Digərləri

ABŞ-da məktəbdə atışma baş verib, yaralananlar var

2018-03-20 18:05:05

ABŞ-ın Merilend ştatında məktəbdə atışma baş verib.

3 yaşlı bu qız İnstagramda milyonçu oldu FOTO

2018-03-20 18:01:00

3 yaşlı Mili-Bell Daymond İnstagram-ın yeni ulduzudur.

Azərbaycan və ABŞın cinayət "kraliça"ları FOTO

2018-03-20 18:00:00

İnstagram-da cinayət törətdikləri üçün tutulmuş və həbs edilmiş xanımların fotolarının yerləşdirildiyi akkaunt sürətlə populyarlaşır.

Öpüşmənin zərərləri

2018-03-20 17:55:00

İnsanlar öpüşərkən orqanizmdə oksitosin hormonu artır. Bu hormon insanların özünü xoşbəxt hiss etməsinə səbəb olur.

Hamiləlikdə dəri problemləri

2018-03-20 17:50:00

Hamiləlik qadının keçirdiyi ən gözəl hissdir. Bu dövrdə onların həssas olması və psixoloji problemlər yaşaması normal haldır. Kök görünməyinizi, əvvəllər rahatlıqla geyindiyiniz geyimləri indi geyinə bilməməyinizi problem etməyin. Dünyaya gətirəcəyiniz körpə və onun gəlişi ilə daha da fərqli olacaq dünyanızı düşünün. Buna baxmayaraq, hər bir qadın hətta hamiləlik dövründə belə baxımlı görünməlidir. Qadınların çoxu hormonal dəyişikliyin nəticəsi olaraq dəridə quruluq, sızanaq, qızartı və ləkələrin yaranması problemləri ilə rastlaşırlar. Ona görə də bu müddət ərzində bədəninizə göstərdiyiniz diqqət həm sağlam və xoşbəxt bir hamiləlik dövrü keçirməyinizə, həm də doğuşdan sonra bədəninizin əvvəlki gözəlliyinə tez bir zamanda qayıtmasına kömək edəcək.

Camaat namazının əhəmiyyəti

2018-03-20 17:45:00

Hörmətli müsəlmanlar! Son.az islam.az-a istinadən bildirir ki, namazı camaatla birlikdə qılmaq Həzrəti Peyğəmbərin ən güclü sünnətlərindəndir. Rəsulullah hər zaman camaatla namaz qılmağa səy göstərmiş və camaat namazı haqqında belə buyurmuşdur:  "Camaatla qılınan namaz təkbaşına qılınan namazdan iyirmi yeddi dəfə artıq fəzilətlidir. Əgər möminlər işa və səhər namazlarının camaatla qılınmasının savabını bilsəydilər iməkləyərək məscidlərə tələsərdilər" (Riyazu's-Salihin, c.2, h.1058, 1076).

"Ulduz savaşları"nın fanatı necə olur? FOTO

2018-03-20 17:44:00

Dünyaca məşhur "Ulduz savaşları" kinosaqasının milyonlarla fanatları var.

İslamda qadın haqları

2018-03-20 17:40:00

Bildiyimiz kimi, dünya və axirət səadətini hədəf alan İslam dini cəmiyyətin təməli olan ailəni sevgi və qarşılıqlı hörmətə əsaslanan bir qurum olaraq görmüşdür. Qurani-Kərimdə bu barədə belə buyurulmuşdur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır" (Rum, 21).

Ərdoğanın çıxışı zamanı "Candy Crush Saga" oynadı FOTO

2018-03-20 17:36:00

Ədalət və İnkişaf Partiyasının (AK) növbəti iclasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı millət vəkili Tuğrul Türkeş telefonda oyun oynayarkən görüntülənib.

İçərişəhərdə “Bahar qalası” FOTO

2018-03-20 17:33:00

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq baharın müjdəçisi olan Azərbaycan xalqının qədim, milli adət-ənənələri ilə zəngin Novruz şənlikləri təşkil edib.

Birinci vitse-prezident Mehriban Əliyeva diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb (FOTO)

2018-03-20 17:31:27

Martın 20-də - Novruz bayramı günündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıdakı diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.

BAMF Braziliyada 8ci Dünya Su Forumunda iştirak edir FOTO

2018-03-20 17:21:00

Braziliyada Dünya Su Şurasının (DSŞ) təşkil etdiyi su ehtiyatları üzrə dünyanın ən böyük tədbirlərindən biri sayılan Səkkizinci Dünya Su Forumu öz işinə başlayıb.

Süni uşaq qidaları: nəyi bilmək mühümdür?

2018-03-20 17:20:00

Azərbaycanda körpələrini yalnız ana südü ilə qidalandıran analara çox az rast gəlinir. Atrıq iş o yerə çatıb ki, uşağını pediatra aparan analar həkimin təyinatı üzrə müalicə ilə yanaşı, həm də körpələrinin qidasını da dəyişməli olurlar. Qısacası, əgər altı ay ərzində üç pediatra müraciət etmisənsə, deməli, bu süni qidaların markası üç dəfə dəyişib. Uşaqlara müxtəlif mənşəli süni qidaları vermək olarmı? Azərbaycanda satılan bu məhsullarla bağlı hansı problemlər var? Ailem.az bununla bağlı araşdırma aparıb.   

Horadizdə Novruz şənliyi FOTO

2018-03-20 17:16:00

Xalqımızın milli bayramı olan Novruz cəbhə bölgəsində yerləşən Füzuli rayonunda el şənliyi kimi geniş qeyd olunub.

Yaponiyada tıxac problemi qeyriadi üsulla həll ediləcək

2018-03-20 17:15:00

Yaponiya hökuməti nəqliyyat tıxacı problemlərinin həlli məqsədilə uçan taksilərin hazırlanmasına dəstək nümayiş etdirəcək. Bu barədə "NHK" telekanalının məlumatında deyilir.   Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, hökumət İqtisadiyyat Nazirliyinə şirkətlərə kömək etməyi, eləcə də müvafiq qanunvericiliyin hazırlanması ilə məşğul olmağı tapşırıb.   Ölkə nazirliyində belə qurğuların hazırlanması üzrə fəaliyyəti əlaqələndirəcək və təklif olunan texnologiyaları müzakirə edəcək Ekspertlər Şurasının yaradılacağı gözlənilir.   Qeyd edək ki, bundan əvvəl də uçan nəqliyyat vasitələrinin yaradılması üçün müxtəlif ölkələr tərəfindən səylər göstərilib. Məsələn, Yaponiyanın "Cartivator" şirkəti "Toyota Motor" avtomobil istehsalçısının iştirakı ilə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək uçan avtomobil prototipi yaratmaq niyyətindədir. Bundan başqa, ötən il Almaniyanın "Daimler" konserni elektrik ötürücüsünə malik uçan taksinin hazırlanması ilə məşğul olan "Volocopter" startapına 25 milyon avro məbləğində investisiya yatırıb.

Bakı Novruzu qarşılayır – FOTO

2018-03-20 17:12:00

Son.az oxu.az-a istinadən Bakıda təşkil olunmuş Novruz şənliklərindən fotoları təqdim edir.

İslamda sağlamlığın qorunması

2018-03-20 17:10:00

Həzrəti Peyğəmbər (s.ə.s.) buyurmuşdur ki, "Xəstəlik gəlməmiş sağlamlığınızın qədrini bilin". Bu hədisdə hər birimiz üçün mühüm bir xəbərdarlıq vardır. Çünki xəstəlik gəlməzdən əvvəl sağlamlığın qədrini bilmək, gələ biləcək xəstəliklərə qarşı əvvəlcədən tədbir görməklə olur. Yüksək səviyyəli həkimlərin yetişməsi isə onları yetişdirə biləcək təhsil müəssisələrinin mövcudluğu ilə mümkün olar.

“Açıq qapı” günündə iştirak edən valideynlər hərbi hissələrdə yaradılan şəraitə görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər (FOTO, VİDEO)

2018-03-20 17:05:12

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Novruz bayramı münasibətilə keçirilən “Açıq qapı” günündə Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Rianna jurnalı bəzədi FOTO

2018-03-20 17:01:00

Müğənni Rianna "Vogue Paris" üçün fotosessiyalara çəkilib.

İsveçrədə "Axınla aşağı" Azərbaycan filmi nümayiş olunub FOTO

2018-03-20 17:00:00

İsveçrənin Bazel şəhərində Asif Rustəmovun "Axınla aşağı" filmi nümayiş olunub.

Epilyasiya xərçəngə səbəb ola bilərmi?

2018-03-20 16:55:00

Türkiyənin İzmir şəhərində dermatoloji klinikaya epilyasya məqsədilə təkrar müraciət edən 2 qadında epilyasiya edilən nahiyədə, dərinin rənginin dəyişildiyi aşkar edilir. Dermatologiya uzmanı qadınları dərindən müayinə edir və qadınların hər ikisinə xərçəng diaqnozu qoyulur. Son.az immunitet.az-a istinadən bildirir ki, Sağlıq Mühabirləri Dərnəyinin təmsilçisi Erkan Doğan müxtəlif araşdırmalar apardıqdan sonra epilyasiyadan istifadə edənlərə aşağıdakı məlumatları vermişdir. "Epilyasiya sadə bir proses deyildir. Bu vasitədən istifadə edənlər çox diqqətli olmalıdırlar. Onlar epilyasiyanı mütləq həkimlərin nəzarəti altında həyata keçirməlidirlər. Epilyasiyanı ya həkim, ya da tibb bacısı həyata keçirməlidir." Dermotoloji uzman hətta həkim nəzarəti altında həyata keçirilən epilyasiya zamanı istifadəçinin ən azı ildə 2 dəfə müxtəlif müayinələrdən keçməsini tövsiyə edir. Son.az

Hamiləlik zamanı USM

2018-03-20 16:50:00

Ultrasəs müayinəsi (USM) - hamiləliyin gedişinə nəzarət edilməsi üçün ən çox məlumat verə biləcək müayinə üsuludur. Məhz USM-in köməyilə hamiləliyin gedişi, dölün vəziyyəti barədə məlumat almaq olur.

Əsgərlərimiz Novruzu bayram etdilər FOTO

2018-03-20 16:49:00

Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun nümayəndələri hərbi hissələrdə olublar

Təkəbbür və qürur

2018-03-20 16:45:00

Əziz müsəlmanlar! Uca dinimiz İslam insanlara təvazökar olmağı öyrətmiş, təkəbbür və qürurdan uzaq durmağı tövsiyə etmişdir. Çünki dinimizə görə, təvazökarlıq göstərərək sadə olmaq müsəlman üçün əsas prinsiplərdəndir. Təkəbbür və qürur isə Allaha inanmış, Peyğəmbərə bağlanmış olan hər kəs üçün qadağan edilmişdir. Müsəlmanlar təkəbbür və qürurdan uzaq durmalıdırlar.

Qəribə dəniz məxluqu aşkarlandı VİDEO

2018-03-20 16:44:00

ABŞ-ın Corciya ştatının sahillərində qəribə dəniz məxluqunun ölüsü aşkarlanıb.

Cəbhədə erməni əsgər yaralanıb

2018-03-20 16:43:00

Martın 19-da Dağlıq Qarbağın təmas xəttində erməni hərbçi  yaralanıb.

Zakir Həsənov cəbhəboyu hərbi hissələrdə oldu

2018-03-20 16:41:00

Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə keçirilən "Açıq qapı" günündə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

İslamda din və vicdan azadlığı

2018-03-20 16:40:00

Ən şərəfli məxluq olan insanın, yemək, içmək, geyinmək kimi maddi ehtiyacları ilə bərabər iman və ibadət kimi mənəvi ehtiyacları da vardır. Çünki insan Allaha ibadət etmək üçün yaradılmışdır (Zariyat, 5). Uca Allah hər şeyi insan üçün yaratmış və insana saya bilməyəcəyi qədər çox nemət vermişdir. İbadət vəzifəsini icra edə bilməsi, xeyir əməllər işləyə bilməsi, pisliklərdən qoruna bilməsi, beləcə dünya və axirət xoşbəxtliyini təmin edə bilməsi üçün insana ağıl, iradə, vicdan, xeyiri və şəri, doğrunu və yanlışı bir-birindən ayıra bilmək qabiliyyəti vermiş, bununla kifayətlənməmiş, ilk insandan etibarən bələdçi olmaq üçün bəşəriyyətə peyğəmbərlər və kitablar göndərmişdir.

Sumqayıtda iki avtomobil toqquşub: sürücü yaralanıb

2018-03-20 16:39:00

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

İraq Türkiyə ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib

2018-03-20 16:38:56

İraq hakimiyyəti Türkiyə ilə ümumi sərhədlərinin təhlükəsizliyinin təmin olunması məsələləri üzrə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

İslamda sağlamlığın əhəmmiyyəti və yoluxucu xəstəliklərdən qorunma

2018-03-20 16:35:00

İnsana və insan həyatının qorunmasına böyük önəm verən İslam dini insanın mənəvi olduğu kimi, fiziki cəhətdən də sağlam həyat sürməsinə xüsusi diqqət ayırır. İki dünya səadətini hədəf alan dinimiz axirət həyatı üçün çalışan insanın bu dünyasına da fikir verməsini, xəstələndikdə müxtəlif tibbi vasitələrdən istifadə etməsini tövsiyə edir. Bu aspektdən baxdıqda müsəlman alimlərin içərisindən dünyaca məşhur təbiblərin yetişməsi təsadüfi deyildir.

Ford dizel ilə işləyən pikap təqdim etdi FOTO

2018-03-20 16:30:00

Bir sıra elanlardan sonra Amerikanın Ford Motor şirkəti rəsmi olaraq dizel ilə işləyən pikap Ford F-150 Diesel təqdim edib. Güman edildiyi kimi, avtomobil 3,0-litrlik V6 Power Stroke mühərriki alıb.