İdman

İngilis məşqçi Türkiyə millisində işləməkdən imtina edib

2017-10-03 21:10:00

Türkiyə Futbol Federasiyası ötən yay Fatih Terimin postuna namizədlər sırasında Sem Ellardaysı da nəzərdən keçirib. Goal.az "Sky Sports"a istinadən xəbər verir ki, TFF-nin ingilis mütəxəsisə təklifi mənfi cavablandırılıb. Bundan sonra ruımniyalı Mirça Luçesku ilə danışıqlar aparan qurum rəsmiləri onunla razılığa gəlib.

Səlahətin meydanlara qayıdacağı vaxt müəyyənləşdi

2017-10-03 20:31:00

"Neftçi”nin "Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş qapıçısı Səlahət Ağayevin "sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı” diaqnozu ilə əməliyyat olunacağı haqda məlumat vermişdik. Təcrübəli futbolçu "Acıbadəm Fulya" xəstəxanasında əməliyyat olunmaq üçün sentyabrın 19-da Türkiyənin İstanbul şəhərinə yola düşmüşdü.

"Barcelona"nın futbolçusu bu il meydana çıxmayacaq

2017-10-03 19:27:00

"Barcelona"nın yarımmüdafiəçisi Rafinya Alkantara daha 2 ay oynamayacaq. Goal.az xəbər verir ki, braziliyalı havbekə dizindən əməliyyat olunduqdan sonra bu diaqnoz qoyulub.

"Anderlecht"in yeni baş məşqçisi müəyyənləşib

2017-10-03 19:00:00

"Anderlecht"in yeni baş məşqçisi açıqlanıb. Goal.az xəbər verir ki, 53 yaşlı Heyn Vanhazebruk komandanın sükanı arxasına keçib. O, bu postda Rene Vayleri əvəzləyib. Vanhazebruk son 3 ildə "Gent"də işləyib. Onun rəhbərliyi altında klub 2014/15 mövsümündə Belçika çempionu olub. "Gent" 2015-ci ildə Belçika Superkubokunun da qalibi olub.

"Real"ın müdafiəçisi vergidən yayınmaqda ittiham olunur

2017-10-03 18:34:00

İspaniya vergi orqanlarının növbəti hədəfi "Real Madrid"in müdafiəçisi Marselodur. Goal.az xəbər verir ki, braziliyalı futbolçu 400 min avro vergidən yayınmaqda ittiham olunur. Marselonun 2013-cü ildə qayda pozuntusuna yol verdiyi qeyd olunur. "Sambaçı" 2 il öncə analoji problemlə üzləşmişdi. Həmin vaxt iş böyümədən bağlanmışdı. Hazırda zədəli olan futbolçunun 3 həftə sonra meydana dönməsi gözlənilir.

İtaliya millisinin sabiq futbolçusu B Seriyasında

2017-10-03 18:15:00

İtaliya millisinin sabiq futbolçusu Alberto Cilardinyo karyerasını B Seriyasında davam etdirəcək. Goal.az xəbər verir ki, 35 yaşlı forvard "Spezia" ilə müqavilə imzalayıb. Müqavilə 2 il müddətinə nəzərdə tutulub. O, yeni klubunda 10 nömrəli forma geyinəcək. Cilardinyonun son klubu "Pescara" olub.

Çernoqoriyalı futbolçu karyerasını başa vurub

2017-10-03 17:44:00

Çernoqoriya millisinin futbolçusu Marko Başa karyerasını başa vurub. Goal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi sentyabrda "Lille" klubu ilə yollarını ayırmışdı. Başa "Rostov"dan təklif alsa da, butslarını mismardan asmaq qərarına gəlib.

Bakıda çimərlik voleybolu üzrə turnir keçiriləcək

2017-10-03 17:23:00

vropa Voleybol Konfederasiyası Azərbaycana növbəti dəfə etimad göstərib. Goal.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatının ardından, çimərlik voleybolu üzrə beynəlxalq turnirə də (2017 CEV-EEVZA Beach Volleyball Satellite Baku ) ev sahibliyi edəcək.

"1 biletin 2 dəfə satılması da qeyri-mümkündür" - açıqlama

2017-10-03 17:00:00

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Roma” oyunundan sonra qarşılaşma üçün bilet satışını reallaşdıran “İticket”şirkətinə qarşı müəyyən narazılıqlar yaranıb.

Zlatanera və ya velosiped oğurluğu ilə başlayan karyera...

2017-10-03 16:42:00

İnsanlar normalda səssiz, sakit tipləri sevər və onlara yaxın olmağa üstünlük verərlər. Özünü güclü hesab edənlər isə ətrafına zəifləri yığıb onlara liderlik edərlər. Başqa bir tip insanlar da var. Onlar hər an partlayacaq bomba kimi olurlar. Ətrafındakılarının güclü və yaz zəiflər olmasının onlar üçün heç bir fərqi yoxdur. Çünki, özlərinin zirvədə olduqlarını bilirlər. Bu insanlar istedadlıdırlar, bunu bilir, buna görə yaşayır, yeriyir və danışırlar. Belə insanlardan biri də futbol dünyasının ən maraqlı adlarından olan Zlatan İbrahimoviçdir.

Qaret Beylin Uelsdə 4 illik hegemonluğuna son qoyuldu

2017-10-03 16:25:00

Uelsdə 2017-ci ilin ən yaxşı futbolçusu seçilib. Goal.az xəbər verir ki, İngiltərənin Championship divizionunda çıxış edən "Reading"in müdafiəçisi Kris Qanter bu mükafata layiq görülüb. O, Qaret Beylin bu nominasiyada 4 illik hegemonluğuna son qoyub. Azarkeşlərin versiyasında isə "Stoke City"nin yarımmüdafiəçisi Co Allen hər kəsi qabaqlayıb.

Ramos Pikeyə narazılığını bildirib

2017-10-03 16:03:00

İspaniya milli komandasının futbolçuları Serxio Ramos və Jerar Pike arasında məşq zamanı dava düşüb. Goal.az xəbər verir ki, buna Kataloniyanın İspaniyadan ayrılıb müstəqilliyini elan etməsi ilə bağlı referendum səbəb olub. “Real Madrid”in kapitanı olan Ramos “Barselona”nın formasını geyinən Pikeni yığmanın düşərgəsində əhval-ruhiyyəni pozmaqda ittiham edib.

"Manchester United" "qara bazar"la ciddi mübarizəyə başlayır

2017-10-03 15:46:00

"Manchester United" ştatda yeni vəzifə təsis edib. Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, rəhbərlik "qara bazar"la mübarizə aparmaq qərarına gəlib. Bu məsələni nəzarətdə saxlayacaq əməkdaş stadion ətrafında bilet satanları aşkar etməlidir.

"Milan" və "İnter" razılığa gəldi

2017-10-03 15:30:00

"Milan" və "İnter" yeni stadion tikmək əvəzinə "San Siro"nu rekonstruksiya etmək qərarına gəlib. Goal.az xəbər verir ki, hər iki klubun nümayəndəsi Milanın meri Cüzeppe Sala ilə görüşüb müzakirə aparıblar. Sala hər iki klubun yenidənqurma üçün vəsait ayırmağa razı olduğunu təsdiqləyib. "Rossoneri" daha öncə şəhərin Portello ərazisində yeni stadion tikməyi planlaşdırsa da, daha sonra fikrindən daşınıb.

Alvaro Moratanın zədəsi ciddidir

2017-10-03 14:50:00

"Chelsea"nin futbolçusu Alvaro Morata bir müddət meydana çıxa bilməyəcək. Goal.az xəbər verir ki, Morata İngiltərə Premyer Liqasının 7-ci  turunda “Manchester City” ilə görüşün 35-ci dəqiqəsində xəsarət alaraq əvəzlənmişdi.  25 yaşlı hücum