Dünya
2024-01-12 23:56:00
İranda 5 alpinist qar uçqunu altında qalıb.
2024-01-12 23:42:00
Türkiyədə həbsdə olan Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Mahmud sərbəst buraxılıb.
2024-01-12 23:39:00
Vatikan Ukrayna münaqişəsində tərəflərin sülhü bərqərar etməyə hazır olduğunu görmür.
2024-01-12 23:29:00
"İraq İslam Müqaviməti"nə aid silahlı şiə birləşmələri Suriyanın şimal-şərqindəki Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasına raket zərbəsi endirib.
2024-01-12 23:12:00
Çinin Henan əyalətinin Pindinqşan şəhərində kömür mədənində baş verən qəzada azı 14 nəfər itkin düşüb.
2024-01-12 23:07:00
Rusiya Ermənistan paytaxtında yanvarın 1-də faşistlərin yürüş keçirməsindən dərin narahatlıq keçirir.
2024-01-12 22:55:00
ABŞ və Britaniyanın Yəmən husilərinə qarşı hava hücumlarına SEPAH cavab verib.
2024-01-12 22:35:00
Moskvanın şimal-şərqində mənzildə yanğın baş verib.
2024-01-12 19:18:00
Ukraynanın Nikolayev vilayətinin Berezneqovatoe qəsəbəsində çavuş bölük komandirinin müavinini, daha sonra özünü güllələyib.
2024-01-12 19:13:00
"Reddit" istifadəçisi bir nəfər həyat yoldaşı ilə mübahisəyə görə özü haqqında gözlənilməz həqiqəti necə öyrəndiyini danışıb. O, eşitdiklərinə görə həyat yoldaşından ayrılmaq qərarına gəldiyini etiraf edib.
2024-01-12 18:41:00
Fransanın beynəlxalq arenada Azərbaycana hücum strategiyası mühüm dərəcədə erməni lobbiçilərin, eləcə də ermənipərəst QHT və qrupların nüfuzuna əsaslanıb.
2024-01-12 18:36:00
ABŞ və Böyük Britaniyanın 73 zərbəsi nəticəsində 5 Ənsarullah döyüşçüsü öldürülüb.
2024-01-12 18:06:00
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesinin yaranmasına mane olan ölkələr arasında Fransanın rolunu xüsusi qabardıb. Dövlət başçısı bu ölkəni İrəvanı silahlandırmaqla yanaşı, revanşizmə sürükləməkdə, növbəti müharibəyə hazırlamaqda ittiham edib.
2024-01-12 17:50:00
Fransa ictimaiyyətinin tanınmış nümayəndələri Evian-le Bən şəhərində "Azərbaycan bağı"na və Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş yolverilməz davranışı sərt tənqid ediblər.
2024-01-12 13:17:00
Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəyib.
2024-01-12 12:58:00
"Son aylarda husilər Qırmızı dənizdə kommersiya gəmiçiliyinə qarşı bir sıra təhlükəli və sabitliyi pozan hücumlar həyata keçirib, eyni zamanda, Böyük Britaniyaya məxsus və digər beynəlxalq gəmiləri təhdid edərək, həyati əhəmiyyətli ticarət marşrutunda böyük maneələrə səbəb olublar və bu, nəticədə əmtəə qiymətlərinin artmasına səbəb olub. Onların məsuliyyətsiz hərəkətləri dənizdə insanların həyatını riskə atmağa və Yəməndə humanitar böhranı daha da dərinləşdirməyə xidmət edir".
2024-01-12 11:19:00
Xəbər verdiyimiz kimi, Fransanın xarici işlər naziri vəzifəsinə 38 yaşlı Stefan Sejourne təyin edilib.
2024-01-12 09:55:00
CNN yazır ki, Yəməndə husilərə zərbələr endirilən zaman prosesi Pentaqon rəhbəri Lloyd Ostin xəstəxanadan idarə edib.
2024-01-12 08:42:00
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında yeraltı infrastrukturunun tikintisinə milyonlarla dollar xərcləyib.
2024-01-12 08:38:00
ABŞ-nin paytaxtı Vaşinqtonda Ağ evin qarşısında, həmçinin Nyu-Yorkda Tayms meydanında onlarla aktivist ABŞ-nin və Böyük Britaniyanın Yəməndəki hərbi əməliyyatlarının əleyhinə aksiya keçirir. Onların fikrincə, bu addım Qəzzadakı savaşın genişlənməsinə yol aça bilər.
2024-01-12 01:42:00
Argentinanın illik inflyasiya səviyyəsi 2023-cü ili 211,4 faizlə başa vurub ki, bu da 1990-cı illərin əvvəlindən bəri qeydə alınmış ən yüksək göstəricidir.
2024-01-12 01:39:00
İspaniya Superkubokunun son finalçısının adına aydınlıq gəlib.
2024-01-12 01:19:00
Rusiyanın Kislovods vilayətində Yeni il gecəsi 3 nəfəri öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
2024-01-12 01:09:00
İsrail hərbçilərinin Qəzzada əməliyyatları zamanı təxminən 380 məscid ya tamam, ya da qismən dağıdılıb.
2024-01-12 00:51:00
Suriyanın şimal-şərqindəki Şəddadi şəhərində yerləşən ABŞ bazası dörd raketlə vurulub.
2024-01-12 00:28:00
İngiltərənin paytaxtı Londonda Milli Təhlükəsizlik Şurasının, eləcə də Kobra güc strukturunun iclası keçirilib.
2024-01-12 00:21:00
Fransanın sabiq prezidenti Nikola Sarkozinin dövründə ədliyyə naziri olmuş ərəb əsilli Rəşidə Dati Qabriel Attal hökumətində mədəniyyət naziri postunu tutub.
2024-01-11 23:55:00
İspaniyanın Baş nazirinin müavini, ekoloji keçid naziri Teresa Ribera ölkəyə qaz idxal edən şirkətləri Rusiyadan yanacaq tədarükü üzrə yeni müqavilələr imzalamamağa çağırıb.
2024-01-11 23:42:00
İlkin verilənlərə əsasən, Rusiya hərbçiləri yanvarın 2-də Xarkovu atəşə tutarkən Şimali Koreya istehsalı olan raketlərdən istifadə ediblər.
2024-01-11 23:24:00
"O, 92 yaşında dünyanın ən yaşlı modeli kimi "Vogue Czechoslovakia" jurnalının üz qabığını bəzəyib..." "O, sübut edir ki, insanın yaşı, sadəcə, rəqəmlərdir və bəzi insanlar yaşa dolduqca şərabı xatırladır..." Karmen Dell'Orefiçe moda industriyasında ən yaşlı model kimi tanınır. O, 13 yaşında avtobusda gözə dəyib və indiyədək 92 yaşında da işləməkdə davam edir. Son.az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Oddity Central" nəşri yazıb. Karmen Dell'Orefiçenin moda dünyası ilə ilk təması uğursuz olub. Avtobusda cəmi 13 yaşı olanda balet dərsinə gedən zaman fotoqraf German Landşoffun həyat yoldaşı ona yaxınlaşanda Dell'Orefiçe görüb ki, onun sınaq fotoşəkilləri heç nə ilə nəticələnməyib. Lakin cəmi iki il sonra, 15 yaşında o, "Vogue" jurnalının üz qabığını bəzəyib, bundan sonra fotoqraf Ervin Blümenfeldin sevimli modelinə çevrilib. Karmen Dell'Orefiçe ötən il 92 yaşında "Vogue Czechoslovakia" jurnalının üz qabığında bu dəfə dünyanın ən yaşlı modeli kimi üzə çıxıb. Nyu-Yorkda anası tərəfindən tərbiyə alan Dell'Orefiçenin uşaqlığı asan olmayıb. Onun ailəsi maliyyə çətinlikləri yaşayıb, özü çox arıq olub, bu da fotoqraflara problemlər yaradıb. Onların evlərində hətta telefon olmayıb, ona görə də "Vogue" jurnalı onu çəkilişə dəvət etmək üçün arxasınca kuryerlər göndərib. Model işi ailəsini dolandırmağa güclə yetib, ona görə də o, anası ilə birgə birtəhər vəziyyətdən çıxmaq üçün hətta toxucu işləməli olub. Onun şəxsi həyatı da nağıla bənzəməyib. 1950-ci illərin əvvəllərində Bill Maylza ərə gedib, əri onun karyerasından istifadə edərək, həyat yoldaşından model agentliyinin çeklərini əldə edərək, ona öz qazancından cəmi 50 dollar verib. Onlar boşanıb və Karmen fotoqraf Riçard Heymana ərə gedib, lakin 1958-ci ildə Karmen model biznesini tərk edəndən sonra əri də onu tərk edib. Ağır maliyyə vəziyyəti Karmeni 1978-ci ildə model biznesinə qayıtmağa inandırıb və yalnız bir neçə ildən sonra o, yenidən moda jurnallarının üz qabıqlarını bəzəməyə başlayıb. O zamandan o, səylə çalışır, jurnallarda, reklam şirkətlərində görünür, hətta dəbdə olan müxtəlif brendlərin podiumlarına qalxır. Öz yaşına rəğmən, dayanmaq barədə düşünmür. "Kişi və qadınlar özlərinə qayğı göstərməli və özlərini sevməlidir. Gözəlliyin qorunub saxlanılması sirlərindən biri körpə üçün etdiklərinizi etməyinizdir, onu sevgi ilə tərbiyə edib qidalandırmağınızdır", - 92 yaşlı qadın bu yaxınlarda verdiyi müsahibələrinin birində deyib. "Bax, biz özümüzlə nə etməliyik: özümüzə qayğı göstərməli, özümüzü sevməli və özümüzə belə enerji verməliyik". 2022-ci ildə 91 yaşında Karmen Dell'Orefiçe riskli fotosessiya üçün lüt soyunub, ötən il isə bir neçə moda jurnalının üz qabığını bəzəyib. O, insanın yaşının yalnız rəqəmlər olduğunu və bəzi insanların yaşa dolduqca şəraba bənzədiyini sübut etməkdə davam edir. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
2024-01-11 22:57:00
ABŞ İranı "St Nikolas" neft tankerini və heyətini dərhal azad etməyə çağırıb.