İdman

"Tottini Yaponiyaya getməkdə yoldaşını razı sala bilmədi"

2017-07-17 13:52:00

Françesko Totti mayda "Roma"da çıxışını başa vurduqdan sonra ona MLS və Yaponiyadan təkliflər gəlmişdi. 40 yaşlı forvardın transferində "Tokio Verdi" xüsusi canfəşanlıq göstərsə də, istəyinə nail olmadı. Totti doğma klubunda vəzifə alacaq. Goal.az xəbər verir ki, Tokio təmsilçisinin prezidenti Hideyaki Hanyo əfsanəvi futbolçunun qərarında həyat yoldaşının əsas rol oynadığını bildirib.

"Manchester United"də yeni müqavilə

2017-07-17 13:37:00

"Manchester United"in argentinalı qapıçısı Serxio Romero "qırmızı şeytanlar"la müqaviləsini 2021-ci ilə kmii uzadıb. Goal.az xəbər verir ki, Romero "United"də qaldığına görə xoşbəxt olduğunu deyib.

Boksçumuz gecə klubunda yaşanılan qalmaqala aydınlıq gətirib

2017-07-17 13:18:00

Boks üzrə dünya çempionu Elvin Məmişzadə gecə klubunda dava saldığına dair xəbərlərə münasibət bildirib. Goal.az xəbər verir ki, 26 yaşlı idmançı Bakıda "Sahil" metro stansiyası yaxınlığındakı "26 land"da bir xanımla mübahisə etdiyini təsdiqləyib.

Mamrot: "Bu problemləri nəzərə alsaq, “Qəbələ” ilə matç çətin keçəcək"

2017-07-17 13:00:00

Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi "Jagiellonia" Polşa çempionatının 2017/18 mövsümünə qələbə ilə başlayıb. Goal.az xəbər verir ki, səfərdə "Termalica"nın qonağı olan "Jagiellonia" minimal hesablı qələbə qazanıb. Komandanın baş məşqçisi İreniuş Mamrot oyundan sonra bunları deyib:

"Qarabağ" nikaraqualı futbolçu ilə maraqlanr

2017-07-17 12:30:00

“Qarabağ” klubu Nikaraqua millisinin futbolçusu Xuan Barrera ilə maraqlanır. Goal.az xəbər verir ki, Ağdam təmsilçisi hazırda Qvatemalanın “Comunicasiones” komandasında forma geyinən 28 yaşlı cinah yarımmüdafiəçisini transfer etmək istəyir. “Qarabağ”ın nikaraqualı futbolçu üçün klubuna 400 min dollar ödəməyə hazır olduğu bildirilir.

Zaur Svanadze: "Növbəti rəqibimizin “Galatasaray” olmasını istərdim”

2017-07-17 12:16:00

“İnter”in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburq təmsilçisi “Fola Esh” ilə cavab oyununu dəyərləndirib. Goal.az xəbər verir ki, 59 yaşlı mütəxəssis "Report"a açıqlamasında heyətlə bağlı problemin olmadığını söyləyib: “ İnter” Lüksemburqda da öz oyun üslubuna sadiq qalacaq. Evdə “Fola Esh”i 1:0 hesabı ilə məğlub etsək də, səfərdə müdafiədə oturmaq fikirmiz yoxdur. Cavab görüşü üçün hazırlığımızı tamamlamışıq. Bu gecə səfərə çıxacağıq. Heyətdə zədəli futbolçu yoxdur. Oyunun mahiyyətini yaxşı anlayırıq. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Müdafiəyə aludə olmaq fikrində deyilik. Əlbəttə, ilk növbədə qapımızı toxunulmaz saxlamalıyıq. Lakin vuracağımız bir qol həlledici ola bilər”.

Zlatan İbrahimoviç MLS klubuna rədd cavabı verib

2017-07-17 11:57:00

Zlatan İbrahimoviç "LA Galaxy" klubunun təklifini qəbul etməyib. Goal.az "The Sun"a istinadən xəbər verir ki, isveçli ulduz "Manchester United"ə qayıtmağa ümid edir. Kaliforniya təmsilçisi Zlatana illik 7.7 milyon dollar məvacib təklif etmişdi. İbrahimoviç buna razı olsaydı, MLS_in ən ödənişli futbolçusuna çevriləcəkdi. 35 yaşlı forvard hazırda zədəsini bərpa etməklə məşğuldur.

Neymarın yaxın ətrafı onun "Barcelona"dan getməsini istəyir

2017-07-17 11:42:00

Neymarın yaxın ətrafı ona "Barcelona"dan getməyi məsləhət görür. Goal.az xəbər verir ki, "Sport" nəşrinin iddiasına görə braziliyalı ulduzun agenti və dostları onun Messinin kölgəsində qalmasını istəmir. Onların bu fikrə gəlməsinə səbəb "Qızıl top" mükafatı uğrunda son 10 ildə yalnız Ronaldo və Messinin mübarizə aparması ilə bağlıdır. Neymarın xidmətlərindən bir sıra klublar maraqlıdır. Real alıcılar sırasında PSG və Qvardiolanın rəhbərlik etdiyi "Manchester City" var. 24 yaşlı hücumçunun katalonlarla müqaviləsi 2021-ci ilin yayında başa çatır. 

Vatzke: "Borussia" Xames kimi futbolçulara məvacib ödəyə bilməz"

2017-07-17 11:26:00

"Borussia Dortmund"un icraçı direktoru Hans-Yoahim Vatzke klubun Xames Rodriqez kimi futbolçulara məvacib ödəmək gücündə olmadığını deyib. Goal.az xəbər verir ki, alman funskioner "Die Welt"ə açıqlamasında bu məsələyə toxunub.

Kadırov: "Axmat"a obyektiv münasibət olsa, Avrokuboklara çıxacağıq"

2017-07-17 11:10:00

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov fəxri prezidenti olduğu "Axmat"ın yeni mövsümdə planlarına toxunub. Goal.az xəbər verir ki, Kadırov komandanın Avrokuboklara vəsiqə qazanmaq potensialına malik olduğunu deyib.

Gəncə klubu 2 futbolçu ilə anlaşıb

2017-07-17 10:52:00

Ərzurumda təlim-məşq toplanışında olan “Kəpəz” Türkiyəyə yollanmamışdan öncə iki futbolçu ilə anlaşıb.  

"Fenerbahçe" Çili millisinin üzvünü transfer edir

2017-07-17 10:34:00

Çili millisinin futbolçusu Maurisio İsla karyerasını "Fenerbahçe"də davam etdirməyə yaxındır. Goal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Cagliari" ilə müqaviləsini pozaraq İstanbul klubuna keçmək fikrindədir. İtalyanlar ona istədiyi məvacibi ödəməyə hazır deyil. İyulun 20-da tibbi müayinədən keçəcək futbolçu "sarı lacivərdlilər"lə 3 illik müqavilə imzalayacaq. Razılaşmaya əsasən "Fenerbahçe" və "Cagliari" arasında yoldaşlıq görüşü də təşkil oluna bilər. 

Errera: "Barcelona"dan mənə təklif gəlməyib"

2017-07-16 19:23:00

"Manchester United"in vitse-kapitanı Ander Errera klubunda xoşbəxt olduğunu qeyd edib. Goal.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi "Barcelona"nın onunla maraqlanmasına belə münasibət bildirib:

"Tottenham" 23 yaşlı hücumçunu "Marseille" klubuna satacaq

2017-07-16 18:52:00

"Tottenham" 23 yaşlı hücumçu Klinton N`Cie haqqında məlumat yayıb. Goal.az xəbər verir ki, "mahmızlar" onun "Marseille" klubuna transfer olunacağını elan edib. Ətraflı açıqlama verilmir. Ötən mövsüm N`Cie icarə əsasında "Marseille"in formasını geyinmişdi. Fransa Liqasında 22 oyun keçirən kamerunlu forvard 4 qol və 1 məhsuldar ötürmənin müəllifi olmuşdu. 

"Juventus" London klubunun 100 milyon avroluq təklifini rədd etdi

2017-07-16 18:34:00

A Seriyasında son illərin dəyişməz çempionu "Juventus" Qonzalo Hiquaini "Chelsea"yə satmaqdan imtina edib. Goal.az xəbər verir ki, "zadəganlar" argentinalı hücumçuya görə 100 milyon avro təklif etsə də, rədd cavabı alıb. "Tuttosport" London klubunun daha qiyməti qaldıracağını ehtimal edir. Belə ki, Diyeqo Koştanın "Chelsea"dən ayrılması gözlənilir. Kontenin Romelu Lukakunu transfer etmək planları baş tutmayandan sonra Alvaro Morta üçün də 90 milyon avro təklif edilmişdi. London təmsilçisi, eyni zamanda "Juventus"un digər üzvü Aleks Sandronu transfer etməyə çalışır. Hələ ki ingilislərin cəhdləri boşa çıxır.

Mourinyo: "Ronaldonun "Real"dan getməsi üçün səbəb görmürük"

2017-07-16 18:17:00

"Manchester United"in baş məşqçisi Joze Mourinyo Kriştianu Ronaldonu kluba qaytarmaq barədə düşünmədiyini bildirib. Goal.az xəbər verir ki, portuqaliyalı mütəxəsis həmyerlisinin də klubunu dəyişmək fikrində olmadığını deyib.

Bolqarıstan millisinin sabiq hücumçusu "Valencia"da

2017-07-16 17:52:00

Bolqarıstan millisinin sabiq hücumçusu Lyuboslav Penev "Valencia"nın əvəzedici komandasına baş məşqçi təyin olunub. Goal.az xəbər verir ki, bu bardə klubun rəsmi saytı məlumat yayıb. "Valencia B" hazırda İspaniya çempionatının 3-cü divizionunda mübarizə aparır.

"Milan" Belottini razı salıb

2017-07-16 17:34:00

İtaliya futbolunun gənc ulduzu Andrea Belotti karyerasını "Milan"da davam etdirə bilər. Goal.az "Sky İtalia"ya istinadən xəbər verir ki, "rossoneri" transferlə bağlı onu artıq razı salıb. İndi "Torino"nun cavabı gözlənilir. "Milan" Turin klubuna Belotti üçün 40 milyon avro, Qabriel Paletta və Mbaye Nianqı təklif edir. "Torino" isə 80 milyon avro tələb edir. "Torino"nun yeni mövsüm formasının təqdimat posterlərində Belotti yoxdur. Bu isə onun klubunu dəyişmək ehtimalı olduğuna işarədir. "Rossoneri" bu yay transfer bazarında ən çox fəallıq göstərən klublardan biridir. 

Arsen Venqer: "Mbappe daha bir mövsüm "Monaco"da qalacaq"

2017-07-16 17:14:00

"Arsenal"ın baş məşqçisi Arsen Venqer Avstraliya toplanışı çərçivəsində mətbuat konfransı keçirib. Goal.az xəbər verir ki, fransalı mütəxəsis Kilian Mbappe ilə danışıqlar apardıqları barədə xəbərləri təkzib edib.

Daniel Alveş də medianın uydurmasını təkzib edib

2017-07-16 16:52:00

Qeyd edək ki, bir neçə gün əvvəl mediada Mario Mandzukiçin adına yazılan fkirlər diqqət çəkmşdi. Guya "Real"la oyunun fasiləsində Bonuççi və Daniel Alveş Dibala və Massimiliano Alleqri ilə mübahisə edib. KİV-lər daha da irəli gedərək Alveş və Bonuççinin məhz itaətsizlik göstərdiklərinə görə "qoca senyora"dan göndərildiyi barədə mülahizə irəli sürmüşdü. Sonradan Mandzukiçin belə fikir səsləndirmədiyi və bunun medianın uydurması olduğu üzə çıxdı.

"Liverpool"un hücumçusu Çindən gələn təklifi rədd etdi

2017-07-16 16:34:00

"Liverpool"un hücumçusu Daniel Staric Çindən gələn təklifi rədd edib. Goal.az xəbər verir ki, "Beijing Guoan" klubu 27 yaşlı forvardı transfer etmək istəyi baş tutmayıb. Staric Avropada qalmaq niyyətindədir. Ötən mövsüm 20 oyunda meydana çıxan hücumçu 3 qol vurub. Britaniya nəşrləri onun baş məşqçi Yurqen Kloppun oyun fəlsəfəsinə uyğun gəlmədiyi üçün əlverişli təklif qarşılığında satılacağını yazır.

"Bursaspor" millimizin üzvünü bağışladı

2017-07-16 16:15:00

Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz "Bursaspor"da çıxışı davam etdirəcək.  Goal.az xəbər verir ki, klub rəhbərliyi bir müddət öncə "Göztepe" ilə prinsip anlaşması əldə edən hücumçunun komandada qalmasına qərar verib.  Ötən mövsümün sonlarına yaxın FİFA-ya şikayət etdiyi üçün komandadan uzaqlaşdırılan futbolçu bağışlanılıb. Onun adı daha əvvəl Avstriya toplanışına aparılacaq futbolçular arasında yer almasa da, sonradan baş məşqçi Pol Le Quen qərarını dəyişib. Məsələ ilə bağlı klubun sabah Avstriyada baş tutacaq ilk məşqindən öncə baş məşqçi və futbolçunun mətbuat konfransı baş tutacaq. “Bursaspor”a ötən ilin fevralında “Trabzonspor”dan keçən Deniz Yılmazın cari müqaviləsi 2019-cu ilin yayında başa çatacaq. 

"Qəbələ"nin eks futbolçusu Ukraynaya qayıtdı

2017-07-16 15:53:00

"Qəbələ"nin sabiq futbolçusu Aleksey Antonov karyerasını Ukraynada davam etdirəcək. Goal.az xəbər verir ki, o, yeni mövsümdən Odessanın  "Çernomorets" kollektivinin şərəfini qoruyacaq. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Lakin müqavilənin müddəti və digər detalları açıqlanmır. "Çernomorets" Antonov üçün yad klub deyil. O, 2013/14 mövsümündə bu komandada oynayıb. 

Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat alıb

2017-07-16 15:32:00

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasında növbəti oyununu idarə edəcək. Goal.az xəbər verir ki, həmyerlimiz ÇL-nin II təsnifat mərhələsinin  “Rosenborg” (Norveç) – “Dundalk” (İrlandiya) cavab qarşılaşmasına təyinat alıb.  Ağayevə yan xətdə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi isə Orxan Məmmədov olacaq. Bu komandalar arasında İrlandiyada keçirilən ilk görüş 1 - 1 hesablı bərabərliklə başa çatıb.

Runi: "Lukaku psixoloji cəhətdən güclü olmalıdır"

2017-07-16 15:13:00

"Manchester United"in sabiq kapitanı Ueyn Runi Romelu Lukakunun keçmiş klubuna transferinə münasibət bildirib. Goal.az xəbər verir ki, 31 yaşlı hücumçu bunları deyib:

FİFA Qətərə qarşı 6 ölkədən məktub alıb

2017-07-16 14:33:00

Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə dövlətin Qətəri terroru dəstəkləməkdə ittiham etməsi idman da təsirsiz ötüşməyib. Goal.az xəbər verir ki, 6 ərəb ölkəsi FİFA-ya məktub yazaraq 2022-ci il dünya çempionatının təşkilatçılıq hüququnu Qətərdən almağı xahiş ediblər. Bu barədə beynəlxalq konfransda qurumun prezidenti Canni İnfantino məlumat verib. O, məktubu göndərən ölkələrin "terrorizm qalasına" getməkdə ciddi risk gördüklərini qeyd edib.

Aleksis Sançez: "Çempionlar Liqasında oynamaq istəyirəm"

2017-07-16 14:12:00

"Arsenal"ın aparıcı futbolçusu Aleksis Sançez klubunu dəyişmək istədiyinə dolayı yolla işarə vurub. Goal.az xəbər verir ki, çilili hücumçu Çempionlar Liqasında oynamaq və bu turnirin qalibi olmaq istədiyini bildirib.

"Tottenham" təcrübəli müdafiəçini "Roma"ya satdı

2017-07-16 13:52:00

"Tottenham" Federiko Fazionun transfer hüquqlarını "Roma" klubuna satıb. Goal.az xəbər verir ki, ötən mövsüm icarə əsasında "canavarlar"ın şərəfini qoruyan müdafiəçi 37 oyuna 2 qol vurmuşdu. "Zenit" də onu transfer etməyə yaxınlaşmışdı. "Piterlilər" 30 yaşlı futbolçuya illik 3.5 milyon avro məvacib ödəməyə hazır idi. "Mahmızlar"a isə Fazionu "Zenit"ə satmaqla büdcəsini 10-12 milyon avro zənginləşdirə bilərdi. 

Kubok finalından sonra faciə yaşanıb

2017-07-16 13:13:00

Seneqalın paytaxtı Dakarda ölkə kubokunun final qarşılaşmasından sonra  faciə yaşanıb. Goal.az xəbər verir ki, görüşün keçirildiyi "Demba Diop" stadionunda  bir divarın uçması 8 nəfərin həlak olması ilə nəticələnib. Belə ki, final fitindən sonra tribunadakı azrkeşlərlə polis arasında toqquşma olub. Polis gözyaşardıcı qazdan istifadə edib. Nəticədə azarkeşlər arasında panika yaranıb və divarlardan biri izdihama davam gətirməyib. Yaralıların da sayı çoxdur. Qeyd edək ki, "Stad de Mbour" və "Union Sportive Ouakam" arasında baş tutan görüşdə birincilər 2:1 hesabıyla qalib gələrək Kuboka sahib çıxıblar. 

Teymur Rəcəbov FİDE Qran-Prisini qalib başa vurdu

2017-07-16 12:50:00

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İsveçrənin Cenevrə şəhərində keçirilmiş FİDE Qran-Prisinin qalibi olub. Goal.az xəbər verir ki, 30 yaşlı qrossmeyster 9 turluq mübarizənin yekununda 6 xal əldə edib. Teymur sonuncu turda ağ fiqurlarla ən yaxın izləyicisi, rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə etsə də, digər rusiyalı Aleksandr Qrişuk da hollan Aniş Giri ilə xalı yarı bölüb. Nəticədə Rəcəbov ən yaxın izləyicilərini yarım xal üstələyərək, liderliyini qoruyub. Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə 5 xalla 4 - 10-cu yerləri bölüşüb. Rəcəbov 20 min avro, Məmmədyarov isə 11 min avro mükafata sahib olub.

"Manchester City" 19 yaşlı futbolçu transfer edib

2017-07-16 12:32:00

"Manchester City" heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirib. Goal.az xəbər verir ki, "şəhərlilər" "Vasco da Gama"nın futbolçusu Duqlas Luizlə 5 illik müqavilə imzalayıb. Rio-de-Janeyro klubu bu transferdən 10 milyon funt qazanıb. "City" 19 yaşlı havbeki "Girona"ya icarəyə göndərəcək. Duqlas ötən mövsüm göstərdiyi oyunla Braziliyanın U-20 yığmasına dəvət alıb. "City" skautları onu Qabriel Jezuşla birlikdə kəşf etmişdilər.

"Kəpəz" yeni transferini Ərzuruma aparmadı

2017-07-16 12:09:00

"Kəpəz"in yeni transferi Tural Cəlilov zədələnib. Müdafiəçi komandanın fitnes məşqində xəsarət aldığı üçün Türkiyəyə təlim-məşq toplanışına aparılmayıb. Goal.az xəbər verir ki, tibbi müayinə zamanı Cəlilova sol dizin medial kollateral bağının birinci dərəcəli gərilməsi diaqnozu qoyulub. Klubun tibbi personalından  verilən məlumata görə, hazırda futbolçu özünü yaxşı hiss edir və zədəsi ciddi deyil. Tural Cəlilov 10 gün müddətində həkim nəzarəti altında olacaq.