Digərləri

Allahın adları ilə necə dua etmək olar?

2017-10-15 19:50:00

Uca Allah buyurur: "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (əl-Əraf, 180).  Adlar vasitəsilə dua etmək dedikdə hər istəyə uyğun ad seçərək dua etmək nəzərdə tutulur. Məsələn, ruzi istəyən "Ya Razzəq", "Ya Vahhab" deyərək, bağışlanma diləyən "Ya Rahmən", "Ya Ğafur" deyərək Allahı çağıra, dua edə bilər. Allahın adlarının mənası haqda məqalələri İslam səhifəsindən oxuya bilərsiniz. Son.az zikr.az-a istinadən bildirir ki, Quranla istixarə isə günahdır, çünki bu, falçılığın bir növüdür. Mollanın nə dediyinə fikir verməyərək duaları etməkdə davam edin, Allahın izni ilə dualarınız həyata keçər. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər". Soruşdular: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Belə buyurdu: "Deyər ki, çoxlu dua etdim amma duam qəbul olmadı. O zaman bezər və duanı tərk edər". (Muslim, 2736). Son.az

İmam Hüseyn (ə) üçün ağlamaq təqva ilə birgə olsa...

2017-10-15 19:45:00

Seyyid ibni Tavus deyir: "Əgər bizə əzadarlıq əmri verilməsəydi, yenə də Aşurada bayram etmək olmazdı. Əgər ox bir insanın əlinə dəysə, siz təsirlənərsiniz. Necə ola bilər ki, gözünüzün önündə uşağı tikə-tikə etsinlər və insan sakit əyləşsin və onu halına göz yaşı tökməsin?! Bu ağlamaqlar zəiflik ağlamaqları deyildir. Çarəsizlik ağlamaqları deyildir. Ona görədir ki, İmam Hüseynə (ə) ağlayanlar üçün bu qədər savab vardır". (Tebyan)

Zeytun yarpağının faydaları

2017-10-15 19:40:00

Zeytun yarpağı açıq yaraların təmizlənməsinə istifadə edilə bilər.

Masallının bu kəndində evlər təhlükədədir FOTO

2017-10-15 19:31:00

Təbii hadisə Rüdəkənar kəndində qeydə alınıb

Frida müxtəlifliyi göstərdi FOTO

2017-10-15 19:30:00

Frida Aaasen "ELLE Norway" üçün fotosessiyaya çəkilib. Son.az bildirir ki, sessiyanın müəllifi Asa Tollqarddır.

"İnsan sənin yanında özünü nağıllar aləmində hiss edir"

2017-10-15 19:26:00

Zabit Ramil Səfərovun Instagram-da paylaşdığı şəkil böyük marağa səbəb olub.

Nanəli limon çayının faydaları

2017-10-15 19:20:00

Həzmi dəstəkləyir: nanə yağı və nanə çayı müxtəlif həzm, mədə və bağırsaq problemləri üçün minillərlə istifadə edilir. Hətta arxeoloji tapıntılar da, əslində nanə bitkisinin 10.000 il əvvəldən bəri qida möhkəmlətməsi olaraq istifadə edildiyini sübut edir. Nanə çayı köpü aradan qaldırır, bu da bədəndə yığılma səbəbiylə yaranan qabarıqlıq, kramp və mədə narahatlıqlarının aradan qaldırılmasına köməkçi olduğu mənasını verir.

Tibbi miflər: soyuqdəymə zamanı dondurma yemək olmaz?

2017-10-15 19:17:00

Bir çoxlarının qənaətinə görə, soyuqdəymə zamanı dondurma və ya ümumiyyətlə süd məhsullarından istifadə etmək xəstəliyi daha da gücləndirə bilər. Bəs bu fikir doğrudurmu?

Dişi keyiməyən insanlar

2017-10-15 19:16:00

Bəzi insanların bədəni yerli anesteziyadan keyimir. Onlar stomatoloji və tibbi proseduraların ağrısına dözmək məcburiyyətində qalırlar. Və bunun səbəbi hələ indi yavaş-yavaş aydın olur.

Allahın adlarını insana qoymaq olar?

2017-10-15 19:15:00

Allahın adlarını - məsələn, Əziz, Rəhim, Lətif, Kərim, Həmid adlarını – insana qoymaq olar?

Əzadarlıqlar kimlər üçün qorxu mənbəyidir?

2017-10-15 19:10:00

Şübhəsiz ki, İslam düşmənlərinin nə bizim əzadarlıqlarımız üçün ürəkləri yanır, nə də ağlamağımıza görə nigaran və narahat olurlar. Çünki bütün İslam diyarlarını Kərbəlaya və bütün günlərini Aşuraya çeviriblər.

1000 at güclü Mercedes FOTO

2017-10-15 19:05:00

Mercedes-AMG şirkəti hibrid hiperkar Project One təqdim edib. Yenilikdə Formula-1 bolidlərindəki yüksək texnologiyadan istifadə olunub. Avtomobil Frankfurt avtosalonu çərçivəsində təqdim ediləcək.

Qırğızıstanda prezident seçkiləri başa çatıb

2017-10-15 18:48:45

Qırğızstanda bu gün keçirilən prezident seçkiləri yerli vaxtla 20:00-da başa çatıb.

Bakıda polis rəisinin müavinini güllələyən şəxslər tutuldu

2017-10-15 18:48:00

Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsi paytaxtda törədilən silahlı insidentlə bağlı birgə məlumat yayıb.   Şəhər Prokurorluğundan APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər.   Həmin faktı üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.   Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət  işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində "Leksus" markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə  Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.   Hadisəni törədən şəxslər həmin avtomobillə hadisə yerindən qaçıblar.                      Həmin fakt üzrə Nizami rayon Prokurorluğunda Cinayət Məcəllsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və hadisə yerinə baxış keçirilib. Hadisə yerindən 1 ədəd 12 mm və 6 ədəd 9 mm kalibrli gilizlər götürülüb və müvafiq ekspertizalar təyin edilib.              Cinayət işləri istintaqın davam etdirilməsi üçün Bakı şəhər Prokurorluğunun icraatına verilib.   Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlər - 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuşlar - 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.               Hazırda qeyd edilən cinayət işi üzrə hadisənin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.

Deputat: Türkiyə hökuməti Azərbaycan ictimaiyyətinin tələbinə biganə yanaşmamalıdır

2017-10-15 18:41:11

Hesab edirəm ki, Azərbaycan - Türkiyə münasibətlərini arzuolunmaz məcraya yönəldən bu halların xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyə hökuməti Azərbaycanın dünya birliyi tərəfindən tanınmış dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquq çərçivəsində iş başlatmalıdı

Bakıda "Müstəqilliyimiz əbədidir" şüarı altında veloyürüş keçirildi FOTO

2017-10-15 18:22:00

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan "Müstəqilliyimiz əbədidir" şüarı altında veloyürüş keçirilib.

Bakıda “Müstəqilliyimiz əbədidir” şüarı altında veloyürüş keçirilib (FOTO)

2017-10-15 18:15:57

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan “Müstəqilliyimiz əbədidir” şüarı altında veloyürüş keçirilib.

Gəncədə 2 top mərmisi tapıldı FOTO

2017-10-15 18:00:00

Oktyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Gəncə şəhəri, Nizami rayonu ərazisində qazıntı aparılan zaman 2 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

Xarici KİVlərdə Azərbaycan məhsulları reklam olunacaq

2017-10-15 17:53:00

Xarici KİV-lərdə Azərbaycan meyvələri və meyvə şirələri ilə bağlı reklam çarxları yerləşdiriləcək.

Gəncədə 2 PHS tapılıb (FOTO)

2017-10-15 17:47:34

Oktyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Gəncə şəhəri, Nizami rayonu ərazisində qazıntı aparılan zaman 2 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

Xarici KİV-lərdə Azərbaycan meyvələri və şirələri ilə bağlı reklam çarxları yerləşdiriləcək

2017-10-15 17:33:00

Xarici KİV-lərdə Azərbaycan meyvələri və meyvə şirələri ilə bağlı reklam çarxları yerləşdiriləcək.

Azərbaycanda zəlzələ oldu

2017-10-15 17:28:00

Mingəçevir rayonunda 3.3 bal gücündə zəlzələ baş verib.

Polis də "Toyota Prado"ya atəş açıb

2017-10-15 17:20:00

Bakıda Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin yaralandığı atışma ilə bağlı hadisədə döngələr dəyişir.

Mingəçevirdə zəlzələ olub, hiss olunmayıb

2017-10-15 17:05:51

Mingəçevir rayonunda 3.3 bal gücündə zəlzələ baş verib.

Evdən 15 min manatlıq qızıl apardılar

2017-10-15 17:05:00

Bakıda evdən külli miqdarda qızıl oğurlanıb.

Müşviq Mədətov və Vəli Vəliyev saxlanıldı

2017-10-15 17:00:00

Hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Müşviq Mədətovu və onun dostu Vəli Vəliyevi məsələ aydınlaşdırılana qədər saxlayıblar.

Paytaxt mağazalarında göz oxşayan yalançı endirimlər:

2017-10-15 16:43:00

Hər mövsümdə paytaxtın bütün geyim mağazalarında yüksək endirimlər  göz oxşayır. Amma bu endirimlər təkcə geyim mağazalarına şamil edilmir. Endirimlərin şəbəkəsi genişdir. Həm ətirlərə, həm kosmetik vasitələrə, həm də məişət əşyalarına böyük endirimlər olur. İri şriftlərlə yazılmış endirim kampaniyaları hər bir alıcının diqqətini cəlb edir. Hətta, 50-70 faizədək endirimlər təklif olunur. Müştərilərin çoxu isə bu cür endirimlərin heç də real olmadığı qənaətindədir. Endirimlərlə bağlı mütəxəssislər nə düşünür? Saxta endirim adı altında müştərilərin aldadılması qanunla necə tənzimlənir?

Somalidə partlayış qurbanlarının sayı 189-a çatdı

2017-10-15 16:32:48

Somalinin paytaxtı Moqadişuda partlayış nəticəsində ölənlərin sayı 189-a çatıb, 200-dən çox adam yaralanıb.

Qırğızstanda prezident seçkiləri: saat 16:00-a seçiciləri 35.8%-i səs verib

2017-10-15 16:14:46

Qırğızstanda prezident seçkilərində saat 16:00-a seçicilərin iştirakı 35.8% təşkil edir.

İŞİDçilərin ailə üzvləri Azərbaycana gətirilir

2017-10-15 15:55:00

4 yaşlı Abdullanın ölkəmizə gətirilməsi İraqda saxlanan cihadçı ailələrinin arasında azərbaycanlı qadın və uşaqların olmasını təsdiqlədi. İlkin məlumata görə, İŞİD döyüşçüləri olduqları güman edilən şəxslərin ailə üzvü olan 1400 əcnəbi qadın və uşaq hazırda İraqda saxlanır. Hökumət qoşunları özünü İslam Dövləti (İD) adlandıran təşkilatın döyüşçülərini ölkənin əksər ərazilərindən təmizləyəndən sonra onların ailə üzvlərinin öz vətənlərinə göndərilməsi planlaşdırılır və hökumət onların hansı ölkələrdən olduqlarını müəyyənləşdirməklə məşğuldur. İraq hökumət qoşunları tərəfindən saxlanan qadın və uşaqların əksəriyyətinin Türkiyədən olduğu bildirilir. Lakin onların arasında keçmiş Sovet respublikaları olan Tacikistan, Azərbaycan və Rusiyadan gələnlər də var. Tel Afarda dindirilən qadınlardan bəziləri İŞİD-in törətdiyi qırğınlardan xəbərsiz olduqlarını bildiriblər. Azərbaycandan gəldiyi güman edilən qadın deyib ki, "Biz kiminsə öldürüldüyünü görməməmişik: "Orada hər bir şey Quran və Peyğəmbərin hədislərində yazıldığı kimi idi. Onlar şəriət qanunlarını tətbiq edirdilər".

Yaralanan polis rəisi müavininin həyatı təhlükə qarşısında

2017-10-15 15:40:00

Bugünkü atışmada yaralanmış Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin həyatı təhlükə qarşısındadır.

Azərbaycanlı İŞİDçilər Raqqa mühasirəsində

2017-10-15 15:27:00

Suriyada kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinin mühasirəsində olan və İŞİD-in "paytaxtı" elan edilmiş Raqqa şəhərində qalan terrorçular şəhəri salamat tərk etmək barədə razılıq alıb.