İdman

Yığmamız Makedoniyaya uduzub

2018-04-11 18:35:00

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edir. Goal.az xəbər verir ki, millimiz turnir çərçivəsində bu gün ilk oyununa çıxıb. Komandamız Makedoniyadan olan həmyaşıdları ilə qarşılaşıb və görüş rəqibin 2:0 hesablı qələbəsi ilə nəticələnib. U-17 turnirdə növbəti oyununu aprelin 13-də Xorvatiyaya qarşı keçiricək. Son qarşılaşma isə aprelin 15-də ev sahibi Bosniya və Herseqovina ilə olacaq.

Strootman: "Əsas məqsədimiz finala vəsiqə qazanmaqdır"

2018-04-11 18:17:00

"Roma"nın Çempionlar Liqasında "Barcelona"nı məğlub etməsi böyük əks-səda doğurub. Goal.az xəbər verir ki, matçdan sonra "canavarlar"ın yarımmüdafiəçisi Kevin Strootman bunları deyib:

8 afrikalı idmançı "fərarilik edib"

2018-04-11 17:55:00

Avstraliyanın Qold-Koste şəhərində keçirilən Birlik Oyunlarında Kamerun yığmasının 8 idmançısı yoxa çıxıb. Goal.az xəbər verir ki, Afrika ölkəsinin rəsmiləri atletlərin düşərgədən qaçdıqlarını təxmin edirlər. Rəsmi açıqlamada Kamerun yığmasının Oyunlarda iştirak etmək üçün Avstraliyaya gələn 24 idmançısından 8-nin itdiyi bildirilir. Onlardan 3-ü aprelin 8-də, 2-si isə ertəsi gün yığmanın düşərgəsini tərk edib. Aprelin 10-da isə daha 3 atlet öz otağına qayıtmayıb.

Kramnik ShamkirChess2018 turnirinə qatılmayacaq

2018-04-11 17:40:00

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirin iştirakçıları siyahısında dəyişiklik edilib. Goal.az xəbər verri ki, sabiq dünya çempionu Vladimir Kramnik Təşkilat Komitəsinə məktub ünvanlayıb. Rusiyalı şahmatçı Almaniyanın paytaxtı Berlində keçirilmiş İddiaçılar Turnirindən sonra bir müddət istirahətə ehtiyacı olduğunu bildirib. Buna görə də Kramnik “ShamkirChess 2018”dən onu başqa şahmatçı ilə əvəzləməyi xahiş edib.

İŞİD-dən Rusiya mundialına görə təhdid

2018-04-11 17:22:00

İŞİD 2018-ci il dünya çempionatı zamanı Rusiyanı terror aktları ilə hədələyib. Goal.az xəbər verir ki, təhdidin yer aldığı fotoları terror qruplaşmasına yaxınlığı ilə seçilən "Wafa Media Foundation" Telegram sosial şəbəkəsində yayaımlayıb. Burda RF prezidenti Vladimir Putinin Suriyada Bəşər Əsədə dəstək verməsi pislənir.

"Fenerbahçe"nin futbolçusuna 15 milyon avroluq təklif

2018-04-11 17:03:00

"Fenerbahçe"nin ötən yay "Zenit"dən transfer etdiyi Julianoya Bundesliqadan maraq var. Goal.az xəbər verir ki, "Bayer Leverkusen" braziliyalı havbekə görə 15 milyon avro ödəməyə hazırdır. "Aspirinlər" növbəti mövsüm Çempionlar Liqasında oynamaq üçün möhkəm heyət formalaşdırmağa çalışır.

Pele dünya çempionatına gəlməyəcək

2018-04-11 16:43:00

Dünya futbolunun əfsanəsi Pele Rusiyada keçiriləcək dünya çempionatına qatılmaqdan imtina edib. Goal.az xəbər verir ki, 78 yaşlı veteran hücumçu səhhətindəki problemlə əlaqədar DÇ-2018-in oyunlarına gedə bilməyəcək.

"Manchester United" 28 yaşlı müdafiəçi ilə maraqlanır

2018-04-11 16:24:00

"Manchester United" sol cinah müdafiəçisi axtarır. Goal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Southampton"un futbolçusu Rayan Bertranı gözaltı edib. Rəhbərlik hesab edir ki, 28 yaşlı futbolçu Joze Mourinyonun oyun tərzinə uyğun gəlir. İngilis müdafiəçinin transfer dəyəri 25 milyon funt göstərilir. Bertranı "Manchester City" də heyətində görmək istəyirdi.

Xama Billatın "Qarabağ"a transferi baş tutmayıb

2018-04-11 16:05:00

Cənubi Afrika Respublikasını (CAR) təmsil edən "Mamelodi Sundowns" klubunun futbolçusu Xama Billiatın "Qarabağ"a keçidi baş tutmayıb. Goal.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. İddiaya görə "Qarabağ" zimbabveli hücumçunu heyətinə qatmaq üçün ilkin müqavilə təklif edib. Lakin razılıq əldə olunmayıb. Hazırda Billiat digər variantları nəzərdən keçirir. 28 yaşlı forvardın hazırkı müqaviləsi iyunun 30-da başa çatacaq.

"Roma"nın prezidenti fonata tullanıb

2018-04-11 15:46:00

"Roma" Çempionlar Liqasının /4 final mərhələsində sürrizə imza ataraq "Barcelona"nı 3:0 məğlub edərək yrımfinala vəsiqə qazanıb. Klubun prezidenti Ceyms Palotta bu qələbəni azarkeşlərlə qeyd edib. Goal.az xəbər verir ki, o, Piazza del Popolo məntəqəsində yerləşən fontana baş vurub. Bu görüntüər sosial şəbəkələrdə marağa səbəb olub. 

Cənubi Koreya millisinə ayrılan mükafatın həcmi açıqlanıb

2018-04-11 15:29:00

Cənubi Koreya millisinin 2018-ci il dünya çempionatına çıxmasına görə futbolçulara ayrılan mükafatın həcmi açıqlanıb. Goal.az xəbər verir ki, yerli federasiya yığma üzvlərinə 2.4 milyard von (2.24 mln dollar) ödədiyini bildirib. Dünya çempionatının seçmə mərhələsində ən azı 1 dəfə milliyə dəvət alan istənilən futbolçuya bu mükafatdan pay çatacaq. Eyni zamanda futbolçular komandanın mundiala vəsiqə qazanmasında oynadığı rola görə 4 qrupa bölünəcək. Ən aparıcı oyunçular şəxsi büdcəsini 80 mln von (75 min dollar), 2-ci qrup 60 mln von (56 min dollar), 3-cü qrup 40 mln von (37 min dollar), son qrupa daxil olanlar isə 30 mln von (28 min dollar) zənginləşdirəcək.

Azərbaycan Kubokunda yarımfinalın 2 oyununa təyinatlar

2018-04-11 15:10:00

12 aprel (cümə axşamı)

"Chelsea"nin yeni transfer hədəfi

2018-04-11 14:52:00

Mövsümlərarası fasilədə yarımmüdafiə xəttini gücləndirmək fikrndə olan "Chelsea"nin yeni transfer hədəfi var. Goal.az xəbər verir ki, "zadəganlar" "Nice" klubunun futbolçusu Jan-Mişel Seri ilə maraqlanır. 26 yaşlı havbeki bir müddət öncə "Barcelona" və "Manchester City" də izləyirdi. 2015-ci ildən "Nice"nın şərəfini qoruyan futbolçunun transfer dəyəri 40 milyon avro göstərilir. Bu mövsüm Kot-d`İvuar millisinin üzvü Fransa Liqasında 25 oyuna çıxıb və 1 qol vurub. 

Belçikalı azarkeşləri dünya çempionatı zamanı 5 polis müşaiyət edəcək

2018-04-11 14:36:00

2018-ci il dünya çempionatı öncəsi bir sıra Avropa ölkələrinin narahatlığı davam edir. Goal.az xəbər verir ki, Belçika azarkeşləri müşaiyət etmək üçün 5 polis əməkdaşının xidmətindən yararlanacaq. Belçikanın Rusiyadakı səfiri Jan-Artur Rejibo 2 polisin Moskvada olacağını, 3-nün isə millinin oyunlarını keçirdiyi digər şəhərlərə yollanacağını qeyd edib. Qərbi avropalılar qrup mərhələsində İngiltərə, Tunis və Panama ilə qarşılaşacaq. Təhlükəsizlik işçiləri əsas diqqəti İngiltərə ilə Kalininqradda baş tutacaq oyuna yönəldəcək. Tunislə matç Moskva, Panama ilə qarşılaşma isə Krasnodarda keçiriləcək. 

Amil Yunanov: "Mənim üçün əsas hədəf komandanın uğurudur"

2018-04-11 14:19:00

“Sumqayıt” komandasının futbolçusu Amil Yunanovun “Report”un suallarını cavablandırıb. Goal.az müsahibəni təqdim edir. 

Buffon: "O dünya futbolunun ən lazımlı oyunçusudur"

2018-04-11 14:00:00

Juventus-un qapıçısı Canluici Buffon Real-la Çempionlar Liqasının 1/4 final cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.

Klopp: "Barcelona-nın məğlubiyyətini eşidəndə zarafat olduğunu düşündüm"

2018-04-11 13:34:00

Liverpool-un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasaının 1/4 final mərhələsində səfərdə Manchester City-yə 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəldikləri oyundan sonra açıqlama verib.

Qarabağ-dan Roma-ya təbrik: "Bizi məğlub etmək Barcelona-nı udmaqdan çətindir"

2018-04-11 13:15:00

Çempionlar Liqasının 1/4 final mərhələsində Roma ilk matçda 1:4 hesabıyla məğlub olduğu Barcelona-nı qəbul edib. "Canavarlar" qonaqlara 3:0 hesabıyla qalib gələrək yarımfinala adlayıb.

Sərbəst güləş yığmamız Vətəndə

2018-04-11 12:26:00

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda ikinci yeri tutan Azərbaycanın sərbəst güləş yığması Vətənə dönüb.

Qvardiola hakimdən narazı qalıb

2018-04-11 12:00:00

Manchester City Çempionlar Liqasının 4/1 finalının cavab oyununda da Liverpool-a (1:2) məğlub olaraq, turnirlə vidalaşıb.

Alleqridən Real-la oyun öncəsi iddialı açıqlama

2018-04-11 11:44:00

İtaliyanın Juventus klubunun baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının ¼ final matçı çərçivəsində Real ilə keçiriləcək cavab qarşılaşması haqqında fikirlərini bölüşüb.

Roma-nın prezidenti: "Qarabağ və Barcelona ilə oyundakı qol sevinci eyni idi"

2018-04-11 11:22:00

"Bu, ən gözəl qələbə, fantastik gecədir".

Barcelona prezidenti üzr istədi

2018-04-11 10:44:00

İspaniyanın Barcelona klubunun prezidenti Jozep Mariya Bartomeu komandanın Çempionlar Liqasında mübarizəni dayandırmasına münasibət bildirib.

Roma 34, Liverpool 10 il sonra

2018-04-11 10:21:00

İtaliyanın Roma klubu 34 ildən sonra ilk dəfə hazırda Çempionlar Liqası adlanan Avropanın ən nüfuzlu klub turnirinin yarımfinalına yüksəlib.

Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşəcək

2018-04-11 09:41:00

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Ermənistan millisinə yeni baş məşqçi

2018-04-10 20:10:00

Ermənistan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Goal.az xəbər verir ki, bu vəzifə 5 ildən sonra yenidən Vardan Minasyana həvalə olunub. Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Hayrapetyanın irəli sürdüyü təklifi İcraiyyə Komitəsinin bütün üzvləri yekdilliklə dəstəkləyib. 

"Müntəzəm oynamasan belə, "Bavariya"nın təklifindən imtina etmək olmaz" - MÜSAHİBƏ

2018-04-10 19:21:00

"Bayern Munchen"un qapıçısı Sven Ulrayx bir sıra sualları cavablandırıb. Goal.az müsahibəni təqdim edir.

Qomis "Galatasaray"da ilin ən yaxşısı seçildi

2018-04-10 18:53:00

"Galatasaray"da "ilin idmançısı" mükafatının qalibi müəyyənləşib. Goal.az xəbər verir ki, bu nominasiyada futbol klubunun hücumçusu Bafetimbi Qomis qalib olub. "Türk Telekom" stadionunda təşkil olunan mərasimdə Qomisə mükafatı klubun prezidenti Mustafa Cengiz və Metin Öztürk təqdim edib.

Avropa Liqasında 1/4 final oyunlarına təyinatlar

2018-04-10 18:36:00

Avropa Liqasının 1/4 final mərhələsində keçiriləcək cavab oyunlarına hakim təyinatları açıqlanıb. Goal.az xəbər verir ki, turnirin favoritlərindən "Arsenal"ın oyunu alman, "Atletico"nun oyunu isə serb hakimlərə həvalə olunub.

Superliqanı ilk tərk edən klub müəyyənləşdi

2018-04-10 18:16:00

Futbol üzrə Türkiyə Superliqasında bu mövsümün yekunlarına görə elitanı tərk edən ilk klubun adına aydınlıq gəlib.

"Futbolçuların hamısı bir-birinə hörmət etsə, hamı kapitan kimi sayılar" - MÜSAHİBƏ

2018-04-10 17:48:00

"Neftçi" klubunun futbolçusu Rəşad Sadiqovun "Report"a müsahibə verib. Goal.az müsahibəni təqdim edir. 

Vinisius: "Dünyanın ən böyük klubunda oynayacam"

2018-04-10 17:08:00

"Flamengo"nun 17 yaşlı yarımmüdafiəçi Vinisius Juniorun "Real"a transferi rəsmiləşsə də, onun Madridə nə zaman gedəcəyi hələ dəqiq deyil. Goal.az xəbər verir ki, gənc futbolçu bu məsələ ilə bağlı fikirlərini bölüşüb.