İdman

Araz Abdullayev: "Komandamızın qələbəsi daha vacibdir"

2018-01-08 13:46:00

Kipr çempionatının 19-cu turunda milli komandamızın üzvü Araz Abdullayevin forma geydiyi "Anortosis" AEK-lə qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.

Arda Turanın yeni klubu müəyyənləşdi

2018-01-08 13:21:00

"Barcelona"nın futbolçusu Arda Turanın yeni klubunun adına aydınlıq gəlib.

Amerikalı legioner yığmamıza medal qazandırdı

2018-01-08 13:00:00

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə fiqurlu konkisürmə üzrə növbəti beynəlxalq turnir keçirilib. “FBMA Trofi-2018”də Azərbaycan da təmsil olunub.

“Azərbaycana getdiyim üçün təəssüflənmirəm"

2018-01-08 12:35:00

“Məni burada istədikləri üçün çox tez geri döndüm. Baş məşqçi Radu Birlika zəng vurdu və geri qayıtmağımı xahiş etdi. Burada məni hər kəs axtarırdı. Əks halda, qayıtmazdım”.

Uruqvaylı hücumçu "Real" və "Barcelona"nı məyus edən yeganə futbolçudur

2018-01-08 12:17:00

İspaniya La Liqasının 18-ci turunda baş tutan "Celta" - "Real" qarşılaşması 2:2 hesablı bərabərliklə yekunlaşıb. Meydan sahiblərinə 1 xal qazandıran qolu uruqvaylı Maksi Qomes "Real"ın qapısından keçirib. Goal.az xəbər verir ki, 21 yaşlı forvard bu mövsüm "Real" və "Barcelona"ya (2:2) qol vuran, hələlik yeganə futbolçudur. Hər iki İspaniya nəhəngi ilə oyunda Qomes komandasının bərabərlik qoluna imza atıb. 

Almaniya Kubokunda 1/4 final mərhələsinin püşkü atıldı

2018-01-08 11:55:00

Almaniya Kubokunda 1/4 final cütləri məlum olub. Goal.az xəbər verir ki, Bundesliqa çempionu "Bayern Munich" bu mərhələdə "Paderborn"la qarşılaşacaq.

Useyn Bolt: "Martda "Borussia"nın düşərgəsində baxışda olacam"

2018-01-08 11:23:00

Yüngül atletika üzrə 8 qat Olimpiya çempionu Useyn Bolt peşəkar futbol karyerasına başlamaq arzusundadır. Goal.az xəbər verir ki, yamaykalı sprinter yazda baxışdan keçəcəyini qeyd edib.

"Beşiktaş" Cenk Tosuna əvəzləyici tapdı

2018-01-08 11:02:00

Cenk Tosunu 27 milyon avroya "Everton"a satan "Beşiktaş" ona əvəzləyici tapıb.

Messi Müllerin rekordunu təkrarladı

2018-01-08 10:43:00

Kataloniyanın "Barcelona" klubunun hücumçusu Lionel Messi İspaniya Primerosunun 18-ci turunda "Levante"yə qarşı keçirilən ev oyununun 12-ci dəqiqəsində hesabı açıb.

Azərbaycanda oynayan futbolçular eyni klubda məşqçi oldular

2018-01-08 10:25:00

"Neftçi" və "Bakı" klublarının sabiq futbolçusu Vadim Borets Moldova "Spikul"unun məşqçilər heyətinə daxil olub.

"Juventus"un hücumçusu zədələndi

2018-01-07 18:53:00

“Juventus” qol silahlarından birini itirib. Goal.az xəbər verir ki, komandanın aparıcı üzvü Paulo Dibala sıradan çıxıb. İtaliya A seriyasının 20-ci turunda “Cagliari” ilə oyunun 50-ci dəqiqəsində əzələsindən zədələnən ulduz oyunçu Duqlas Kosta ilə əvəzləməli olub. Qarşılaşmanı göz yaşaları içində tərk edən vinger 1 ay yaşıl meydanlardan kənar qalacaq. 24 yaşlı oyunçu bu mövsüm 28 oyuna 17 qol vurub.

Mourinyo yenə topdaşıyanlardan narazıdır

2018-01-07 18:35:00

"Manchester United"in baş məşqçisi Joze Mourinyo ev oyunlarında komandanın xal itkilərinə "səbəbkarlar"ı aşkara çıxarıb. Goal.az "The Sun"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəsis "Old Trafford"da topdaşıyanların ləngliyindən narazıdır. Mourinyonun fikrincə, onların topu futbolçulara gec verməsi komandanın sürətli əks-hücumlar qurmasına imkan vermir. Joze 2017-ci ilin yanvarında artıq bir dəfə topdaşıyanları dəyişdirib. Həmin vaxt bu vəzifə sıravi uşaqların əvəzinə klub akademiyasının üzvlərinə tapşıırılmışdı. Mourinyo topdaşıyanların işindən, xüsusən "Burnley" ilə matçdan sonra (2:2) daha çox narazı qalıb. 

"Olympiacos" belçikalı futbolçunu icarəyə götürdü

2018-01-07 18:15:00

"Everton"un futbolçusu Kevin Mirallas mövsümü Yunanıstanda başa vuracaq. Goal.az xəbər verir ki, Liverpul klubu onu "Olympiacos"a icarəyə göndərib. Yunanlar yayda onun transfer hüquqlarını satın almaq hüququ qazanacaq. 2017-ci ilin mayında belçikalı yarımmüdafiəçi "Everton"la müqaviləsini 2020-ci ilin yayına kimi uzatmışdı. Bu mövsüm Mirallas cəmi 5 çempionat oyununda komandasına kömək edib. "Olympiacos" 30 yaşlı futbolçuya yad kollektiv deyil. O, 2010-12-ci illərdə Pirey klubunda top qovub. 

Koutinyonun "Barcelona"ya transferi Braziliya klubuna da pul qazandırıb

2018-01-07 17:34:00

"Barcelona" yanvarın 6-da Filippe Koutinyonun transferini rəsmiləşdirdi. Transfer katalonlara , bonuslar daxil olmaqla 160 milyon avroya başa gələcək. Goal.az xəbər verir ki, bu məbləğin 2.5%-i braziliyalı futbolçunu yetişdirən "Vasco Da Gama" klubuna ödəniləcək. Bu isə 4 milyon avro təşkil edir. "Barcelona" bunu 30 gün ərzində "Vasco"nun hesabına köçürməlidir.

"Kimlərlə yolumuza davam edəcəyimizə rəhbərliklə danışdıqdan sonra aydınlıq gələcək" - MÜSAHİBƏ

2018-01-07 17:14:00

- İlk iki dövrə gərgin keçdi. Əvvəlki illərdə olduğu kimi, asan qələbələr görmədik. Demək olar, komandaların səviyyəsi bir-birinə yaxındır. Kimin qalib gələcəyini deməkdə çətinlik çəkirsən. Ola bilsin, favoriti göstərəsən, amma onun rahat şəkildə qələbə qazanacağını proqnozlaşdırmaq mümkün deyil. Turnir cədvəlinə baxdıqda, bunu görməmək mümkün deyil. Sevindirici haldır ki, Yüksək Liqaya dəvət edilən komandalar da intirqanın yaranmasında yaxından iştirak edirlər. Onlardan biri liderlər qrupunda yer alıb, digəri isə ora can atır. Əlbəttə, bu cür gedişat sevindirici məqamdı. Cari mövsümlə bağlı yeniliyin, özəlliyin biri də futzala mətbuat tərəfindən marağın artmasıdı. Oyunların canlı yayımlanması, müxtəlif televiziya kanallarının oyunlardan kadrlar çəkməsi, yayımlaması, hər turdan sonra nəticələri digər saytlarda və qəzetlərdə oxumaq bu sahədə illərdi çalışan bir mütəxəssis kimi bizi sevindirməyə bilməz. Bunun davamlı olmasını arzulayıram.

Zidan: "Hazırda qapıçıya ehtiyacım yoxdur"

2018-01-07 16:54:00

"Real"ın "Athletic"in gənc qapıçısı Kepa Arrisbalaqanın transferinə yaxın olduğu deyilir. Goal.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan isə hazırda qapıçı istəmədiyini qeyd edib.

"Napoli"nin futbolçusu A Seriyasının tarixinə düşdü

2018-01-07 16:33:00

"Napoli"nin hücumçusu Xose Kallexon İtaliya A Seriyasında özünəməxsus rekorda imza atıb. Goal.az xəbər verir ki, 30 yaşlı futbolçu "Verona" ilə qarşılaşmada (2:0) fərqlənməklə A Seriyasının tarixində ən sərrast ispan futbolçu statusunu qazanıb. Qollarının sayını 52-ə çatdıran Kallexon 1960-cı ildə "Qızıl top" mükafatını qazanan Luis Suarez Miramontesi ("İnter, "Sampdoria", 51 qol) geridə qoyub. İspan futbolçu 2013-cü ildə "Real"dan Neapol klubunun heyətinə qoşulmuşdu. 

"Liverpool" Koutinyoya əvəzləyici axtarır

2018-01-07 16:15:00

Filippe Koutinyonu "Barcelona"ya satan "Liverpool" ona əvəzləyici tapıb. Goal.az xəbər verir ki, "qırmızılar" qış transfer pəncərəsində "Monaco"nun yarımmüdafiəçisi Toma Lemarı heyətinə qatmağa çalışacaq. "Mersesaydlılar"ın ehtiyat variantı Riyad Mahrez (Leicester City), Yulian Brandt (Bayer) və Yulian Drakslerdir (PSG). "Sky Sports" isə klubun Mahrezin xidmətində maraqlı olmadığını bildirir. "Liverpool" artıq transferini həll etdiyi Nəbi Keytanı da "Leipzig"dən qışda gətirmək istəyir. Qvineyalı futbolçu qeyri-stabil çıxış etsə də, almanlar onu yaya qədər saxlamağı planlaşdırır. 

Alleqrinin "Juventus" və A Seriyasında yubiley qələbəsi

2018-01-07 15:53:00

İtaliya A Seriyasının 20-ci turunda "Cagliari"nin qonağı olan "Juventus" Bernardeskinin yeganə qolu ilə qalib gəlib. Goal.az xəbər verir ki, bu qələbə "qoca senyora"nın baş məşqçisi Massimiliano Alleqrinin A Seriyasında, ümumilikdə 200-cü zəfəri olub. 2014-cü ildən "Juventus"a rəhbərlik edən 50 yaşlı mütəxəsis Turin klubu ilə 100-cü qələbəyə sevinib. O, "Cagliari" (2008-10) və "Milan"ın (2010-14) da sükanı arxasında olub. 

Çində bahalı transferlərə görə sərt vergitutma sistemi qüvvədə qaldı

2018-01-07 15:34:00

Çin Futbol Federasiyası qış transfer pəncərəsi üçün vergiləri təsdiqləyib. Goal.az xəbər verir ki, reqlamnetə görə sərt vergi tutulmaları qüvvədə qalıb. Klublar qiyməti 7 milyon dollardan artıq olan əcnəbi, 3 milyon dollardan artıq yerli futbolçu transfer etdəcəyi halda 100% vergi ödəməli olacaqlar. Bu pullar federasiya tərəfindən "gənc yerli futbolçuların yetişdirilməsi və ğlkədə futbol hərəkatının inkişafı"na yönələndiriləcək.

"Barcelona"nın icarəyə verdiyi futbolçu mövsümü erkən başa vurdu

2018-01-07 15:12:00

"Barcelona"nın "Las Palmas"a icarəyə verdiyi Serji Samper mövsümü erkən başa vurub. Goal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi La Liqanın 18-ci turunda "Eibar"a qarşı oyunda (1:2) ciddi zədə alıb. Samperin sol ayağının fibua sümüyü və topuq bağları qırılıb. O, Barselonada əməliyyat olunacaq və yaya qədər meydana çıxa bilməyəcək. Gənc futbolçu bu mövsüm "Las Palmas"da cəmi 2 oyuna çıxıb. 

Əndəlus derbsindən öncə azarkeşlər arasında toqquşma olub

2018-01-07 14:50:00

İspaniya La Liqasının 18-ci turunda keçirilən "Sevilla" - "Real Betis" (3:5) qarşılaşmasından əvvəl xoşagəlməz hadisələr qeydə alınıb. Goal.az xəbər verir ki, Əndəlus derbisindən öncə Sevilyanın küçələrində azarkeşlər arasında toqquşma olub. Nəticədə 24 fanat polis tərəfindən saxlanılıb. Onların üzərindən kəsici alətlər və dəyənəklər götürülüb. Əyalətin hakimiyyət nümayəndəsi Antonio Sans qeyd edib ki, iğtişaşlar qəsdən planlaşdırılıb. O, həbslərin davam edəcəyini də istisna etməyib. 

Messinin atası futbolçunun yeni müqaviləsindəki xüsusi bəndi təsdiqləyib

2018-01-07 14:32:00

"Mundo Deportivo" nəşri Messinin "Barcelona" ilə 2021-ci ilə qədər yenilədiyi müqaviləsinə xüsusi bənd daxil etdiyini yazmışdı. Bu bəndə əsasən Kataloniya müstəqillik qazanacağı təqdirdə "Barcelona" Avropanın "böyük beşlik" liqalarından heç birinə qəbul edilməsə, argentinalı ulduz klubu azad agent kimi tərk edəcək. Goal.az xəbər verir ki, onun atası Jorj Messi müqavilədə analoji şərtin olduğunu təsdiqləyb.

"Chelsea" və "Manchester United"in məşqçiləri söz savaşına çıxıb

2018-01-07 14:08:00

"Chelsea"nin baş məşqçisi Antonio Konte "Manchester United"in çalışdırıcısı Joze Mourinyonun danışılmış oyunlara görə cəzalandırılması ilə bağlı ona atdığı sözə cavab verib. Goal.az xəbər verir ki, Konte həmkarını "adamcığaz" adlandırıb.

Budaq Nəsirov "Sporting B"də növbəti oyuna çıxıb

2018-01-07 13:52:00

21 yaşadək futbolçulardan ibarət milli komandamızın yarımmüdafiəçisi Budaq Nəsirov Portuqaliyanın "Sporting" klubunun B komandasının heyətində növbəti matçına çıxıb.  Goal.az xəbər verir ki, həmyerlimiz 2-ci liqanın XIX turu çərçivəsində səfərdə "Braga"nın B komandasına qarşı keçirilən matçda meydanda olub. Matç 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Zədəsini yenicə sağaldan həmyerlimiz oyuna start heyətində başlayıb və 63-cü dəqiqədə Jovane Kabralla əvəzlənib.  "Sporting" bu heç-heçədən sonra xallarının sayını 25-ə çatdırıb və turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.  

Dünya çempionatının himnini Ledi Qaqa oxumaq istəyir

2018-01-07 13:12:00

Məşhur amerikalı müğənni Ledi Qaqa Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatının rəsmi himnini ifa edə bilər. Goal.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Star" qəzeti yazıb. 31 yaşlı ifaçı artıq mahnını yazıb və təsdiq üçün FİFA-ya göndərib. Təşkilat bəstəni turnirin rəsmi himni kimi təsdiq etməsə, müğənni onu yeni solo albomuna daxil edəcək. Dünya çempionatının oyunları 14 iyundan 15 iyuladək Rusiyanın 11 şəhərində keçiriləcək.

"Liverpool" Koutinyonun formasını alan azarkeşlərinə vauçer göndərib

2018-01-07 12:50:00

"Liverpool" Filippe Koutinyonun formasını alan azarkeşlərinə 50 funt dəyərində vauçer təqdim edəcək. Söhbət klubun rəsmi mağazalarından alış-veriş edən fanatlara aiddir. Goal.az xəbər verir ki, vauçerlər artıq futbolkanı alan azarkeşlərin elektron poçtuna göndərilib. Bu vauçeri klubun istənilən mağazasına pula dəyişmək mümkündür.

Lukas Podolski Kölndə türk restoranı açıb

2018-01-07 12:32:00

Almaniyalı futbolçu Lukas Podolski Köln şəhərində dönər restoranı açıb. Goal.az xəbər verir ki, Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Podolski bu məkanı Salih v Metin Dağ qardaşları ilə birlikdə işlədəcək. Açılışda media mənsublarına açıqlama verən 32 yaşlı forvard türk yeməklərini bəyəndiyini bildirib.

Maradona: "Tevez Çində torbasını dollarla doldurdu və qayıtdı"

2018-01-07 12:12:00

Karlos Tevez yanvarın 6-da "Shanghai Shenhua"da keçirdiyi 2 ildən sonra doğma klubu "Boca Juniors"a qayıtdı. Goal.az xəbər verir ki, onun bu qərarına "Al Fujairah" komandasına rəhbərlik edən Diyeqo Maradona maraqlı münasibət bildirib.

Yubiley matçında 4-cü divizon klubuna uduzdu, istefaya göndərildi

2018-01-07 11:50:00

İngiltərə Premyer Liqasında mübariz aparan "Stoke City" 54 yaşlı baş məşqçi Mark Hyusu istefaya göndərib. Goal.az xəbər verir ki, bu qərar çempionatda uğursuz çıxış edən komandanın İngiltərə Kubokunun 3-cü raundunda "Coventry City"yə 1:2 hesablı məğlubiyyətindən sonra qəbul olunub. "Stoke City" 1938-ci ildən bəri ilk dəfə yüksək dəstə təmsilçisi kimi 4-cü divizion klubuna uduzub. Bu qarşılaşma Hyuzun komandanın baş məşqçisi kimi yubiley - 200-cü oyunu olub (71 qələbə, 48 heç-heçə, 81 məğlubiyyət). Hyuz 2013-cü ildən "Stoke City"nin sükanı arxaısnda idi.

"Napoli" azarkeşləri ilə polis arasında toqqşuma baş verib

2018-01-07 11:32:00

İtaliya A Seriyasının 20-ci turunda baş tutan "Napoli" - "Verona" (2:0) matçından öncə azarkeşlər arasında toqquşma qeydə alınıb. Goal.az xəbər verir ki, Neapol klubunun təxminən 100 fanatı qonaq azarkeşlərə hücum etməyə çalışıb. Yerli polis ultras qruplar arasında iğtişaşın boyüməsinə imkan verməyib. Asayiş xidmətçiləri və neapollu azarkeşlər arasında yaşanan toqquşmada bir neçə polis xəsarət alıb. 

Klopp: "Koutinyo gələcəyinin Barselonada olduğuna qərar verdi"

2018-01-07 11:10:00

"Liverpool"un baş məşqçisi Yurqen Klopp braziliyalı yarımmüdafiəçi Filippe Koutinyonun "Barcelona"ya transferi ilə bağlı fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, alman mütəxəsis ciddi cəhdlərinə baxmayaraq, onu fikrindən daşındıra bilmədiklərini qeyd edib.