İdman

"Koutinyonu "Liverpool"a gətirəndə onun bacarığına şübhə edənlər vardı"

2018-01-10 16:46:00

"Celtic"in baş məşqçisi Brendan Rocers "Liverpool"da birgə çalışdığı Filippe Koutinyo barədə danışıb. Goal.az xəbər verir ki, Rocers braziliyalı ulduzla yaxşı münasibət saxladıqlarını bildirib.

Castin Kluvert: "Atam kimi mən də zirvədə ola bilərəm"

2018-01-10 16:28:00

"Ajax"ın gənc hücumçusu Castin Kluvert atası kimi futbolda öz sözünü deyəcəyinə ümidlidir. Goal.az xəbər verir ki, Castin Hollandiya mətbuatına açıqlamasında bunları deyib:

"Sumqayıt"ın qış hazırlıq planı müəyyənləşib

2018-01-10 16:09:00

"Sumqayıt" klubunun qış hazırlıq planına tam aydınlıq gəlib. Goal.az xəbər verir ki, yanvarın 5-dən hazırlığa başlayan "gənclik şəhəri" təmsilçisi yanvarın 19-dək Sumqayıtda çalışacaq. Baş məşqçi Samir Abasovun planına əsasən, bu müddət ərzində komanda 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 15-də rəqib "Qaradağ Lökbatan", yanvarın 18-də isə "Səbail" olacaq. Görüşlər "Kapital Bank Arena"da olacaq.

Kamerunlu futbolçu "Keşlə"də

2018-01-10 15:49:00

Çempionatın ikinci yarısına hazırlığı davam etdirən “Keşlə”nin düşərgəsinə daha bir futbolçu qoşulub.

İsveç klubu “Qarabağ”ın futbolçusu ilə maraqlanır

2018-01-10 15:27:00

“Qarabağ”ın futbolçusu Tarik Elyunussi karyerasını İsveçin AİK klubunda davam etdirə bilər.

Uqo Barqasdan vida sözləri

2018-01-10 15:08:00

Yanvarın 9-da "Neftçi"dən Boliviyanın “Bluminq” klubuna transfer olan Uqo Barqas komanda ilə vidalaşıb. Goal.az xəbər verir ki, Argentina əsilli fransız futbolçu sosial şəbəkədəki hesabında bunları qeyd edib:

“Bu cür komandaya heç kimin kömək etməməsi insanı mənən incidir” - MÜSAHİBƏ

2018-01-10 14:49:00

- Bu mövsümdə komandalar gərgin mübarizə aparırlar. Bu da əvvəlki illərlə müqayisədə komandaların maddi imkanlarının yaxşı olmasından, nəticədə heyətlərini gücləndirməsindən xəbər verir. Əksər komandalarin güc nisbəti bir-birinə yaxındır. Elə komandalar var ki, maddi durumları daha güclü olmağa və yaxşı nəticə qazanmağa imkan versə də, onlar qış fasiləsinə qədər zəif çıxış və nəticələrlə yadda qaldılar. Fikrimcə, EKOL və “Neftçi” dövrələrarası fasilədən maksimum istifadə edəcək və güclənmək üçün işlər görəcəklər. Cari mövsümün debütantlarından olan “Marafon Futsal” əla heyət yığıb və gözləniləndən də yaxşı çıxış edir. Ancaq çempionatda EKOL və “Neftçi” kimi təcrübəli komandaların olduğunu nəzərə alsaq, ikinci dövrənin daha gərgin keçəcəyi aydındır. “Xəmsə”yə gəldikdə, qış fasiləsinə sonuncu pillədə yollandıq. Bu indiyə qədər istər böyük futbolda, istərsə də futzalda qazandığımız ən pis nəticədir. İndiyə qədər belə zəif çıxış etməmişdik. Bu da komandanın maddi durumu ilə bağlıdır. “Xəmsə” 2014-cü ildən komanda üzvlərinin öz hesabına yaşayır. Çempionatda sponsoru olmayan yeganə komandayıq. İmkansızlıq üzündən oyunları 5-6 futzalçı ilə keçiririk. İkinci “4-lüy”ümüz yoxdur. Belədə 40 dəqiqə mübarizə aparmaq müknü deyil. Təsadüfi deyil ki, bəzən fasiləyə 2 top fərqi ilə üstün yollandığımız oyunları sonda məğlub başa vururuq. Çünki gücümüz çatmır, yoruluruq və bu da rəqiblərin işinə yarıyır.

Portuqal məşqçi "Dakar" rallisində qəzaya düşüb

2018-01-10 14:30:00

Portuqaliyalı məşqçi Andre Villaş-Boaş iştirak etdiyi "Dakar” rallisində qəzaya düşüb. Goal.az xəbər verir ki, "Overdrive” komandasının üzvü olan 41 yaşlı mütəxəssis ralli-marafonunun IV mərhələsində xoşagəlməz halla üzləşib. Onun idarə etdiyi “Toyota” təyin edilmiş məsafənin 165 metrliyində qumda qalıb. Avtomobil və ekipaj üzvləri helikopterin köməyi ilə evakuasiya olunublar. Villaş-Boaş kürək nahiyəsində ağrılar olduğu üçün xəstəxanaya yerləşirilsə də, həyatı üçün təhlükə yoxdur.

Liverpulun meri futbolçu transferi ilə bağlı polisə müraciət edib

2018-01-10 14:12:00

Liverpul şəhərinin meri Co Anderson Ross Barklinin "Everton"dan "Chelsea"yə transferinin araşdırılması üçün polisə müraciət edib. Goal.az xəbər verir ki, Anderson 24 yaşlı yarımmüdafiəçinin 15 milyon funta satılmasına inanmır və fırıldaqçılıq olduğunu istisna etmir.

"Chelsea"də yeni müqavilə

2018-01-10 13:52:00

"Chelsea" danimarkalı müdafiəçi Andreas Kristensenin müqavilə müddətini artırıb. Goal.az xəbər verir ki, 21 yaşlı futbolçunun "zadəganlar"la yeni anlaşması 2022-ci ilin yayına kimi qüvvədə olacaq.

Tevez dünya çempionatında iştirak etmək istəyir: "Futbolda uzun zamanım qalmayıb"

2018-01-10 13:32:00

"Shanghai Shenhua"dan yenidən "Boca Juniors"a qayıdan Karlos Tevez gələcək planları barədə danışıb. Goal.az xəbər verir ki, 33 yaşlı forvard rusiyada keçiriləcək dünya çempionatında oynamaq istəyini dilə gətirib.

AFFA veteran futbolçunu cəzalandırıb

2018-01-10 13:18:00

AFFA İntizam Komitəsi tanınmış futbolçu, hazırda “Baku Fans” futzal komandasının formasını geyinən Aqşin Ömərovu cəzalandırıb. Goal.az xəbər verir ki, Ömərov ötən il dekabrın 27-də futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində ADBTİA ilə matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Bu səbəbdən, futzalçı 2 il müddətinə futboldan kənarlaşdırıb. Matç sonadək oynanılmadığına görə “Baku Fans”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

"Athletic" qapıçısı ilə yeni müqavilə imzaladı

2018-01-10 13:00:00

"Athletic" 29 yaşlı qapıçı Yaqo Errerinin müqaviləsini yeniləyib. Goal.az xəbər verir ki,onunla 2021-ci il 30 iyuna kimi yeni anlaşma imzalanıb. Müqavilədə qolkiperin buraxılış qiyməti 50 milyon avro göstərilib. Errerin bu mövsüm Bilbao klubunun ehtiyat qapıçısıdır. Komandanın 1 nömrəsi Kepa Arrisabalaqa yaxın vaxtlarda Madrid "Real"ına keçə bilər.

Mançini dünya çempionatında oynayacaq milliyə baş məşqçi təyin oluna bilər

2018-01-10 12:43:00

"Zenit"in çalışdırıcısı Roberto Mançini İtaliyadan sonra Avstraliya millisinin də baş məşqçi postuna namizədlər siyahısına daxil edilib. Goal.az xəbər verir ki, bu barədə italyan mütəxəsisin Avropa təmsilçisi ilə əməkdaşlıq edən "AFS Sports Management"dən məlumat verilib.

Koutinyo: "Ailəm olmasaydı, ola bilsin, "Barcelona"ya keçməyəcəkdim"

2018-01-10 12:09:00

"Barcelona"nın yeni transferi Filippe Koutinyo klubunu dəyişməsi haqqında danışıb. Goal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu qərarında ailəsinin vacib rol oynadığını qeyd edib.

Statistika "Manchester City"nin xeyrinədir

2018-01-10 11:50:00

Bu mövsüm İngiltərədə məğlubiyyətin nə olduğunu bilməyən "Manchester City" Liqa kubokunun yarımfinalında baş tutan ilk qarşılaşmada "Bristol City" üzərində qələbə qazanıb - 2:1. Statistika və heyət komandanın finala çıxacağını deməyə əsas verir.  Goal.az xəbər verir ki, "şəhərlilər" 4 dəfə yarımfinalın ilk oyununda qalib gələndən sonra 3 dəfə final oynayıblar. Yalnız 2009/10 mövsümü istisnadır. Həmin vaxt evdə "Manchester United"ə 2:1qalib gələn "City" səfərdə 1:3 uduzmaqla turnirdə mübarizəni dayandırmışdı. 

Endi Halidey: “Qəbələ”yə keçməyim səhv idi"

2018-01-10 11:33:00

Goal.az xəbər verir ki, şotland yarımmüdafiəçi “Qəbələ”dən ayrılıb ABŞ-ın Florida ştatında məşq keçən doğma klubuna qayıtdığı üçün şad olduğunu bildirib:

Azərbaycanlı futbolçu Almaniyada klubunu dəyişə bilər

2018-01-10 11:26:00

Hazırda Berlin "Dinamo"sunda forma geyən Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşov karyerasını Almaniyanın III Liqasının "Şportfroynde" klubununda davam etdirə bilər.

“Kəpəz” Bakıda iki yoxlama oyunu keçirəcək

2018-01-10 11:07:00

Yanvarın 7-də Bakıda təlim-məşq toplanışına başlayan “Kəpəz” paytaxt hazırlığı müddətində iki yoxlama oyunu keçirəcək.

U-21 Albaniya ilə qarşılaşacaq

2018-01-10 10:50:00

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının daha bir rəqibi müəyyənləşib.

“Azərreyl” “qızıl set”də uduzdu

2018-01-10 10:27:00

Qadın voleybolçular arasında “Çelenc Cup” turnirində 1/16 final mərhələsinin cavab görüşlərinə start verilib.

Ndlovu: "Karyeramı "Qarabağ"da bitirəcəyimi düşünürdüm"

2018-01-10 10:06:00

"Qarabağ"dan Çinin “Xançjou Qrintaun” klubuna keçən Fino Ndlovu sosial şəbəkədə status paylaşıb.

"Neftçi"də növbəti ayrılıq

2018-01-09 19:20:00

"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb. Goal.az xəbər verir ki, futbolçu Uqo Barqas ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat verib. Barqas ötən ilin yanvarından "Neftçi"də çıxış edirdi.

"Zirə" legionerlərini gözləyir

2018-01-09 18:43:00

"Zirə" çempionatın ikinci yarısının hazırlıqlarını davam etdirir. Goal.az xəbər verir ki, qəsəbə təmsilçisi Bakı Olimpiya Stadionunda məşq edir. Hazırlıq prosesində yalnız yerli futbolçular iştirak edir. Komandanın legionerləri sabahdan etibarən Ayxan Abbasovun sərəncamında olacaq. Jozef Bumdan başqa bütün əcnəbi futbolçular sabah komandaya qoşulacaq. Kamerunlu müdafiəçi yanvarın 13-ü məşqlərə qatılacaq.

UNESCO "Juventus"un futbolçusu ilə bağlı bəyanat yaydı

2018-01-09 18:20:00

Fransanın idman naziri Lora Flessel və UNESCO təşkilatının baş direktoru Odri Azula "Juventus"un futbolçusu Blez Matuidinin rasizmə məruz qalmasını pisləyib. Goal.az xəbər verir ki, hər iki məmur idmanda irqçilik hallarının yaşanmasına qarşı bəyanatla çıxış edib.

Braziliya klubu Samuel Eto`o ilə maraqlanır

2018-01-09 18:00:00

"Antalyaspor"un hücumçusu Samuel Eto`o karyerasını Braziliyada davam etdirə bilər. Goal.az "UOL Esporte" portalına istinadən xəbər verir ki, 36 yaşlı forvardın xidmətlərində "Vasco da Gama" maraqlıdır. Klubun nümayəndələri artıq kamerunlu futbolçu ilə görüşüb. Eto`onun "Antalyaspor"la müqaviləsi mövsümün sonunda başa çatır.

Tərlan Əhmədovun köməkçisi müəyyənləşdi

2018-01-09 17:34:00

“Neftçi”-də baş məşqçinin köməkçisi vəzifəsinə yeni təyinat olub

"Neftçi" müdafiə xəttini gücləndirib

2018-01-09 17:14:00

"Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib. Goal.az xəbər verir ki, müdafiəçi İlkin Qırtımovla növbəti mövsümün sonunadək müqavilə bağlanılıb. 27 yaşlı oyunçu daha əvvəl "Keşlə" və artıq fəaliyyətini dayandırmış "Simurq"da çıxış edib. O, qapıçı Aqil Məmmədovdan sonra "ağ qaralar"ın sayca ikinci qış transferidir.  İlkin Qırtımov Azərbaycan milli komandasının heyətində 5 oyun keçirib.

"Başakşehir" Arda ilə razılığa gəldi

2018-01-09 16:51:00

"Barcelona"nın futbolçusu Arda Turan "Başakşehir"ə keçməyə yaxındır.

Ançelotti Cennaro Qattuzoya: "Sən "Milan"ın ürəyi idin"

2018-01-09 16:37:00

Karlo Ançelotti "Milan"ın baş məşqçisi və sabiq yetirməsi Cennaro Qattuzonu yubileyi - 40 yaşının tamam olması münasibətilə təbrik edib. Goal.az xəbər verir ki, tanınmış mütəxəsis ad günü təbrikini "Gazzetta dello Sport" vasitəsilə Qattuzoya çatdırıb.

Mahir Mədətov: "Bundesliqa klublarından təklif almışam"

2018-01-09 16:14:00

“Hazırda Bundesliqanın iki köklü komandasından transfer təklifi almışam. Hələ ki, xəbər gözləyirəm. Yanvarın 15-ə qədər hər şey məlum olacaq”.

"Schalke" hücumçu transfer edib

2018-01-09 15:52:00

"Schalke" qış transfer pəncərəsində hücum xəttini gücləndirib. Goal.az xəbər verir ki, Qerzenkirxen klubu "Hoffeinheim"dan Mark Utu keçidini həll edib. 26 yaşlı forvard 2022-ci ilin yayına kimi nəzərdə tutulmuş müqavilə imzalanıb. Klublar arasında əldə olunmuş razılığa əsasən, Ut mövsümün sonuna qədər "Hoffenheim"da qalacaq.