İdman

Batut gimnastikası və tamblinq üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşdi

2018-04-13 10:44:00

Aprelin 12-də Bakıdakı Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının ilk qalibləri müəyyənləşib.

Avropa Liqasında yarımfinalın püşkü atılacaq

2018-04-13 10:08:00

İsveçrənin Nyon şəhərində Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Çempionlar Liqasında yarımfinalın püşkü atılacaq

2018-04-13 09:51:00

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Roma"nın prezidenti fontana tullandığına görə cərimələnib

2018-04-12 18:52:00

"Roma"nın prezidenti Ceyms Palotta komandanın Çempionlar Liqasında "Barcelona"nı mübarizədən kənarlaşdırmasından sonra maraqlı qələbə sevinci ilə diqqət çəkmişdi. O, emoisyalarını fontana tullanmaqla qeyd etmişdi. Goal.az xəbər verir ki, bu hərəkətinə görə Palotta 450 min cərimə ödəməli olacaq. O, fontanın təmiri üçün 230 min avro ayırmaq qərarına gəlsə və şəhər merindən üzr istəsə də, cəzadan yaxa qurtara bilməyib.

Ukraynalı qapıçının avtomobili qaçırılıb

2018-04-12 18:37:00

"Shakhtar"un qapıçısı Andrey Pyatov qarətə məruz qalıb. Goal.az xəbər verir ki, 33 yaşlı qolkiperin Audi Q7 markalı avtomobili Kiyevdə qaçırılıb. Hadisə aprelin 11-ə keçən gecə baş verib. Faktla əlaqədar cinayət Məcəlləsinin 289-cü maddəsi əsasında cinayət işi açıb. Bu yaxınlarda Pyatov Donetsk klubu ilə müqaviləsini 2.5 il müddətinə uzadıb. O, 2007-ci ildən "Shakhtar"un şərəfini qoruyur.

Keşlə Sumqayıt-a qalib gəldi

2018-04-12 18:14:00

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Andres İniesta Çinə yollanır

2018-04-12 17:46:00

"Barcelona"nın yarımmüdafiəçisi Andres İniesta mövsümün sonunda klubunu dəyişəcək. Bu barədə "Catalunya Radio" məlumat yayıb. Goal.az xəbər verir ki, təcrübəli futbolçunun Çinə yollanmaq fikri var. "Tianjin Quanjan" klubu ona 3 illik müqavilə və 37 milyon avroluq məvacib təklif edir. Bəzi mənbələr İniestanın "Tianjin"lə ilkin razılıq əldə etdiyini yazır. Bu klub mövsüm boyu ispaniyalı havbekə maraq göstərirdi. 33 yaşlı futbolçu ötən il "Barcelona" ilə ömürlük müqavilə imzalamışdı.

I Divizion klublarının yarıdan çoxu Topaz Premyer Liqasında iştirakdan imtina edib

2018-04-12 17:29:00

Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən klubların yarıdan çoxu 2018/2019 mövsümündə Premyer Liqada iştirak üçün ərizə verməyib.

"Prosineçkini "Beşiktaş"a buraxmadığım üçün mənə minnətdar olmalıdırlar"

2018-04-12 17:07:00

Millimizin sabiq baş məşqçisi Robert Prosineçki "Kayserispor"da işlədiyi vaxt "Beşiktaş"la anlaşmağa yaxın olub. Goal.az xəbər verir ki, bu barədə "beİN Sport"a açıqlamasında Kayseri klubunun sabiq idman direktoru Süleyman Huram danışıb.

"Arsenal"ın futbolçusu sıradan çıxıb

2018-04-12 16:30:00

"Arsenal"ın yarımmüdafiəçisi Henrik Mxitaryan ciddi zədə alıb. Goal.az xəbər verir ki, erməni futbolçu Premyer Liqada mövsümü başa vurub. "topçular" Avropa Liqasının finalına çıxsa, onun meydana çıxması mümkündür. Mxitaryan artıq "Southampton" və CSKA ilə oyunları buraxıb. Onun dizində problemlər olduğu deyilir. 

"Xəzər"in futbolçusu cəzalandırıldı

2018-04-12 16:30:00

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Türk futbolçu sevgilisindən ayrıldı

2018-04-12 16:11:00

Fenerbahçe-nın futbolçusu Alper Potukla aktrisa sevgilisi Tuvana Türkay yenidən ayrılıb.

"Barcelona"nın futbolçusu əməliyyat olunub

2018-04-12 15:47:00

"Barcelona"nın yarımmüdafiəçisi İvan Rakitiç əməliyyat olunub. Goal.az xəbər verir ki, xorvatiyalı futbolçu sol əlindəki barmağı sındırmışdı. Bu hadisə Çemionlar Liqasının 1/4 final mərhələsində "Roma" ilə cavab matçından sonra baş vermişdi. Rakitiç hazırki vəziyyətini İnstagram hesabından paylaşdığı foro ilə azarkeşlərə bildirib. Onun İspaniya Kubokunun final qarşılaşmasına (21 aprel) kimi meydana qayıdacağı gözlənilir. 

Rusiyalı şahmatçı Vüqar Həşimovun xatirə turnirinə qatılmaqdan imtina etdi

2018-04-12 15:27:00

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində iştirakçıların siyahısında dəyişiklik edilib.

Azarkeşləri Kəpəz-i ziyana saldı

2018-04-12 15:08:00

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Vilyan: "Chelsea"də nəyisə dəyişmək lazım gələcək"

2018-04-12 14:45:00

"Chelsea"nin yarımmüdafiəçisi Vilyan komandanın bu mövsüm çıxışına münasibət bildirib. Goal.az xəbər verir ki, braziliyalı havbek bunları deyib:

Reşford: "Sautqeytin rəhbərliyi altında oynamaq xoşdur"

2018-04-12 14:26:00

"Manchester United"in hücumçusu Markus Reşford 2018-ci il dünya çempionatını gözləyir. Goal.az xəbər verir ki, gənc futbolçu bunları qeyd edib:

"Beşiktaş"a ayrılacaq mükafat müəyyənləşdirilib

2018-04-12 14:08:00

"Beşiktaş" ardıcıl üçüncü mövsüm Super Liqanın qalibi olacağı halda, futbolçularına ödəniləcək mükafatın məbləği müəyyənləşib. Goal.az xəbər verir ki, klub prezidenti Fikret Orman hər bir futbolçuya 350 min lirə (165 min manat) ödəyəcəyini vəd edib. Onun bu addımı komandanı motivasiya etmək üçün atdığı bildirilir.

"Old Trafford"un azarkeş tutumu artırılacaq

2018-04-12 13:49:00

"Old Trafford"un tamaşaçı tutumu 76 mindən 88 minə çatdırıla bilər. Goal.az xəbər verir ki, Ser bobbi Çarlton tribunasının rekonstruksiyası üçün klub müvəqqəti olaraq ev oyunları üçün başqa yer tapmalıdır. Bu barədə "United"in İdarə Heyətinin üzvü Riçard Arnold məlumat verib.

Stüardlar üçün "Təlimçilərin təlimi"

2018-04-12 13:30:00

Bu gündən etibarən Bakı Olimpiya Stadionunda UEFA-nın və AFFA-nın təşkilatçılığı ilə stüard təlimçilərinin hazırlanması məqsədilə seminar başlayıb. Goal.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Topaz Premyer Liqasında iştirak  edən klubların, Bakı Olimpiya Stadionunun və AFFA-nın əməkdaşları iştirak edir. 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyununa və Avro-2020-nin paytaxtımızda təşkil olunacaq 4 qarşılaşmasına hazırlıq çərçivəsində  təşkil olunmuş təlimin əsas məqsədi  təhlükəsizlik, mühafizə və xidməti özündə birləşdirən müasir stüard sisteminin formalaşdırılması üçün təcrübəli təlimçilərin hazırlanmasıdır. Seminar aprelin 16-da başa çatacaq. Analoji tədbirlər 2020-ci ilə qədər bir neçə dəfə təşkil olunacaq.

Robben: "Çempionlar Liqasında hər şey ideal olmalıdır"

2018-04-12 13:11:00

"Bayern Munchen"in yarımmüdafiəçisi Aryen Robben Çempionlar Liqasının 1/4 finalında "Sevilla" ilə qarşılaşma (0:0) barədə fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, hollandiyalı futbolçu bunları deyib:

Millmiiz FİFA reytinqində irəlilədi

2018-04-12 12:50:00

FIFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Goal.az Azərbaycan millisi ötən ayla müqayisə 1 pillə irəliləyib. Ötən ay Bakıda Belarus yığmasına 1 cavabsız qolla uduzan, Antalyada Makedoniya kollektivi ilə 1:1 hesabı ilə heç-heçə edən milli hazırda 245 xala 126-cı pillədə qərarlaşıb. UEFA Millətlər Liqasında Azərbaycanla ilə eyni qrupda yer alan Farer adaları yığması 3 pillə yüksəlib. Hazırda bu komanda 364 xalla 94-cüdür.

Buffon qırmızı alsa da, mövsümün ən yaxşı oyununu keçirib

2018-04-12 12:32:00

Çempionlar Liqasının 1/4 final mərhələsində baş tutan "Real" - "Juventus" (1:3) qarşılaşması Buffonun qırmızı vərəqə almasına görə də yadda qalacaq. Goal.az xəbər verir ki, statistika "Real"a matçın bu mövsüm turnirdə Buffonun ən yaxşı oyunu olduğunu göstərir. Təcrübəli qolkiper oyunda 5 seyv edib. bundan öncəki 8 qarşılaşmada Buffon 8 dəfə komandasını qoldan xilas etmişdi.

"Juventus"un prezidenti: "İtalyan klublarına qarşı olan hakimlərə təyinat verilir"

2018-04-12 12:13:00

"Juventus"un prezidenti Andrea Anyelli Çempionlar Liqasının 1/4 final mərhələsində "Real"a qarşı oyundakı hakimlikdən danışıb. Goal.az xəbər verir ki, italiyalı funskioner bunları deyib:

Buffon hakimi zibil vedrəsinə bənzətdi

2018-04-12 11:51:00

İtaliyanın Juventus klubunun qapıçısı Canluici Buffon İspaniya Real Madrid-i ilə 1/4 final mərhələsinin cavab görüşünün uzatma dəqiqələrində Turin komandasının qapısına təyin olunmuş penalti ilə bağlı fikirlərini bölüşüb.

Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək

2018-04-12 11:18:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.

Ronaldo: "Juventus-un niyə etiraz etdiyini anlamıram"

2018-04-12 11:00:00

İspaniya Real-ı Ronaldonun 90-cı dəqiqədə vurduğu penalti zərbəsi ilə ÇL-da yarımfinala yüksəlib.

Barcelona üzərində qələbə Roma-nın dəyərini artırdı

2018-04-12 10:41:00

Çempionlar Liqasının 1/4 final mərhələsində İspaniya Barcelona-sını üstələdikdən sonra İtaliyanın Roma klubunun səhmlərinin dəyəri 19,8% artıb.

Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək

2018-04-12 10:18:00

Bu gün futbol üzrə Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək.

Real və Ronaldodan növbəti ÇL rekordu

2018-04-12 09:43:00

İspaniya Real-ı futbol üzrə Çempionlar Liqasında şəxsi rekordunu yeniləyib.

Messidən türk futbolçuya laqeyd münasibət

2018-04-11 19:24:00

"Roma" və "Barcelona" komandaları arasında keçirilmiş futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra maraqlı hadisə baş verib. Goal.az xəbər verir ki, "Barcelona"nın hücumçusu Lionel Messi "Roma"nın türkiyəli yarımmüdafiəçisi Cengiz Ünderə laqeyd münasibət göstərib. 

"Barcelona" potensial 15 milyon avrodan məhrum olub

2018-04-11 18:56:00

Çempionlar Liqasının 1/4 finalında "Roma"ya məğlub olaraq mübarizəni dayandran "Barcelona" maliyyə baxımından da ziyana düşüb. Goal.az xəbər verir ki, katalonlar 15 milyon avrodan məhrum olub. Klubun titul sponsoru "Rakuten" Çempionlar Liqasında qələbəyə görə "Barca"ya 5 milyon avro vəd edibmiş. Bundan başqa UEFA yarımfinala vəsiqə üçün 7.5 milyon avro ödəməli idi. Bunun üstünə finala potensial vəsiqə və ev oyunlarına bilet satışından əladə olunan gəlir də əlavə olunur.