbərini eşitdi. Həmin il ümrə həcci məqsədi ilə Məkkəyə üz tutmaq qərarına gəldi. Amma Məkkədə İmamla (ə) görüşə bilmədi. Həcdən sonra Mədinəyə getdi. Peyğəmbərin (s) zövcəsi Ümmü-Sələmə ilə görüşüb ondan imam Hüseyn (ə) haqqında soruşdu. Ümmü-Sələmə dedi: "Mədinə ətrafındadır. O da daim səni soruşurdu." Meysəm dedi: "Mən daim o böyük insan haqqında düşünürəm. Bu gün onunla görüşə bilmədim. Ona deyərsən ki, görüşünün həsrətindəyəm." ("Əyanüş-şiə", c.10, s.198.)   MEYSƏMİN HƏBSİ   Meysəm Kufədə xüsusi hörmət sahibi idi. Onun güclü ictimai mövqeyi vardı. O, həcdən qayıdıb Kufəyə çatmamış İbn Ziyad onun həbsinə göstəriş verdi. Bu həmin vaxt idi ki, Müslüm ibn Əqil Kufədə şəhadətə yetirilmiş, tanınmış şiə simalar təqibə məruz qalmışdılar.   Meysəmin Kufəyə daxil olmamış həbs olunması göstərişi Üreyf adlı birinə tapşırılmışdı. Onu yüz nəfər məmur müşayiət edirdi. İbn Ziyad Üreyfi hədələmişdi ki, əgər Meysəmi tuta bilməsə, özü edam olunacaq. O, Hirədə öz ətrafındakılarla birlikdə Meysəmi gözləməyə başladı. Nəhayət, Meysəmi həbs etdilər. Meysəm məm

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? –

2017-10-14 22:08:00

Havaların kəskin soyuması orqanizmdə bir çox xəstəliklərə və narahatlıqlara səbəb olur. Xüsusilə də südəmər və azyaşlı uşaqlarda bu hallara daha sıx rastlanır. Onların əksəriyyətində burun axması, öskürək, yüksək hərarət müşahidə olunur. Bəs azyaşlıları bu soyuq aylarda infeksiya və viruslardan qorumaq üçün valideynlər nələrə diqqət etməlidir?

Bircə günə qripdən qurtulun –

2017-10-14 22:06:00

Artıq payızdır, havalar soyuyub. Belə havalarda isə immunitet sistemi zəif olan şəxslər dərhal xəstələnirlər.

Audi R8 V10 RWS təqdim olundu FOTO

2017-10-14 22:05:00

Premial Alman brendi Audi Frankfurt-2017 avtosalonu çərçivəsində yalnız arxa ötürücü ilə təchiz edilən məhdud versiyalı model R8 V10 RWS-in rəsmi surətdə sirrini açıb.

Yuxuda telefonla danışan həyat yoldaşınızı boşayın

2017-10-14 22:03:00

Son.az lent.az-a istinadən Rüstəm Kamalın "Telefonda səs" essesini təqdim edir.

Məşhur aktyor yeni obrazda FOTO

2017-10-14 22:01:00

"Oskar" laueratı olan aktyor Cared Leto WSJ. Magazine üçün fotosessiyaya çəkilib.

Hande Soral ailə qurdu

2017-10-14 21:57:00

Aktrisa Hande Soral nişanlısı İsmayıl Demirci ilə ailə həyatı qurub.

Məryəm Üzərliyə bənzəyən modellə sevgili oldu FOTO

2017-10-14 21:56:00

Türkiyədə fəaliyyət göstərən aktrisa Məryəm Üzərlinin keçmiş sevgilisi Alp Arslan yeni sevgilisi ilə gündəmə gəlib.   Son.az axşam.az-a istinadən xəbər verir ki, M.Üzərli ilə ayrıldıqdan sonra yenidən barışmağa cəhd edən Alp ikinci şansını da itirdikdən sonra yeni bir sevgiyə yelkən açıb.   Qadınlara olan marağı ilə seçilən A.Arslan hollandiyalı model Stefani Van Arendokla eşq yaşamağa başlayıb. Etilerdə görüntülənən sevgililər gecə boyu əylənib. Son.az

Dünyada acların 60 faizi qadınlar və qızlardır

2017-10-14 21:55:00

ünyada acların 60 faizini qadınlar və qızlar təşkil edir. Bu mənzərənin kökləri sosial struktura gedib çıxır - qadınların təhsilə, tibbi xidmətə, resurslara çıxışının olmamasına. Eynilə, etnik azlıqlar da ayrı-seçkiliklə üzləşir və daha çox yoxsulluq və aclıq görürlər.   Son.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, oktyabrın 12-də 2017-ci il Qlobal Aclıq İndeksi açıqlanıb. İndeksi Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutu (IFPRI), "Concern Worldwide" və "Welthungerhilfe" təşkilatları hazırlayıblar.   Hesabatda bildirilir ki, dünyada aclığın miqyasının azaldılması üzrə uzunmüddətli proqres əldə olunub. Amma hələ də milyonlarla adam xroniki aclıqdan, bəzi yerlərdə kəskin ərzaq böhranından əziyyət çəkir.   Azərbaycan 119 ölkə içində 9.6 bal toplayıb. Ötənilki bal 9.8 idi, yəni bu il irəliləyiş var.    Ölkələrin aclıq indeksi xroniki aclığın, uşaq ölümünün, uşaqlarda çəkidən qalmanın (boyuna görə) və inkişafın (yaşına görə) ləngliyinin göstəricilərinə əsasən müəyyən olunur.   Builki indeks qarışıq nəticələri ortaya qoyub: uzunmüddətli götürəndə, aclığın səviyyəsində azalma olsa da, qlobal səviyyə yüksək olaraq qalır. Fərqlər təkcə ölkələr üzrə deyil, həm də ölkələr daxilindədir.   Məsələn, Cənubi Afrika Respublikasında (CAR) durum olduqca ağırdır və son 17 ildə heç bir irəliləyiş əldə olunmayıb - 2000 və 2017-ci illərin indeksi eynidir - 50. 14 ölkə isə həmin müddətdə indekslərini 50 faizdən çox azalda biliblər. İndeksin azalması durumun yaxşılaşdığını göstərir.   Nigeriyanın şimal-şərqində 4.5 milyon nəfər aclıq içindədir, ölkənin qalan hissəsində isə ərzaq təhlükəsizliyi nisbətən təmin olunub.   Uşaqların yaş üzrə inkişafdan qalmasına görə Əfqanıstanda durum dramatik fərqlənir - ölkənin bəzi yerlərində uşaqların 24.3, bəzilərində 70.8 faizi geri qalır.   Ümumilikdə, 2000-ci ildən bəri dünyada aclıq səviyyəsi 27% azalıb. Aclıqdan səkkiz ölkə ən çox əziyyət çəkir. Yəməndən başqa onların hamısı Afrikada yerləşir: CAR, Çad, Liberiya, Madaqaskar, Syerra-Leone, Sudan və Zambiya. Bu ölkələrin çoxunda son onilliklər ərzində siyasi böhran və münaqişələr baş verib. CAR və Yəməndə isə son illər müharibələr alovlanıb.   Hesabatda ərzaq təhlükəsizliyinə hədələrin hələ də qaldığı bildirilir. Münaqişə və iqlim dəyişikliyinin yoxsulları daha çox vurduğu qeyd olunur. "Aclıq ayrıcalıq etmir" desələr də, edirmiş, aclıq onsuz da zəif və imtiyazlardan məhrumlar arasında daha amansızlıqla və davamlı hökm sürür. Müəlliflər belə deyirlər.   Bir məqam da maraqlıdır ki, dünyada yoxsulların 75%-i (3/4-ü) kənd yerlərində yaşayır.   İndeksi hazırlayanlar bildirirlər ki, hədəf dünyada 2030-cu ilədək aclığın kökünü kəsməkdir. Ancaq 20 milyon adamın hazırda aclıq riskiylə üz-üzə qalması həmin məqsədə çatmağın çox uzaqda olduğunu göstərir.

Dünyanın ən sağlam 10 qidası

2017-10-14 21:45:00

Dünyaca məşhur "Forbes" jurnalı hamının mütləq yeməsi vacib olan 10 qidanın adını açıqlayıb 1. Nar. Güclü antioksidantdır, qan təzyiqini normallaşdırır, damarları qoruyur və xərçəng hüceyrələrinin əmələ gəlməsini ləngidir. 2. Alma. Son.az immunitet.az-a istinadən bildirir ki, ağciyər xərçəngi, astma və şəkər xəstəliklərində orqanizmə faydası böyükdür. Tərkibində olan K vitamini sayəsində orqanizmi möhkəmləndirir. Yeməkdən 30 dəqiqə əvvəl yeyildiyi zaman iştahı azaldır. 3. Fındıq, fısdıq, qoz, badam. Mütəxəssislər sağlam yaşamaq istəyən insanların həftədə ən az 5 dəfə 25 qram qoz-fındıq yemələrini məsləhət bilir. Bu onlarda ürək-damar xəstəlikləri riskinin azalmasına səbəb olur. 4. Yemişan. Yemişan orqanizmi xərçəng xəstəliyindən qorumaq qabiliyyətinə malikdir. O arterial təzyiqi aşağı salır, yaddaşı möhkəmləndirir. 5. Yumurta. Yumurta dünyanın ən təbii və zərərsiz qidasıdır. Yumurtanın tərkibi proteinlə zəngin olsa da, kalori dəyəri aşağıdır. O beyin hüceyrələrinin qoruyur və gözə çox faydalıdır. 6. Mal əti. Mal əti omeqa3 yağı ilə çox zəngindir. Protein və B12 ilə zəngindir. Orqanizmin müqavimətini artırır. 7. Süd. Vitamin, mineral və orqanizm üçün lazım olan bakteriyalarla zəngindir. Tərkibində olan kalsium sümük sisteminin möhkəmlənməsində böyük rol oynayır. 8. Brokkli kələmi. Orqanizmi toksinlərdən qoruyur, mineral və vitaminlərlə zəngindir. Orqanizmi xərçəng hüceyrələrinə qarşı qoruyur. 9. Lobya-paxla. Şəkər və ürək-damar xəstələri üçün çox faydalıdır. Gün ərzində 25-30 qram yemək tövsiyə edilir. 10. Qızıl balıq. Qızıl balıq ən yaxşı anti-aging qida sayılır. Tərkibi omeqa3 yağı ilə zəngindir. İnsanın qanında şəkərin normallaşmasına səbəb olur. Qızıl balıq insanın əsəb sistemini sakitləşdirir və beynini qidalandırır.

Qarpızın faydaları

2017-10-14 21:40:00

Qarpız qalınqabıqlı (0,5-3 sm), daxilində çoxlu toxumu olan yumşaq ətlikli meyvəli tərəvəzdir. Qarpızın ilk vətəni Afrikadır.

Hana "sima" oldu FOTO

2017-10-14 21:30:00

Model Hana Jirikova "Beymen"in yeni "Cosmos" kolleksiyasının simasıdır.

Bakıda turisti soyan dəstə tutuldu VİDEO

2017-10-14 21:26:00

Bakıda Pakistan vətəndaşına qarşı cinayət olub. 2 dost əcnəbini döyüb onun pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə alıb qaçıblar. Polis həmin şəxsləri saxladıqdan sonra onların başqa cinayətlərini də üzə çıxarıb.

Bıçaqla tanışını hədələdi

2017-10-14 21:24:00

Bakıda həmkəndlisinə qarşı quldurluq edən şəxs saxlanılıb. O, bıçaqla tanışını hədələyib pul və mobil telefonunu əlindən alıb. Hadisə paytaxtdakı restoranların birində baş verib.

İşıqforun yalnız sarı işığı işləyir

2017-10-14 21:22:00

Sumqayıtda 12-ci mikrorayondakı işıqfor sürücüləri çaşbaş salıb. Bir neçə yolun kəsişməsində yerləşən işıqforun yalnız xəbərdaredici sarı işığı işləyir. Maraqlısı isə budur ki, həmin işıqfor həftədə yalnız 2 gün belə fəaliyyət göstərir.

Güclü sel Astarada körpünü uçurdu VİDEO

2017-10-14 21:21:00

Bir neçə gün bundan öncə cənub bölgəsinə düşən güclü leysan yağışlar Astarada ciddi fəsadlara yol açıb. Rayonun Şiyəkəran kəndində iki körpünün sel aparıb. Bəzi kəndlərdə isə bağlara ziyan vurub.

Sağlam qida –

2017-10-14 21:20:00

Balqabaq çox qədim zamanlardan qida məhsulu kimi istifadə olunur. Əvvəlcə Avropaya, sonra isə Rusiyaya gətirilib Balqabaq ən yaxşı sidikqovucu bitkilərdən biridir. Bu, onun tərkibində olan kalium, kaisium, C, B vitaminləri ilə əlaqədardır. Şirəsi bədəndən duzları qovur, qan təzyiqini tənzimləyir. Son.az immunitet.az-a istinadən bildirir ki, tərkibində çoxlu dəmir duzları, şəkər, karotin, zülal var. Balqabaqda tapılan E vitamini orqanizmin qocalmasını ləngidir, dəridə qırışların və yaş ləkələrinin yaranmasının qarşısını alır. Tərkibində karotin yerkökündən 5 dəfə çox olduğuna görə okulistlər görmə qabiliyyəti zəif olan insanlara balqabaq şirəsi içməyi məsləhət görürlər. Balqabağın tərkibində diyetoloqların çox sevdikləri T vitamini tapılmışdır. Həmin maddə ağır yeməklərin həzmini yaxşılaşdırır və piylənmənin qarşını alır. Balqabaq həm də dəmir saxlayan tərəvəzlər siyahısında liderlik edir. Hesab olunur ki, kişilərə cinsi qabiliyyəti artırmağa kömək edir. Toxumları qurd əleyhinə əla vasitə olduğunu hamı bilir. Bu məqsədlə təmizlənmiş toxumları səhər acqarına yemək lazımdır. Bundan başqa balqabağın aşağıdakı faydaları var: - Yuxusuzluq zamanı 2 dəfə 50 qr balqabaq əzməsi vəya bal qatılmış 1/3 stəkan balqabaq bişirməsi qəbul edilir; - Mübadilə pozğunluqları və qaraciyər xəstəlikləri zamanı gündə 2 dəfə 1/2 kq balqabağın ləti vəya şirəsi qəbul edlir; - Ürək xəstəlikləri və ödemlər zamanı hər gün ½ stəkan balqabaq şirəsi qəbul edilir; - Yanıqlar zamanı balqabağın təzə sıxılmış şirəsindən qoyulmuş islatma yaxşı nəticə verir; - Bağırsaq qurdları zamanı səhər acqarına 80-100qr təmizlənmiş balqabaq toxumu yaxşı çeynənərək yeyilir, 1saatdan sonra 1-2 qaşıq gənəgərçək yağı içilir.

Türkiyə hökumətinin biganəliyi: TürkiyəAzərbaycan

2017-10-14 21:18:00

Türk yazarların işğal altında olan Azərbaycana qanunsuz səfər etməsi, sonra da separatçı rejimi və Ermənistanı təbliğ etməsinin ardından Türkiyə Parlamentinin bir qrup üzvü də AŞPA-da Azərbaycan əleyhinə qəbul edilən qətnaməni dəstəkləyiblər. Təbii ki bütün bunlar Azərbaycan ictimaiyyətini narahat etməyə bilməz. Əsas təssüf doğuran məqam isə Türkiyə hökümətinin bütün bunlara biganə münasibətidir.

Plastik pəncərənin bu boltunu çevirin Sən demə,

2017-10-14 21:17:00

Sən demə plastik pəncərələrdə və qapılarda yay və qış rejimləri var. Ustaların sözlərinə görə, qış rejiminə keçilməsi evinizin istiliyini daha da artıra bilər. Bəs qış rejiminə necə kəçilməlidir?

Ağaclardan zeytun dərmək olar?

2017-10-14 21:16:00

Şəhərin bir çox yerində zeytun ağaclarına rast gəlinir. Bəziləri bar verib bəziləri isə yaxın vaxtlarda bar verəcək. Sirr deyil ki, zeytun insan orqanizması üçün xeyirli olduğundan bu meyvəyə maraq böyükdür. Bəs görəsən hər ürəyi istəyən bu ağacların zeytunundan dərə bilərmi? Diqqətsizlik nəticəsində ağaclar qırılarsa məsuliyyəti kim daşımalıdır?

Asqırmaq nədir?

2017-10-14 21:15:00

Asqırmaq insanın özündən asılı olmayaraq ağız və burun vasitəsilə qısa bir zamanda havanın sürətlə xaricə verilməsidir. Bu zaman boyun əzələləri gərilir, səs telləri qapanır və təzyiq əmələ gəlir. Güçlü təzyiq nəticəsində hava xaricə ötürülür. Burundakı sinir uclarının qıcıqlamnası sayəsində meydana çıxan asqırma həyat əhəmiyyətli bir prosesdir. Asqırma zamanı burun boşluğunda olan mikroblar xaricə çıxır. Asqırma aşağıdakı zamanlarda baş verə bilir: - soyuqdəymə zamanı - allergik xəstəliklərdə - isti-soyuq hava dəyişən zaman. Son.az immunitet.az-a istinadən bildirir ki, burun insaların hava alıb verməsində əhəmiyyətli rol oynayan bir orqandır. Burun isti və ya soyuq havanı orqanizmə daxil olmazdan əvvəl tənzimlənməsində böyük rol oynayır. Bundan başqa burun, xarici mühitdən tozcuqların birbaşa orqanizmə daxil olmasına maneçilik törətməklə bir çox xəstəliklərin qarşısını alır. Burunun daxili divarı qan damarları və sinirlərlə zəngindir. Bu da öz növbəsində qoruyucu funksiya daşıyır. Hava və çiçək tozcuqları, kosmetik vasitələrin qoxusu, çiçəklərin ətri burundakı sinir uclarını qıcıqlandırır və biz asqıraraq yad cismi orqanizmimizə daxil olmağa qoymuruq. Asqırmaq bir növ elə bil bizim xöşlanmadığımız bir şeyə qarşı etiraz əlamətimizdir. Bəzi alimlər asqırma zamanı beyin hüceyrələrinin ani olaraq işləmədiyini söyləyirlər. Belə ki, tibb tarixində hadir hallarda ardıcıl, uzun müddət fasiləsiz asqıraraq ölən adamlara rast gəlinib.

Azərbaycanda TRAGİKOMEDİYA: Bu dəfə qəssaba

2017-10-14 21:14:00

Bərdədə bir qəssaba"ət məhsullarının təmiz satışını nümunəvi təşkil etdiyinə görə" fəxri fərman verilib. "Xalq yazarı" qəzetinin baş redaktoru tərəfindən verilən bu fəxri fərmana görə qəssabdan nə az, nə çox düz 10 manatda pul alınıb.

Sürücülük vəsiqəsi yoxdur, avtobus idarə edir – VİDEO

2017-10-14 21:13:00

Sərnişinlər avtobusdan yarı yolda düşürülür. Səbəb isə sürücünün vəsiqəsi olmadığına görə yol polisindən çəkinməsidir. Paytaxt Bakıda hələdə sürücülük vəsiqəsi olmadan sərnişin daşıma ilə məşğul olan sürücüləri var.

Aylinin 8 aylıq hamilə olduğuna inanmayacaqsız VİDEO

2017-10-14 21:12:00

8 aylıq hamilə olsada, heç çəkinmədən ən çətin idaman hərəkətlərini belə asanlıqla edir. Hamiləlik müddətində bir çoxları istirahət etməyə, çox ağır işlər görməməyə çalışır. Amma sujetimizin qəhrəmanı bunların tam əksini edir. O ağırlıq qaldırır, müxtəlif və bir o qədər çətin idman hərəkətlərini asanlıqla edir. Hətta idmanla bərəbər proteinlərdə qəbul edir.

İmam Kazim və zülmkar hakimlə mübarizə

2017-10-14 21:10:00

İmam Kazimin (ə) zülmkar hakimlə mübarizələrində önəm verdiyi ən əsas məsələ hakim rejimlə əməkdaşlıq etməməsi idi. Təbii ki, bu məsələ hakim rejimin qeyri-qanuni olduğunu da göstərir. Xalqın bir hakimiyyəti qeyri-qanuni bilməsi məsələsi həmin hakimiyyət üçün olduqca təhlükəlidir. Çünki xalq bir hakimiyyətin qanuni olduğuna inanmazsa, hər an onu aradan qaldırmaq üçün bir fəaliyyət təşkil edilərək camaat da ona qatıla bilər.

Hondadan Urban EV Concept FOTO

2017-10-14 21:05:00

Əvvəlcədən təəssüf edirik ki, Urban EV konseptinin texniki özəlliyi barədə heç bir məlumat verilməyib. Yaponlar elektrikli hetçbekin sadəcə hansısa "tamamilə yeni bir platformada" yığıldığını bildirməklə kifayətləniblər. Buna görə də, hələlik yeni avtomobilin dizaynını müzakirə edəcəyik. Və əslində dizaynla bağlı danışılacaq çox şey var, beləki konseptin müəllifləri "köklərinə qayıtmaq" qərarı veriblər. Əsas olaraq 1979-cu ilə aid ikinci nəsl Honda Civic modelinə müraciət edilib və Urban konsepti bu avtomobilin xarakterik profilinə sahib olub. Son.az 4charx.com-a istinadən bildirir ki, daha bir maraqlı məqam isə, öndə və arxada fənərlərin arasın yer alan iki displeydir. Bu ekranlarda yolda hərəkət edən nəqliyyat vasitələri sürücüləri üçün hər hansı bir məlumatı yayımlamak mümkündür. Əslində başqa sürücülərin sizin avtomobilinizin batareyalarının səviyyəsini öyrənməsi çox mənasızdı. Salon dörd nəfər üçün nəzərdə tutulub və burda da displeylərə rast gəlmək mümkündür. Nəhəng ekran ön panelin üzərində, kiçik manitorlar isə qapı üzərində yer alaraq arxa görüntü kamerasının ötürdüyü videonu yayımlayır.

"Philipp Plein"dən yeni kolleksiya FOTO

2017-10-14 21:01:00

"Philipp Plein" brendi Nyu-Yorkda keçirilən Yüksək Moda Həftəsində yeni kolleksiyasını nümayiş etdirib.

Kəsilmiş at başları aşkarlandı

2017-10-14 20:59:00

Bərdə rayonunda qanunsuz at kəsimi və at əti aşkarlanıb.

Pik saatlarında metroda qatarlar “Bakmil”ə niyə gedir?

2017-10-14 20:58:00

"Bakı Metropoliteni" QSC, sərnişinlərin axşam pik saatda qatarların hansı səbəbdən depoya getməsi ilə bağlı suala cavab verib.

Nəsimi rayonunda “vor zakon” Toma yaşadıqları evi sakinlərin başına uçurur FOTO

2017-10-14 20:56:00

Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 141 ünvanında yerləşən binada yaşayan sakinlərin evi dağıdılıb. Hazırda 6 ailə yarıuçulmuş evdən salamat qalan əşyalarını çıxarmaqla məşğuldur. Şikayətçilərin sözlərinə görə, bir neçə ay öncə "F.F MTK" adlı şirkət bina tikintisi üçün bünövrə qazan zaman qəsdən bu binanın özülünü dağıdıb. Elə o vaxtdan da iki mərtəbəli bina çökməyə başlayıb. Ötən gün yağan yağışdan sonra isə binanın bir hissəsi uçaraq qəzalı vəziyyətə düşüb. Hətta dağılan binadan qopan daş 3 yaşlı uşağın başına düşərək onu zədələyib.

Təndirdən qalxan nur və quşlarin təvafi

2017-10-14 20:55:00

Kərbəla inqilabı, xüsusən, imam Hüseyn (ə) və o həzrətin dostları ilə bağlı irəli sürülən mövzulardan biri də onun təsir və kəramətlərindən ibarətdir ki, əhli-sünnə alimlərinin diqqətini cəlb etmiş və müxtəlif mənbələrdə təkidlə qeydə alınmışdır. Bu təsir və kəramətlərdən söz açan mənbələrin həcmi olduqca böyükdür. Bu məlumatlar imam Hüseynin (ə) həqqaniyyəti və mövqeyini, Yezid və onun havadarlarının isə batilliyini, eləcə də, əhli-sünnə alimlərinin görünüşündə Kərbəla inqilabının əhəmiyyətini aşılayır, Yezidin məhkumiyyəti və Kərbəla cinayətinin bağışlanmazlığına növbəti təsdiq vərəqi sayılır.

“Mühacirət mafiyası”nın üzvü Fikrət Hüseynli Ukraynada

2017-10-14 20:49:00

Mühacir həyatı yaşayan jurnalist Fikrət Hüseynlinin Kiyev hava limanında saxlanıldığı təsdiqini tapıb.